Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
  1   2   3   4   5   6   7   8   9   ...   50



 
 
Kainat və təbiət haqqında fəlsəfi hipotezalar seriyasından 
 
 
 
 
 
ELŞƏN MİSİR OĞLU NƏSİBOV 
 
 
 
 
 
 
 
DÜŞÜNCƏLƏRİM 
 
 
  
II HİSSƏ 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2014 
 
 



 
Redaktoru:  
 
Valeh İsmayılov  
tədqiqatçı-jurnalist 
 
E.M.Nəsibov.  Düşüncələrim.  II  HİSSƏ.  Bakı,  “Elm  və 
Təhsil” nəşriyyatı, 2014, 168 səh.  
 
Kitabın  birinci  hissəsi  2014-cü  ildə  çapdan  çıxan  “İnkişaf 
və  sülh  ideyaları.  Və  Təbiət  haqqında  düşüncələr”-  IV  kitab 
adlanan  kitabın  ikinci  fəslində  öz  əksini  tapır.  Lakin  bundan 
öncə  də  təbiət  və  kainat  haqqında  hipotetik  düşüncələrə  
2013-cü  ildə  çapdan  çıxan  “Seçki  hüququ  insan  hüquqlarının 
bölgü ünsürü (komponenti) kimi (fəlsəfi-elmi aspektlərlə təhlil) 
adlanan əsərin Giriş hissəsində bir qədər yer ayrılır.  
Bu kitabda da kainat və onun tərkibi olan təbiət haqqında, 
eləcə  də  canlılar  haqqında  müəyyən  hipotetik  fikirlər, 
gümanlara  söykənən  mülahizələr,  ehtimallar  mövcuddur. 
Fikirlərin  (siqnalların  qəbulundan  meydana  gələn  biliklərin
mütləq  və  nisbi  əsasları  qeyd  olunur  və  belə  qərara  gəlinir  ki, 
mütləqlik  və  nisbilik  ümumi  tarazlıq  içərisində  qərarlaşır. 
Həmçinin belə nəticələrə gəlinir ki, əslində kainat tərkibi ayrı-
ayrı  qeyri-tarazlıqlardan  ibarət  olan  ümumi  bir  tarazlı 
müstəvidir  və  onun  tərkibində  sistemlər  bir-birilə  əlaqəlidir. 
Kainatın  qeyri-tarazlığı  tarazlıqdan,  eləcə  də  tarazlığı  qeyri-
tarazlıqdan  formalaşır.  İnsanlar  təbiətin  elə  özü  kimi 
xarakterizə  olunur.  Belə  qərara  gəlinir  ki,  insan  kainatın, 
təbiətin  yaranışıdır,  onun  tərkibidir.  Ona  görə  də  siqnalları 
qəbul edə bilir və ətrafla təmasda olmaq imkanına malik olur.  
Kitab  təbiət  fəlsəfəsi  ilə  maraqlananlar  üçün  nəzərdə 
tutulur. 
 
ISBN 978-9952-8176-6-9 
2014
-
N098
79
-
4702010000
N
 qrifli nəşr 
© Nəsibov E.M., 2014 
 



 
MÜNDƏRİCAT: 
 
Giriş .............................................................................................. 4  
Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq timsalında .... 41 
Eynilik və fərqlilik haqqında ..................................................... 45 
Məkan, zaman, məsafə anlayışlarının sürət kriteriyası ilə 
vəhdətdə dərk olunması.. ............................................................ 47 
Qaranlıq və işıq, “enerjisizlik” və enerji ................................... 53 
Varlığın enerji və “enerjisizlik” (varlığın antonimliyi 
ə
sasları ilə) baxımından izah olunması ..................................... 66 
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası (gecə və 
gündüz) baxımından izah edilməsi ............................................ 71 
Rənglərin mövcudluğunun enerji kriteriyası (gecə və 
gündüz) baxımından izah edilməsi ............................................ 76 
İ
yilərin və dadların enerji kriteriyası ilə izah olunması...... .... 80 
Alovlar haqqında......................................................................... 83 
Günəş haqqında........................................................................... 86 
Günəş olmasa planetlər hansı formanı ala bilərlər .................. 100  
Planetlər və Günəş ...................................................................... 103 
Fəza-Günəş-Yer (planet-bərk materiya) vəhdəti və  
elementlər.............................................................................. ....... 109 
Su nədir ........................................................................................ 118 
Günəşin daxili seli və planetlərin dövr etməsi .......................... 121 
Yer kürəsində atmosferin əmələ gəlməsi .................................. 127 
Yer kürəsinin öz oxu ətrafında fırlanması ................................ 141 
Ay haqqında................................................................................. 145 
Planetlər arasındakı əks olunmalar və əlaqələr ....................... 147 
Yerin əmələ gəlməsinə dair ........................................................ 150 
Məkan, qüvvə və planetlər haqqında ........................................ 152 
Uçan naməlum obyektlər və Yer ətrafında gözlə görünə 
bilməyən planetin olması 
ehtimalı.................................................................................. ....... 154  
Qrafiklər bölməsi ........................................................................ 156 
NƏTİCƏ ....................................................................................... 164 



 
GİRİŞ: 
 
Mütləq hər məkanda var, məkan dəyişəndə əvvəlki məkan 
yeni  məkan  üçün  nisbiyə  çevrilir.  Həqiqət  və  qeyri-həqiqət 
mütləq və nisbidir.  
Həqiqəti  insan  axtarır.  Həqiqət  müəyyən  qədər  aşkar 
olunan  forma  və  mahiyyətdir.  Aşkarlıq  dərəcəsi  həqiqətin 
dərəcəsidir.  Aşkarlıq  bəravbərlik  və  fərqlilikdədir,  eynilik  və 
müxtəliflilikdədir. Deməli, həqiqət həm düzgünlükdə, həm də 
qeyri-düzgünlükdədir.  Ədalət  də  həqiqətdə  mövcud  olur. 
Həqiqət  haqdır.  Haqq  pozitivdir,  düzgünlükdür.  Düzgünlük 
subyektivdir,  haqqı  özündə  cəmləşdirir.  Haqq  həm  də 
subyektiv  ola  bilər.  Məsələn,  bir  qrup  və  ya  da  fərdi  bir  şəxs 
üçün haqq həmin tərəf üçün düzgündür, aşkardır. Digər tərəf 
onu  haqq  kimi  qəbul  etməyə  bilər.  Lakin  obyektiv  həqiqət, 
gerçəklik  (burada  çoxlarına  məlum  olan  həqiqət)  hər  kəs 
üçün  aydınlıqdır,  düzgünlükdür.  Həqiqət  universaldır  və 
məxsusidir.  Haqq  həm  bərabərlikdə,  həm  də  müəyyən  qədər 
fərqlilikdə, bərabərsizlikdə mövcud olur.  
 Fikirlərdə həqiqət odur ki, ya üzdə olan hər bir şey hamı 
üçün bu və digər dərəcədə eyni və oxşar kimi qəbul edilsin, ya 
da  bəziləri  tərəfindən  aşkar  olunanlar  inam  əsasında 
digərləri  tərəfindən  də  həqiqət  formasında  qəbul  olunsun. 
Ümumən məntiqin axtardığı faktlar, hadisələr həqiqətə daha 
yaxındır.  Çoxlu  sayda  faktlara  malik  olan  məntiq  daha 
konstruktiv  mahiyyət  kəsb  edir.  Həqiqət-üzərində  fikir 
yürüdülən  şeyin,  düşünülən  proseslərin  görünən  və  digər 
duyğu  orqanları  vasitəsilə  duyulan  həcmindən-aşkarlanan 
forma və məzmunun tərkibindən ibarətdir. Bir sözlə, obyektiv 
həqiqət  hamı  tərəfindən  bu  və  ya  da  digər  dərəcədə  qəbul 
olunan  universallıqdır.  Həqiqət  universaldır-məsələn,  bu  bir 
həqiqətdir ki, biz hamımız canlı insanlarıq, daş- Yer üzərində 
olan bir materiya parçasıdır, dünya okeanı sudan ibarətdir və 
s.  Burada  universal  həqiqət  var.  Lakin  məxsusi  (fərdi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə