Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

73 

 

gəmiqayırma,  kimya  və  emal  sahələrində   yeni  müəssisələr  inşa  ediləcəkdir.  Sənaye 



müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış 

və  xüsusi  təyinatlı  sənaye  şəhərcikləri  yaradılacaqdır.Ölkədə  iqtisadi  rayonların  potensial 

imkanları nəzərə alınmaqla xüsusi iqtisadi zonaların yaradılmasına və sənaye şəhərciklərinin 

qurulmasına üstünlük veriləcəkdir. 

Qeyri-neft  sənayesinin  ənənəvi  istehsal  sahələrinin  (metallurgiya,  maşınqayırma, 

elektrotexnika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının 

artırılması  ilə  yanaşı,  rəqabətqabiliyyətli  yeni  istehsal  sahələrinin  yaradılması  da 

dəstəklənəcək.Ölkənin qeyri-neft senayesinə yerli və xarici investisiyaların cəlb edilməsinin 

intensivləşdirilməsi  məqsədilə  stimullaşdırıcı  mexanizmlər  tətbiq  ediləcək,  ixracyönümlü 

qeyri-neft  sektorunun  inkişafı  məqsədilə  dövlət  və  özəl  sektorun  investisiya  əməkdaşlığı 

aparılacaq. 

Ə

rzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd 



təsərrüfatı  məhsullarının  istehsalı  və  emalına  xüsusi  diqqət  yetiriləcək,  bu  sahənin  inkişafı 

ə

sasında  müasir  texnologiyaların  tətbiqi  yolu  ilə  mövcud  emal  müəssisələrinin  istehsal 



gücünün artırılması və yeni belə müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər 

həyata keçiriləcəkdir. 

Müəyyən  edilmiş  hədəflərə  çatmaq  üçün  iki  istiqamətdə  qeyri-neft  sənaye  sahəsinin 

rəqabətqabiliyyətinin  artırılması  və  strukturunun  təkmilləşdirilməsi  üzrə  tədbirlər  həyata 

keçiriləcək. qtisadiyyatın 

rəqabətqabiliyyətinin 

artırılması 

makroiqtisadi 

sabitliyin 

qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, maliyyə xidmətləri 

bazarının inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və özəl təşəbbüsün 

dəstəklənməsinin  genişləndirilməsi  kimi  hədəflərə  nail  olunması  da  qeyri-neft  sənayesinin 

inkişafına əsaslı təkan verəcək.Yaradılan əlverişli investisiya mühiti, təsərrüfat fəaliyyətinin 

inkişafı  ilə  bağlı  həyata  keçirilən  islahatlar  2014-2020-ci  illər  ərzində  qeyri-neft  sənaye 

sahələrinin daha intensiv inkişafını təmin edəcək. 

nvestisiya  fəallığı  ölkənin  istehsal  sahələrinin,  xidmət  sektorunun  sosial-iqtisadi 

nəticələrinin effektliyini artırıb, milli iqtisadiyyatın makroiqtisadi göstəricilərini yüksəltməklə 



74 

 

müasir  inteqrasiya,  qloballaşma  dövrünün  tələblərinə  uyğun  düşünülmüş,  uzunmüddətli 



iqtisadi  siyasət  xəttinin  əsas  tərkib  hissəsini  təşkil  etməkdədir.  Qeyri-neft  sənayesinə 

investisiya qoyuluşunun istiqamətləri aşağıdakıları əhatə edir: 

-  yeni  obyektlərin  yaradılması  və  müasir  tələblərə  uyğun  qurularaq  fəaliyyət  göstərən 

müəssisələrin inkişafı; 

-istehsal  güclərinin  artırılması  məqsədilə  müəssisələrin  müəyyən  fəaliyyət  sahələrinin, 

yaxud mövcud sexlərinin genişləndirilməsi; 

-istehsalın texniki-iqtisadi səviyyəsini yüksəltməklə müəssisənin və ya ayrı-ayrı struktur 

bölmələrin, sexlərin texniki-texnoloji cəhətdən silahlandırılması; 

- müəssisənin əsas istehsal fondlarının modernləşdirilməsi; 

- müəssisənin dövriyyə vəsaitlərinin investisiya təminatı; 

-qiymətli  kağızlar  (səhmlər,  istiqrazlar,  sertifikatlar)  vasitəsilə  müəssisəyə  investisiya 

yatırımları; 

- yeni və orijinal məhsulların istehsalına investisiyalar; 

- fəaliyyətdə olan istehsal sahələri çərçivəsində yeni növ məhsullar istehsalına qoyulan 

investisiyalar; 

-intellektual dəyərlərin inkişafına yönələn investisiyalar (kəşflər, nou-hau, ixtiralar, elmi 

tədqiqatlar). 

nvestisiya  ssenarisi  qeyri-neft  sənayesinə  daxil  olan  ənənəvi  sahələrin  maddi-texniki 

bazasının  təkmilləşdirilməsinə,  onların  rəqabətyönümlü  məhsul  istehsal  etməsinə, 

infrastruktur 

sisteminin 

təkmilləşdirilməsinə, 

müəssisələrin 

ixrac 


potensialının 

yüksəldirməsinə  yönəldiləcəkdir.Bu  ssenari  kimya,  maşınqayırma,  metallurgiya,  yeyinti, 

yüngül və digər sənaye sahələrinə investisiya yatırımı imkanını artıracaqdır.Ölkədə istehsal 

olunan avadanlıqların keyfiyyətinin artırılması və müasir bazar tələblərinə uyğunlaşdırılması 

ə

saslı investisiya qoyuluşları vasitəsi ilə həyata keçiriləcək.Belə inkişaf tendensiyası əvvəllər 



xarici  ölkələrdən  idxal  olunan  bir  çox  malların  tədricən  Azərbaycanda  istehsal  olunmasına 

imkan yaradacaqdır. 




75 

 

Qeyri-neft  sektorunun  inkişafının  müəyyən  edilmiş  prioritet  istiqamətlərini  nəzərə 



alaraq,  həyata  keçiriləcək  investisiya  qoyuluşunun  stimullaşdırılması  strategiyasının  başlıca 

məqsədi  ölkə  iqtisadiyyatının  qeyri-neft  sektorunun  inkişafının  prioritetlərinə  uyğun  olaraq 

idxal əvəzləyici və ixracyönümlü xarici investisiyaların axınının stimullaşdırılması, qeyri-neft 

ixracının həcminin artırılması və yeni bazarlara çıxışın təmin olunmasıdır. 

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi vacibdir:  

-  Qeyri-neft  sektorunda  biznes  və  investisiya  mühitinin  davamlı  olaraq  inkişaf 

etdirilməsi;  

-  Qeyri-neft  sektoruna  xarici  investisiyaların  cəlb  edilməsi  üçün  əsas  istiqamətlərin 

müəyyənləşdirilməsi;  

-  Ölkə  iqtisadiyyatının  qeyri-neft  sektoruna  yüksək  əlavə  dəyəri  olan  xarici 

investisiyaların həcminin artırılması və strukturunun təkmilləşdirilməsi;  

-  nvestisiya mühitinin cəlbediciliyini yüksəldən kreativ (müəlliflik hüququna əsaslanan) 

iqtisadiyyatın inkişaf etdirilməsi;  

-  Qeyri-neft  sektoruna  xarici  investisiyaların  cəlb  edilməsinin  intensivləşdirilməsi 

məqsədi ilə stimullaşdırıcı mexanizmlərin tətbiq olunması, dövlət və özəl sektoru arasındakı 

investisiya əməkdaşlığının inkişaf etdirilməsi;  

- Maliyyə bazarı vasitəsi ilə investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi;  

-  Xarici  investisiyaların  iqtisadiyyatın  şaxələndirilməsi  məqsədi  ilə  qeyri-neft 

sektorunun  prioritetləşdirilmiş  sahələrinə  daha  intensiv  cəlb  edilməsi  və  sahəvi  klasterlərin 

yaradılmasına yönəldilməsi;  

-  Qeyri-neft  ixracının  təşviqi  məqsədi  ilə  xarici  ticarət  prosedurlarının  daha  da 

sadələşdirilməsi və davamlı təkmilləşdirilməsi;  

-  xracatçılara  dövlət  dəstəyinin  artırılması  üçün  yeni  səmərəli  mexanizmlərin 

yaradılması;  

-  Sahibkarlıq  subyektlərinin  ixrac  qabiliyyətinin  artırılması  üçün  informasiya  və 

məsləhət xidmətlərinin əhatə dairəsinin daha da genişləndirilməsi;  




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə