Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

67 

 

ölkəni  təmsil  edən  investorların  kapital  qoyuluşu  ümumilikdə  2469.95  mln.  manata  yaxın 



olmuşdur  ki,  bu  da  ümumi  investisiyaların  75.76%-ni  təşkil  edir.  Lakin  aparılan  təhlillər 

göstərir  ki,  son  dövrlərdə  xariсi  investorlarla  qurulan  əlaqələr  sistemində  bir  sıra  müsbət 

dəyişikliklərin  olmasına  baxmayaraq,  qeyd olunan  üstünlüklərdən  və  imkanlardan  səmərəli 

istifadə  olunmur.  Belə  ki,  Azərbayсanda  güсlü  xariсi  investisiya  axınına  nail  olmaq  üçün 

bütöv  iqtisadi  sistem  formalaşdırılmalıdır.  Dünya  iqtisadiyyatında önсül  yer  tutan  ölkələrin 

təсrübəsini  nəzərə  alaraq  demək  olar  ki,  Azərbayсanın  xariсi  iqtisadi  fəaliyyəti  və  xariсi 

investorlarla  effektiv  münasibəti  iqtisadiyyatda  ümumi  liberallaşma  prinsipləri  nəzərə 

alınmaqla qurulmalıdır. Ölkədə iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmləri beynəlxalq 

hüquq  normalarına  və  dünya  praktikasına  uyğun  olmalı,  iqtisadiyyatın  və  xariсi  tiсarət 

ə

laqələrinin  strukturu  ölkənin  iqtisadi  potensialına,  daxili  tələbatına  və  beynəlxalq  əmək 



bölgüsündə malik olduğu üstünlüklərə uyğun olaraq formalaşdırılmalıdır. Bu gün investisiya 

prosesinin  fəallaşması  və  onun  səmərəliliyinin  artırılması  problemləri  Azərbayсan 

Respublikası  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Xariсi  investisiyaların  сəlb  olunması  ilk 

növbədə,  Azərbayсan  iqtisadiyyatının  təxirə  salınmaz  prioritetlərini,  yəni  müasir  istehsal 

texnologiyalarının  mənimsənilməsini,  innovasiya  qərarlarını,  yeni  idarəetmə  sistemlərinin, 

istehsal obyektlərinin yeniləşdirilməsini nəzərdə tutmalıdır. Lakin təсrübənin göstərdiyi kimi, 

xariсi  investorlar  daha  yüksək  gəlirli,  ən  əvvəl,  ixraсa  yönəlmiş  xammal  sahələrində 

möhkəmlənməyə çalışırlar. Bu, çox hallarda Azərbayсan iqtisadiyyatının xammal yönümlü 

olmasına və texniki-texnoloji geriləməsinə şərait yaradır.  

 

 



68 

 

III FƏS L 



AZƏRBAYCANDA QEYR -NEFT SEKTORUNA  NVEST S YA QOYULUŞUNUN 

ST MULLAŞDIRILMASI STRATEG YASI 

3.1.Qeyri-neft sektorunun inkişaf istiqamətləri və investisiya qoyuluşunun 

stimullaşdırılması strategiyasının əsas hədəfləri 

 

 



Qeyri-neft sektorunun ÜDM-də payının üstünlük təşkil etməsinə baxmayaraq, ixracda 

hələ ki, neft-qaz sektoru öz dominantlığını qoruyub saxlamışdır ki, bu da ölkəmizə valyuta 

daxil olmalarında qeyri-neft sektorunun rolunu məhdudlaşdırır. Azərbaycan Respublikasında 

qeyri-neft sənayesinin inkişafına təsir edən problemləri aşağıdakı şəkildə xarakterizə edilir: 

 - qeyri-neft sənayesində həyata keçirilən tədbirlərin icrasında olan  ləngimələr; 

-  iqtisadiyyatda  uzun  müddət  yanacaq-energetika  sektorunun  əsas  aparıcı  qüvvə  kimi 

çıxış etməsi; 

-  perspektivli  və  potensial  inkişafa  malik  sahələrə,  müəssisələrə  investisiya 

qoyuluşlarında səmərəli və güzəştli yanaşma probleminin qalması; 

- qeyri-neft sənayesində olan texniki və texnolojı bazanın mütərəqqi inkişafdan geriliyi; 

- ölkədə müasir elmi və intellektual potensialın dağınıqlığı; 

- bu sahədə yüksək ixtisaslı, peşəkar mütəxəssislərin, intellektual qabiliyyətli insanların 

hazırlanma səviyyəsinin qeyri-mükəmməlliyi; 

-  innovasiya  fəaliyyətinin  inkişafını  təmin  edəcək  tənzimləmə  mexanizminin  və 

infrastrukturun kifayət qədər inkişaf etməməsi; 

-  qeyri-neft  sənaye  müəssisələrinin  rəqabətqabiliyyətli,  innovasiya  yönümlü  məhsul 

istehsalına meyilli olmaması; 

- müasir keyfiyyət standartlarının tətbiqinin kifayət qədər formalaşmaması; 

- regional inkişafda hələ ki, fərqlərin mövcudluğu və qeyri-neft sənaye müəssisələrinin 

inkişafının mərkəzə meyilliyi; 

-  qeyri-neft  sənaye  sahələrinin  elmi  və  innovasiya  tədqiqatları  aparma  imkanlarının 

zəifliyi; 




69 

 

-  qeyri-neft  sənaye  sahələrinin,  müəssisələrinin  ixrac  potensialının  xüsusi  çəkisinin 



tədiyyə balansında, xarici ticarətdə aşağı göstəriciyə malik olması; 

- istehsal fondlarının, texnoloji avadanlığın amortizasiyasının yüksəkliyi, yeni və müasir 

avadanlıqların tətbiq əmsalının aşağı olması; 

- məhsul istehsalında material və enerji tutumluğunun səviyyəsinin yüksəkliyi;  

- idarəetmə sisteminin və menecmentin peşəkarlıq səviyyəsinin müasir tələblərə cavab 

verməməsi. 

Ölkədə  qeyri-neft  senayesinin  inkişafı  ilə  əlaqədar  yuxarıda  sadalanan  problemlərin 

həlli  istiqamətində  həyata  keçirilən  dövlət  proqramları  və  konkret  tədbirlər  iqtisadiyyatın 

diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmalıdır. Bütün bu 

kimi  müsbət  meyillər  əsas  götürülərək,  Azərbaycan  Respublikasında  2015-2020-ci  illərdə 

qeyri-neft sənayesinin inkişaf prioritetlərinə aşağıdakılar aid edilir: 

-  regionlarda  rəqabətqabiliyyətli  və  ixracyönümlü  məhsullar  istehsal  edən,  müasir 

texnologiyalara  əsaslanan  müəssisələrin  yaradılması,  bu  ərazilərdə  istehsal  olunan 

məhsulların region və dünya bazarlarına ixracına stimul verilməsi; 

-qeyri-neft  sənaye  sahələrinin  iqtisadi  rayonlar  üzrə  inkişafının  investisiya  siyasətində 

prioritet kimi nəzərə alınması; 

- sənaye siyasətinin vacib hissəsi olan Xüsusi  qtisadi Zonaların yaradılması məqsədilə 

zəruri olan tədbirlərin həyata keçirilməsi; 

-qeyri-neft  sənayesinin  inkişafına,  iqtisadiyyatın  modernləşməsinə,  innovativ  və 

elmtutumlu 

iqtisadiyyatın 

formalaşmasına, 

yüksək 

texnologiyalar 



ə

sasında 


rəqabətqabiliyyətli  sənaye  istehsalının  genişləndirilməsinə  nail  olmaq  üçün  sənaye 

parklarının və komplekslərinin yaradılması; 

-standartlaşdırma siyasəti cərcivəsində qeyri-neft sənaye sahələrində fəaliyyət gostərən 

müəssisələrdə beynəlxalq standartların tətbiqinin genişləndirilməsi; 

-  ölkə  iqtisadiyyatı  üçün  böyük  əhəmiyyətə  malik  olan  kimya  sənayesinin  yenidən 

qurulması və inkişafına nail olunması, istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, 

onların emal dərinliyinin artırılması; 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə