Microsoft Word Dizayn?n ?saslar? cavab az doc



Yüklə 221,25 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix15.03.2018
ölçüsü221,25 Kb.
#32320
  1   2   3   4   5   6   7   8


 

Dizaynın Əsasları Fənni Üzrə  mtahan Suallarının Cavabları 

 

1.

 

Rusiyada dizaynın yaranması 

Oktyabr    inqilabi ilə  Rusiyada  baş  verən dəyişikliklər  incəsənətdəndə  yan  keçmədi. 

Keçmiş kanonların inkar edilməsi, inqilab ideallarına cavab verən adekvat əvəzetmələrin 

sürətli  axtarışını  tələb  edirdi.  ncəsənətdə  aparılan  axtarışlar  və  təcrübələr  avanqard 

cərəyanların  poeziyada  və  ədəbiyyatda  futurizm,  kubizm,  təsviri  sənətdə-sprimatizm, 

memarlıqda konstruktizmin inkişafına gətirib çıxardılar.  

Ə

gər  Qərbi  Avropada  XX  əsrin  əvvəlində  dizaynın  formalaşması  öncə  sənaye 



firmalarının  mallarının  bazardakı  rəqabət  artırma  qabiliyyətini  yüksəltmək  idi  isə,  nə 

inqilabdan öncəki Rusiyada, nədə ki, gənc Sovet Respublikasında sənaye tərəfindən belə 

sifarişlər  yaradılmamışdı.  Sovet  dizaynı  öz  başlanğıcını  rəssamların  və  nəzəriyyəçilərin 

(sosioloqların və sənətşünasların) sol cərəyanlarından götürür. 

  Müxtəlif  təsviri  avanqard  cərəyanları  ilə  yanaşı,  inqilabdan  sonrakı  Rusiyada, 

kökləri XX əsrin əvvəllərinin futurizminə uzanan “Sənaye incəsənəti” hərəkatı yaranmağa 

başlayır.  Onun  tərəfdarları  yeni  incəsənəti  “praktiki  fəaliyyətin  yeni  forması”  kimi  elan 

edərək,  köhnə  dəzgah  sənətini  inkar  edirdilər.  Bu  hərəkat  sənaye  sferasından  kənarda 

yaranmışdı, bir tərəfdən o, sol cərəyanların rəssamlarına, digər tərəfdən isə nəzəriyyəçilərə 

(sosioloqlar  və  sənətşünaslara)  əsaslanırdı.  Buna  görə  də  istehsal  incəsənəti  parlaq  ifadə 

edilmiş  sosial-təsviri  xarakter  daşıyırdı.  Istehsalçılar  (rəssamlar  və  nəzəriyyəçilər)  sanki 

yeni cəmiyyətin tapşırığına əsasən sənayenin sosial sifarişini ifadə edirdilər. 



 

2.

  stehsal  ncəsənəti 

Müxtəlif təsviri avanqard cərəyanları ilə yanaşı, inqilabdan sonrakı Rusiyada, kökləri 

XX  əsrin  əvvəllərinin  futurizminə  uzanan  “Sənaye  incəsənəti”  hərəkatı  yaranmağa 

başlayır.  Onun  tərəfdarları  yeni  incəsənəti  “praktiki  fəaliyyətin  yeni  forması”  kimi  elan 

edərək,  köhnə  dəzgah  sənətini  inkar  edirdilər.  Bu  hərəkat  sənaye  sferasından  kənarda 

yaranmışdı, bir tərəfdən o, sol cərəyanların rəssamlarına, digər tərəfdən isə nəzəriyyəçilərə 

(sosioloqlar  və  sənətşünaslara)  əsaslanırdı.  Buna  görə  də  istehsal  incəsənəti  parlaq  ifadə 

edilmiş  sosial-təsviri  xarakter  daşıyırdı.  Istehsalçılar  (rəssamlar  və  nəzəriyyəçilər)  sanki 

yeni  cəmiyyətin  tapşırığına  əsasən  sənayenin  sosial  sifarişini  ifadə  edirdilər.  stehsal 



 

incəsənətinin  nəzəriyyəçilərindən  biri  B.Arnatov,  incəsənəti:  “sənətkarlığın  ali 



ixtisaslaşdırılması”  adlandırırdı.  Sosial-texniki  (universal)  məqsədəuyğunluq-bədii 

fəaliyyətin  yeganə  qanunu  və  yeganə  meyarıdır.  Adətən  o,  sonuncunu  formayaradıcı 

fəaliyyətlə  eyniləşdirirdi.  Buradan  formayaratmaya  əsasən,  əşya  ixtisaslaşdırıldıqca, 

bədiiləşir. Sənaye incəsənətinin digər nəzəriyyəçisi B.Kuşner mühəndis fəaliyyətini təhlil 

etdikcə bu nəticəyə gəlib çıxır ki, rəssam: “rəssam-mühəndisə” çevrilərək, mühəndisi əvəz 

edib  istehsalata  daxil  olmalıdır.  Əslində  bu,  tamamilə  yeni  layihə  mədəniyyətinin  ilk 

nəzəri  əsaslarıdır.  Buna  əsasən  incəsənətlə  mühəndislik  sənəti  nəhəng  təsviri,  sosial 

tərbiyəvi  potensiala  malik  olan  ən  yeni  elm  və  texnika  nailiyyətləri  üzərində  qurulmuş 

müəmmalı  sintezdə  qovuşurlar.  Bütün  bu  xüsusiyyətlər,  daha  sonralar  “dizayn” 

adlandırılan,  yeni  hadisənin  daha  yüksək  inteqral  mədəniyyətin  qurulması  üçün  güclü 

vasitələrdir.  A.Rodçenko,  El-Lisitski,  V.Tatlin  kimi  avanqardçı-rəssamların  adı  istehsal 

incəsənəti ilə bağlıdır.  

 

3.

 

nqilabı bayramların tərtibatı 

Sovet hakimiyyətinin ilk illərində yaradılan dizaynın kütləvi tətbiqinin əsas sferaları: 

bayram  tərtibatları,  şüar,  reklam,  kitab  hasilatı,  sərgilərin  tərtibatı,  etatr  və  s.  idi.  Real 

sosial  sifarişin  aydın  ifadə  olunan  ideoloji  təşviqat  xarakterli  olduğuna  baxmayaraq, 

rəssamlar,  artıq  bu  mərhələdə  də  yeni  təsviri  tərtibat  üsullarından  istifadə  edərək təsviri-

konstruktiv  problemlərə  diqqət  yetirirdilər.  bunun  üçün  (tribuna,  təşviqat  qurğuları, 

köşklər, teatr qurğuları və s.) onlar bütün imkanlardan istifadə edirdilər.  

Eskizlərin  və  həyata  keçmiş  işlərin  təhlili  göstərir  ki,  şəhər  mühitinin  təsviri 

tərtibatının artıq ilk təcrübələrində, sperqrafikanın üsullarına yaxın olan xüsusiyyətlər üzə 

çıxırdılar.  Rəssamlar  mövcud  olan  memarlıq  siması  ilə  şəhər  mühitinin  müqayisə  edilə 

biləcək  yeni  simasını  yaratmağa  çalışırdılar.  Bu  yeni  inqilabi  tərtibatı,  şəhərin  köhnə 

“burjuaziya”  tikililərindən  ayırmaq  üçün,  şüurlu  yaradıcılıq  yolu  idi.  Memarlığa  olan 

münasibətlər  sanki  tərsinə  çevrilmişdilər:  rəssamdan  memarlıq  kompozisiyasına  üzvi 

sürətdə daxil olmaq əvəzinə, onun maksimal dərəcədə qeyd edərək memarlıq quruluşunun 

üzərinə yeni təsviri tərtibat quruluşunu qoymaq tələb olunurdu.  

Ölçülərinə  görə  şəhərin  böyük  ərazilərini  əhatə  edən  iştirakçı  kütlələri,  tərtibat 

vasitələri  və  mütəxəssislər  (memarlardan  başlayaraq,  rəssamlar,  musiqiçilər,  şairlər, 



Yüklə 221,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə