Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

44 
 
onun  əksi  olan  yoxluqdur.  Varlığın  azalmasını  cismin  forması 
da  yarada  bilir.  Məsələn, Günəş  işığının  gecələr  Yer kürəsinin 
müəyyən  məkanlarında  yoxa  çıxması  əsasən  Yer  kürəsinin 
dairəvi  formasıdır.  Fırlanma  zamanı  varlıq  və  onun  əksi  olan 
yoxluq  bir-birini  əvəzləyir.  Gecə  və  gündüzün  bir-birini 
ə
vəzləməsi  müsbətin  mənfiyə,  mənfinin  isə  müsbətə  keçməsi 
prosesidir.  Müsbət  və  mənfi  artıb  azlmaları  burada  əkslikləri 
ifadə  edir.  Mənfilik  həm  azlığı,  həm  də  “əksi”  ifadə  edir. 
Məsələn,  mənfi  münasibət  dedikdə,  əslində  yaxşı,  müəyyən 
qədər  müsbət  münasibətin  olmaması  dərk  olunur.  Lakin, 
ə
slində  mənfinin  özündə  də  müəyyən  kəmiyyətdə,  həcmdə 
münasibət olur və bu, az kəmiyyətlə ölçülür.  
Qeyd  olunduğu  kimi,  müsbət  və  mənfi  varlıq  və  yoxluq 
düşüncələri  ilə  də  ifadə  olunur.  Bu  baxımdan  da  müsbət 
yanında  mənfi  əslində  azalmanı  ifadə  edir.  Bir  daha  qeyd 
etmək  yerinə  düşər  ki,  tam  yoxluq  yoxdur.  (Br  elementə  və 
məkana  münasibətdə).  Varlığın  azlığı  var.  Bu  baxımdan  da 
müsbətin  azlığı  var,  ən  kiçik  bölünmə,  ən  yaxın  məsafə  var. 
Ondan  sonra  isə  məsafələr  uzanmağa-elementlər  toplusu 
müəyyən  istiqamətdə  olan  müstəvi  üzrə  artmağa  başlayır. 
Deməli, müsbət tam azalmır, ən kiçik bölünən yanında artmağa 
başlayır. 
Müsbətin 
(varlığın) 
artıb-azalması 
enerjinin 
artıb-
azalmasıdır. Müəyyən şeyin  yox olduğu məkanda həmin şeyin 
peydah  olması,  məsələn,  bir  avtomobilin  müəyyən  məkanda 
peydah olması müsbət və mənfi kriteriyasını əvəzləmir. Burada 
artıq  istənilən  və  yaxud  da  gözlənilməyən  bir  şeyin  müəyyən 
məkanda  mövcudluğunu  şərtləndirir.  Burada  sadəcə  olaraq 
məsafə  müsbət  və  mənfini  –hərəkətdə  olan,  və  hərəkətdə  olan 
vasitə  üzərindəki  avtomobilin  nəzərdə  tutulan  məkana 
gətirilməsi və aparılmasını ifadə edir. Avtomobil yaxınlaşanda 
məsafə  qısalır,  müsbət  artır,  uzaqlaşanda  isə  müsbət  azalır, 
məsafə  uzanır,  əkslik,  yəni  yoxluq  meydana  gəlir.  Müsbət  və 
mənfi məhz enerjinin, işığın müəyyən istiqamət üzrə məsafə ilə 


45 
 
artıb azalmasıdır. Bu da tərkibin özünün və hərəkətin sürətinin 
azalması, müəyyən nöqtədən aşağı düşməsi və həmin nöqtədən 
artmasıdır.  
 
Eynilik və fərqlilik haqqında  
 
Güman  etmək  olar  ki,  təbiətdə  tam  eynilik  yalnız 
elementlərdə  və  onların  hissəciklərində-nüvələrdə  (atomların 
mərkəzində) ola bilər. Bununla yanaşı, elektronlar, nukleonlar-
müsbət  yüklənmiş  protonlar  və  neytral  neytronlar  eyni  ola 
bilər.  İlk  başlanğıcları  meydana  gətirən  zərrəciklər  eynidir. 
Eynilik  olmasa  bir  element  heç  nə  edə  bilməz.  Tərkiblər  eyni 
elementlərdən  təşkil  olunmasa  sistemlilik  ola  bilməz.  Zaman 
ardıcıllığı  eynidir.  Məsələn,  saniyələr,  dəqiqələr,  saatlar, 
sutkalar  və  s.  eynidir.  Eynilik  bərabərlikdə  özünü  təsdiq  edir. 
Məsələn,  bir  saniyə  elə  bir  saniyəyə  bərabərdir.  Lakin  onlar 
arasında ola fərq isə məkan amilidir. Çünki hər bir saniyənin öz 
məkanı  var.  Məkanlar  yan-yanadır.  Hər  bərabərlik tam eynilik 
ola bilməz. Məsələn, 1 kq. alma 1kq. armuda çəkidə bərabərdir. 
Fərq isə tərəzidə olan şeylərdədir.  
Çoxlu sayda (kainatda sonsuz sayda) eyni elementlərdən və 
onların qarışmasından, birləşməsindən sonsuz məkan meydana 
gəlir. Qarışdıqda isə müxtəliflik formalaşır. Kəmiyyət artdıqca, 
müxtəliflik  də  elementlər  hesabına  artır.  Elementin  özü  eyni 
ola bilər. Bu da vahidin elə özüdür. Deməli, bütün eyni şeylər 
elə  vahidlərdədir.  Əsas  eynilik  elə  elementin  özüdür.  Atom, 
nüvə,  elektron,  proton  və  neytronlar  vahiddirlər.  Eyni  sayda 
protonlara  və  müxtəlif  neytronlara  malik  olan  elementlər 
izotoplar  və  eyni  sayda  neytronlara  və  müxtəlif  sayda 
protonlara  malik  olan  elementlər  izotonlar  vahiddirlər. 
Təkliklər  də  vahiddir,  birləşmələrdən  meydana  gələnlər  də 
vahiddir.  
Vahidin  özü  digər  vahidlə  eynidir.  Ədədlərin  eyniliyi  var. 
Məsələn,  “1”  “1”-ə  bərabərdir.  Lakin  bu  ədədlər  istər 


46 
 
təfəkkürdə,  istərsə  də  məkana  münasibətdə  real  olaraq  öz 
məkanlarına  xasdır.  Yəni,  hər  bir  vahidin  öz  məkanı  var. 
Eynilik  müqayisə  üçündür.  Eynilik  eyni  formaların  beyində 
obrazlanmasıdır,  əks  olunmasıdır.  Bərabər  tərkiblər  eynidirlər. 
Tərkiblərinə  görə  eynidirlərsə,  deməli,  eynilik  ayrı-ayrı 
məkanlarda  meydana  gələn  və  yaxud  da  əvvəlcədən  mövcud 
olan  eyni  tərkibli  vahidlərin  müqayisəsində  meydana  gələn 
təzahürdür.  Əlamətlər  tərkibə  görədir.  Tərkib  məkanlar 
cəmidir.  Hər  bir  məkan  əks  olunur,  siqnal  verir.  Müxtəlif 
məkanlarda  eyni  tərkib  varsa,  deməli,  onlar  özlərinə  görə 
eynidirlər. Tutulan məkan isə müxtəlifdir.  
Məsələn,  bir  ağac  deyiriksə,  müəyyən  ərazidə  duran  bir 
ağacı  görürük,  eləcə  də  bir  ağacı  təsəvvür  edirik.  Deməli,  hər 
bir elementin öz məkanı var, bu baxımdan eyni məkan ola 
bilməz,  yaxın-bitişik  məkan  var.  Eyni  fikir  var,  lakin  hər  bir 
fikirin öz yeri, öz məkanı var. Deməli, varlıq sisteminin tərkibi 
tam  mənada  eyni  deyil,  oxşardır,  yaxındır.  Lakin  tərkibində 
eyniliklər 
var. 
İ
stehsal 
müəssisələrində 
eyni 
ş
eylərin 
buraxılması da eyni məkanda özünə yer almır. İstər horizontal, 
istərsə  də  şaquli  istiqamətlərdə  məhsullar  özlərinə  məkanlar 
ə
ldə edirlər.  
Lakin  məkanın  müxtəlifliyi  və  vahidliyi  elə  ən  kiçik 
zərrəcik tutumundadır. O da tərkibdir.  
Fərq  isə  istər  hadisələrdən,  istərsə  də  tərkibdəki 
müxtəliflikdən meydana gələn təzahürdür. Fərq həm mütləqdir, 
konkretdir,  həm  də  mücərrəddir,  fikirlərdədir.  Fərq  ayrı-ayrı 
istiqamətlərdə  yerləşən,  lakin  tərkib  baxımından  (burada 
müstəvi  nəzərdə  tutulur)  eyni  həcmli  məkanda  mövcud  olan 
elementlərin  say  tərkibinin  müxtəlifliyindən  meydana  gələn 
təzahürdür.  Fərq  əlamətlərin  obrazlanmasının  fərqindən 
meydana  gəlir.  Hərəkətlər  zamanı  eynilik  o  halda  görünür  ki, 
təqribən  “eyni  sürətli”  təkrar  axınlar  baş verir. Məsələn,  çayın 
axını  hər  kəsə  eyni  sürətli  hadisə  kimi  görünür.  Əslində  isə 
axın  tərkibi  fərqlərdən  ibarətdir.  Bu  fərqlər  diqqətlə  nəzər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə