Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

62 
 
fırlanma 
sürəti 
cüzi 
dəyişir. 
Çünki 
Günəş 
selinin 
səpələnməsində  tarazlıq  pozula  bilir.  Bu  təsir  çox  kiçik  ola 
bilər. Sistemdə kiçik funksional pozğunluq meydana gələ bilər.  
Planetlərin  Günəş  işığı  ilə  əks  olunma  sferalarından 
uzaqlaşdıqca  sahə-fəza  materiya  aləminə  nisbətən  qaranlıq 
(işıqsız,  zəif  işıqlanma)  ola  bilər.  Çünki  materiya  aləmi  elədir 
ki,  Günəş  şüaları  ondan  keçib,  o  tərəfə  yüksək  həddə  çıxa 
bilmir.  Günəş  şüaları  planetin  bir  tərəfindən  digər  tərəfinə 
ancaq enerji ötürə bilər. Planet daxildən onu keçirə bilər. Lakin 
bu  enerji  işıq  halında  ola  bilməz;  çünki  bərk  materiya  enerji 
sürətini  udur  və  azaldır.  Udulandan  sonra  (sistem  dolandan 
sonra)  artıq  hissə  geriyə  doğru  dönür.  Kosmik  fəzanın 
sözügedən  hissəsində  isə  əks  olunma  zəifdir.  Buna  görə  də 
hesab  etmək  olar  ki,  bu  məkanlar  nisbətən  soyuqdur  -
baxmayaraq ki, Günəşə yaxındır. Enerji materiya aləminin əks 
olunmasında  artır.  Kosmik  aparatlar  kosmik  fəzada  hərəkət 
edərkən  aparatın  ətrafı  bir  qədər  işıqlana  bilər.  Çünki  Günəş 
ş
üaları  həmin  aparatın  özünə  dəyməklə,  əks  sferası  yarada 
bilər. Günəş batareyaları kosmik fəzada daha güclü işləyə bilər. 
Günəş  batareyalarını  daha  səmərəli  düzəltmək  olar.  Burada 
Günəş  şüalarının  sürəti  Yerdəkindən  çox  olar  və  enerjinin 
mənbələrə  toplanması  prosesləri  daha  tez  baş  verər.  Belə  ki, 
Yerin  atmosferi  enerjinin  udulmasına  çox  təsir  göstərir,  çoxlu 
enerji  udur.  Yerin  atmosferi,  buludlar  və  küləklər  Günəş 
ş
üasının yayılmasında da böyük rola malik ola bilir.  
Gecə-gündüz  vəhdəti.  Hamımıza  məlumdur  ki,  gecə  və 
gündüz  birləşmiş  və  bir-birini  əvəz  edən  proses  olaraq,  vahid 
kainat  sistemində,  eləcə  də  Günəş  sistemində  vəhdət  təşkil 
edən  sutkalıq  bir  prosesdir.  Gündüzün  gecə  ilə  və  gecənin 
gündüzlə  əvəz  olunması  vəhdət  təşkil  edən  proses  olaraq, 
ə
sasən  öz  oxu  ətrafında  dairə  hərəkəti  edən  Yer  kürəsinin  və 
digər  planetlərin  öz-özlüklərində  vahid  məzmun  kəsb  edən 
dövriyyə  sisteminə  aiddir.  Hər  bir  planet  öz  kütləsinə  və 
Günəşlə  olan  məsafəsinə  uyğun  olaraq  öz  oxu  ətrafında  bizim 


63 
 
hesab  etdiyimiz  zamanla  fırlanır.  Məntiq  əsasında  (Günəş 
sisteminin  fərqlilik  prinsipi  məhz  məntiqi  mühakimə  yürütmək 
üçün  əsasları  verir)  belə  nəticəyə  gəlmək  olar  ki,  zamanlar 
fərqli  olur.  Belə  ki,  böyük  kütləyə  malik  olan,  həmçinin 
Günəşdən  uzaqda  olan  planetlər  Günəş  ətrafında  və  öz  oxları 
ə
trafında  Yerə  nisbətən  fərqli  dövriyyə  hərəkətini  edirlər. 
Məsələn, Mars planeti öz oxu ətrafında fırlanır. Marsın kütləsi 
Yerdəkindən  çoxdur.
 
Ona  görə  də  öz  kütləsinə  uyğun  dövrəni 
həyata  keçirir  və  istənilən  halda  Yer  kürəsindən  onun 
fırlanması gec olmalıdır; çünki həm Günəşdən uzaqdır, həm də 
kütləsi  böyükdür.  (Qeyd:  sistemlilik  prinsipinə  uyğun  olaraq, 
onu  nəzərə  almaq  lazımdır  ki,  Günəşdən  olan  məsafə 
fərqliliyi amili hər bir planetin öz oxu ətrafında fırlanmasının 
ə
saslarını  da  təşkil  edir.  Bu  baxımdan  da  Günəşdən  uzaq 
olan planet Günəşə yaxın olan planet kimi eyni sürətlə öz oxu 
ə
trafında  və  Günəş  ətrafında  fırlanmır.  Günəşdən  olan 
məsafə  fərqləri  fərqli  enerji  təsirlərini  meydana  gətirir). 
Kütlənin çoxluğu dairənin böyüklüyünü şərtləndirir. Buna görə 
də  böyük  dairə  də  kiçiyə  nisbətən  öz  oxu  ətrafında  gec 
fırlanmalıdır. Əksinə, tez də ola bilər. Tez dövriyyə o halda baş 
verməlidir  ki,  dairə  ondan  kiçik  olan  dairəyə  nisbətən  sürətlə 
(ona tətbiq olunan qüvvənin kəmiyyətinin çoxluğu ilə) hərəkət 
etsin.  Əgər  Yer  kürəsindən  uzaq  olub,  ondan  tez  öz  oxu 
ə
trafında  fırlanan  planet  olarsa,  ondan  həmin  planetin  zamanı 
da  (bizim  hesablamamıza  görə)  tezləşər.  (Qeyd:  Günəş 
sisteminin  üzvləri  ümumi  forma  baxımından  təbii  ki,  fərqlidir. 
Hər  bir  planetin  özünəməxsusluğu  var.  Forma  fərqliliyi 
məzmun fərqliliyinə də əsas verir. Bu özünəməxsusluq planetin 
kütləsindən  asılıdır.  Eyni  zamanda  Günəşlə  yaxınlığı  və 
uzaqlığı  da  fərqləndirici  şərtdir.  Fərz  edək  ki,  Günəş 
sistemində  Yerin  Günəşlə  olan  məsafəsindən  uzaqda  yerləşən, 
yəni  Yerə  nisbətən  Günəşdən  daha  çox  uzaqda  yerləşən  bir 
bərk  kütlə  tərkibli,  lakin  fərqli  kütləyə  malik  olan  planet 
mövcuddur.  Bu  planetin  öz  oxu  ətrafında  fırlanması  Yerin  öz 


64 
 
oxu  ətrafında  fırlanması  sürəti  ilə  eynidir.  Bu  halda  eyniliyi 
mütləq  qaydada  Günəşdən  alınan  enerji  və  həmin  planetin 
daxili  nüvəsindən  yaranan  enerjinin  tarazlı  nisbətdə  olan 
qüvvəsi təmin edir. Qüvvə çox tətbiq olunur və uzaq planet Yer 
kürəsi ilə eyni sürətlə öz oxu ətrafında fırlanır. Burada zaman 
o  halda  Yer  kürəsinin  zamanı  ilə  eyni  ola  bilər.  Belə  nəticəyə 
gəlmək  olar  ki,  tətbiq  olunan  qüvvənin  kəmiyyəti  (az  tərkibə 
çox qüvvə) təsir olunan materiyanın ölçülərinin fərqli olmasına 
baxmayaraq,  onlarda  təqribən  eyni  sürətləri  meydana  gətirə 
bilər. Günəş sistemində isə buna rast gəlmək çətin olar. Günəş 
bir  enerji  mənbəyi  kimi  uzaqda  yerləşən  planetə  yaxındakı 
qədər  təsir  edə  bilməz.  Hətta  onu  da  qəbul  etmək  olar  ki, 
planetlərin  daxili  xüsusiyyətləri,  həm  səthləri,  həm  də 
daxillərinin fərqli tərkibləri belə onların öz oxları ətraflarında 
fərqli  sürətlə  fırlanmalarının  əsaslarını  təşkil  edir.  Böyük 
kütləyə  malik  olan  planet  həm  öz  daxilində,  həm  də  Günəşlə 
əlaqədə  öz  oxu  ətrafında  fırlanmanın  sürətini  təmin  edir.  Çox 
ehtimal ki, böyük kütləyə malik olan planetin cazibə qüvvəsi də 
kiçiklə  müqayisədə  çox  olur.  Böyük  kütlənin  enerjisi,  cazibə 
qüvvəsi  çoxdursa,  onda  onun  dairəsi,  diametri  -ərazisi  də, 
tutum məkanı da böyükdür. Böyük kütləyə tətbiq olunan kənar 
qüvvə də böyük olmalıdır ki, enerji mənbəyinə daha yaxın olan 
planet kimi eyni sürətlə hərəkət etsin). 
Gündüzlə-gecənin  vəhdəti  məhz  başlanğıcı  və  sonu 
bilinməyən trayektoriyada (dairə trayektoriyasında) sadəcə bir-
birini  əvəz  edən  ardıcıl  koordinatlarla  meydana  gələn  dairə 
xəttinin uzunluğundan ibarətdir. Burada dairəvi hərəkət bir fəza 
nöqtəsindən  –koordinatdan  sutka  ərzində  başqa  nöqtələrin 
ardıcıl  olaraq  keçməsindən  ibarətdir.  Yer  kürəsi  fırlanarkən 
fəza  nöqtələrində  Yer  kürəsinin  müvafiq  nöqtələri  keçir 
(kəsişmələr  ardıcıllığı  baş  verir)  və  hər  dəfə  də  bu  proses 
təkrarlanır.  Təkrarlanma  və  dairə  hərəkəti  məhz  bizim  hesab 
etdiyimiz  zamanın  əbədiliyini  meydana  gətirir.  Biz  kosmik 
məkanın  makro  zaman  çərçivəsində  sadəcə  olaraq  bir-birini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə