Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

43 

 

son  on  iki  ildə  ölkəmizdə  1  milyon  400  min  iş  yeri  yaradılmışdır  ki,   bunun  da  böyük 



ə

ksəriyyəti qeyri-neft sektorunun payına düşür. 

Ölkə  iqtisadiyyatının  şaxələndirilməsinin  uğurlu  nəticələrindən  sayılan  qeyri-neft 

sektorunun  dinamik  inkişafını  müsbət  amil  kimi  dəyərləndirən  Prezident  lham  Əliyev 

Nazirlər  Kabinetinin  2015-ci  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda  duran 

vəzifələrə həsr olunmuş iclasında demişdir: “Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter 

daşıyır.  Altı  ay  ərzində  iqtisadiyyatımız  inkişaf  edib,  baxmayaraq  ki,  neftin  qiyməti  aşağı 

səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru 

dəyişməyib,  Azərbaycan  iqtisadiyyatı  inkişaf  edir.  Bax,  indi  gətirəcəyim  rəqəmlər  bunu 

göstərəcək  və  sübut  edəcək  ki,  bu,  doğrudan  da  tarixi  nailiyyətdir.  Beləliklə,  6  ayda 

iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut 

edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı 

görürük”. 

Dövlət  Statistika  Komitəsinin  məlumatına  görə,  2015-ci  ilin  yanvar-iyun  aylarında 

Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur 

ki,  bunun  da  17  milyard  568,1  milyon  manatı  qeyri-neft  sahələrinin  payına  düşür.  Qeyd 

etdiyimiz kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın  şaxələndirilməsi 

ölkədə  qeyri-neft  sektorunun  bütün  sahələrində  inkişafa  səbəb  olmuşdur.  Məhz  bunun 

nəticəsidir  ki,  bu  ilin  birinci  yarısında  qeyri-neft  sektorunun  mühüm  növ  məhsullarının 

istehsalında əhəmiyyətli artım qeydə alınmışdır. 

Prezident  lham  Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla 

bağlı  təsdiq  edilmiş  tədbirlər  planının  icrası  qeyri-neft  sənayesinin  inkişafına  yeni  impuls 

vermişdir.  2015-ci  ilin  birinci  yarısında  Azərbaycanda  13  milyard  276,5  milyon  manatlıq 

sənaye  məhsulu  istehsal  olunmuşdur  ki,  bu  da  əvvəlki  ilin  eyni  dövründəkindən  3,8  faiz 

çoxdur.  Ölkə  iqtisadiyyatının  şaxələndirilməsi  istiqamətində  həyata  keçirlmiş  ardıcıl  və 

məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu 

qeyd etmək kifayətdir ki, cari ilin altı ayında Azərbaycanda 3 milyard 669,4 milyon manatlıq 

qeyri-sənaye malları istehsal olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz 




44 

 

çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının 



yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü  tədbirlərin nəticəsidir. 

Cədvəl 2.1. 2016-2019-cu illər üzrə azərbaycan respublikasinin əsas makroiqtisadi 

proqnoz göstəriciləri 

Göstəricilə

Ölçü 

vahidi 

Hesabat 

Proqnoz 

2013 

2014 

2015 

2016 

2017 

2018 

2019 

REAL SEKTOR 

ÜDM bazar 

qiymətləri ilə  

mln 

AZN 

58182,0  58977,8  57151,7  57735,1  60190,4  63143,2  67511,7 

real artım tempi  

5,8 


2,8 

3,3 


1,8 

2,6 


3,6 

5,0 


Neft sektoru, ÜDM, 

bazar qiymətləri ilə 

mln 

AZN 

24968,4  23009,2  17829,0  16285,3  15940,5  16103,2  17348,5 

real artım tempi  

1,0 


-2,9 

-0,6 


-1,7 

-2,4 


0,3 

4,9 


payı  (ÜDM-də) 

42,9 



39,0 

31,2 


28,2 

26,5 


25,5 

25,7 


Qeyri-neft sektoru, 

ÜDM,  bazar 

qiymətləri ilə 

mln 

AZN 

33213,6  35968,6  39322,7  41449,8  44249,9  47040,0  50163,2 

real artım tempi  

10,0 


7,0 

5,9 


3,4 

4,6 


4,8 

5,0 


payı  (ÜDM-də) 

57,1 



61,0 

68,8 


71,8 

73,5 


74,5 

74,3 


Mənbə: Azərbaycan Respublikasının  qtisadiyyat Nazirliyi (

www.economy.gov.az

2014-cü  ildə  ölkənin  qeyri-neft  sektorunda  36.0  milyard  manatlıq  əlavə  dəyər 



yaradılmış  və  ümumilikdə  onun  61.4%-i  sosial  və  digər  xidmətlər,  ticarət,  nəqliyyat 

vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür. 

2014-cü  ilin  yanvar-dekabr  aylarında  ölkə  iqtisadiyyatının  qeyri-neft  sektorunda 

yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.0% artmışdır. Qeyri-neft 

sektorunda  yaradılan  əlavə  dəyərin  ÜDM-də  xüsusi  çəkisi  əvvəlki  ilin  müvafiq  dövrünə 

nisbətən  3.9  faiz  bəndi  artaraq  61.0%  təşkil  etmişdir.  2014-cü  ilin  yanvar-dekabr  ayları 

ə

rzində ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin artımı tamamilə qeyri-neft sektorunun 




45 

 

hesabına  baş  vermişdir.  Qeyri-neft  sektorunun  alt  sahələri  üzrə  ÜDM-in  artımına  ən  çox 



müsbət töhfə verən sahə tikinti sahəsi (1.1 faiz bəndi) olmuşdur.

 

Qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin 



müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət 

töhfəni tikinti sahəsi (1.9 faiz bəndi) və sosial və digər xidmətlər sahəsi (1.4%) vermişdir. 

2014-cü ildə qeyri-neft sənayesində 7189.8 milyon manatlıq məhsul istehsal edilmiş və 

ə

vvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  6.9%  artmışdır.  Qeyd olunan  dövrdə  qeyri-neft 



sənayesində  istehsal  edilən  məhsulun  ölkə  üzrə  bütün  sənaye  məhsullarında  xüsusi  çəkisi 

ə

vvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2.5  faiz  bəndi  artmış  və  22.6%-ni  təşkil  etmiş, 



qeyri-neft  sənayesi  sənayenin  artımına  1.4  faiz  bəndi  müsbət  töhfə  vermişdir.  Hesabat 

dövründə qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox artırıcı təsiri 

maşın  və  avadanlıqların  quraşdırılması  və  təmiri  (0.2  faiz  bəndi)  və  tikinti  materialları 

istehsalı  (0.2  faiz  bəndi)  sahələri  göstərmişdir.  Hesablamalara  görə,  yanvar-dekabr  ayları 

ə

rzində qeyri-neft sənayesinin artımına mədənçıxarmanın qeyri-neft bölməsi 0.8 faiz bəndi, 



qeyri-neft  emal  sənayesi  4.3  faiz  bəndi,  elektrik  enerjisi,  qaz  və  buxar  istehsalı, 

bölüşdürülməsi və təchizatı sahəsi 1.6 faiz bəndi, su təchizatı, tullantıların təmizlənməsi və 

emalı sahəsi 0.2 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft sənayesinin 

artımına  ən  çox  müsbət  töhfə  verən  qeyri-neft  emal  sahələri  maşın  və  avadanlıqların 

quraşdırılması və təmiri (1.1 faiz bəndi), tikinti materialları istehsalı (1.1 faiz bəndi) və kimya 

sənayesi (0.9 faiz bəndi) sahələri olmuşdur. 

Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.6%, emal 

sənayesinin xüsusi çəkisi 69.8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və 

təchizatının  payı  25.4%,  su  təchizatı,  tullantıların  təmizlənməsinin  payı  isə  3.2%  təşkil 

etmişdir. 

Hesablamalara  görə,  2013-cü  illə  müqayisədə  2014-cü  ildə  qeyri-neft  sənayesinin 

məhsul buraxılışında emal sənayesinin xüsusi çəkisi 0.8 faiz bəndi artmışdır. 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə