Microsoft Word dissertasiyaa docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#43102
  1   2   3   4   5   6   7   8   9   ...   34



 
                                         
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
“MAG STRATURA MƏRKƏZ ” 
ə
lyazması hüququnda 
 
 
Mehdibəyli Günay Əbülfəz qızı 
(Magistrantın A.S.A) 
 
“Mərkəzi bank və onun əməlyyatları” 
mövzusunda 
 
MAG STR D SSERTAS YASI 
 
xtisasın şifri və adı    060403  “Maliyyə ” 
xtisaslaşma                 Bank iş
 
 
Elmi rəhbər: 
 
 
 
 
 
Magistr proqramının rəhbəri : 
 Dosent Bəşirov R.A.     
  
                     i.e.d professor Rzayev R.M       
 
 
 
Kafedra müdiri:   i.e.d professor Z.F.Məmmədov 
BAKI- 2015 



 
 
G R Ş 
Mövzunun  aktuallığı.  Müasir  dövlətin  bank  sistemində  mərkəzi  bankın  əsas 
rolu  və  mövqeyi  bu  ölkədə  bazar  iqtisadiyyatının  səviyyəsi  və  xarakteri  ilə 
müəyyənləşir  ki,  bu  münasibətləri  sabit  hesab  etmək  düzgün  olmazdı.  Bunun  ən 
parlaq  tərənnümü  bazar  münasibətlərinin  müxtəlif  mərhələlərində  mərkəzi  bankın 
rolunun dəyişməsidir. Mərkəzi Bank bazar infrastrukturunun mühüm tərkib elementi 
olan  kredit  sisteminin  fəaliyyətini  həyata  keçirən  və  tənzimləməsini  təmin  edən  bir 
orqandır.  qtisadi  siyasətinin  tərkib  hissəsi  olan  pul-kredit  siyasəti  vasitəsilə  dövlət 
iqtisadi inkişafın məqsədlərinə və mürəkkəb iqtisadi proseslərə , o cümlədən , məcmu 
milli məhsulun həcminə , inflyasiya tempinə , milli valyuta məzənnəsinə , investisiya 
prosesinə  təsir  göstərir.  Bazar  iqtisadiyyatlı  ölkələrdə  pul-kredit  siyasətinin  işlənib 
hazırlanmasını  və  reallaşdırılmasını  ,ölkənin  bank  sektorunun  yüksək  səviyyədə 
fəaliyyətini  ,  milli  valyutanın  alıcılıq  qabiliyyətinin  qorunub  saxlanmasını  və  s. 
mərkəzi banklar həyata keçirir. 
   Yuxarıda  göstərilən  məqsədlər  ,  vasitələr  ,fəaliyyət  istiqamətləri  ölkədən 
ölkəyə  fərqlənərək  ölkənin  iqtisadi  səviyyəsindən,  struktur  xüsusiyyətlərindən  , 
inkişaf  mərhələsindən  və  s.  amillərdən  xeyli  dərəcədə  asılıdır.  Bu  baxımdan 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  bazar  iqtisadiyyatı  dövründə  ölkə 
iqtisadiyyatında oynadığı rolu , onun fəaliyyət istiqamətləri , vəzifə və funksiyaları , 
təsir vasitələrinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.  
   Magistr dissertasitasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi 
Bankının  iqtisadi  proseslərə  təsir  mexanizmlərini  tədqiq  edərək  iqtisadiyyatda  onun 
rolunu qiymətləndirmədən ibarətdir. 
   Dissertasiya  işində  qarşıya  qoyulmuş  məqsəddən  irəli  aşağıda  göstərilən 
vəzifələrin tədqiqi nəzərdə tutulmuşdur :  



 
-
 Mərkəzi Bankların təkamülü və təşkilati formaları ; 
-
 Mərkəzi Bankın məqsəd və vəzifələri ; 
-
 Mərkəzi Bankın əməliyyatları ;  
-
 Pul-kredit siyasətinin əsas vəzifələri və funksiyaları ; 
-
 Bank sisteminin tənzimlənməsində Mərkəzi Bankın vəzifələri ;  
-
 Mərkəzi Bankın maliyyə bazarlarına təsiri ; 
-
 Bank sisteminin inkişafında Mərkəzi Bankın strategiyası. 
   Dissertasiya  işinin  predmeti  bazar  iqtisadiyyatı  şəraitində  Mərkəzi  Bankın 
iqtisadiyyata təsir mexanizmləridir, işin obyekti isə Mərkəzi Bankın fəaliyyətidir.                  
    Dissertasiya  işinin  metodoloji  və  nəzəri  əsaslarını  iqtisad  elminin 
klassiklərinin əsərləri, Azərbaycan və xarici ölkə alimlərinin Mərkəzi Bankların pul-
kredit və digər fəaliyyət sahələrində elmi-tədqiqat işləri, pul-kredit siyasəti üzrə Milli 
Məclisin  qəbul  etdiyi  hüquqi  sənədlər,  Nazirlər  Kabinetinin  və  Azərbaycan 
Prezidentinin  Mərkəzi  Bankın  pul-kredit  siyasəti  sahəsində  qərar  və  sərəncamları, 
Mərkəzi  Bankın  normativ  sənədləri  və  analitik  materialları,  müxtəlif  statistik 
məlumatlar mənbələri təşkil edir.  
    Tədqiqatın elmi yeniliyi : 
-
    Mərkəzi Bankın çeşidli pul- kredit siyasəti alətləri dəstindən səmərəli istifadə 
etməklə kredit bazarındakı likvidliyə təsir göstərir. 
-
  Mərkəzi Bankın kredit təşkilatları üçün müəyyən etdiyi iqtisadi normativlərin 
və bank nəzarətinin təkmilləşdirilməsi. 
   Dissertasiya  işinin  birinci  fəslində  mərkəzi  bankların  təkamülü  və  təşkilati 
formaları  ,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  əsas  vəzifələri  və 
funksiyaları araşdırılır. 



 
  Dissertasiya işinin ikinci fəsli Mərkəzi Bankın aktiv və passiv əməliyyatlarına 
həsr  edilmiş , mərkəzi bankın aktivlərinin və passivlərinin tərkibi araşdırılmışdır. 
   Dissertasiya  işinin  üçüncü  fəslində  Mərkəzi  Bank  tərəfindən  pul-kredit 
siyasətinin  işlənməsi  və  həyata  keçirilməsi,  pul-kredit  siyasətinin  makroiqtisadi 
yekunları  ,maliyyə  bazarlarına  ,depozit  ,  dövlət  qısamüddətli  istiqrazları  ,  valyuta 
banklararası pul bazarına, kredit qoyuluşlarına Mərkəzi Bankın əməli tədbirləri təhlil 
olunur  ,  bank  sisteminin  inkişaf  strategiyası,  burada    nəzərdə  tutulan  tədbirlər 
araşdırılır. Bank sisteminin tənzimlənməsində onun vəzifələri təhlil olunur. 
     Buraxılış işinin sonunda nəticələr və ədəbiyyat siyahısı verilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə