Microsoft Word dovriyy? kap is doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix17.09.2018
ölçüsü0,55 Mb.
#69116
1   2   3   4   5   6   7   8   9   ...   26

 

8

və təşkilatlar üçün, istərsə də onların ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun həyata 



keçirilməsi  münasib  əmək  haqqı  alınmasını,  dövlətin  optimal  vergi  siyasəti 

yürütməsini, xalis gəlirin iqtisadi cəhətdən əsaslandırılmış nisbətdə istehlakı ilə yığım 

arasında bölüşdürülməsini tələb edir.  şin nəticələri üçün məsuliyyət prinsipi özünün 

maliyyə-təsərrüfat  fəaliyyətinin  müsbət  nəticələnməsi  üçün  bütün  işçilərin  müəyyən 

məsuliyyət  sisteminə  tabe  olması  zəruriəti  şəklində  təzahür  edir.  Bu  prinipin 

xüsusiyyəti  maliyyə-təsərrüfat  fəaliyyətinin  həyata  kecirilməsində  maliyyə 

metodlarının  müxtəlif  təsərrüfatdaxili  subyektlərdə  fərqli  olmasından  ibarətdir.  Bu 

fərqlərə  təsərrüfat  subyektləri  tərəfindən  müqavilə  şərtlərinin  pozulmasını, 

qısamüddətli və uzunmüddətli ssusda borclarının vaxtında qaytarılmasını, veksellərin 

mövcud şərtlər lə uyğun qaydada ödənilməsini, vergi qanunvericiliyinin və sairə görə 

peniyalar,  cərimələr  ödəməyə  məcbur  edilməsini  səmərəsiz  fəaliyyət  göstərən 

təsərrüfat  subyektlərinə  qarşı  müflisləşmə  qaydasının  tətbiq  edilməsi  kimi  tənbeh 

tədbirlərinə  əl  atmasını  aid  etmək  olar.  Müəssisə  rəhbərləri  üçün  maddi  məsuliyyət 

prinsipinin  pozulması  cərimə  sisteminin  tətbiq  edilməsinə,  ayrı-ayrı  işcilərin  həmin 

məsulliyəti  pozması  isə  onların  müvafiq  şəkildə  cərimə  olunmasına,  mükafatdan 

məhrum edilməsinə, yaxud zay məhsul istehsal etdikdə işdən çıxarılmasına və yaxud 

ziyanın ödənilməsinə gətirib cıxara bilər.  

Maliyyə  ehtiyatlarının  yaradılması  prinsipi  sahibkarlıq  fəaliyyətini  çox  vaxt 

müşaiət edən risklə əlaqədar müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların 

yaradılması zəruriətini ön plana çəkir. Əsas prinsipi daimi rəqabət, müəyyən şərt və 

tapşırıqları  uduzmaq  təhlükəsi  olan  bazar  münasibətləri  sahibkarın  öz  işlərini  şəxsi 

təşəbbüsü,  qabiliyyəti  və  riski  əsasında  görməni  nəzərdə  tutur.  Bu  çür  təsərrüfat 

subyektinin  müəyyən  maliyyə  ehtiyatlarının  olub-olmaması  onun  gələcək  iqtisadi 

taleyi üçün əlverişli rol oynaya bilər. 

Bundan  əlavə,  mütərəqqi  pul  vəsaitinə  malik  olan  təsərrüfat  subyektləri 

mövcud inflyasiya şəraitində risk edərək öz pulunu daha yüksək mənfəət verə bilən 

depazit-əmanət  və  yaxud  qiymətli  kağızlar  şəklnidə  yerləşdirmək  hüququndan 

istifadə etməyə calışır. Bu halda həm də istehsal proqramlarının həyat kecirilməsində 

müəyyən şərtlər buraxa bilərki, bu da xeyli ziyanla nəticələnir. 



 

9

Bütün  bu  risklər  nəticəsində  işgüzarlıq  fəaliyyətinin  ciddi  pozulmaması  üçün 



müəyyən  ehtiyatların  olması  iqtisadi  cəhətdən  zəruridir.  Mövcud  qanunvericiliyə 

ə

sasən həmin prinsiplər açıq və qapalı səhmdar cəmiyyətlərdə həyata kecirilir. Ümu-



mi  qaydada  əsasən  ehtiyat  fondunun  kəmiyyəti  ödənilmiş  nizamnamə  kapitalının 

15%-indən az, lakin vergi ödənilən mənfəətin 50 %-indən çox olmamalıdır. 

Maliyyə ehtiyatlarını öz təşəbbüsü ilə digər təşkilatı-hüquqi və mülkiyyət for-

malarına əsaslanan təsərrüfat subyektləri də yarada bilər. Lakin bunun xalis gəlirdən, 

həm  də  büdcəyə  vergi  və  başqa  ödəmələri  köcürdükdən  sonra  etmək  lazımdır.  

Bununla  bərabər,  maliyyə  ehtiyatlarına  və  bu  kimi  başqa  fondlara  köçürülən  pul 

vəsaitlərini  onların  əlavə  gəlir  gətirmələri  üçün  bankların  depazit  hesabında,  yaxud 

başqa bir likvidilik formasında saxlamaq daha məqsədəuyğundur. 

Müəssisənin  fəaliyyətinə  maliyyə  nəzarəti  edilməsinə  xüsusi  diqqət 

yetirilməlidir,  çünkü  onun  səmərəli  qurulmasından  müəssisənin  maliyyə  nəticələri 

çox aslıdır. Müəssisənin maliyyə xidmətləri biznes-planın icrasına, eləcə də xüsusi və 

borc kapitallarının təyinatı üzrə istifadəsinə daim nəzarət edilir. Nəzarət-təhlil funksi-

yasının  həyata  kecirilməsində  maliyyə  işçilərinə  mühasibatlıq  çox  kömək  edir.  Bu-

nunla  da  smetaların  tərtib  edilməsinin  dürüstlüyü,  kapital  xərclərinin  ödənilməsinin 

haqq-hesabı yoxlanılır, bütün hesabat növləri tərtib edilir, maliyyə və plan intizamına 

ə

məl olunması prosesinə nəzarət edilir. 



stehsal-kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  subyektlərin  maliyyəsinin 

təşkilinin  yuxarıda  sadalanan  pirinsiplərini  hər  bir  konkret  iqtisadi  şəraitdə  həyata 

kecirmək  üçün  cəmiyyətin  məhsuldar  qüvvələrinin  və  istehsal  münasibətlərinin 

mövcud səviyyəsinə uyğun gələn formaları və metodları düzgün seçərək tətbiq etmək 

lazımdır, çünki bu pirinsiplər daim inkişafda və təkmilləşdirməkdə olur 

Müəssisə əmtəə yaradarkən xammalı, materialları, satın alınmış komplektləşdi-

rici məmulatları və yarımfabrikatları sərf edir. Onların dəyəri digər maddi məsrəflərə, 

ə

sas  istehsal  fondlarının  aşınması  və  işçilərin  əmək  haqqı  ilə  yanaşı  məhsulun 



istehsalı üçün müəssisənin xərclərini təşkil edir və maya dəyəri formasını alır. Satış 

pulu  daxil  olana  qədər  bu  xərclər  müəssisənin  dövriyyə  vəsaitləri  hesabına 




 

10 


maliyyələşir.  Məhsul  satıldıqdan  sonra  mədaxil  hesabına  dövriyyə  vəsaitləri  bərpa 

edilir, məhsulun istehsalı üzrə müəssisənin xərcləri isə ödənilir. 

Xərclərin maya dəyəri şəklində xüsusiləşməsi məhsulun satışından əldə edilən 

mədaxili  istehsal  xərcləri  ilə  müqayisə  etməyə  imkan  verir.  Məhsul  istehsalı  üçün 

vəsaitin  investisiyalaşdırlmasının  mahiyyəti  xalis  gəlirin  əldə  edilməsidir  və  əgər 

mədaxil maya dəyərindən çox olarsa, onda müəssisə onu mənfəət şəklində alır. 

Həm  mənfəət,  həm  də  amortizasiya  ayırmaları  istehsala  qoyulmuş  vəsaitlərin 

dövranının nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır. Bu resursrlar-

dan  müəssisə  müstəqil  şəkildə  istifadə  edir.  Müəssisənin  mənfəəti  isə  bütünlükdə 

onun sərəncamında qalmır və bir hissəsi vergilər şəklində büdcəyə daxil olur. Müəs-

sisənin  sərəncamında  qalan  mənfəət  onun  tələbatlarının  maliyyələşdirilməsinin  baş-

lıca  mənbəyidir.  Bu tələbatlar  yığıma  və istehlaka bölünür.  Məhz  mənfəətin  yığıma 

və istehlaka bölünməsi müəssisənin inkişaf perspektivlərini müəyyən edir. 

Yığıma yönəldilən vəsaitlər (amortizasiya ayırmaları və mənfəətin bir hissəsi) 

müəssisənin  istehsal  və  elmi-texniki  inkişafı  üçün  istifadə  olunan  pul  vəsaitlərini 

təşkil  edir.  Bunun  əsasında  maliyyə  aktivləri  (qiymətli  kağızların  alınması,  başqa 

müəssisələrdə payçı kimi iştirak və s.) formalaşır. Mənfəətin digər hissəsi müəssisə-

nin  sosial  inkişafına,  o  cümlədən  istehlaka  yönəldilir.  Xüsusi  vəsaitlərdən  əlavə 

müəssisə borc alınmış maliyyə resurslarını - uzunmüddətli bank kreditləri, başqa mü-

ə

ssisələrin  vəsaitləri,  istiqrazları  –  cəlb  edir.  Borc  alınmış  vəsaitlərin  geri  qaytarıl-



masının (ödənilməsinin) mənbəyi də müəssisənin mənfəətidir. 

Müəssisənin  iqtisadi  imkanı  baxımından-  həm  onun  əmlakı,  həm  də  maliyyə 

vəziyyəti  mövqeyindən-xarakterizə  etmək  olar.  Təsərrüfat  fəaliyyətinin  qeyd  edilən 

tərəfləri sıx qarşılıqlı əlaqədədir: əmlakın qeyri- səmərəli sektoru, onun keyfiyyətsiz 

tərkibi müəssisənin maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarır və əksinə. Buna 

görə  müəssisənin  maliyyə  siyasətinin  işlənib  hazırlanması  onun  maliyyə  -  iqtisadi 

vəziyyətinin  təhlili  və  qiymətləndirilməsindən  başlanır.  Belə  təhlil  qiymətləndirmə 

isə  müəssisənin  əmlak  və  maliyyə  vəziyyətini  əks  etdirən  bir  sıra  göstəricilərin 

köməyi ilə həyata kecirilir. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə