Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

26 

 

nkişaf  etmiş  ölkələrdən  olan  transmilli  şirkətlərin  investisiyalarının  yarıdan  çox 



hissəsini  əsas  kapitala  yönəldiyi  halda,  inkişaf  etməkdə  olan  ölkələrin  transmilli  şirkətlərin 

81% investisiyaları təkrar–investisiya layihələrinə yönəldilmişdir.  

 

Şə

kil 1.6. Dünyanın BX  yatıran ən iri 20 ölkəsi 



(x) = 2013-cü ildə yeri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mənbə: UNCTAD, FDI/MNE database (

www.unctad.org/fdistatistics

 



nkişaf  etməkdə  olan  ölkələrdə  Asiyada  olan  TMŞ  xaricə  yatırılan  investisiyalarını 

artırmışlar, lakin Latın Amerikası, Karib hövzəsi ölkələri və Afrikadan olan TMŞ-in xaricə 

yönəlmiş  investisiyalarının  miqdarında  azalma  qeydə  alınmışdır.  lk  dəfə  olaraq,  inkişaf 

 

ABŞ 



Honq-Konq, Çin 

Çin 

Yaponiya 

Almaniya 

Rusiya Federasiyası 

Kanada 

Fransa 

Niderland 

Sinqapur 

rlandiya 

spaniya 

Cənubi Koreya 

taliya 

Norveç 

sveçrə 

Malayziya 

Küveyt 

Çili 

Tayvan, Çin (21) 

nkişaf etmiş ölkələ

nkişaf etməkdə olan və  

keçid iqtisadiyyatlı ölkələ


27 

 

etməkdə  olan  ölkələrin  TMŞ-i  dünyanın  ən  iri  investor  qrupuna  çevrilmişlər,  onlar  dünya 



BX   qoyuluşlarının  üçdə  birini  təşkil  edirlər.    Dünyanın  investisiya  yatıran  ən  iri  20 

ölkəsindən 9-u inkişaf etməkdə olan və ya keçid iqtisadiyyatlı ölkələrdir (Honq Konq, Çin, 

Rusiya Federasiyası, Sinqapur, Koreya, Malayziya, Küveyt, Çili, Tayvan) (Şəkil 1.6). 

2014-cü  ildə  Asiyada  yerləşən  TMŞ  tərəfindən  xaricə  yönələn  investisiyalar  29% 

artaraq 432 milyard ABŞ dolları olmuşdur. Şərqi Asiyada regionunda, Honq Konqdan olan 

TMŞ 143 milyard ABŞ dolları investisiya ilə dünya üzrə ABŞ-dan sonra ikinci ən iri investor 

olmuşdur olmuşdur. 2014-cü ildə Çin xaricə 116 milyard ABŞ dolları investisiya yatırmışdır. 

Cənub-Şərqi  Asiyada  xaricə  yönələn  investisiyaların  artımına  əsas  səbəb  Sinqapurun  bu 

göstərici  üzrə  artımı  olmuşdur  (2014-cü  ildə  41  milyard  ABŞ  dolları).  Qərbi  Asiya 

regionunda  6%-lik  azalma  baş  vermişdir,  bunun  səbəbi  regionun  əsas  investoru  Küveytin 

xaricə cəmi 13 milyard ABŞ dolları yatırmasıdır. Buna baxmayaraq 2014-cü ildə eyni region 

üzrə Türkiyədən olan TMŞ tərəfindən xaricə yatırılan investisiyalar iki dəfə artaraq 7 milyard 

ABŞ dolları olmuşdur.  

2014-cü  ildə  Latın  Amerikası  və  Karib  hövzəsi  ölkələrindən  olan  TMŞ-in  xaricə 

yönələn  investisiyalarının  miqdarında  18%  azalma  baş  verərək  23  milyard  ABŞ  dolları 

olmuşdur. Meksikadan və Kolumbiyadan olan investisiyalar ikiqat azalaraq uyğun olaraq 5 

milyard ABŞ dolları və 4 milyard ABŞ dolları olmuşdur. Lakin Çilidə əksinə olaraq xaricə 

yönələn investisiyaların miqdarı 71% artaraq 13 milyard ABŞ dolları olmuşdur.  

2014-cü ildə Afrika ölkələrindən BX  axını 18% azalaraq 13 milyard ABŞ dollarına 

bərabər  olmuşdur.  Cənubi  Afrika  regionundan  olan  TMŞ  əsasən  telekommunikasiya  və 

mədənçıxarma  sahələrinə  investisiya  yatırdıqları  halda,  Nigeriyadan  olan  şirkətlər  əsasən 

maliyyə xidmətlərinə investisiya yönəltmişlər. 

2014-cü ildə inkişaf etmiş ölkələrdən TMŞ xaricə 823 milyard ABŞ dolları investisiya 

yatırmışlar.  Bu  göstərici  2013-cü  ilin  göstəricisinə  çox  yaxındır.  Avropa  ölkələrindən  BX  

axınının  həcmi  dəyişməmişdir.  Almaniya  112  milyard  ABŞ  dollar  göstəricisi  ilə  regionun 

lider ölkəsidir. 




28 

 

2014-cü ildə Kanada investisiya ixracı 4% artaraq 53 milyard ABŞ dollarına çatmışdır. 



ABŞ-ın  da  investisiya  ixracı  3%  artaraq  337  milyard  ABŞ  dolları  olmuşdur.  Bu  sahədə 

Yaponiya 3 illik davamlı artımın əksinə olaraq 16% azalma baş vermişdir. 

Müasir  dövrdə  xarici  investisiyaların  iqtisadi  həyatdakı  rolu  əhəmiyyətli  dərəcədə 

artmışdır.  Hazırda  BX -nin  cəlb  olunması  vasitəsi  ilə  ölkə  iqtisadiyyatına  tələb  olunan 

maliyyə  resursların  təmin  olunması  ilə  yanaşı,  bilik  və  bacarıqların  əldə  olunması,  yeni 

texnologiyaların ötürülməsi, yerli kadrların hazırlanması, gələcək iqtisadi potensialın artımı 

və  ölkənin  dünya  iqtisadiyyatına  inteqrasiyası  kimi  vəzifələr  yerinə  yetirilir.  Davamlı  və 

balanslaşdırılmış inkişafı təmin etmək məqsədi ilə investisiyaların cəlb edilməsi bütün ölkələr 

üçün  xarici  iqtisadi  siyasətin  əsas  prioritetinə  çevrilir.  nvestisiyaların  cəlb  olunması  ilə 

iqtisadiyyatın artan tələbatının ödənilməsi bütövlükdə ölkənin iqtisadi potensialını yüksəldən 

amillərdən  biridir.  Son  illərdə  dünyanın  müxtəlif  ölkələri  tərəfindən  xarici  investisiyaların 

cəlb edilməsi istiqamətində intensiv investisiya siyasətinin həyata keçirilməsinə baxmayaraq, 

bu  sahədə  onların  daha  seçici  olduqları  aşkar  görünür.  Sosial  rifahın  inkişafına 

istiqamətlənmiş investisiyaların cəlb olunması və korporativ sosial məsuliyyətin mövcudluğu 

müasir  investisiya  siyasətinin  formalaşmasının  əsasıdır.  Ölkələr  xüsusilə  yeni  iş  yerlərinin 

yaradılmasına,  məhsuldarlığın  və  səmərəliliyin  artırılmasına,  innovasiyalar  vasitəsilə 

iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və çevikliyini artıran əqli mülkiyyət sahəsinə və ətraf 

mühit  problemlərinin  həllinə  yönəlmiş  investisiyalara  üstünlük  verirlər.  Bu  cür 

investisiyaların  cəlb  edilməsinin  kökündə  davamlı  və  balanslaşdırılmış  inkişafın  təmin 

edilməsi durur. Dünyada davam edən iqtisadi böhran fonunda ölkələr BX -nın cəlb edilməsi 

üçün  özlərinin  liberallaşdırma  siyasətini  aparırlar.  nvestisiyaların  təşviqi  qurumları,  habelə 

təşviq  və  stimullaşdırma  mexanizmləri  qarşısında  qoyulan  yeni  tələblər  BX -nın  cəlb 

olunması  sistemi  anlayışına  baxışı  da  dəyişdirmişdir.  nvestisiyaların  cəlb  olunması  üzrə 

müasir  sistem  təkcə  məlumat  dəstəyi  (xarici  investorlara  zəruri  məlumatların  təqdim 

edilməsi,  qeydiyyat  prosesinə  dəstək)  deyil,  eyni  zamanda  maliyyə  dəstəyi  (güzəştləri  və 

azadolmaları, investisiya ilə bağlı xərclərin bölüşdürülməsi və xüsusi imtiyazlar) və davamlı 

dəstək (investisiya layihələrinin müşayiət olunması, iş prosesində yaranan problemlərlə bağlı 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə