Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   2   3   4   5   6   7   8   9   ...   32

10 

 

sektorunda həyata keçirilir. Dövlət sektorunda həyata keçirilən investisiya fəaliyyəti – dövlət 



orqanları,  müəssisə,  idarə  və  təşkilatların  həyata  keçirdiyi  investisiya  fəaliyyətidir.  Qeyri-

dövlət sektorunda investisiya fəaliyyəti - idarə, müəssisə, təşkilat və digər dövlət quruluşuna 

daxil  olmayan  qurumlar  tərəfindən  həyata  keçirilən  özəl  investisiya  fəaliyyətidir.  Bununla 

yanaşı həm də xarici investisiya fəaliyyəti mövcuddur ki, buraya xarici vətəndaşlar, hüquqi 

şə

xslər, dövlətlər, beynəlxalq qurumlar və.s tərəfindən həyata keçirilən investisiya fəaliyyəti 



daxildir. 

 

stər dövlət və istərsə də qeyri-dövlət bölməsində xarici firmalarla yerli müəssisələrin 



birgə  fəaliyyəti  –  birgə  investisiya  fəaliyyətidir.  nvestisiya  fəaliyyəti  investisiya  prosesi 

daxilində,  qapalı  tsikldə  investorla  (subyekt),  investisiya  obyekti  (obyekt)  arasında  həyata 

keçirilən investisiya fəaliyyətidir. Bu fəaliyyət isə investisiya mühitində baş verir.  nvestisiya 

mühitində investisiya fəaliyyətinin son nəticəsi isə investorun, sahibkar və ya iş adamlarının 

mənfəət və ya gəlir götürməsidir.  

 

nvestisiya  fəaliyyətinin  subyektləri  tərkibcə  müxtəlifdir.  Bu  tərkibə  aşağıdakılar 



aiddir: 

−  nvestorlar 

−  Sifarişçilər 

−  ş icraçıları 

−  nvestisiya fəaliyyəti obyektlərinin istifadəçiləri  

−  Mal göndərənlər  

−  Hüquqi şəxslər 

Bu  siyahıda  hüquqi  şəxsləri  ayrıca  qeyd  etmək  lazımdır.  Hüquqi  şəxslərə  banklar, 

sığorta və vasitəçi təşkilatlar, investisiya fondları aid edilir. 

nvestisiya fəaliyyətinin obyektləri kimi aşağıdakılar qəbul edilir. 

−  Qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.); 

−  qtisadiyyatın  bütün  sahələrində  yeni  yaradılan  və  modernləşdirilən  əsas  fondlar  və 

dövriyyə vəsaiti; 

−  Məqsədli pul əmanətləri; 




11 

 

−  Elmi-texniki məhsul və mülkiyyətin digər obyektləri; 



−  Əmlak hüququ və intellektual mülkiyyət hüququ. 

      Açıq iqtisadiyyat şəraitində mühüm investisiya fəaliyyəti obyekti ölkə qanunvericiliyinə  

zidd  olmayan  xarici  investisiyalardır.  Xarici  investisiyalar  milli  iqtisadiyyata  qabaqcıl 

texnologiyalar  gətirməklə,  onun  elmi  potensialını  fəallaşdırır.  Daxili  istehsalçıları  himayə 

etməklə yanaşı dövlət xarici investorlar üçün də əlverişli fəaliyyət mühiti yaratmalıdır. Təbii 

ki, bu zaman xarici kapitalın marağı ilə milli iqtisadi mənafeni uyğunlaşdırmaq lazım gəlir. 

Konkret  hallarda  çoxsaylı  amillərin  təsirini  qiymətləndirmək və manevr etmək  lazım  gəlsə 

də, əsas istiqamət ikinciyə üstünlük verməkdir.  

      Bəzən bankların investisiya fəaliyyətinə, gəlir əldə edilməsi məqsədilə müəyyən müddətə 

pul vəsaitinin yerləşdirilməsi üzrə bütün əməliyyatlar aid edilir, başqa sözlə, bankların bütün 

aktiv əməliyyatları investisiya hesab edilir. Əslində isə bu yanaşma düzgün deyildir. Belə ki, 

mərkəzi bankda olan vəsaitlər kimi aktivlər, bank üçün işləmədiyinə görə investisiya hesab 

oluna  bilməz.  Sərbəst  maliyyə  vəsaitləri  –  istifadə  olunmayan  və  ya  mənfəət  məqsədi  ilə 

dövriyyəyə  buraxılmayan  vəsaitlər  –  investisiya  olmaya  da  bilər.  Belə  ki,  bu  vəsaitləri 

inflyasiya dəyərsizləşdirə bilər və heç bir mənfəət əldə olunmaz. Həmçinin şəxsi məsrəflər 

üçün  sərf  olunan  kapital  da  investisiya  sayıla  bilməz.  Əgər  həmin  maliyyə  vəsaitlərini 

banklarda  hesaba  qoysaq  və  ya  iqtisadiyyatın  müəyyən  sahələrində  sahibkar  kapitalı  kimi 

dövriyyəyə  buraxsaq,  müəyyən  müddətdən  sonra  mənfəətə  təminat  olacaq.  Belə  ki,  bank 

hesabından müəyyən dividentlər, sahibkarlıq fəaliyyətindən isə xalis gəlir qazanılacaq. 

 

Ümumiyyətlə  investisiya  prosesi  uzunmüddətli  proses  olub  bir  sıra  mərhələlərdən 



ibarətdir. Prosesin son mərhələsi olan mənfəət aşağıdakı etapları keçdikdən sonra reallaşır : 

−  Araşdırma  –  Kapital  qoyuluşunun  predmetinə  ilkin  yanaşmadır.  Yəni,  təklif 

araşdırılır,  məqsədə  müvafiq  istiqamətdə  fəaliyyətə  başlanılır,  təklifə  müvafiq  investisiya 

layihəsi hazırlanır. 

−  Təhlil  –  nvestisiya  proyektinin  dəyəri,  həcmi  və  digər  mətləblər  hesablanaraq 

dəqiqləşdirilir.  Bu  etapda  yaradılacaq  müəssisənin  forması,  istehsal  olunacaq  məhsulun 




12 

 

çeşidləri  və  s.  müəyyən  olunur,  yerli  və  xarici  bazarlar  analiz  olunur,  istehsal  olunacaq  və 



satılacaq məhsulun həcmi proqnozlaşdırılır. 

−  Qərar qəbulu – Layihənin təhlilindən sonra əldə olunan yekun nəticələrə əsasən son 

qərar qəbul edilir. Bu qərar qəbul edilərkən sözsüz ilk əvvəl məsrəf və mənfəət fərqi, həm də 

mənfəətə keçid müddəti önə çəkilir. Və ona əsaslanaraq layihənin əhəmiyyəti dəyərləndirilir. 

−  nvestisiya  mənbələrinin  müəyyən  olunması  –  Kapital  qoyuluşları  üçün  nəzərdə 

tutulmuş maliyyə vəsaitlərin və digər aktivlərin araşdırılması. Son zamanlar bu mərhələyə xas 

olan  yeni  tendensiya  üzə  çıxmışdır.  Belə  investisiya  layihələrinin  həyata  keçirilməsi  üçün 

ş

irkətlər çox vaxt öz dövriyyə vəsaitlərindən deyil, borc kapitalından, kreditlərdən daha çox 



istifadə  edirlər.  Bu  isə  öz  növbəsində  həmin  şikətə  fəaliyyətinin  həcmini,  tempnini 

azaltmayaraq investisiya layihəsi ilə məşğul olmağa imkan verir. 

−  Sənədlərin  hazırlanması  –  Qarşı  tərəf  ilə  rəsmi  danışıqlar  üçün  müvafiq  sənədlərin 

hazırlanması. 

−  Danışıqlar və rəsmiyyə–  nvestorlar ilə investisiya tələbatı olan tərəf  

o

  arasında danışıqlar aparılır, layihə müzakirə olunur və hər iki tərəfin niyyətləri üst-



üstə  düşdüyü  yekun  müqavilə  imzalanır.  Müqavilədən  asılı  olaraq  hər  tərəf  öz  üzərinə 

müəyyən öhdəliklər götürür. 

−  Maliyyə  vəsaitlərinin  formalaşdırılması  -  Qəbul  olunmuş  layihə  üzrə  müqaviləyə 

ə

sasən investisiya prosesinə başlamaq üçün zəruri maliyyə aktivləri formalaşdırılır və prosesə 



başlanılır. 

−  nşaat  –  Nəzərdə  tutulmuş  mal  istehsalını  reallaşdırmaq  üçün  zəruri  istehsal 

obyektlərinin  tikintisi,  istehsal  vasitələrinin  alınması,  lazımi  texnologiyanın  tətbiqi,  işçi 

personalının hazırlanması prosesi gedir. 

−  stehsalat – Artıq nəzərdə tutulmuş məhsulun istehsalı başlanılır. 

−  Məhsulun reallaşdırılması – Hazır məhsul yerli və xarici bazarda realizasiya olunur. 

−  Qoyulan  vəsaitin  qaytarılması  –  Layihənin  həyata  keçirilməsi  üçün  sərf  edilmiş 

maliyyə vəsaiti geri qaytarılır. 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə