Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

59 
 
meydana  gələn  təzahürdür,  əks  olunmadır.  Rənglərdə  enerji 
həm  rəngi  əks  etdirən  materiyada  olur,  həm  də  ona  təsir  edən 
Günəş  şüasında  meydana  gəlir.  Enerjinin  artıb-azalması 
rəngləri azaldır və çoxaldır.  
Hər  bir  vasitənin,  şeyin,  əşyanın  bir  rəngi  var.  Bu  rəng 
təbiətin  qaranlıqlaşmasında  və  işıqlanmasında  özünü  saxlayır. 
Lakin  bir  müddətdən  sonra  tərkibini  itirir.  Tərkib  itməsi  onun 
kəmiyyətinin  azalması  ilə  nəticələnir.  Günəşin  təsiri  rənglərə 
çox olanda rənglər əvvəlki kəmiyyətini və tərkibini itirir. Rəng 
tərkibi Günəş işığından parçalanır və azalmağa səbəb olur.  
Qaranlıqlaşma  bir  enerji  azalması  prosesinin  nəticəsidir. 
Yoxluq-bir  tərəfdən,  qaranlığın  tam  yoxa  çıxmasıdır  və  işığın 
olmamasıdır,  yəni  işıqla  əvəz  olunmamasıdır.  Bu  da  kainat 
sistemində  qeyri-mümükün  bir  haldır.  Digər  tərəfdən  isə 
qaranlığın  yoxluğu  işıqla  əvəz  olunmadır.  Bu  aspektdə  isə 
yoxluq daha çox nisbidir. 
Qaranlıq və işıq bir-birini əvəz edən mütləq və nisbi enerji 
ə
vəzləməsi  prosesinin  təzahürüdür,  nəticəsidir,  əlamətidir.  Zil 
qaranlıq  (ən  şiddətli,  gözləri  tam  tuta  bilən  qaranlıq), 
ümumiyyətlə  çox  enerjisizlikdir.  Bu  da  yəni,  ən  çox  qaranlıq, 
qaranlığın,  enerjisizliyin  çox  yüksək  həddi)  indiki  kainat  və 
Günəş sistemindəki kosmik məkanda tam mümkün ola bilməz. 
Ə
n  yüksək  həddi  olan  qaranlıq  varsa,  o  da  indiki  materiyadan 
fərqli olan, sərhədləri, məkanı həddən artıq böyük olan nəhəng 
və  bərk  materiya  parçasıdır.  Ya  da  bərk  materiyadan  o  tərəfə 
olan  qaz  halıdır.  Zəif  birləşmiş  qaz  halıdır.  Tam  qaranlığı 
materiya  içində,  tam  qapalı  məkanda  axtarmaq  olar.  Tam 
qaranlıq  (qaranlıqsızlıq  və  işıqsızlıq)-rəngsizlik  olar  ki,  o  da 
Günəş  sistemində,  kainatda  yoxdur.  Qaranlıq  özü  bir  varlığı 
ə
ks  etdirəndir,  rəngdir.  Qaranlığın  içərisində  də  enerji  və  işıq 
vardır.  Lakin  bu  işığın  miqdarı  azdır  və  ya  azdan  bir  qədər 
çoxdur. İşıq çoxalır, qaranlıq zəifləyir, azalır. Deməli, qaranlıq 
ə
slində işığın əksidir. Qarşılıqlı münasibətlərdə birinin azlması 
digərinin çoxalmasına səbəb olur. İşıq və qaranlıq bizim hesab 


60 
 
etdiyimiz  müsbət  və  mənfinin  əlamətidir.  İşıqdan  uzaqlaşma 
qaranlığın  artmasıdır.  Burada  məkan,  enerji  mənbəyi,  enerji 
mənbəyinin  kütlə  çoxluğu  və  s.  kimi  kriteriyalar  qaranlıq  və 
işıq  nisbətini  meydana  gətirir.  Günəş  sabit  enerji  mənbəyidir. 
Planetlər  onun  ətrafında  dövr  edə-edə,  həm  də  öz  oxları 
ə
trafında  fırlanmaqla  özlərini bir  tərəflərini tədricən Günəşdən 
uzaqlaşdırırlar, 
digər 
tərəflərini 
isə 
Günəşə 
doğru 
yaxınlaşdırırlar. Nəticədə qaranlıqlaşma və işıqlanma prosesləri 
baş  verir.  Proses  arasında,  prosesin  özündə,  prosesin  davam 
olunması  trayektoriyasında  enerjinin  artıb-azalması  prosesləri 
yaşanır.  Deməli,  məkan  amili  (burada  həm  də  məsafə, 
istiqamət  və  dönmə  bucağı)  qaranlıqla  işıq  arasında  bir  nisbət 
yaradır.  
Ş
iddətli qaranlıq olan yerdə enerji azdır, canlı aləm yoxdur. 
(Qeyd:  məlumdur  ki,  canlı  aləm  elə  işıq  və  qaranlığın 
özündədir.  İşıq  artır,  aləm  canlanır,  işıq  azalır  canlılıq  azalır). 
Canlılara  hərəkət  verən  enerjidir.  Artan  enerji  də  istilik  və 
yüksək  temperaturdur.  İşıq  azaldıqca  qaranlıq  artır,  enerji 
çəkilir.  İşıq  artdıqca  materiya  elementlərinin  xassələrini  də 
müəyyən etmək asanlaşır. İşıq seli çox olarsa və həmin işıq seli 
dar  məkanda  toplanarsa,  ilk  növbədə  çox  işıqlanma  sayəsində 
materiyanın  tərkibini  daha  çox  görmək  olar.  İşıq  keçiriciliyi 
sayəsində  element,  cisim  (məsələn,  dəmir)  əriyir.  Bu  anda 
kimyəvi  tərkib,  element  birləşmələri  müəyyən  edilə  bilir. 
Enerjinin son həddi isə alovu meydana gətirir, materiya yanır.  
İş
ıq  selini  dar  məkandan  keçirməklə  uzağı  daha  yaxşı 
işıqlandırmaq  və  görmək  olar.  İşıqlanmanın  dərəcəsi  enerji 
kütləsindən,  enerji  axınından  çox  asıldır.  Günəş  bir  gün  və  ya 
da bir neçə gün (hətta deyək ki, tam kütlə təsiri ilə bir an) Yer 
üzərində  olmasa,  Yer  də  yoxdur.  Yer  azmış  planetə,  həm  də 
fərqli  forma  alan  bir  materiya  toplusuna  çevrilər.  Günəş 
yoxdursa,  Yer  kürəsinin  fırlanma  hərəkətləri  də  yoxdur. 
Tarazlıq yoxdur, atmosfer yoxdur, okean və kontinent tarazlığı 
və  nisbəti  yoxdur.  Günəşin  özü  də  yoxdur.  Deməli  gecə-


61 
 
gündüz  yoxdursa,  həyat  da  yoxdur.  Zil  (şiddətli)  qaranlıqda 
həyat  yoxdur, göz  görməsi  yoxdur (korluq) var. Məsələn, belə 
hesab  etmək  olar  ki,  okean  dibində  olan  canlı  ilə  torpaq 
dərinliklərində  yaşayan  canlılarda  korluq  var.  Okeanın  dayaz 
yerində  yaşayan  canlılarla  nisbətən  dərinlikdə  yaşayanlar  zəif 
görə  bilərlər.  Lakin  yaxşı  hiss  edə  bilərlər.  Duya  bilərlər. 
Siqnalları yaxşı tuta bilərlər. Məsələn, zəlzələləri və cərəyanları 
okean  dibində  yaşayan  canlılar  daha  tez  hiss  edə  bilərlər.  Zəif 
görmələrinə görə onların digər hissiyyat orqanları yaxşı inkişaf 
etmiş  olar.  Əks  olaraq  onu  da  qeyd  etmək  yerinə  düşər  ki, 
okean  dibinin  su  sıxlığının  keçiriciliyi  zəif  olduğuna  görə 
duyma  orqanları  da  zəif  olmalıdır.  Çünki  siqnallar  bir  o  qədər 
yüksək ola bilməz.  
Göydə  uçan  quşlar  yaxşı  görərlər.  Hiss  etmələri  isə 
müqayisədə zəif olar. Qaranlıqsız aləm də korluqdur. Ayırd edə 
bilməz.  Ona  görə  də  gecə  ilə  gündüz  mütləq  lazımdır.  Gözə 
həm  gecə,  həm  də  gündüz  lazımdır.  (Qeyd:  göz  xəstəliklərinə 
gecə  ilə  gündüzü  normal  həyat  tərzi  keçirməyənlər  tez 
tutarlar. Onlarda başqa xəstəliklər də meydana gələr. Gözdən 
başa  lazımi  siqnallar  ötürülməzsə  baş-beyin  də  korlanar.  Bu 
baxımdan təbiət qoynunda yaşayan insanlar daha da sağlam 
və  dərrakəli  ola  bilərlər.  Onlarda  göz  problemləri  az  olar. 
Günəşə  çox  baxanda  göz  kor  olar.  Şüa  gözü  yandırar.  Göz 
enerjini  özünə  çəkər.  Günəşdən  çox  uzaqda  da  göz  yaxşı 
görməz. Bu baxımdan da hesab etmək olar ki, qütblərə doğru 
insanların  görmə  qabiliyyəti  mülayim  qurşaqlara  nisbətən 
zəif ola bilər. Ekvatorda yaşayan canlılarda da göz zəifliyi ola 
bilər).  
O  yanlış  fikirdir  ki,  Yer  üzündə  bir  neçə  gün  qaranlıq, 
tamam  enerjisizlik  ola  bilər.  Sonra  həyat  davam  edər.  Bu  baş 
verərsə  həyat  sönər,  Yer  kürəsi  nə  öz  oxu,  nə  də  Günəş 
ə
trafında  fırlanmaz.  Günəşlə Yer arasında əlaqə zəif olar.  Çox 
ehtimal  ki,  Günəş  tutulması  zamanı  (Ayın  Günəşlə  Yer 
arasında  qərarlaşması  zamanı)  Yer  kürəsinin  öz  oxu  ətrafında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə