Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

70 

 

-Azərbaycanın  maşınqayırma  sənayesinin inkişafının sürətləndirilməsi, istehsal olunan 



məhsulların  xarici  bazarlara  çıxarılmasının  və  rəqabətədavamlılığının  təmin  edilməsi,  neft-

maşınqayırma sənayesinin inkişafının bərpa edilməsi; 

- zəngin ehtiyatlara malik qara və əlvan metallurgiyanın inkişaf etdirilməsi; 

-  yüngül  sənayenin  inkişafının  müasir  tələblərə  uyğunlaşdırılması,  daxili   və  xarici 

bazarlarda bu məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsi; 

-yeyinti  məhsullarının  rəqabətədavamlılığının  təmin  edilməsi  ucun  qiymətli  bioloji 

komponentlərlə  zəngin  yerli  xammaldan  istifadə  etməklə  məhsulların  mənimsənilməsi,  bu 

məhsulların bioloji dəyərliliyinin və dad keyfiyyətinin artırılması; 

-  ölkədə  yeni  və  müasir  sahə  olan  nanotexnologiyanın  inkişafına  nail  olunması,  bu 

sahədə olan bütün imkanların səfərbər edilməsi; 

- respublikada kosmik sənayenin yaradılması, inkişafı üçün işlərin sürətləndirilməsi; 

-  gəmiqayırma  sahəsində  tədbirlərin  genişləndirilməsi  və  bu  sahənin  inkişaf 

imkanlarının artırılması;  

-  elektron  və  digər  avadanlıqların  istehsalının  genişləndirilməsi,  bu  sahədə 

ixtisaslaşmanın dərinləşdirilməsi; 

-tikinti materialları sənayesinin inkişaf etdirilməsi, bu sahədə mövcud olan xammal və 

ehtiyatlardan istifadənin ekoloji cəhətdən səmərəliliyinin artırılması. 

Sənaye  müəssisələrinin  müasir  texnologiyalar  əsasında  yenidən  qurulması,  onların 

modernləşdirilməsi,  yerli  resurs  və  xammalla  işləyən,  ixracqabiliyyətli  məhsullar  istehsal 

edən  sənaye  komplekslərinin  yaradılması,  rəqabətədavamlı  sənaye  istehsalının 

genişləndirilməsi  qeyri-neft  sənayesinin  əsas  inkişaf  prioritetləridir.Qeyri-neft  sənayesinin 

prioritet  inkişafını,  bu  sahədə  dayanıqlı  artım  tempini  təmin  etmək  üçün  ölkədə  zəruri 

tədbirlər həyata keçirilməlidir. Ilk növbədə sənaye sahəsində yüksək texnoloji və elm tutumlu 

istehsal sahələrinin inkişafına üstünlük verilməsidir; müəssisələrin texniki-texnoloji cəhətdən 

yenidən qurulması, müasir idarəetmə metodlarının tətbiqinə diqqət artırılmalıdır; müqayisəli 

üstünlüyə malik və rəqabətədavamlı sənaye məhsullarının istehsalının genişləndirilməsi vacib 

məsələdir;  idxalı  əvəz  edəcək  və  ixracyönümlü  məhsulların  istehsalının  stimullaşdırılması; 



71 

 

sənaye klasterlərinin yaradılması və sənayenin strukturunun seçilmiş inkişaf istiqamətlərinə 



uyğun  olaraq  yenidən  qurulması;  investisiya-innovasiya  proseslərinin  stimullaşdırılması, 

enerji  və  resursa  qənaət  edən,  ekoloji  cəhətdən  təmiz  texnologiyaların  tətbiqinin 

sürətləndirilməsi;  investisiya  mənbələrinin  müəyyənləşdirilməsi  və  səmərəliliyinin 

artırılması;  sənayenin  inkişaf  tempinin  və  əmək  məhsuldarlığının  yüksəldilməsinin 

prioritetliyinin  təmin  edilməsi;  dünya  sənaye  əmtəələri  bazarının  cari  və  gələcək 

konyunkturası haqqında informasiyalara malik marketinq sisteminin yaradılması; qeyri-neft 

sənayesində  innovasiya  fəallığının  yuksəldilməsi  ilə  bağlı   qanunverici  bazanın 

təkmilləşdirilməsi və bu sahədə stimullaşdırıcı mexanizmlərin tətbiqi; qeyri-neft sənayesinin 

inkişaf etdirilməsi məqsədilə sənaye şəhərciklərinin, texnoparkların, xususi iqtisadi zonaların 

yaradılması; vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili 

bazarın  qorunması  sisteminin  möhkəmləndirilməsi;  elmi-texniki  və  konstruktor  işlərinin 

genişləndirilməsi, patent fəaliyyətinin gücləndirilməsi məsələləri həllini tapmalıdır. 

Qlobal  rəqabət  mühitində  inkişaf  etməkdə  olan  qeyri-neft  sənayesi  ənənəvi  sahələrlə 

yanaşı,  yeni  məhsul  istehsalı  üzərində  qurulan  müasir  tipli  sahələrin  yaranması  ilə  də 

xarakterizə olunmalıdır. 

Azərbaycan  iqtisadiyyatının  və  sənayesinin  rəqabətqabiliyyətli  inkişafı  ilk  növbədə 

iqtisadi  artımın  yeni  keyfiyyətini  təmin  edən  bilik  iqtisadiyyatına  keçidi  tələb  edir.Onun 

başlıca  xarakteristikası  isə  yüksək  texnologiyalı  sahələrin  dinamik  inkişafı,  tədqiqat  və 

işləmələrə  investisiya  qoyuluşunun  intensiv  artımı,  məhsul  və  xidmətlərin  elm 

tutumluluğunun,  müəssisələrin  innovasiya  fəallığının  yüksəldilməsi  və  iqtisadiyyatda 

innovasiya mənfəətinin artırılmasına nail olunmasıdır. 

Mövcud  ehtiyatlardan  maksimum  istifadə  edərək  onların   qeyri-neft  sənayesinin 

tələbatlarının  ödənilməsinə  yönəldilməsi  istiqamətliyi  təmin  olunmalıdır.  Bu  amilin 

reallaşdırılması üçün elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri əsasında istehsalın daha da 

inkişaf etdirilməsi və hərtərəfli formalaşdırılmış müasir sənaye sahələrinin təşəkkülü prosesi 

həyata keçirilməlidir. 




72 

 

Qeyri-neft  sənayesinin  strukturunda  aparılan  keyfiyyət  dəyişiklikləri  iqtisadi  siyasətin 



mühim tərkib hissəsinə çevrilməlidir.Sabit iqtisadi artımın əsas mənbəyi kimi yeni texnoloji 

bazanın müasirləşdirilməsi vəzifəsi təmin olunmalıdır.Mövcud köhnə istehsal fondlarının və 

texnologiyaların  həcminin  tədricən  azaldılması,  kapital  axınının  köməyi  ilə  yenilərinin 

payının artması prosesi davam etdirilməlidir. 

 Xammalyönümlü  iqtisadiyyatdan  innovasiyayönümlü  iqtisadiyyata  keçid  qeyri-neft 

sənayesi  sahələrində  əsas  hədəflərdən  birinə  çevrilməlidir.  Azərbaycanda  hasilat  və  emal 

sənaye  sahələri  arasında  əlaqəni  gücləndirməklə  rəqabətqabiliyyətli  məhsul  istehsalına  nail 

olunmalıdır.  Sənaye  istehsalının  inkişafında  istehsalın  innovasiya  tutumlu  bazasının 

yeniləşməsi,  onun  səmərəliliyinin  və  rəqabətqabiliyyətliyinin  artmasına  cavab  verən  sahə 

strukturunun formalaşması prosesi təmin edilməlidir. 

Yanacaq-energetika kompleksi məhsul və xidmətlərin əsas sifarişçisi rolunu öz üzərinə 

götürməklə bu  sahə  bir-birini  qarşılıqlı  surətdə  tamamlayan  yanacaq-energetika  kompleksi, 

neft  maşınqayırması  və  metallurgiyanın  birləşməsi  kimi  qırılmaz  əlaqəliliyi  təmin 

etməlidir.Belə  inkişaf  tendensiyası  maşınqayırmanın  bərpasına  və  metallurgiyanın  rasional 

inkişafına,  istehsal  gücündən  maksimal  istifadə  edilməsinə,  bahalı  xarici  avadanlıq  və 

texnologiyaların  alınmasının  azalmasına  gətirib  çıxaracaqdır.Kimya  və  neft-kimya  sahələri 

investisiya  layihələri  üçün  cəlbedici  sahələrdəndir,  neft-qaz  hasilatı  ölkədə  kimya  və  neft-

kimya sahələrinin əsas inkişaf hədəflərinin müəyyən edilməsində önəmli rol oynamalıdır. 

Ölkədə  yerli  xammal  və  resurslardan  qeyri-neft  sənayesində  istifadə  əlaqəliliyi 

gücləndiriləcəkdir.Bütün  bu  bağlılıq  xammal-resurs,  emal  və  istehsal  sənaye  sahələrinin 

inkişafını stimullaşdıracaqdır. 

Qeyri-neft  sənaye  müəssisələrinin  restrukturizasiyasının  aparılmasında  müəyyənedici 

istiqamət  yüksək  texnoloji,  elmtutumlu  istehsalın  inkişafıdır.Bu  inkişaf  meyli 

rəqabətqabiliyyətli məhsul buraxılışını və onun xarici bazarlara çıxışını təmin edəcək. 

Regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə 

müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması siyasəti həyata keçirilməlidir. 

Proqramın  əhatə  etdiyi  dövrdə  ölkədə  qeyri-neft  sənaye  sahələrindən  olan  metallurgiya, 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə