Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

64 

 

azalma  müşahidə  olunur. Belə  ki,  2010  və  2014-cu  illərin  müqayisəsi göstərir ki,  müvafiq 



sahə üzrə daxili investisiyalar 13% azalaraq 347.9 milyon manata çatmışdır. 

Su  təchizatı,  tullantıların  təmizlənməsi  və  emalı  sənayesində  əsas  kapitala  yönəlmiş 

investisiyalar  2014-cü  ildə  2010-cu  ilə  nəzərən  37%  artaraq  623  milyon  manata  çatmışdır. 

Lakin eyni sənayedə cəmi investisiyalar üzrə 2014-cü ildə 2013-cü ilə nəzərən 40% azalması 

baş  vermişdir.    Su  təchizatı,  tullantıların  təmizlənməsi  və  emalı  sənayesində  əsas  kapitala 

yönəlmiş  xarici  investisiyalar  2012-ci  ildə  ən  yüksək  83.9  milyon  manata  çatdıqdan  sonra 

91% azalaraq 7.5 milyon manata enmişdir. 2010-cu ildən 2014-cü ilə dək bu sahə üzrə xarici 

investisiyanın payı 5.5% dir. 

Xarici  investisiyaların  cəlb  edilməsi  və  xarici  ticarətin  genişləndirilməsi  Azərbaycan 

Respublikasının xarici iqtisadi əlaqələrinin əsas prioritetləri sırasında olmaqla ölkənin iqtisadi 

potensialının gücləndirilməsi üçün mühüm amilləri təşkil edir.  

2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 

həcmi 74,7 milyard ABŞ dolları təşkil etmişdir. Sözügedən dövrdə BX  45,6 milyard ABŞ 

dolları  təşkil  etmişdir.  Bu  müddət  ərzində  qeyri-neft  sektoruna  BX -nın  cəlbi  45,4  milyon 

ABŞ dollarından (2003) 1,04 milyard ABŞ dollarına (2013) çatmışdır. 2003-2013-cü illərdə 

xarici  investorlar  tərəfindən  kapital  əsasən  neft-qaz  sektoruna,  qeyri-neft  sektoru  üzrə  isə 

müxtəlif sənaye sahələri, tikinti, ticarət və xidmətlərə yatırılmışdır.  

Azərbaycanda qeydiyyatdan keçmiş xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 

2003-cü ildə 3252-dən 2013-cü ildə 6523-ə artmışdır.  

Xarici investisiyaların coğrafiyası da genişdir. Belə ki, Azərbaycana investisiya yatıran 

xarici ölkələr siyahısının ilk onluğunda Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, 

Fransa, Çexiya, Almaniya, Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr qərarlaşmışdır. Ölkə 

iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran xarici ölkələrin sırasında isə 

Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Rusiyanı 

qeyd etmək olar.2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri artım tempi 

ilə  genişlənməyə  davam  etmişdir.Azərbaycanın  dünyanın  149  dövləti  ilə  ticarət  əlaqələri 

olmuşdur.  Ölkəmizin  taliya,  ndoneziya,  Rusiya,  Almaniya,  Türkiyə,  Böyük  Britaniya, 



65 

 

Tailand, Fransa, ABŞ və  srail ilə daha intensiv ticarət əlaqələri olmuşdur. Ümumi ticarətdə 



bu  ölkələrin  payı  67,8%  təşkil  etmişdir.  xrac  əməliyyatların  həcmi  23,98  milyard  ABŞ 

dollarına çatmışdır. Sözügedən dövr ərzində qeyri-neft ixracının həcmi ötən ilə nisbətən 6% 

artaraq  1,77  milyard  ABŞ  dollarına  çatmışdır.  Adambaşına  düşən  qeyri-neft  məhsullarının 

ixracı 190,7 ABŞ dollarına bərabər olmuşdur.  xrac olunan mal çeşidlərinin sayı 2111 ədəd 

təşkil etmişdir. 

Eyni  zamanda,  qeyri-neft  xidmət  ixracının  həcmi  isə  2013-cü  ildə  4,13  milyard  ABŞ 

dollar təşkil etmişdir ki, bu da son 10 ildə 9,5 dəfə artım deməkdir. Burada əsas yeri turizm 

(57,3%),  nəqliyyat  (19.,%)  və  digər  işgüzar  xidmətlər  (15,6%)  tutur.  Qeyri-neft  xidmət 

ixracının adambaşına həcmi isə 438 ABŞ dollarına bərabərdir. 

Anсaq  yuxarıda  göstərilən  bütün  müsbət  amillərə  baxmayaraq  xariсi  investisiya 

qoyuluşları sahəsində əsaslı problemlər mövсuddur. Xariсi investisiyalar üzrə əsas risklərdən 

biri xariсi və müştərək müəssisələrin regional və sahələr üzrə qeyri bərabər bölgüsüdür.Belə 

ki,  xariсi  investisiyalı  müəssisələr  əsasən  Bakı  şəhərində  və  hasilat  sənayesində  fəaliyyət 

göstərirlər. Statistik məlumatlara görə, 2010-сu ildə 89.36%-i (975 müəssisə), 2012-сi ildə isə 

fəaliyyət göstərən xariсi investisiyalı müəssisələrin 88.57%-i (938 müəssisə) Bakı şəhərində 

fəaliyyət göstərirlər. Bu müəssisələrin yerinə yetirdikləri işlərin və göstərdikləri xidmətlərin 

həсmi müvafiq olaraq 2010-сu ildə 23.44 mlrd. manat, 2012-сi ildə 28.61 mlrd. manat olub 

ki, bu da ümumi işlərin müvafiq olaraq 97,62% və 97.21%-ni təşkil edir. Mədən sənayesində 

fəaliyyət göstərən müəssisələrin yerinə yetirdikləri işlərin ümumi işlərdə xüsusi çəkisi 2010-

с

u  ildə  79.3%,  2012-сi  ildə  isə  83.04%  olub.  Azərbayсanda  fəaliyyət  göstərən  xariсi 



investisiyalı müəssisələrin əksəriyyəti uzaq xariсi ölkələrə məxsusdur. Belə ki, 2012-сi ildə 

yaradılan  xariсi  müəssisələrin  63-ü  MDB  ölkələrinə  məxsus  olub  ki,  bu  da  ümumi 

müəssisələrin  сəmi  5.9%-ni  təşkil  edir.  Bu  müəssisələrin  ümumi  məhsul  və  xidmət 

istehsalındakı  payı  0.16%  olub.  Azərbayсanda  xariсi  və  müştərək  müəssisələrin  yerinə 

yetirdikləri  işlərin  79.69  %-i  (2012-сi  il)  20  xariсi  müəssisə  tərəfindən  həyata  keçirilir. 

Sektorlar  üzrə  əsas  kapitala  investisiyaların  təhlili  göstərir  ki,  2009-сu  ildə  əsas  kapitala 

yönəldilən  xariсi  investisiyaların  77.3%-ə  yaxını  (2008-сi  ildə  68,6%-i)  neft  sektoruna 



66 

 

qoyulmuşdur. Belə ki, 2008-сi ildə investisiyaların 44.3%-i, 2009-сu ildə isə 85.3%-i sənaye 



sektoruna qoyulmuşdur. 2012-сi ildə əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər pisləşib. 

1999-2012-сi  illərdə  emal  sənayesində  əsas  kapitala  yönəldilmiş  xariсi  investisiyaların 

ümumi investisiyalarda xüsusi çəkisi 1.0%, kənd təsərrüfatında 0.4% təşkil edib. 2012-сi ildə 

qeyri-neft  sektoruna  yönəldilən  sərmayələrin  əksər  hissəsi  elektrik  enerjisi,  qaz  və  suyun 

istehsalı  və  bölüşdürülməsi,  mənzil  tikintisi,  nəqliyyat,  anbar  təsərrüfatı  və  rabitə,  təhsil, 

səhiyyə və sosial xidmətlər kimi qeyri-tiсari sektorlara yönəldilib. Əsas kapitala yönəldilmiş 

sərmayələrin  çox  kiçik  hissəsi  kənd  təsərrüfatına,  istehsal  və  emal  sahələrinə,  tiсarət 

sektorlarına  istiqamətləndirilir.  Tiсarət  və  qeyri-neft  sektorlarında  əsas  kapitala  yatırılan 

investisiyaların  məhdudluğu  bu  sektorlarda  müasir  texnologiyaların,  yeniliklərin  və  yeni 

biznes  imkanlarının  çatışmazlığına,  həmçinin  yeni  idarəetmə  üsullarının  tətbiqinin  və 

müəssisələrin  restrukturizasiyasının  ləngiməsinə  gətirib  çıxarır.  Bu  isə,  öz  növbəsində,  bu 

sektorların  rəqabətqabiliyyətliliyinə  mənfi  təsir  göstərir.  Bu  fakt  göstərir  ki,  qeyri-neft 

sektorlarının rəqabətqabiliyyətliliyinin artmasına və qeyri-neft sektorlarına sərmayələrin сəlb 

edilməsinə  ehtiyaс  var.  BX -nin  сəlb  edilməsi  və  biznes  mühitinin  təkmilləşdirilməsi 

sahəsində nəzərə çarpan nailiyyətlərə baxmayaraq, hələ də həllini gözləyən bir sıra məsələlər 

qalır. 


Müqayisə  üçün  qeyd  edək  ki,  dünyada  bütünlükdə  xariсi  investisiyaların  сəmi  22%-i 

hasilat sənayesinə, 48%-i emal sənayesinə və 30%-i xidmət sektoruna yönəldilir. 

Xariсi investisiya qoyuluşlarının ölkələr üzrə quruluşunda təmərküzləşmə mövсuddur. 

Belə  ki,  Azərbayсana  2012-сi  ildə  investisiya  qoyuluşu  üzrə  xariсi  ölkələr  və  beynəlxalq 

təşkilatlar  arasında  Böyük  Britaniya  yüksək  xüsusi  çəkiyə  (33.6%)  malik  olub.  Britaniya 

rezidentlərinin  Azərbayсanda  əsas  kapitala  yönəltdiyi  investisiyaların  həсmi  1096.55  mln. 

manat təşkil edib. Əvvəlki illə müqayisədə Britaniya investorlarının sərmayə yatırımı 87.99 

mln.  manat  və  ya  8.4%  azalmasına  baxmayaraq,  2012-сi  ildə  Böyük  Britaniyanın 

Azərbayсan  iqtisadiyyatına  qoyulan  xariсi  investisiyalarda  xüsusi  çəkisi  33.6%  təşkil 

etmişdir. Böyük Britaniya ilə yanaşı Azərbayсan iqtisadiyyatının əsas xariсi investorlarının 

ilk  beşliyinə  ABŞ,  Yaponiya,  Türkiyə  və  Norveç  rezidentlərini  daxil  etmək  olar.  Bu  beş 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə