Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   2   3   4   5   6   7   8   9   10   ...   32

19 

 

neftə olan qiymətləri bir qədər də aşağı sala bilər. BVF-in proqnozuna əsasən, dünya bazarında 



2015-2016-cı illərdə xam neftin qiyməti müvafiq olaraq 58.9 ABŞ dolları və 64.2 ABŞ dolları 

olacaqdır. 

EOÖ  qrupu  üzrə  inflyasiyanın  artım  tempinin  nisbətən  zəifləməsi  proqnozu  yanacağa 

olan aşağı qiymətlərlə yanaşı, bu qrup ölkələrdə işgüzar fəallığın azalması ilə izah edilə bilər. 

Lakin buraya  milli valyutaları əhəmiyyətli  dərəcədə devalvasiyaya  məruz qalmış ölkələr aid 

edilməməlidir. lkin hesablamalara əsasən, 2014-cü ildə dünya ticarəti 3.4% artmışdır. Dünya 

üzrə  ixracın  səviyyəsinin  2015-ci  ildə  4.5%  artacağı  proqnoz  edilir.  2016-cı  ildə  isə  dünya 

ixracının artım tempinin bir qədər də sürətlənərək 4.9% olacağı ehtimal edilir. 

MDB regionunda xarici ticarət əlaqələrinin inkişafı regionda mövcud geosiyasi vəziyyətin 

inkişafından və dünya bazarında əsas əmtəə növlərinin gələcək qiymətlərdən asılı olacaqdır. 

2014-cü  ildə  aparıcı  ölkələrin  valyuta  məzənnələrində  qeyri-sabitlik  davam  etmişdir. 

Hesabat  ilinin  ikinci  yarısında  ABŞ-da  monetar  siyasətin  sərtləşdirilməsindən  sonra  ABŞ 

dolları  digər  valyutalara  nəzərən  dəyər  qazanmağa  başlamışdır.  Bununla  yanaşı,  avrozonada 

borc  probleminin  davam  etməsi  avronun,  dünya  bazarında  xam  neftin  qiymətinin  aşağı 

düşməsi xammal ixracatçılarının, Rusiyaya qarşı iqtisadi sanksiyaların qəbulu isə rus rublu və 

bir sıra digər MDB-yə üzv ölkələrin milli valyutalarının dəyərdən düşməsi ilə nəticələnmişdir.  

2015-ci  ilin  fevral  ayında  həyata  keçirilmiş  manatın  məzənnəsinin  korreksiyası  xarici 

ticarət  tərəfdaşımız  olan  əksər  ölkələrin  milli  valyutalarının  son  dövrlərdə  əhəmiyyətli 

ucuzlaşmasının  milli  iqtisadiyyatın  rəqabət  üstünlüklərinə  mənfi  təsirlərini neytrallaşdırmağa 

yönəldilmişdir. 

2015-2016-cı illər üzrə dünya iqtisadiyyatında artımın proqnozlaşdırılmasına baxmayaraq, 

bu  proqnozların  reallaşmasında  bir  sıra  risklər  mövcud  olacaqdır.  BVF-in  mütəxəssislərinin 

fikrinə  əsasən,  yaxın  müddətli  dövrdə dünya  iqtisadiyyatının  artımına  təsir  edən  əsas  risklər 

aşağıdakılardır: 

-

 Avrozonada davam edən borc problemi; 



-

 ABŞ-da faiz dərəcəsinin təkrar artımı  EOÖ-dən kapital axınına səbəb ola bilər; 

-

 ABŞ  dollarının  güclənməsi  bır  sıra  ölkələri  tədiyyə  balansı  riski  və  xarici  borcun 




20 

 

maliyyələşdirilməsi riski ilə üzləşdirir; 



-

  EÖ-də müşahidə edilən aşağı inflyasiya və hətta deflyasiya, xüsusilə böyük həcmdə 

dövlət borcu olan ölkələrdə işgüzar fəallığın artmasını əngəlləyir; 

-

 Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi, Yaxın Şərqdə davam edən müharibə 



yanacaq məhsullarının dünya bazarında maneəsiz çıxarılması yolunda risklər yarada bilər; 

-

 Çin  iqtisadiyyatında  artım  ilə  əlaqədar  risklər,  ölkənin  maliyyə  bazarında  yaranan 



mövcud çətinliklər və milli valyutanın qismən dəyərdən düşməsi.  

 

Cədvəl 1.2. Dünya üzrə ÜDM, ticarət, əsas kapitalın ümumi yığımı və 

məşğulluğun artım templəri, % ilə 

 

2008 

2009 

2010 

2011 

2012 

2013 

2014 

2015 

proq. 

2016 

proq. 

ÜDM 


1.5 

-2.0 


4.1 

2.9 


2.4 

2.5 


2.6 

2.8 


3.1 

Ticarət 


3.0 

-10.6 


12.6 

6.8 


2.8 

3.5 


3.4 

3.7 


4.7 

Ə

KÜY 



3.0 

-3.5 


5.7 

5.5 


3.9 

3.2 


2.9 

3.0 


4.7 

Məşğulluq 

1.2 

1.1 


1.2 

1.4 


1.4 

1.4 


1.3 

1.3 


1.2 

BX  


-20.4 

-20.4 


11.9 

17.7 


-10.3 

4.6 


-16.3 

11.4 


8.4 

BX , trilyon dollarla 

1.49 

1.19 


1.33 

1.56 


1.40 

1.47 


1.23 

1.37 


1.48 

Mənbə: UNCTAD, FD /MNE database for FD  in 2008-2014, UNCTAD estimates for FD  in 2015-2016 

(

www.unctad.org





 

Təbii  ki,  dünya  iqtisadiyyatında  davam  edən  qeyri-münbit  şərait  qlobal  investisiya 

axınlarına da mənfi təsir göstərir. Qlobal birbaşa xarici investisiyaların (BX ) axınları 2014-

cü ildə 16% azalaraq 1.47 trilyon ABŞ dollarından 1.23 trilyon ABŞ dollarına düşmüşdür. 

Birbaşa xarici investisiyaların azalmasının əsas səbəbləri dünya iqtisadiyyatında axsamaların 

baş  verməsi,  investorlar  üçün  qeyri-münbit  şəraitin  formalaşması  və  artan  geosiyasi  risklər 

olmuşdur.  Dünya  üzrə  ÜDM-in,  ticarətin,  əsas  kapitalın  ümumi  yığımının  (ƏKÜY)  və 

məşğulluğun artmasına baxmayaraq, BX -nin miqdarında azalma müşahidə olunmuşdur  

UNCTAD tərəfindən dünya üzrə BX -nin 2015-ci ildə 1,4 trilyon ABŞ dolları (2016-

cı ildə 1.5 trilyon ABŞ dolları) olacağı proqnozlaşdırılmışdır. BX -nin artımına əsas səbəblər 




21 

 

kimi  ABŞ  iqtisadiyyatında  artım  tendensiyasının  olması,  ucuz  neftin  dünya  üzrə  tələbin 



stimullaşdırması,  investisiyaların  liberallaşma  siyasətinin  genişləndirilməsi  göstərilir. 

Transmilli şirkətlər (TMŞ) arasında yüksək gəlirliliyin davam etməsi BX -ın artmasına təsir 

edəcəkdir. Lakin bir sıra iqtisadi və siyasi risklərin mövcudluğu, Avrozona daxilində qeyri-

müəyyənliyin baş verməsi, geosiyasi gərginlik nəticəsində münaqişələrin baş verməsi ehtimal 

edilən artımın azalmasına gətirib çıxara bilər. 

BX   axınlarının  həcmi  ilə  yanaşı,  onların  axın  istiqamətləri  də  dəyişmişdir.  Belə  ki, 

ə

gər inkişaf  etmiş ölkələrə BX  axını üzrə  kəskin azalma baş vermişdirsə, inkişaf etməkdə 



olan ölkələrdə tarixi maksimum həddi qeydə alınmışdır.  

 

Şə

kil 1.2. 1995-2014-cü illərdə dünya üzrə və ölkələr qrupuna yönəlmiş BX  axınları, 



mlrd.ABŞ dolları ilə 

 

 



 

 

 



 

 

 



 

 

 



Mənbə:UNCTAD, FDI/MNE database (

www.unctad.org/fdistatistics

 

2014-cü  ildə  qlobal  BX   axınlarının  55%-i  inkişaf  etməkdə  olan  ölkələrin 



iqtisadiyyatlarına  yönəlmişdir  (Şəkil  1.2).  nkişaf  etməkdə  olan  Asiya  ölkələrində  BX  

 

nkişaf etmiş ölkələ



nkişaf etməkdə olan ölkələ

Keçid iqtisadiyyatlı ölkələ

Dünya üzrə cəmi 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə