Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

91 

 

 



NƏT CƏ VƏ TƏKL FLƏ

Tədqiqatın yekunu olaraq aşağıdakı nəticələr əldə edilmişdir: 

- Dünya iqtisadiyyatında davam edən qeyri-münbit şərait qlobal investisiya axınlarına 

da mənfi təsir göstərir. Qlobal birbaşa xarici investisiyaların (BX ) axınları 2014-cü ildə 16% 

azalaraq 1.47 trilyon ABŞ dollarından 1.23 trilyon ABŞ dollarına düşmüşdür. Birbaşa xarici 

investisiyaların azalmasının əsas  səbəbləri  dünya iqtisadiyyatında axsamaların baş verməsi, 

investorlar  üçün  qeyri-münbit  şəraitin  formalaşması  və  artan  geosiyasi  risklər  olmuşdur. 

Dünya  üzrə  ÜDM-in,  ticarətin,  əsas  kapitalın  ümumi  yığımının  (ƏKÜY)  və  məşğulluğun 

artmasına baxmayaraq, BX -nin miqdarında azalma müşahidə olunmuşdur; 

- Müasir dövrdə investisiyaların iqtisadi həyatdakı rolu əhəmiyyətli dərəcədə artmışdır. 

Hazırda  BX -nin  cəlb  olunması  vasitəsi  ilə  ölkə  iqtisadiyyatına  tələb  olunan  maliyyə 

resursların  təmin  olunması  ilə  yanaşı,  bilik  və  bacarıqların  əldə  olunması,  yeni 

texnologiyaların ötürülməsi, yerli kadrların hazırlanması, gələcək iqtisadi potensialın artımı 

və  ölkənin  dünya  iqtisadiyyatına  inteqrasiyası  kimi  vəzifələr  yerinə  yetirilir.  Davamlı  və 

balanslaşdırılmış inkişafı təmin etmək məqsədi ilə investisiyaların cəlb edilməsi bütün ölkələr 

üçün  xarici  iqtisadi  siyasətin  əsas  prioritetinə  çevrilir.  nvestisiyaların  cəlb  olunması  ilə 

iqtisadiyyatın artan tələbatının ödənilməsi bütövlükdə ölkənin iqtisadi potensialını yüksəldən 

amillərdən biridir; 

- Son illərdə dünyanın müxtəlif ölkələri tərəfindən xarici investisiyaların cəlb edilməsi 

istiqamətində  intensiv  investisiya  siyasətinin  həyata  keçirilməsinə  baxmayaraq,  bu  sahədə 

onların  daha  seçici  olduqları  aşkar  görünür.  Sosial  rifahın  inkişafına  istiqamətlənmiş 

investisiyaların  cəlb  olunması  və  korporativ  sosial  məsuliyyətin  mövcudluğu  müasir 

investisiya  siyasətinin  formalaşmasının  əsasıdır.  Ölkələr  xüsusilə  yeni  iş  yerlərinin 

yaradılmasına,  məhsuldarlığın  və  səmərəliliyin  artırılmasına,  innovasiyalar  vasitəsilə 

iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və çevikliyini artıran əqli mülkiyyət sahəsinə və ətraf 

mühit  problemlərinin  həllinə  yönəlmiş  investisiyalara  üstünlük  verirlər.  Bu  cür 




92 

 

investisiyaların  cəlb  edilməsinin  kökündə  davamlı  və  balanslaşdırılmış  inkişafın  təmin 



edilməsi durur; 

-  Dünyada  davam  edən iqtisadi  böhran fonunda  ölkələr  BX -nın  cəlb  edilməsi  üçün 

liberallaşdırma  siyasətini  aparırlar.  nvestisiyaların  təşviqi  qurumları,  habelə  təşviq  və 

stimullaşdırma mexanizmləri qarşısında qoyulan yeni tələblər BX -nın cəlb olunması sistemi 

anlayışına baxışı da dəyişdirmişdir.  nvestisiyaların cəlb olunması üzrə müasir sistem təkcə 

məlumat  dəstəyi  (xarici  investorlara  zəruri  məlumatların  təqdim  edilməsi,  qeydiyyat 

prosesinə dəstək) deyil, eyni zamanda maliyyə dəstəyi (güzəştləri və azadolmaları, investisiya 

ilə  bağlı  xərclərin  bölüşdürülməsi  və  xüsusi  imtiyazlar)  və  davamlı  dəstək  (investisiya 

layihələrinin  müşayiət  olunması,  iş  prosesində  yaranan  problemlərlə  bağlı  dəstəyin 

göstərilməsi) formalarını da nəzərdə tutur. Bir çox ölkələr ənənəvi dəstək mexanizmləri ilə 

yanaşı  investisiyaların  təşviqi  və  stimullaşdırılması  üzrə  yeni  mexanizmlərin  tətbiqinə 

başlamış, yeni güzəşt proqramları qəbul etmiş, layihələrin icrasına birbaşa maliyyə yardımı 

mexanizmini  yaratmış,  BX -nin  qiymətli  kağızlar  bazarı  vasitəsilə  cəlb  edilməsini 

gücləndirmiş,  xüsusi  iqtisadi  zonalar  yaratmış,  xarici  investisiyaları  cəlb  etmək  və 

investorlara  dəstək  məqsədi  ilə  “vahid  pəncərə”  mexanizmlərinin  tətbiqinə  başlamış,  vergi 

yükünü azaltmışlar. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar prosedur və tələblərin sadələşdirilməsi,  

bu fəaliyyətin asanlığını təmin etmək məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi, 

ümumilikdə  biznes  və  investisiya  mühitinin  yaxşılaşdırılması  üzrə  islahatların  aparılması 

dövlət siyasətinin bu sahədə mühüm istiqamətinə çevrilmişdir. Bununla yanaşı, nəzərə alaraq 

ki,  xarici  investisiyaların  cəlb  edilməsi  əhəmiyyətli  dərəcədə  əqli  mülkiyyət  sisteminin 

mövcudluğu  və  əqli  mülkiyyətin  qorunmasının  etibarlılığı  ilə  bağlıdır  bu  sahənin  də 

inkişafına diqqət artmışdır.  

-Dünya  bazarında  neftin  qiymətinin  sürətlə  ucuzlaşması,  maliyyə  böhranının 

dərinləşməsi  şəraitində  Azərbaycanın  davamlı  inkişafının təmin  olunmasında  iqtisadiyyatın 

ş

axələndirilməsi,  qeyri-neft  sektorunun  inkişafını  daha  da  aktuallaşdırmışdır.Qeyri-neft 



sektoruna  xarici  investisiyaların  cəlb  edilməsi  və  ixracın  genişləndirilməsi  Azərbaycan 


93 

 

Respublikasının  xarici  iqtisadi  siyasətin  əsas  prioritetləri  sırasında  olmaqla  ölkənin  iqtisadi 



potensialının gücləndirilməsi üçün mühüm amilləri təşkil edir.  

-  Qeyri-neft  sektorunun  inkişafının  müəyyən  edilmiş  prioritet  istiqamətlərini  nəzərə 

alaraq,  həyata  keçiriləcək  investisiya  qoyuluşunun  stimullaşdırılması  strategiyasının  başlıca 

məqsədi  ölkə  iqtisadiyyatının  qeyri-neft  sektorunun  inkişafının  prioritetlərinə  uyğun  olaraq 

idxal əvəzləyici və ixracyönümlü xarici investisiyaların axınının stimullaşdırılması, qeyri-neft 

ixracının  həcminin  artırılması  və  yeni  bazarlara  çıxışın  təmin  olunmasıdır.  Bu  məqsədə 

çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi vacibdir: Qeyri-neft sektorunda biznes 

və  investisiya  mühitinin  davamlı  olaraq  inkişaf  etdirilməsi;  Qeyri-neft  sektoruna  xarici 

investisiyaların  cəlb  edilməsi  üçün  əsas  istiqamətlərin  müəyyənləşdirilməsi;  Ölkə 

iqtisadiyyatının qeyri-neft sektoruna yüksək əlavə dəyəri olan xarici investisiyaların həcminin 

artırılması və strukturunun təkmilləşdirilməsi;  nvestisiya mühitinin cəlbediciliyini yüksəldən 

kreativ  (müəlliflik  hüququna  əsaslanan)  iqtisadiyyatın  inkişaf  etdirilməsi;  Qeyri-neft 

sektoruna  xarici  investisiyaların  cəlb  edilməsinin  intensivləşdirilməsi  məqsədi  ilə 

stimullaşdırıcı mexanizmlərin tətbiq olunması, dövlət və özəl sektoru arasındakı investisiya 

ə

məkdaşlığının  inkişaf  etdirilməsi;  Maliyyə  bazarı  vasitəsi  ilə  investisiyaların  cəlb 



edilməsinin  intensivləşdirilməsi;  Xarici  investisiyaların  iqtisadiyyatın  şaxələndirilməsi 

məqsədi ilə qeyri-neft sektorunun prioritetləşdirilmiş sahələrinə daha intensiv cəlb edilməsi 

və  sahəvi  klasterlərin  yaradılmasına  yönəldilməsi;  Qeyri-neft  ixracının  təşviqi  məqsədi  ilə 

xarici  ticarət  prosedurlarının  daha  da  sadələşdirilməsi  və  davamlı  təkmilləşdirilməsi; 

xracatçılara  dövlət  dəstəyinin  artırılması  üçün  yeni  səmərəli  mexanizmlərin  yaradılması; 

Sahibkarlıq  subyektlərinin  ixrac  qabiliyyətinin  artırılması  üçün  informasiya  və  məsləhət 

xidmətlərinin  əhatə  dairəsinin  daha  da  genişləndirilməsi;  Xarici  bazarlarda  brendləşdirmə, 

mal  və  xidmətlərin  təşviqi  işlərinin  təkmilləşdirilməsi;  Xarici  bazarlara  qeyri-neft  ixracının 

stimullaşdırılması vasitəsilə ixrac coğrafiyasının genişləndirilməsi və mal diversifikasiyasının 

təmin  edilməsi;  nvestisiyaların  və  ixracın  təşviqi  üzrə  institutsional  çərçivənin  daha  da 

təkmilləşdirilməsi.  



94 

 

-  Xarici  investisiyaların  cəlb  edilməsi  üçün  Azərbaycana  xas  olana  üstünlüklərdən 



aşağıdakıları  göstərmək  olar:  Azərbaycanın  əlverişli  coğrafi-nəqliyyat  mövqeyinə  malik 

olması ilə yanaşı, burada inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (hava, su, 

dəmiryolu  və  avtomobil  yolları,  neftvə  qaz  kəmərləri)  vardır.  Bu,  xariclə  intensiv  əlaqələr 

yaratmaq  imkanını  asanlaşdırır;  zəngin  təbii-iqtisadi  potensiala  (zəngin  mineral-xammal 

ehtiyatları,  məhsuldar  torpaqlar,  əlverişli  təbii-iqlim  şəraiti,  bol  və  ucuz  işçi  qüvvəsi  və  s.) 

malikdir; bir sıra müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri 

və infrastruktur obyektləri mövcuddur; güclü elmi-texniki potensial və ixtisaslı kadr ehtiyatı 

vardır;  xarici  investisiyaların  cəlb  olunması  və  onun  müdafiəsi,xarici  iqtisadi  əlaqələrin 

liberallaşdırılması və inkişafı haqqında bir sıra vacib qanunların və hüquqi-normativ aktların 

qəbulolunması  və  onların  həyata  keçirilməsi  üçün  təşkilati-idarəetmə  mexanizminin 

yaradılması; dünyanın  bir  sıra  nüfuzlu xarici  şirkətləri  ilə  birgə  təsərrüfatçılıq  fəaliyyəti  ilə 

məşğul  olan  müəssisələrin  yaradılması;  Dünyanın  aparıcı  ölkələri  ilə  dövlətlərarası  iqtisadi 

müqavilələrin bağlanması, beynəlxalq müqavilə və sazişlərə qoşulma,beynəlxalq və regional 

iqtisadi birliklərə və təşkilatlara daxil olma və s. 

-  nvestisiya  mühitinin  daha  da  yaxşılaşdırılması  istiqamətində  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsi məqsədəuyğundur:Dövlət orqanları və bələdiyyələr tərəfindən sahibkarlıq 

subyektlərinə, o cümlədən xarici investorlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, 

onların  əhatə  dairəsinin  genişləndirilməsi  və  bu  sahədə  şəffaflığın  artırılması  məqsədi  ilə 

elektron xidmət növlərinin genişləndirilməsi; Sahibkarlıq subyektlərinin, o cümlədən xarici 

investisiyalı hüquqi şəxslərin qeydiyyatı, tikintiyə icazələrin verilməsi, kommunal şəbəkələrə 

qoşulma,  daşınmaz  əmlak  hüquqlarının  dövlət  qeydiyyatı,  işçi  qüvvəsinin  cəlb  olunması, 

xarici ticarət və sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin digər sahələrində prosedur, 

müddət  və  xərclərin  azaldılması,  eyni  zamanda  xarici  investisiyaların  cəlb  olunması, 

qorunması  və  təşviqinə  yönəlmiş  qanunvericilik  aktlarının  təkmilləşdirilməsi,  o  cümlədən 

xarici ölkələrlə investisiyaların qarşılıqlı qorunması və təşviqi sahəsində ikitərəfli müqavilə-

hüquq  bazasının  genişləndirilməsi;  Müvafiq  dövlət  orqanları  tərəfindən  sahibkarlıq 

subyektlərinə,  o  cümlədən  xarici  investorlara  “vahid  pəncərə”  prinsipi  əsasında  göstərilən 



95 

 

xidmət  növlərinin  genişləndirilməsi;  Xarici  investorlara  və  ixracatçılara  xidmət  göstərən 



investisiyaların və ixracın təşviqi üzrə institutsional  mexanizmlərinin gücləndirilməsi və ən 

qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi; Ölkə iqtisadiyyatına, xüsusilə 

iqtisadi  subyektlərin  layihələrinə  birbaşa  xarici  investisiyaların  qiymətli  kağızlar  bazarı 

vasitəsi  ilə  cəlb  edilməsinin  stimullaşdırılması,  bunun  üçün  qiymətli  kağızlar  bazarının 

institutsional  inkişafı,  maliyyə  vasitəçiliyi  və  kollektiv  investisiya  sxemlərinin  fəaliyyətinin 

təşkili  və  təşviqi,  qiymətli  kağızlar  bazarında  tələb  və  təklifin  dəstəklənməsi,  maliyyə 

şə

ffaflığı  prinsinplərinin  və  korporativ  idarəetmənin  tətbiqinin  genişləndirilməsi,  qiymətli 



kağızlar  bazarına  dair  normativ-hüquqi  bazanın  təkmilləşdirilməsi  və  qiymətli  kağızlar 

bazarına  dair  məlumatlılığın  və  peşəkar  hazırlığın  yüksəldilməsi;  Azərbaycanın  ÜTT-yə 

üzvlüyünün  sürətləndirilməsi;Regional  inteqrasiya  bloklarında  fəal  iştirak  etmək,  həmçinin 

region ölkələri ilə ikitərəfli müqavilə imzalayaraq xarici ticarətlə bağlı qarşılıqlı güzəştlər əldə 

etmək; 

-  nvestisiya  mühitinin  yaxşılaşdırılması  istiqamətində  həyata  keçirilən  tədbirlərlə 



yanaşı,  ölkənin  investisiya  imicinin  təşviqi  də  mühüm  tədbirlər  sırasında  olmalıdır.  Bu 

məqsədlə  bir  sıra  mühüm  tədbirlər  həyata  keçirilə  bilər:  Ölkənin  investisiya  potensialının 

təşviqi  və  prioritet  sahələrə  birbaşa  xarici  investisiyaların  cəlb  edilməsi  məqsədi  ilə 

müntəzəm  ölkədə  və  xaricdə  biznes  forumların  və  digər  işgüzar  tədbirlərin  təşkili;  

nvestisiya  yönümlü  mötəbər  beynəlxalq  tədbirlərdə  iştirakın  genişləndirilməsi;  Ölkənin 

iqtisadi  potensialını,  təbii  resurslarını,  investisiya  mühitini,  imkanlarını  və  layihələrini,  o 

cümlədən  ölkədəki  prioritet  sahələri  təşviq  edən  təşviqat  materiallarının  və  elektron 

resursların hazırlanması və yayılması;  xtisaslaşmış mötəbər beynəlxalq kütləvi informasiya 

vasitələrində (K V) ölkənin təşviqatının aparılması.  

- Bütün bunlarla yanaşı, qeyri-neft sektoruna investisiya qoyuluşunun stimullaşdırılması 

üçün  aşağıdakı  istiqamətlər  üzrə  tədbirlərinin  həyata  keçirilməsinə  və  təkmilləşdirilməsinə 

ehtiyac  vardır:  Qeyri-neft  sektorunun  davamlı  inkişafına  və  əhalinin  istehsal  sahəsində 

məşğulluğunun  artırılmasına  yönəlmiş  innovativ  və  yüksək  texnologiyalar  əsasında 

rəqabətqabiliyyətli  məhsul  istehsalının  inkişafı,  habelə  sahəvi  klasterlərin  yaradılması  üçün 




96 

 

münbit  şəraitin  yaradılması,  eləcə  də  istehsalın  təşkili  və  inkişafına  xarici  investisiyaların 



yatırılmasının  stimullaşdırılması  məqsədi  ilə  prioritet  sektorlar  üzrə  ixtisaslaşmış  sənaye 

parklarının, texnoparkların, biznes inkubatorların, turizm və rekreasiya zonalarının və digər 

strukturların  yaradılması  və  inkişaf  etdirilməsinin  dəstəklənməsi;  Birbaşa  xarici 

investisiyaların  cəlb  edilməsi  sahəsində  qabaqcıl  beynəlxalq  təcrübəni  nəzərə  alaraq 

investisiya  layihələri  üzrə  güzəştlər  sisteminin  genişləndirilməsi;  Ölkənin  regionlarında, 

xüsusilə  infrastrukturla  lazımi  səviyyədə  təmin  olunmamış  ərazilərdə  rəqabətqabiliyyətli 

məhsulların  istehsalının  inkişafı,  bu  prosesə  xarici  investisiyaların  yatırılmasının 

stimullaşdırılması məqsədilə investisiya layihələrinin zəruri infrastrukturla təminat sisteminin 

daha da təkmilləşdirilməsi; Qarşılıqlı əlverişli şərtlər əsasında ictimai əhəmiyyətli layihələrin 

həyata  keçirilməsində,  xüsusilə  infrastruktur  təminatı  sahəsində  dövlət  və  özəl  biznes 

arasında orta və uzun müddətli əməkdaşlığı təmin etmək, bu layihələrə xarici investorları cəlb 

etmək  məqsədi  ilə  dövlət-özəl  sektorlar  arasında  tərəfdaşlıq  mexanizminin  yaradılması; 

Xarici  investorlar  tərəfindən  ölkədə  istehsal  olunan  məhsullarda  və  göstərilən  xidmətlərdə 

yerli komponentin (yerli xammal, komplektləşdirici hissələr və detallar, xidmətlər) artırılması 

üçün  xarici  investorlar  və  yerli  istehsalçılar  arasında  kommersiya  əlaqələrinin  yaradılması 

məqsədilə təchizatın inkişaf proqramlarının təşkili.  

 

 

 



 

 

 



 


97 

 

ST FADƏ ED LM Ş ƏDƏB YYAT S YAHISI 



 

1.

  Шамседдин  Гаджиев  -  Азербайджан  на  пути  к  мировому  сообществу: 



стратегия

 внешнеэкономического развития. Киев, 2000 

2.

  brahimov F.M. – “Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyalar və 



onun milli iqtisadiyyatın  dirçəlməsində rolu” - Bakı 2007 

3.

  Yəhyayeva A.Y. – “Sənayə sektoruna xarici investisiyaların cəlb edilməsi 



strategiyası və onun səmərəliyinin artırılması istiqamətləri”  - Bakı 2009 

4.

  Əliyev A. L. – “Azərbaycan sənayesində xarici və daxili investisiyalardan 



səmərəli istifadə problemləri” - Bakı 2004 

5.

   Məmmədov  .S. – “Azərbaycan sənayesində investisiya fəaliyyəti və onun 



təkmilləşdirilməsi” - Bakı 2005 

6.

   Kərimova T. . – “ qtisadiyyatın investisiya potensialı : Formalaşması və istifadə 



mexanizmləri” – Bakı 2008 

7.

  Osman Nuri Aras, Elçin Süleymanov – “Azərbaycan  qtisadiyyatı” – Bakı 2010 



8.

   Mahmudova X.C. – “Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan 

sənayesinə investisiya qoyuluşlarının əsas istiqamətləri” - Bakı 2000 

9.

  Paşayev T.N. – “ nvestisiya və müasir dövrdə Azərbaycan iqtisadiyyatının  



inkişafında onun rolu” - Lənkəran 2001  

10.


 Zeynalov F.D. – “ nvestisiyalar və Azərbaycanda onların mövcud durumu”-Bakı 

2001 


11.

  Зубченко Л.А. – “Иностранные инвестиции” Москва-2006 

12.

  Комаров В.В, Литвина Н.И – “Мировая экономика. Прямые иностранные 



инвестиции

” – Москва 2012  

13.

 Joseph E.Stiglitz – Globalization and its Discontents (Cozef Stiqlitz - Qloballaşma 



və onun doğurduğu narazılıqlar). W.W. Norton & Company, 2002 

14.


 Natiq Sabiroğlu – Qloballaşma və Xarici  nvestisiyalar. Bakı, 2006. 

15.


 World Investment Report 2014. New York and Geneva, 2015. 

16.


 World Investment Report 2015. New York and Geneva, 2016. 

17.


 2009 Investment Climate Statement Azerbaijan (2009 – Azərbaycada investisiya 

mühiti  haqqında).  BUREAU  OF  ECONOMIC,  ENERGY  AND  BUSINESS 

AFFAIRS OF U.S. DEPARTMENT OF STATE. 2009 

18.


  Dövlət Statistika Komitəsinin internet saytı - http://www.azstat.org/  

19.


   qtisadiyyat Nazirliyinininternet saytı - http://www.economy.gov.az/  

20.


  Azərbaycanın sənayə portalı- http://www.senaye.gov.az/  

21.


  Dünya Bankının internet saytı - http://www.worldbank.org/  

22.


 Beynəlxalq Valyuta Fondunun internet saytı - http://www.imf.org 

23.


 UNCTAD-ın internet saytı- http:// www.unctad.org/fdistatistics 

24.


 http://www.invest.gov.tr/en-US/investmentguide/investorsguide/Pages/Incentives.aspx 

 


98 

 

РЕЗЮМЕ



 

 

Диссертационная

 работа посвящена стимулированию инвестиционных вложений 

в

 ненефтяной сектор Азербайджана. С этой целью, в диссертационной работе в первой 



главе

  были  изучены  место  и  роль  инвестиций  в  развитии  национальной  экономики, 

современные

  направления  глобальных  потоков  инвестиций,  методы    и  мировая 

практика

 стимулирования вложения инвестиций.  Во второй главе были комплексно 

изучены

  основные  развитые  отрасли  и  современные  характеристики,  а  также 



динамика

 и структура инвестирования в ненефтяной сектор Азербайджана. В третьей 

главе

  были  исследованы  основные  направления  развития  и  цели  стратегии 



инвестирования

  в  ненефтяной  сектор,  благоприятные  условия  инвестиционного 

климата

  и  возможность  их  повышения  и  усовершенствования  механизмов 



стимулирования

 вложений инвестиций.  



 

RESUME 

 

 

The dissertational work is devoted to the stimulating the ways of investments in non-



oil sector of Azerbaijan. For this purpose, in the dissertation work in the first chapter been 

studied  the  place  and  the  role  of  investment  in  the  development  of  the  national  economy, 

modern trends of global investment flows, methods and international practice of stimulating 

the  investments.  In  the  second  chapter  were  comprehensively  studied  developed  major 

industries and modern characteristics, as well as the dynamics and structure of investment in 

non-oil  sector  of  Azerbaijan.  In  the  third  chapter  were  investigated  the  main  directions  of 

development  and  the  objectives  of  the  strategy  of  investing  in  non-oil  sector,  favorable 

conditions of investment climate and the possibility of enhancing and improving mechanisms 

for stimulating the investment. 

 

 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə