Microsoft Word dusguncelerim II hiss?doc


Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

41 
 
Müsbət və mənfi kriteriyaları-varlıq və yoxluq 
timsalında  
 
Kainat  varlıqdan  ibarətdir.  Boşluq,  yəni  tam  yoxluq 
yoxdur.  Nisbi  yoxluq  var.  Məkanını  və  formasını  dəyişən 
varlıq  var.  “Yoxluq”  müqayisə  anlayışıdır,  ifadəsidir  və 
müəyyən  varlığın,  olması  istənilən  varlığın müəyyən  məkanda 
olmamasını  ifadə  eən  sözdür.  Üst-üstə,  yaxud  da  yan-yana 
toplanan  elementləri  çıxmaqla  həmin  elementlərin  üzərində 
dayanıldığı  məkan  boşalır.  Buna  görə  də  yoxluq  və  varlıq 
elementin yerdəyişməsi ilə mütləq və nisbi əsasları özündə əks 
etdirir.  Bu  baxımdan  sadəcə  olaraq  nisbi  yoxluq  var,  yəni, 
görünməyən  varlıq  var.  Varlıq  mütləqdir,  nisbidir.  (Burada 
“varlıq”  və  “yoxluq”  anlayışlarına  təbiətdəki  təbii  varlıqlar  və 
yoxluqlar  prizması  ilə  yanaşılır).  Varlığın  nisbiyə,  digər 
müəyyənliyə  və  qeyri-müəyyənliyə  keçməsi  həmin  varlığın 
yoxluğunu  əks  etdirir.  Yerdəyişmə  və  zaman  varlığın  və 
yoxluğun  əvəzlənməsini  təmin  edir.  Varlıq  məkandan  asılı 
olaraq  müəyyən  və  qeyri-müəyyəndir.  Qeyri-müəyyənlikdən 
müəyyənliyə  keçid  aşkarlanmadır  və  yoxluğun  varlıqla  əvəz 
olunmasıdır.  Müəyyən  varlıqdan  uzaqlaşanda  həmin  varlıq 
nisbiyə  və  qeyri-müəyyən  olan  varlığa  çevrilir.  Buradan  da 
yoxluq əmələ gəlir. Qeyri-müəyyən olan varlığı insanlar həmin 
varlığa nisbətdə yoxluq kimi qəbul edirlər.  
Varlıq  enerjidir,  qüvvədir,  kəmiyyətdir,  gücdür,  çünki 
hərəkət  edən  kəmiyyətdən  ibarətdir.  Yoxluğun  yaranması 
enerjinin  müəyyən  məkan  dairəsində  mənbəyə  münasibətdə 
nisbi  olaraq  azalmasıdır,  düşüncələrimizə  görə  yox  olmasıdır. 
Yox  olma  həm  də  müəyyən  məkan  üzərində  varlığın  yerini 
dəyişməsidir.  Kainatın  mərkəz  hesab  olunan  obyektləri  var. 
Məsələn,  ulduzlar  və  planetlər  mərkəz  obyektlər  kimi  hesab 
oluna  bilirlər.  Varlıq  və  yoxluq  həm  onların  özündə,  həm  də 
onların təmasda olduqları obyektlərdə meydana gəlir.  


42 
 
İ
nsanların 
özləri, 
onların 
qabiliyyətləri, 
istedadları 
subyektiv  və  müvəqqəti  olmaqla  yanaşı,  həm  də  obyektiv  və 
müəyyən  müddət  üçün  daimidir.  İnsanlar  subyektiv-fərdi 
şə
kildə  bir-birilərini  əvəz  edirlər.  Buna  görə  də  yoxluq  ifadəsi 
sadəcə  olarq  varlığın  müəyyən  məkanlarda  çatışmazlığı  üçün 
işlədilir.  
Varlıq və yoxluq ifadələri daimi və müvəqqəti anlayışlarını 
formalaşdırır.  Varlıq  daimidir,  ancaq  müəyyən  məkanda  olan 
varlıq  elementlərinin  həmin  məkandan  uzaqlaşması,  ya  da 
müəyyən  bir  məkanda  istənilən  bir  varlığın  olmaması  daimini 
müvəqqəti  ilə  əvəzləyə  bilir.  Deyək  ki,  kainatın  daimi  -əbədi 
olması  mütləqdir.  Burada  müvəqqəti  anlayışı  isə  formaların 
dəyişməsində  meydana  gəlir.  Bu  da  özlüyündə  zaman  və 
məkan  anlayışını  əks  etdirir.  Elementlərin  daimi  məkanda-
məkan  müstəvisində  yerlərini  dəyişməsi  və  formalarını 
dəyişməsi  daimini  müvəqqəti  ilə  əvəzləyir.  Daiminin  nisbətən 
uzun  müddətliyə  və  qısa  müddətliyə  keçməsi  elə  dəyişən 
varlığın,  sistemdaxili  hərəkətdə  olan  varlığın  forma  və  məkan 
dəyişməsi,  eləcə də müəyyən müddətdə sistemi tərk etməsi ilə 
ə
saslanır.  Buradan  da  varlıq  və  yoxluq,  eləcə  də  daimi  və 
müvəqqəti  fikirləri  formalaşmış  olur.  Varlığın  artması, 
çoxalması  sistemin  tərkib  dəyişməsinə,  kəmiyyət  dəyişməsinə 
səbəb  olur.  Çünki  məkan  dəyişir.  Deməli,  element,  məkan, 
hərəkət  və  zaman  (element  çevrilmələri  zamanı  əvvəlki 
element  üçün  lazım  olan  zaman)  varlığın  və  yoxluğun 
yaranmasını şərtləndirir.  
Varlığın  artıb-azalması,  yəni  ya  eyni  tərkibdə  olan 
elementlərin toplusunun azalması, ya da müxtəlif tərkibdə olan 
elementlərin cəm halda kəmiyyətinin azalması və ya da artması 
müsbətliklərin  artması,  azalması,  yəni  tərkib  və  kəmiyyət 
dəyişməsi ilə xassələnir.  
İ
nsanlar  enerjinin  mənbəyini  və  kəmiyyətin  çoxalmasını 
müsbət  artım  kəmiyyəti  ilə  xarakterizə  edirlər,  ifadə  edirlər. 
Məsələn,  temperaturun  artması,  təsir  dərəcəsinin  artması 


43 
 
rəqəmlərlə 
müsbətliklərin 
artması 
kimi 
ifadə 
olunur. 
Müsbətliklərin  azalması  və  “sıfır”  adlanan  xəyali  nöqtədən 
xəyali müstəvi üzrə sola və aşağıya doğru azalma “mənfi” kimi 
qələmə  verilir.  “Sıfır”  daha  çox  nisbi  bir  koordinat  rolunu 
oynayır  və  nisbi-dəyişən  funksiyanı  yerinə  yetirir.  Kainatın 
varlığı  prinsipindən  irəli  gələrək  hesab  etməliyik  ki, 
ümumiyyətlə,  təbii  yoxluq  yoxdur.  Bu  baxımdan  da  “sıfır”  və 
“mənfi” də yoxdur. Ən kiçik azalan, tərkib kəmiyyətini azaldan 
bölünən  var.  Həm  də  iki  və  ya  da  çoxlu  sayda  elementlərə 
münasibətdə  ən  kiçik  məsafə  var  və  ən  kiçik  məkan  var. 
Məsafə və məkan anlayışları da burada eyniləşir. Kəmiyyət hər 
ikisini  həm  artırır,  həm  də  azaldır.  Müsbət  və  mənfi 
kriteriyalarını  insanlar  yaxın  və  uzaq  məsafə,  artan  və  azalan 
kəmiyyətlə  izah  edirlər.  Belə  qəbul  etmək  olar  ki,  ən  kiçik 
bölünən öz yanında sonrakı, ondan böyük olan elementi gətirir. 
Buna  görə  də  heçlik  olmur,  məsafə  qısalmasında  kiçikdən 
böyüyə,  böyükdən  kiçiyə  keçid  baş  verir.  Ən  kiçik  bölünüən 
sistemi  təşkil  edən  ən  kiçik  zərrəcikdir  ki,  bu  da  varlıqdır. 
Deməli,  yoxluq  yoxdur,  kəmiyyət  miqdarına  bölünən  varlıq 
var.  Müəyyən  enerji  mənbəyindən  məsafə  uzaqlaşdıqca 
enerjinin təsir dərəcəsi azalır. Bu anda azalma varlığın azalması 
(yəni həmin enerji kəmiyyətinin azalması) ilə xassələnir. Sonra 
isə  aktiv  enerji  sagəsindən  passiv  enerji  sahəsinə  keçidlər  baş 
verir.  Nisbi  olaraq  meydana  gələn  yoxluğu  digər  varlıq  udur. 
Məsələn,  enerji  ona  görə  mənbədən  uzaqlaşdıqca  azalır  ki, 
ə
traflara  doğru  məkan  əhatəsi  böyüyür,  yayılma  və  ətraf 
məkanlardan  udulma  başlayır.  Burada  enerji  yayıldıqca 
çevrilmələr və forma dəyişmələri meydana gəlir.  
Enerjidən,  enerji  mənbəyindən  uzaqlaşanda  təbii  ki,  enerji 
azalır.  Şərti  “0”-dan  sola  doğru  isə  tərkib  mənfi  ilə  ifadə 
olunur.  “0”  azalma  prosesi  trayektoriyasının  müəyyən  azalan 
koordinatıdır.  Bu  azalma  elə  müsbətin  (müəyyən  rəqəmin) 
özünün  ən  kiçik  bölünənlə  ifadə  olunması  ilə  xarakterizə 
olunmalıdır.  Mənfi  və  müsbət  bir-birini  əvəzləyən  varlıq  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə