Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

52 

 

edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. 



Sənayeləşmə  aparılmasaydı,  biz  həmişə  neft  amilindən  asılı  vəziyyətdə  olacaqdıq.  Mənim 

göstərişimlə  indi  hər  bir  rayonda  sənaye  zonası  yaradılmalıdır.  Artıq  yaxın  zamanlarda  bu 

proses də başlayacaq”. 

Hazırda  Azərbaycanda  kənd  təsərrüfatı,  turizm,  informasiya-kommunikasiya 

texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab 

edilir.  Beynəlxalq  maliyyə  institutları  Azərbaycanda  kənd  təsərrüfatı  və  turizmin 

ə

həmiyyətini  xüsusi  qeyd  edirlər.  Hazırda  ölkənin  məşğul  əhalisinin  44  faizə  yaxını  məhz 



kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn 

ardıcıl dövlət proqramların icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi 

sürətlənir.  Təsadüfi  deyil  ki,  üçüncü  regional  inkişaf  proqramının  icrasının  ilk  ilinin 

yekunlarına  həsr  olunmuş  konfransda  Prezident  lham  Əliyev  demişdir:  “...Kənd 

təsərrüfatının  inkişafı  prioritet  məsələdir.  Bu,  sosial,  iqtisadi  sahədir,  qeyri-neft  sektorunun 

inkişafı üçün dəstəkdir”. 

Son  üç  ildə  Azərbaycanda  kənd  təsərrüfatının  ümumi  məhsulunun  artım  tempi  orta 

hesabla  2,5  faiz  təşkil  etmişdir.  ndi  ölkə  iqtisadiyyatının  vacib  sahəsi  sayılan  kənd 

təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul 

edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin ilk yarısında  ölkənin aqrar 

bölməsində 2 milyard 648,6 milyon manat məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin 

müvafiq dövrünə nisbətən 7,3 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının 

potensialı  olduqca  yüksəkdir  və  bu  imkanlardan  istifadə  edilməsi  istiqamətində  dövlət 

tərəfindən təsirli tədbirlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ötən dövründə 

kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi 

davam  etdirilməklə  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq 

məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”nın  icrası  üçün  25  milyon  manat 

vəsait  yönəldilib.  Eyni  zamanda,  dövlət  başçısı  lham  Əliyevin  bu  il  yanvarın  12-də 

imzaladığı sərəncamla 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması da bu 

məqsədə  xidmət  edir.  Artıq  ölkəmizdə  aqrar  bölmənin  sürətli  inkişafını  təmin  etmək 




53 

 

məqsədilə bir sıra təsirli tədbirlər görülür.  qtisadiyyatın mühüm sahələrindən sayılan  kənd 



təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində həyata keçiriləcək 

mühüm işlər isə son nəticədə ölkəmizin qeyri-neft sektorunun  inkişafına təkan verəcək.  

Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir.Adıçəkilən 

sahə  gəlir  gətirmək  baxımından  olduqca  cəlbedicidir.Məhz  buna  görədir  ki,  son  illər 

ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı 

tədbirlər  həyata  keçirilir,  Bakıda,  eləcə  də  regionlarda  müasir  turizm  obyektləri  tikilib 

istifadəyə  verilir,  bu  sahədə  xidmətlərin  səviyyəsi  getdikcə  yaxşılaşdırılır.Ölkənin  turizm 

imkanlarından  tam  istifadə  ümumi  daxili  məhsulda  qeyri-neft  neft  sektorunun  payının 

artmasına gətirib çıxaracaq.Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və 

ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti 

üzrə ölkəyə böyük gəlirlər vəd edir.Cari ilin ilk yarısında həmçinin nəqliyyat, informasiya və 

rabitə  sahələrində  də  əhəmiyyətli  dərəcədə  artım  baş  vermişdir  ki,  bu  da  qeyri-neft 

sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir. 

Son  illər  Azərbaycanda  informasiya-kommunikasiya  texnologiyalarının  ( KT)  inkişaf 

etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət Statistika Komitəsinin 

məlumatına  görə,  cari  ilin   altı  ay  ərzində  informasiya  və  rabitə  müəssisələri  əhaliyə, 

müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərmişdir. Ötən ilin eyni dövrü ilə 

müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artmış, xidmətlərin 72,5 faizi 

ə

haliyə  göstərilmiş  və  əldə  edilmiş  gəlirin  80  faizi  qeyri-dövlət  sektorunun  payına 



düşmüşdür. 

Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı  özəl 

bölmənin  fəaliyyətindən  çox  asılıdır.  Son  illər  Azərbaycanda  yaradılmış  əlverişli  biznes 

mühiti,  özəl  sektora  dövlət  dəstəyinin  getdikcə  artırılması  ölkədə  sahibkarlığın  sürətli 

inkişafına  səbəb  olub.  “Sahibkarlığın  inkişafı  ilə  bağlı  əlavə  tədbirlər  haqqında”  Prezident 

fərmanına  uyğun  olaraq  ötən  il  ölkədə  biznes  və  investisiya  mühitinin  daha  da 

yaxşılaşdırılması,  o  cümlədən  prosedurların  sadələşdirilməsi,  elektron  xidmətlərin  əhatə 

dairəsinin  genişləndirilməsi,  əsassız  müdaxilələrin  qarşısının  alınması  və  digər  istiqamətlər 




54 

 

üzrə  işlər  davam  etdirilib.  Bu  ilin  altı  ayında  sahibkarlığın  inkişafına  dəstək  olaraq 



Sahibkarlığa  Kömək  Milli  Fondunun  xətti  ilə   iqtisadiyyatın  müxtəlif  sahələri  üzrə  2972 

sahibkara  96  milyon  manat  həcmində  güzəştli  kreditlər  verilib.  Bütövlükdə  isə  fond 

tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına ölkədə çoxsaylı  iri istehsal, emal və 

infrastruktur müəssisələri istifadəyə verilib. 

 Məlum olduğu kimi, ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, 

makroiqtisadi  sabitliyin  qorunmasında,  iqtisadiyyatın  şaxələndirilməsi  siyasətinin  prioritet 

istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var. 2004-cü 

ildən  uğurla  icra  olunan  regionların  sosial-iqtisadi  inkişafı  dövlət  proqramları  rayonların 

iqtisadi  potensialının  artmasına,  infrastruktur  təminatının,  kommunal  xidmətlərin 

keyfiyyətinin  daha  da  yüksəlməsinə,  biznes  və  investisiya  mühitinin,  əhalinin  rifahının 

yaxşılaşmasına  səbəb  olmuşdur.  Bu  baxımdan  cari  ilin  otən  dövründə  “Azərbaycan 

Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı” 

çərçivəsində  mühüm  işlər  görülmüş,  bir  sıra  uğurlu  layihələr  həyata  keçirilmiş,  regionların 

inkişafına  bütün mənbələr hesabına kifayət qədər vəsait yönəldilmişdir. 

Göründüyü  kimi,  Azərbaycanın  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  dövlətimizin 

iqtisadi  siyasətinin  prioritet  istiqaməti  kimi  getdikcə  aktuallıq  kəsb  edir.Ölkəmizin  sosial-

iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2015-ci ilin 

ötən dövründə də davam etmişdir. Yeri gəlmişkən, iqtisadçı ekspertlərin proqnozlarına görə,  

dövlətin  iqtisadi  siyasətinin  aparıcı  trendinə  müvafiq  olaraq  bu  il  ÜDM-in  artımı  onun 

tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-

neft  sektorunun  istehsal  həcminin  artması  şəraitində  baş  verəcək.  Cari  ildə  qeyri-neft 

sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir.Bu inkişaf tendensiyası növbəti 

illərdə  də  davam  edəcək.  Belə  ki,  qeyri-neft  sektorunun  ÜDM-də  payı  2012-ci  ildəki 52,7 

faizdən  2017-ci  ildə  72,4  faizə  yüksələcək.  Bu  dövr  ərzində  dövlət  büdcəsinin  gəlirlərinin 

formalaşmasında  neft  sektorunun  payı  nəzərəçarpacaq  dərəcədə  aşağı  enəcək  ki,  bu  da 

iqtisadiyyatımızın  neftdən  asılılığının  ildən-ilə  azaldığını  göstərməklə  iqtisadiyyatın 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə