Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   2   3   4   5   6   7   8   9   ...   32

 

edib.  Əvvəllər  xariсi  investisiyaların  сəlb  edilməsinin  rolu  tədiyyə  balansının  kəsirinin 



örtülməsi,  daxili  istehsalın  artırılması,  işsizliyin  aradan  qaldırılması,  məhsuldarlığın 

yüksəldilməsi  və  s.  ilə  məhdudlaşırdı.  Qloballaşmanın  genişləndiyi  müasir  dövrdə,  xariсi 

investisiya, ölkə daxilində sağlam rəqabətin yaradılması, ölkəyə yeni texnologiya və «know-

how»  gətirilməsi,  iqtisadiyyatda  liberallaşmanın  və  müasir  idarəçilik  təсrübəsinin  tətbiqi, 

insan resurslarının inkişaf etdirilməsi, ətraf mühitin qorunması, həmçinin transmilli şirkətlərin 

və onların məxsus olduğu ölkənin dəstəyinin qazanılması baxımından əhəmiyyətli sayılır.  

Azərbaycanda  xarici  investisiyalar  üçün  münbit  şərait  formalaşmışdır,  lakin  bu 

investisiyalar  daha  çox  neft-qaz  sektoruna  qoyulmuşdur.Bu  baxımdan  Azərbaycan 

iqtisadiyyatının  ixrac  potensialını  gücləndirəcək  və  idxaldan  asılılığını  azaldacaq  qeyr-neft 

sektoruna  -    kənd  təsərrüfatı,  sənaye,  xidmət  sektoruna  xarici  investisiyaların  daha  böyük 

həcmdə cəlb edilməsinə nail olmaq başlıca vəzifələrdən biri hesab edilir.  

Bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, onların cəlb 

edilməsi  istiqamətində  fəallıq  daha  da  güclənir,  dövlətlər  bütün  mümkün  stimullaşdırıcı 

vasitələrdən  istifadə  etməklə  daha  əlverişli  investisiya  mühiti  təklif  etməyə  və  bununla  da 

qlobal investisiya axınlarından daha çox yararlanmağa çalışırlar. Dünya investisiya bazarında 

formalaşmış belə bir kəskin rəqabət şəraitində  Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-

neft sektoruna daha çox investisiya cəlb edilməsinə şərait yaradacaq effektiv stimullaşdırma 

tədbirlərinin hazırlanması və tətbiq edilməsi mühüm aktuallıq kəsb edir. 



Tədqiqatın  obyekti  və  predmeti.    Tədqiqatın  obyektini  Azərbaycanın  qeyri-neft 

sektorunda  investisiya  mühiti  və  onun  yaxşılaşdırılması  istiqamətində  dövlətin  həyata 

keçirdiyi  stimullaşdırıcı  siyasət  mexanizmləri  təşkil  edir.  Tədqiqatın  predmeti  kimi  isə 

Azərbaycanın  qeyri-neft  sektorunainvestisiya  qoyuluşlarının  stimullaşdırılması    yollarının 

genişləndirilməsi və təkmilləşdirilməsi imkanlarının öyrənilməsi çıxış edir. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqat  işinin  əsas  məqsədi  Azərbaycanın  qeyri-

neft sektorunda investisiyaların və investisiya mühitinin müasir vəziyyətini kompleks tədqiq 

etməklə  investisiya  qoyuluşunun  stimullaşdırılması  mexanizmlərinin  təkmilləşdirilməsi  və 

genişləndirilməsi  istiqamətində  təkliflərin  hazırlanmasından    ibarətdir.  Dissertasiya  işinin 




 

məqsədinə  çatmaq  üçün  tədqiqat  işi  qarşısında  aşağıdakı  konkret  vəzifələr  müəyyən 



edilmişdir: 

−  nvestisiyaların milli iqtisadiyyatın inkişafında yeri və rolunun tədqiq edilməsi; 

−  Qlobal investisiya axınlarının müasir meyillərinin tədqiq edilməsi; 

−  nvestisiya  qoyuluşunun  stimullaşdırılması  metodlarının  və  dünya  təcrübəsinin 

öyrənilməsi; 

−  Qeyri-neft  sektorunun  inkişaf  etmiş  əsas  sahələri  və  onların  müasir  inkişaf 

xüsusiyyətlərinin tədqiq edilməsi; 

−  Qeyri-neft sektoruna investisiya qoyuluşlarının dinamikası və strukturunun kompleks 

tədqiq edilməsi; 

−  Qeyri-neft 

sektorunun  inkişaf  istiqamətləri  və  investisiya  qoyuluşunun 

stimullaşdırılması strategiyasının əsas hədəflərinin müəyyən edilməsi; 

−  Qeyri-neft  sektorunda  investisiya  mühitinin  əlverişliyi  və  onun  yüksəldilməsi 

imkanlarının araşdırılması; 

−  Qeyri-neft  sektoruna  investisiya  qoyuluşunun  stimullaşdırılması  mexanizmlərinin 

təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi. 



Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işində  Azərbaycanın  qeyri-neft  sektoruna 

investisiya  qoyuluşları  sistemli  şəkildə  təhlil  edilmiş  və  müəyyən  edilmiş  strateji  hədəflər 

üzrə investisiya qoyuluşunun stimullaşdırılması yolları təklif edilmişdir. 

Tədqiqatın  informasiya  bazası.  Mövzu  ilə  əlaqədar  yerli  və  xarici  tədqiqatçıların 

məqalələrindən,  Azərbaycan  Respublikasının  qtisadiyyat  Nazirliyinin,  Dövlət  Statistika 

Komitəsinin,  UNCTAD,  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondunun  illik  hesabat 

materiallarından geniş istifadə edilmişdir. 



Tədqiqatın  praktiki  əhəmiyyəti.  Tədqiqat  işinin  nəticələrindən  Azərbaycanın 

investisiya siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi zamanı istifadə oluna bilər. 



Tədqiqatın  strukturu.  Dissertasiya  işi  giriş,  3  fəsil,  8  paraqraf,  nəticə  və  təkliflər, 

istifadə edilmiş ədəbiyyat siyahısı və xülasədən ibarətdir. 




 

Birinci  fəsildə  investisiyaların  milli  iqtisadiyyatın  inkişafında  yeri  və  rolu,  qlobal 



investisiya axınlarının müasir meyilləri, investisiya qoyuluşunun stimullaşdırılması metodları 

və dünya təcrübəsi tədqiq edilmişdir. 

kinci fəsildə Azərbaycanda qeyri-neft sektorunun inkişaf etmiş əsas sahələri və onların 

müasir  inkişaf  xüsusiyyətləri,    qeyri-neft  sektoruna  investisiya  qoyuluşunun  dinamikası  və 

strukturu kompleks tədqiq edilmişdir. 

Üçüncü  fəsildə  qeyri-neft  sektorunun  inkişaf  istiqamətləri  və  investisiya  qoyuluşunun 

stimullaşdırılması  strategiyasının  əsas  hədəfləri,  investisiya  mühitinin  əlverişliyi  və  onun 

yüksəldilməsi  imkanları,  investisiya  qoyuluşunun  stimullaşdırılması  mexanizmlərinin 

təkmilləşdirilməsi istiqamətləri araşdırılmışdır. 

 

 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə