Microsoft Word dusguncelerim II hiss?doc


subyektiv) həqiqət də mövcuddur. Bu məxsusi həqiqət əslində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   ...   50


 
subyektiv) həqiqət də mövcuddur. Bu məxsusi həqiqət əslində 
universallığın tərkibi olsa da, burada aşkarlılıq dərəcəsi hamı 
üçün  eyni  deyildir.  Bu  baxımdan  da  həqiqət  obyektivdir, 
olandır,  müəyyənlikdir,  aşkar  olunmayan  qeyri-müəyyən-
likdir.  Bu  da  özlüyündə  o mənanı  verir ki, təbiətdə nə varsa, 
həqiqətdir.  Biz  insanlar  isə  onun  müəyyən  dərəcələrinə, 
kəmiyyətinə  malik  oluruq.  İnsan  həm  universal-müəyyən 
olan,  bu  baxımdan  duyğu  orqanları  tərəfindən  siqnalları 
qəbul  edilən  həqiqəti  dərk  etmək  iqtidarındadır,  həm  də 
duyğu  orqanlarının  fərqli  inkişaf  xüsusiyyətləri  baxımından 
siqnalları fərqli əsaslarla qəbul etmək iqtidarındadır. Burada 
siqnalları  qəbul  etmək  dərəcələri  də  fərqlənir.  Siqnalların 
qəbulu əsasən subyektivdir.  
Kainat  sonsuz  və  həcmi  (kütləsi)  bəlli  olmayan  bir 
müstəvi 
olduğundan, 
tərkibində 
çoxlu 
sayda 
qeyri-
müəyyənliklər  mövcuddur.  Qeyri-müəyyənliklər  isə  aşkar 
olunmayan həqiqətin özləridir. Bu baxımdan da həqiqətin ən 
dərinliklərinin  sirlərinə  bələd  olmaq  Allaha  məxsusdur.  Biz 
insanlar  həqiqətin müəyyən  olunması üçün sadəcə olaraq az 
miqdarda,  bizə  verilən  imkanlar  daxilində,  nisbətən  məhdud 
qabiliyyət çərçivəsində həqiqəti görə, duya və dərk edə bilirik. 
İ
nsanlar  məkan  və  zaman  kriteriyası  ilə  fərqli  həqiqətləri 
bilmək  iqtidarında  olurlar.  Həqiqəti  tam  aşkarlamaq  üçün 
qeyri-müəyyənliklərin  sirlərinə  yaxından,  yəni  yüksək 
mərhələdə,  ali  dərəcədə,  yüksək  kəmiyyətdə  bələd  olmaq 
lazımdır.  Qeyri-müəyyənliklər  isə  hərəkətdə  olan  kainat 
adlanan  sonsuzlu  bütövdə  daimi  olaraq  dəyişir.  Dəyişəndə 
həqiqət  də  zaman  və  məkana  müvafiq  olaraq  dəyişir.  Qeyri-
müəyyən  olanların  bəziləri  aşkar  olunur,  aşkar  olanlardan, 
üzdə  olanlardan  bəziləri  isə  yenidən  qeyri-müəyyənliyə  qərq 
olur.  Bu  baxımdan  da  biz  insanlar  sadəcə  olaraq 
gördüyümüz,  rastlaşdığımız,  hiss  etdiyimiz  hadisələr,  faktlar, 
ş
eylər  barədə  fikirlər  bildiririk,  həqiqəti  müəyyən  qədər 
subyektivcəsinə  aşkarlayırıq.  Aşkar  etdiklərimiz,  eləcə  də 



 
qurub-yaratdıqlarımız  müəyyən  müddətddən  sonra  obyektiv 
həqiqətin  əsasına  çevrilir.  Allah  və  onun  təbiəti  bizə  bu 
imkanları,  yəni  həqiqəti  aşkar  edə  bilmək  imkanlarını  ona 
görə  bəxş  edib  ki,  təbiətin  nemətlərindən  istifadə  edərək 
maddi 
dünyada 
yaşamağımızı 
təmin 
edə 
bilək. 
Mənəviyyatımızı  maddi  aləmlə  fəlsəfi  kriteriyalara  müvafiq 
olaraq  sintez  edə  bilək.  Bu  aspektdə  sistemlilik  prinsipləri 
çərçivəsində  harmonik  və  disharmonik  vəziyyətləri  müəyyən 
edə  bilək.  Mən  də  Yer  üzünün  milyardlardan  ibarət  olan 
sakinlərinin sadəcə bir üzvü kimi öz imkanlarım çərçivəsində, 
dərk etdiyim qədər subyektivcəsinə kainat və təbiətin tərkibini 
təşkil  edən  müəyyən  şeylər  haqqında  fikirlər  bildirməyə 
çalışıram.  Təbiət  də,  kainat  da  Ulu  Tanrının  yaratdığıdır. 
Mən  üzərində  dayandığım,  içərisində  olduğum  materiya 
haqqında  müəyyən  qədər  fikir  yürütmək  qabiliyyətindəyəm, 
çünki  digərlərindən  biriyəm.  Fikirlərimin  bəzilərinin  bir 
qədər  həqiqətə  yaxın  olması  da  mümkündür,  eləcə  də 
səhvlərə  də  yol  verə  bilərəm.  Hesab  edirəm  ki,  insanların 
daxillərində  kainatın  sirləri  toplanıb.  Hər  bir  şəxs  ardıcıl 
düşüncə  prosesində  həmin  sirləri  aşkarlaya  bilər.  Sirlərin 
daha  çox  aşkarlanması  zamana  bağlıdır.  Düşüncələr  kütləsi 
öz  ardınca  yeni  düşüncələri  meydana  gətirir,  daxili 
aşkarlayır.  
 
Hər  bir  şəxsdə  yaşından,  maraqlarının  əhatə  dairəsindən, 
eləcə  də  fəaliyyətindən,  həmçinin  qəbul  etdiyi  siqnalların 
kəmiyyətindən  asılı  olaraq  (burada  kəmiyyət  dedikdə, 
siqnalların  üzərində  həkk  olunduğu  şeylərin  çoxluğu,  yəni 
siqnal  verən  müəyyən  varlq  olan  kəmiyyətlərin  artıqlığı, 
məkanların  genişliyi  və  proseslərin  zənginliyi  nəzərdə  tutulur. 
Siqnalların kəmiyyət artımına zaman da öz təsirlərini göstərir. 
Siqnallar  artımı  zaman  axarında  daha  da  geniş,  çoxhəcmli  və 
çoxtərkibli  olduqda  siqnallar  da  öz  kəmiyyətini  artırır) 
müqayisələr 
etmək 
qabiliyyəti 
vardır. 
Məlumdur 
ki, 



 
müqayisələr  aparmaq  çoxtərkiblilikdə  və  dəyişən  əlamətlər 
fonunda  mümkündür.  Ətraf  aləmin  zənginliyi  və  fərqliliyi 
siqnalların  müxtəlifliyini  meydana  gətirir,  tərkib  və  formalar 
müəyyən  olunur.  Ətraf  aləmin  müxtəlifliyi  təbii  ki,  kainatın 
tərkib  fərqliliyindən  formalaşır.  Bu  tərkib  fərqliliyi  də 
elementlər  arasında  olan  əlaqələrdən  üzə  çıxan  quruluş 
formalarından  meydana  gəlir.  Əslində  elə  fərqlilik  də  tərkib 
zənginliyinin  əsasını  təşkil  edir.  Dəyişikliklər,  fərqli  forma  və 
məzmun  siqnallarının  qəbul  olunması  elə  müqayisələrin 
aparılmasını  təmin  edir.  Dəyişikliklər  həm  siqnal  verən 
ə
lamətlərdə  özünü  göstərir,  həm  də  siqnalları  qəbul  edən 
beyində obrazlanır. Beyin hərdən qəbul olunan siqnallardan bir 
qədər  qabağa  gedir.  Müqayisələr  siqnalların  qəbul  olunması, 
onların  yaddaşlarda  həkk  olunması  prinsipləri  ilə  aparılır.  Hər 
bir siqnalın öz məkanı olur, siqnallar cəminin də (məsələn, bir 
bötövün  tərkib  hissələrinin)  öz  məkanı  olur,  qəbul  edilən 
siqnallar  yeni  məkanlarda  özlərinə  yer  tuturlar.  Siqnallar 
trayektoriyası mövcud olur və ardıcıl olaraq əlamətlər bir-birini 
ə
vəz  edir.  Burada  yaddaşlarda  həkk  olunma  fantaziyaların 
formalaşmasını  təmin  edir.  (Siqnal  qəbul  etmək-siqnal  verən 
ş
eylərin  əlamətlərini  ardıcıl  olaraq  qəbul  etmək  prosesidir. 
Siqnal əks olunmadır. Siqnal zərrəcik axınıdır. Bu baxımdan da 
enerji  axınıdır.  Özündən  çoxlu  həcmdə  siqnal  buraxan 
materiya  (canlı  və  “cansız”  materiya)  tükənmək,  formasını 
dəyişmək təhlükəsi ilə üzbəüz qalır. Bu prinsip etibarilə güman 
etmək  olar  ki,  insanlar  siqnallar  qəbul  etməklə  qəbul  etdikləri 
şeylərdən  enerji  alırlar.  Enerji  buraxan  şeylər  isə  demək  olar 
ki, tükənə bilir, o halda ki, onlar da başqa vasitələrdən siqnal 
qəbul  etməsin.  Burada  çox  böyük  ehtimal  ki,  insanlar  göz 
dikmələri  sayəsində  göz  dikdikləri  şeylərdən  enerji  qəbul 
etdikcə  özlərində  enerjini  çoxalda  bilirlər  və  əks  tərəflərdə 
enerjini  azaldırlar.  Buradan  da  enerji  mübadiləsi  prinsipinin 
düzgünlüyü  haqqında  subyektivcəsinə  fikir  yürütmək  məsələsi 
həqiqətə  yaxın  olur.  İnsanlar  yaşadıqları  mənzillərdə,  evlərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə