Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   2   3   4   5   6   7   8   9   ...   32

13 

 

−  Mənfəətə  keçid  –  Və  ən  nəhayət  investisiya  layihəsinin  əsas  məqsədi  –  mənfəətə 



keçid prosesi başlanır. Yəni, proqnozlaşdırılan mənfəətin reallaşdırılması baş verir. 

 

Obyektin istismara hazırlıq dövründə avadanlığın, komplektlərin,tikinti-quraşdırma və 



buraxılış işlərinin yerinə yetirilməsi üçün xammal və materialların gətirilməsini təmin edən 

partnyorların  cəlb  edilməsini,  sonra  isə  obyektin  təminat  xidmətini  təmin  etmək  zəruridir. 

stismar zamanı bir qayda olaraq, müqavilə öhdəlikləri üzrə iş partnyorlarının sayı genişlənir : 

bir  tərəfdən,  hazır  məhsul  istehsalı  üçün  enerji  resurslarının,  komplektləşdirici  dəstlərin, 

xammal və materialların müntəzəm surətdə daxil olması (xidmət göstərməsi ), digər tərəfdən, 

məhsulun  (xidmətlərin)  reallaşdırılması  üçün  zəruridir.  Beləliklə,  obyektin  hazırlanması, 

tikintisi  və  istismarı  müxtəlif  təşkilat  və  müəssisələrin  çoxlu  sayda  işinin  dəqiq  qarşılıqlı 

ə

laqəsini tələb edir və onların qarşılıqlı fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlıq olmadan qeyri-



mümkündür. 

 

Layihənin  investisiya  cəlbediciliyinin  qiymətləndirilməsi  nəticəsində  elə  əsas  sənəd 



meydana  çıxmalıdır  ki,  həmin  sənəd  layihənin  reallaşması  üçün  bütün  iştirakçıların  və 

partnyorların maraqlarını birləşdirsin, stimullaşdırsın. 

 

  nvestisiyalarda əsas rol kapitala məxsusdur. Kapital investisiyalar nöqteyi-nəzərindən 



mənfəətin əldə edilməsi üçün vasitədir. Daha da dərin mənada isə : Kapital dedikdə - gəlir, 

mənfəət  və  ya  sosial  səmərə  əldə  edilməsi  məqsədi  ilə  investor  tərəfindən  sahibkarlıq 

fəaliyyətinin  müxtəlif  sahələrinə  qoyulan  maddi,  maliyyə  və  intellektual  sərvətlər  nəzərdə 

tutulur.  Kapital  gəlir  əldə  edilməsi  və  onun  idarə  olunması  məqsədi  ilə  müəssisənin 

yaradılmasına,  qiymətli  kağızların  alınmasına  sərf  oluna  bilər  və  müəyyən  faizlə  kreditə 

verilə  bilər.  Kommersiya  təcrübəsində  investisiyaların  formaları  müxtəlifdir  və  onları 

aşağıdakı kimi qruplaşdırmaq olar : 

Fiziki  /  Maddi  Aktivlər  qrupu. 

Bu  qrupa  çox  vaxt  real  aktivlər  qrupu  da  deyilir.  Və 

buraya əsasən avadanlıq, yarımfabrikatlar, binalar, qurğular, vəs. digər daşınan və daşınmaz 

sərvətlət aid edilir. 




14 

 

Maliyyə  Aktivlər  qrupu. 

Bu  qrupa  portfel  aktivlər  qrupu  da  deyilir.  Qrupa  maliyyə 

vəsaitlərinin  bütün  növləri  :  pul  vəsaitləri,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar, 

səhmlər, hissə sənədləri vəs. aid edilir. 

ntellektual  /  Qeyri-Maddi  Aktivlər  qrupu.

  Əsasən  ixtiralar,  nou-hau  və  patentlər, 

marketinq  və  menecment  təcrübəsi,  müxtəlif  növ  istehsal  təyinatlı  texnologiyalar  və  digər 

intellektual dəyərlər başa düşülür. 

Şə

kil 1.1. nvestisiyaları tərkibinə görə qruplaşdırma                  . 

  Real  investisiyaların  başlıca  məqsədi  vəsait  və  resursların  əsaslı  tikintiyə,  məhsul 

istehsalı və ya xarici borcların verilməsi və səhmdarlara dividentlər verilməsi zamanı xidmət 

göstərilməsi  üçün  nəzərdə  tutulmuş  obyektin  rekonstruksiyası  və  ya  modernləşdirilməsinə 

qoyulmasıdır. Xarici borclar qaytarıldıqca, müvafiq olaraq səhm  kapitalının da dəyəri artır. 

Bundan əlavə, torpaq sahələri, bina və qurğulara – bir sözlə, daşınmaz əmlak hesab olunan 

obyektlərə investisiyalar qoyularkən daşınmaz əmlakın dəyərinin artımının dünya meyllərini 

nəzərdə tutmaq lazımdır. 

  Ümumilikdə bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dünyada o 

dövlətlər dinamik və  sabit inkişaf edir ki, onların gələcəyə istiqamətlənmiş və düşünülmüş 

investisiya  strategiyası  olsun.  Bazar  iqtisadiyyatı  şəraitində  ölkə  iqtisadiyyatının  mikro  və 

makro  səviyyədə  sosial-iqtisadi  inkişafına  nail  olmaq  üçün  bir  sıra  xüsusi  vəzifələr  yerinə 



nvestisiyanın Tərkibi 

Quruluş

Fiziki/Maddi  

Aktivlər  

Maliyyə 

Aktivlər  

ntellektual 

Qeyri-Maddi 

Aktivlə


15 

 

yetirmək  lazımdır.  Bu  vəzifələrdən,    cəmiyyətin  artmaqda  olan  sosial-iqtisadi  tələbatının 



ödənilməsi,  mövcud  istehsal  potensialından  tam  və  səmərəli  istifadə  edilməsi,  ETT-nin 

nəaliyyətlərinin istehsala tətbiqi və digərləri səmərəli investisiya qoyuluşlarından asılıdır. Bu 

baxımdan,  cəmiyyətin  həyatında  investisiya  qoyuluşlarının  əhəmiyyəti  və  rolu  son  dərəcə 

artmış olur.   



 

 

1.2. Qlobal investisiya axınlarının müasir meyilləri 

Son illərdə qlobal investisiya meylləri dünyada azalan iqtisadi dinamika, xüsusilə 2008-

ci  ildə  başlayan  və    davam  edən  qlobal  iqtisadi  böhranla  şərtlənmişdir.  Belə  ki,  dünyada 

birbaşa  xarici  investisiyaların  (BX )  axını  2008-ci  ildən  etibarən  kəskin  azalmış  və  yalnız 

2013-cü ildə 1,4 trilyon ABŞ dollarını ötərək böhrandan öncəki (2005-2007) orta səviyyəyə 

çatmışdır.  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  Ticarət  və  nkişaf  üzrə  Konfransının 

(UNCTAD)  proqnozlarına  görə,  orta  müddətli  perspektivdə  makroiqtisadi  şəraitin 

yaxşılaşması  və  investorların  etibarının  bərpa  olunacağı  təqdirdə,  transmilli  korporasiyalar 

nağd  vəsaitlərini  yeni  investisiyalara  istiqamətləndirə  bilər.  Bundan  sonra  isə  BX   axınları 

2014-cü ildə 1,6 trilyon ABŞ dolları, 2015-ci ildə isə 1,8 trilyon ABŞ dolları səviyyəsinə çata 

bilər. Lakin, bu artımın qarşısını ala biləcək əhəmiyyətli risklər hələ də qalmaqdadır. Dünya 

maliyyə sistemində struktur çatışmamazlıqları, investorlar üçün həlledici olan makroiqtisadi 

mühitin  mümkün  pisləşməsi,  ciddi  siyasi  qeyri-müəyyənlik  və  bu  kimi  digər  amillər  BX  

axınlarının sonrakı azalmasına gətirib çıxara bilər.2013-cü ildə BX  axınlarının artım tempi 

dünya  üzrə  11%ə  çataraq,  bütün  şərti  iqtisadi  qruplarda  da  (inkişaf  etmiş,  inkişaf  etməkdə 

olan və keçid iqtisadiyyatlı ölkələr) müşahidə olunmuşdur.  nkişaf etmiş iqtisadiyyatlara BX  

axınlarının  həcmi  2013-cü  ildə  12%  artsa  da,  qlobal  BX   axınlarının  yalnız  39%-ni  təşkil 

etmişdir.   

Eyni  zamanda,  bu  şərti  iqtisadi  qrupa  2013-cü  ildə  yatırılmış  BX -nin  ümumi  həcmi 

böhran  öncəki  2007-ci  ilin  səviyyəsinin  44%-ni  təşkil  etmişdir.  2012-ci  ildə  artım  tempi 

nümayiş etdirən inkişaf etməkdə olan ölkələrdə ümumi BX  axınları 2013-cü ildə də artaraq 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə