Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

32 
 
xarakterə malikdir. Məkanın böyüklüyü onu deməyə əsas verir 
ki,  ümumiyyətlə,  tam  kənar  anlayışı  yoxdur.  Yalnız  müəyyən 
məkanların sərhədləri və məkanları vardır. Deməli, məkan həm 
də  tərkibə  aid  olan  məsələdir.  Tərkib  sərhədlənir,  bütöv  də 
sərhədlənir.  Lakin  tam  bütöv,  sonsuz  bütöv  olmadığına  görə 
tam  sərhəd  də  yoxdur.  Yəni,  kainat  bütövündə  tam  sərhədlər, 
qəti  son  sərhədlər  yoxdur.  Sərhədlər  yalnız  sistemlərin 
daxilində olan tərkiblərdədir.  
Məkanı  müəyyən  edən  insanlardır.  İnsanlar  əlamət 
müəyyən  edə  bilirlərsə,  deməli,  əslində  müəyyən  etdikləri 
ə
lamətlərlə  eyni  tərkibə  malikdirlər.  İnsanlar  müəyyən 
ə
lamətlərə görə məkanı təsnif edirlər, xassələndirirlər. İnsanlar 
tam  bütöv  məkan  daxilində  müəyyən  tərkib  məkanlarını  dərk 
edrilər.  Buradan  belə  qənaətə  gəlmək  olar  ki,  qeyri-
müəyyənliklər  daha  çoxdur  və  sonsuzdur.  İnsanlar  onlara 
verilən  qabiliyyətlər  və  imkanlar  çərçivəsində  öz  baxışlarına 
uyğun  şəkildə  məkanları  müəyyən  edə  bilirlər.  Məkanların 
müəyyən  olunması  sistemlər  daxilində  olan  və  sistemlər 
arasında  olan  fərqlərlə  həyata  keçirilə  bilir.  Fərqlər  arasında 
olan  müəyyən  oxşarlıqların  cəmi  elə  məkanın  meydana 
gəlməsinin  (burada  mövcud  məkanın  ayırd  edilməsinin  və 
insan  yaradıcılığına  və  quruculuğuna  müvafiq  olaraq  yeni 
məkanların  yaradılmasının)  əsasında  dayanır.  Deyilənlərdən 
belə  nəticələrə  gəlmək  olur  ki,  bütün  tərkib  və  bütövlər  elə 
bütövlərin  və  tərkiblərin  içərisindədir.  Tərkib  və  bütövlərin 
genişlənmə  üzrə  son  sərhədləri  yoxdur.  Daralma  (qısalma, 
kiçilmə)  üzrə  də  son  bölünmələri  yoxdur.  Son  bölünmənin 
davamı  yenidən  böyümədir.  Bu,  o  deməkdir  ki,  həyatda  təbii 
şə
kildə hər şey var, “mütləq yoxluq” isə yoxdur.  
Materiya  materiya  üçündür.  Həm  də  materiyanın  ən  kiçik 
zərrəcikləri  və  ən  yüngül  hissəsi  olan  “qeyri-materiya” 
üçündür.  (Qeyd:  biz  daha  çox  gözlə  görünəni  və  çox  inikas 
olunanı materiya aləmi kimi qeyd edirik. Digərlərini isə qeyri-
materiya  aləminin  tərkibi  kimi  görürük.  Əslində  isə  hər  şey 


33 
 
elementlərdən ibarət olduğundam mütləq qeyri-materiya aləmi 
yoxdur. “Qeyri” sözünün özü də tam mənada yoxdur. “Qeyri” 
sözü şərti yoxluğu bildirən bir ifadədir). Qeyri-materiya da elə 
materiya 
üçündür. 
Onun 
davamıdır. 
Materiya 
qeyri-
materiyanın,  qeyri-materiya  isə  materiyanın  davamıdır. 
(Maddi  aləmin  davamı  ruhi  aləmdir.  Ruhi  aləm  həm  də 
maddi aləmi tam şəkildə əhatə edəndir). Bu davam vəhdətdə 
mövcuddur. Bütöv içərisində davamdır. Deməli, canlı aləm tək 
insanlardan  və  heyvanlardan,  həşəratlardan  ibarət  ola  bilməz. 
Canlı  aləm  anlayışı  nisbidir,  əslində  hər  şey  canlıdır.  Çünki 
hər 
ş
ey 
hərəkətdədir. 
Sadəcə 
hərəkətlər 
dərəcələnir. 
Dərəcələnmə  də  məkan  dəyişmələri  ilə  əlaqəlidir.  Deməli, 
insanlar  əslində  daxilən  hərəkətdə  olurlar.  Cansız  hesab 
etdiyimiz  materiya  aləmi  də  hərəkətdədir.  Bu  baxımdan  da 
insanlar və digər canlılar, torpaq, digər bərk materiyalar əsasən 
bir-biriləri ilə əlaqədə və təsirdə olurlar.  
Bu  prinsiplə  hesab  etmək  olar  ki,  gözlə  görünən,  gözlə 
görünməyən,  makro  və  mikro  canlılar  var  və  bu  canlılar  elə 
cəm halda bütövlükdür. Tam cansızlıq yoxdur, çünki Günəş və 
ulduzlar  var,  onlar  hər  şeyi  hərəkətdə  saxlayır.  Hərəkətin  də 
ə
sasını qeyri-bərabərliklər, qeyri-hamarlıqlar təşkil edir. (Qeyd: 
baza  hərəkəti  kosmik  fəzanın  özündə,  boş  məkanda,  yəni, 
ulduzların  və  planetlərin  olmadığı  boş  məkanda,  axtarmaq 
daha məqsədəuyğun olar. Kosmik fəzanın hərəkətindən, fəzanın 
özünü təşkil edən elementlər axınının qarşılaşmasında ulduzlar 
meydana gəlir. Ulduzlar da kosmik fəzaya-“boş məkana” əlavə 
hərəkət  verir.  Deməli,  qüvvənin  kəmiyyət  baxımından  ümumi 
çoxluğu  kosmik  fəzadadır,  lakin  qarşılaşma,  bundan  meydana 
gələn  güclü  enerji  mənbəyi  isə  ulduzlardadır,  sonra  isə 
planetlərdədir.  Bu  baxımdan  belə hesab etmək olar ki, kosmik 
enerjinin  əsas  “mənşəyi”  elə  kosmik  fəzadır.  Şərti  başlanğıc 
elə  fəzanın  özüdür).  Bərk  materiyalardan  fəzanın  əmələ 
gəlməsi  bir  qədər  ağlabatan  deyil.  Əksinə,  fəzadan  obyektlər 
yarana bilər.  


34 
 
Dərəcələnən  canlılar  var.  Belə  təxmin  etmək  olar  ki, 
torpaqdan,  sudan,  Günəş  enerjisindən  yeni-yeni  canlıları 
(nisbətən hərəkət edən varlıqları) meydana gətirmək olar. Eyni 
zamanda  onu  da  qəbul  etmək  olar  ki,  təbii  olaraq  yeni-yeni 
canlılar  meydana  gələ  bilər.  Bu,  hər  şeydən  öncə  kainatda  və 
təbiətdə  dəyişən  qanunauyğunluqlardan  asılıdır.  Həmin 
prinsipdən  çıxış  edərək  hesab  etmək  olar  ki,  canlıların 
təkamülü mövcuddur, bu gün də davam etməkdədir. Canlıların 
insan  qolu  isə  hələlik  yetkin  mərhələdədir.  Dəyişmə  ehtimalı 
da  ola  bilər.  (Qeyd:  təkamül  anlayışına  da  nisbi  baxmaq 
lazmıdır. Bir tərəfdən hesab etmək olar ki, Yer kürəsinin, eləcə 
də  Günəş  sisteminin  heç  başlanğıcı  olmayıb.  Tarix  yoxdur. 
Kainat  şaquli,  üfiqi  qaydada  təkamülə  məruz  qalmayıb  və 
başlanğıc zamanı yoxdur. Zaman yalnız insanlar üçündür. Yer 
kürəsində təkamül heç də Yer kürəsinin özünün inkişafı, forma 
və məzmun dəyişmələri ilə bağlı deyil. Yəni, endogen proseslər 
heç  də  kökündən  getməyib.  Sadəcə  olaraq  daşqınlar,  buz 
ərimələri  sayəsində  baş  verən  Yerüstü  dəyişikliklər  müəyyən 
canlıların  məhv  olmasına  gətirb  çıxarıb.  Yeniləri  yaranıb. 
Təkamülün olmaması ehtimalı onu da deməyə əsas verir ki, Yer 
kürəsinin  baza  olaraq  geoloji  və  coğrafi  -burada  kainatdan 
asılı olaraq dəyişmələrdən irəli gələn- tarixi yoxdur. Yer kürəsi 
necə var, eləcə də qalıb və qalmaqda davam edir. Yer kürəsinin 
yaranma  tarixi  yoxdur.  Digər  tərəfdən,  əksinə  olaraq  hesab 
etmək  olar  ki,  Kainatın  tarixi  var,  kainat,  Günəş  sistemi 
yaranıb.  Yer  kürəsi  meydana  gəlməyə  başlayıb.  Yer  kürəsinin 
özündə  belə  kəmiyyət  dəyişikliyi,  forma  dəyişikliyi,  Günəş 
sistemindən  məsafə  dəyişikliyi  olub.  Kainatın,  Günəşin  şaquli 
və  üfiqi  tarixi  formalaşma  tarixi  mövcuddur.  Köklü  təbiət 
dəyişiklikləri  olub,  bu  dəyişikliklər  endogen  və  eksogen 
təsirlərin  sayəsində  meydana  gəlib.  Yer  kürəsində  atmosfer 
meydana  gəlib,  kürə  özü  materiklərə  bölünüb,  zaman-zaman 
canlılar  yaranıb,  bu  canlılar  təkamülə  məruz  qalıb.  Yer 
kürəsinin  tarixi  (eləcə  də  başqa  planetlərin)  mövcuddur  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə