Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

50 
 
mənbəyinin  kütləsi  artdıqca  ondan  çıxan  enerjinin  də  kütləsi 
artır, zaman, yəni enerji axınının dəyişdiyi zaman isə qısalır.  
Məsafə  isə,  məlumdur  ki,  müəyyən  kainat  obyektlərinin 
fərqli koordinatlar üzrə müxtəlif məkanlarda qərarlaşmasıdır və 
onlar  arasında  olan  uzunluqların  rəqəmlərlə  ifadəsidir. 
Məsafənin  uzunluğunu  məkan  tutumunun  həcmi  meydana 
gətirir.  Məlumdur  ki,  məsafə  obyektlərə  nəzərən  müəyyən 
olunur.  Bir  obyektdən  uzaqlaşdıqca  obyekt  öz  ölçü 
görüntüsünü  kiçildir,  yaxınlaşdıqca  isə  böyüdür.  Bir  obyekt 
başqa 
obyektə 
yaxınlaşdıqca 
yaxınlaşmış 
obyektdən 
görüntüsünü  böyüdür,  zamanı  yaxınlaşdırır.  Deməli,  yaxın 
müşahidə  və  böyük  görmə  zamanı  qısaldan  faktordur. 
Uzaqlaşdıqca  obyekt  görüntüsü  kiçilir,  zaman  isə  uzanır. 
Günəşdən  uzaqlaşan  elementlərin  zamanı  uzanır,  ömrü  uzanır. 
Lakin  bu  uzanma  da  müəyyən  həddə  qədər  baş  verə  bilir. 
Çünki  müəyyən  məsafələrdə  Günəş  enerjisi  azalır  və  planetlər 
də soyuq qaz halında olurlar. (Qeyd: soyuqluq istiliyə nisbətən 
uzun ömürlülük deməkdir. Lap soyuqluq isə qısa ömürlülükdür. 
Lap soyuqluq yenə də qaz halındadır. Çünki kəskin soyuqluqda 
enerji  azlığı  yaranır,  orqanizm  öz  formasını  bərkliyini  itirir, 
sanki dağılır və qaz formasına doğru çevrilir. Bu baxımdan da 
hesab etmək olar ki, mülayim hava uzun ömürlülüyün əsasıdır).  
Hərəkət  dayanarkən  zaman  da  dayanır.  Ancaq  kainatda 
hərəkətin  mütləq  əsaslı  dayanıqlığı  yoxdur.  Zaman  dayanarsa, 
zaman  və  məkan-məsafə  müəyyən  nöqtədə  birləşər.  Bu  isə 
kainatda başlanğıc və sonun eyni olması demək olar. Məsələn, 
planetlər  hərəkət  edirlər,  zaman  sərf  edirlər  və  yenidən 
müəyyən  şərti  koordinat  nöqtələrinə  qayıdırlar.  Günəş 
sistemində  planetlərin  orbitdə  mütləq  başlanğıcları  və  sonları 
ola  bilməz.  Bu  baxımdan  da  dairəvi  hərəkətlərdə  başlanğıc  və 
son mütləq olmaqla bərabər, həm də qeyri-mütləqdirlər.  
Hərəkətin  başlanğıcı  zamanın  başlanğıcıdır.  Hərəkət  bir 
tərəfdən hərəkətdə olana can verir, ona uzun zaman verir, digər 
tərəfdən  də  zamanını  qısaldır.  Hərəkət,  məkan  və  zamanın 


51 
 
başlanğıcı  eynidir.  Nəticə  də  eynidir.  Məsələn,  enerji 
mənbəyinə  doğru  olan  hərəkət  hərəkət  edənin  sonunu 
yaxınlaşdırır.  Bir  şeyin  alovlanıb  yanması  və  qurtarması 
hərəkətin  və  formanın  eyni  zamanda  nəticələndiyini  bildirir. 
Burada  zaman,  hərəkət  və  forma  şərti  “0”-a  yaxınlaşır.  Digər 
tərəfdən  hərəkət  başlayır,  enerji  qəbul  edilir,  forma  yaranır. 
Başlanğıclar  eynidir.  Burada  fərq  də  var.  Biri  var  enerji  ilə 
yaranır,  biri  də  var  ki,  enerji  mövcud  formanı  dəyişir, 
məzmununu  dəyişir.  Məsələn,  bir şeyin  yanması əslində maye 
və  bərk  halında  olan  materiyanın  enerji  ilə  qarşılaşması 
sayəsində  qaz  halına  çevrilməsidir.  Məsələn,  kibrit  yanır  və 
külə  dönür.  Kibrit  yananda  yanan  ağac  materialı  tükənir. 
Yanma  zamanı  alov  bərk  materiyanın  daxilinə  sürətlə  daxil 
olur  və  onun  sürətlə  dağıdır,  qaz  halına  çevirir.  Burada  alovla 
bərk  materiyanın  başlanğıc  və  sonu  eyni  olur.  Materiya 
yananda digər  materiya  olan  alov  da  yox olur.  Zaman da eyni 
anda  başlayır  və  qurtarır.  Artıq  digər  halın  zamanı  başlayır. 
Deməli,  zaman  materiyaların  dəyişməsi  ilə  məxsusiləşir, 
canlılar üçün fərdiləşir. İnsanların öz zamanları, digər canlıların 
öz  zamanları,  hər  kəsin  öz  zamanı  vardır.  Bu  zamanlar  makro 
zamanların tərkibidirlər.  
Hərəkətin  dayanmasının  mütləqliyi  isə  ümumiyyətlə 
yoxdur.  Bu  baxımdan  da  hər  bir  element  zamana  tabedir. 
Günəşdə  (ulduzlarda)  zaman  dəyişmələri  (uzanmaları  və 
qısalmaları)  baş  verir.  Məkan  və  məsafə,  eləcə  də  zaman 
kateqoriyaları  sürət  kriteriyası  ilə  müəyyən  oluna  bilir.  Sürət 
artdıqca  zaman  kiçilir.  Məsafə  yaxınlaşır.  Məsələn,  raket 
sürətlə  hərəkət  edir.  Sürətin  artması  zaman  hesablamasını 
kiçildir. Nə qədər sürət artarsa bir o qədər zaman sərf olunmur. 
Məsələn,  elm  yazır  ki,  Günəş  şüası  saniyədə  təqribən  üç  yüz 
min  kilometr  sürətlə  hərəkət  edir  və  bir  neçə  dəqiqə  ərzində 
Yer  kürəsinə  çatır.  (Beynəlxalq  Astronomiya  İttifaqının 
məlumatına  əsasən,  Günəşlə  Yer  kürəsi  arasındakı  məsafə 


52 
 
149 597 870 700 metrdir. Təqribən 150 milyon km.-dir.
1
). Belə 
olan  halda,  yarım  saniyədə  işıq  sürəti  təqribən  150 
min.km.olur.  Saniyə  kiçildikcə,  tərkiblərə  bölündükcə  qət 
olunmuş  məsafə  də  kiçilir.  Bu  aspektdə  sürət  zamanla  düz 
mütənasibdir.  Lakin  mexanikada  isə  tərs  mütənasiblik  var. 
Məsələn, sürət artıqca zaman qısalır. Müəyyən olunmuş məsafə 
yaxınlaşır.  Məsafənin  uzunluğu  olduğu  kimi  qalır,  lakin  onu 
qət etmək üçün sürətin artması hesabına az zaman sərf olunur. 
Uzun  məsafələri  yaxın  üsullarla,  yollarla  qət  etmək  olanda 
məsafənin  gedişi  qısalır.  Bu  halda  artan  sürətdə zaman qısalır. 
Uzaq məsafəni yaxın məkanlardan getmək lazım gəlir və artan 
sürətlə  zamanı  qısaltmaq  olur.  Bu  baxımdan  hesab  etmək 
olar  ki,  kainatın  iki  uzaq  obyektinə  yaxın  məsafə  bu 
obyektlərin  kəsişməsinin  yaxınlığından  keçir.  Birbaşa 
məsafə uzaqlıq gətirərsə, yaxınlığı tapmaq lazımdır.  
Belə  qəbul  etmək  olar  ki,  düzlük  həmişə  yaxınlıqdır.  Əyri 
yollar məsafəni uzadır; çünki istiqamətləri və cəhətləri dəyişir. 
Bu  baxımdan  da  kainat  obyektləri  arasında  düz  xətləri 
tapmaqla  kainat  obyektlərini  qısa  yollarla  qət  etmək  olar.  Düz 
koordinatlar da müxtəlif bucaqlardan tapıla bilər. 
Həddən  artıq  sürət  əldə  olunarsa  zaman  da  qısalar.  Sürət 
başlayan  yerdə  həm  də  məsafə  bitər.  Bu  halda  xəyali  olaraq 
hesab  edək  ki,  zamanla  məsafənin  eyniləşməsində  sürət 
çoxalması  mühüm  rol  oynayır.  Sürət  zaman  və  məsafəni 
yaxınlaşdırır.  Sürət  artımı  zamanı  qısaldır,  həddən  artıq  sürət 
koordinatların başlanğıclarını və sonlarını eyni edə bilir.  
Qeyd:  insan  həyatının  başlanğıcı  və  sonu  arasında  olan 
zamanın  uzun  və  ya  da  qısa  olması  insanın  qəbul  etdiyi 
enerjidən asılıdır.  
-enerji  çox  qəbul  edilərsə,  sürət  artar,  enerji  bədəni  “ət” 
kimi  edər,  ömür  qısalar-çox  yemək  sağlamlıq  deyil,  halsızlıq 
yaradar, ağırlıq verər; 
                                                 
1
 Yerdən Günəşə məsafə hesablandı. www.qoroskop.com/?p=4279 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə