Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

65 
 
ə
vəzləyən (burada əvəzləmə dedikdə, zaman ardıcıllığı nəzərdə 
tutulur)  və  enerji  alan  və  buraxan  Yer  kürəsində  yaşayırıq. 
Enerjinin alınması Yer kürəsinin canlıları üçün doğum və ölüm 
müddətini meydana gətirir. Burada zaman canlılar üçün mütləq 
varlıq  və  sonradan  mütləq  yoxluq  (formanın  yoxluğu) 
prinsipini  ortaya  çıxarır.  Yəni,  insanlar  və  digər  canlı  aləm 
ardıcıl  olaraq  Günəşdən  enerji  alırlar,  onun  sayəsində  inkişaf 
edirlər, enerji yığırlar və yetişirlər. Yetişdikdən sonra forma və 
məzmunlarını  itirirlər.  İtirdikdən  sonra  zaman  həmin  canlılar 
üçün formanı və məzmunu yoxa çıxarır. Burada mütləq yoxluq, 
yəni əvvəlki formanın mütləq yoxluğu meydana gəlir. Varlıqlar 
üçün  zamanlar  dəyişir.  Yer  kürəsində  gecə-gündüz  vəhdəti 
(sutka)  biz  insanlar  tərəfindən  toplanılır  və  müəyyən  illərdə 
canlılar öz mövcudluqlarını fərdi olaraq başa çatdırırlar. 
Gecə-gündüz  vəhdəti  əslində  Yer  kürəsi  üçün  termostat 
rolunu  oynayır.  Yer  kürəsi  üzərində  sabit  və  nizamlı  qaydada 
enerjinin paylanmasını təmin edir. Yer kürəsi özünün müəyyən 
hissələrini ardıcıl və birləşmiş qaydada Günəşə doğru döndərir 
və  bu  anda  Günəşdən  alıdığı  enerjini  digər  yerlərinə  paylayır. 
Paylaya-paylaya  öz  kütləsini  dəyişə-dəyişə  sutka  ərzində 
müəyyən  anlarda  bərabərləşdirir.  Gecə-gündüz vəhdəti əslində 
enerjinin  alınması-paylanması  və  Günəşə,  həmçinin  kosmik 
məkana geri qaytarılmasının vahid zaman sistemini təmin edir. 
Gecənin  gündüzlə  əvəzlənməsi  məhz  mexanizmlərin  və 
sistemin  əsaslarını  meydana  gətirmiş  olur.  Gecə-gündüz 
vəhdəti  enerji  mübadiləsi  proseslərinin  sistemliliyini  təmin 
edir.  
Gecə-gündüz  vəhdəti  Yer  kürəsində  insanlar  və  digər 
canlılar  üçün  ardıcıl  enerjinin  ötürülməsini  və  canlılardan 
alınmasını  təmin  edir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki, 
bütün  aləm,  hətta  bərk  materiya  aləmi  daimi  olaraq  kainatla, 
Günəşlə  və  ulduzlarla  enerji  mübadiləsi  prosesində  olur. 
Planetlər  həm  bir-birilərinə,  həm  də  Günəşə  elementlər 
ötürürlər  və  elementlər  qəbul  edirlər.  Canlı  aləm  gündüz 


66 
 
Günəşdən  enerji  ilə  birlikdə  element  (Günəş  enerjisi  elə 
element axınıdır) qəbul edir və Günəşə də element göndərir. Bu 
baxımdan  da  qəbul  etmək  olar  ki,  gecə-gündüz  enerji 
mübadiləsi  funksiyasını  yerinə  yetirən  vahid  trayektorik  bir 
sistemdir.  
 
 Varlığın  enerji  və  “enerjisizlik”  baxımından  (varlığın 
antonimliyi əsasları ilə) izah olunması  
 
Kainat  enerjidən  ibarətdir.  Enerji  dərəcələnir.  Enerji 
dərəcələnməsi  tərkib  dərəcələnməsini  və  buna  görə  də  tərkib 
müxtəlifliyini  meydana  gətirir.  Bu  dərəcələnmə  kütlədən  və 
sürətdən,  qüvvədən  və  maddə  halından  asılı  olur.  Çox  sürətli 
element  tərkibi  (burada  yığılan  çoxlu  sayda  elementlərin 
kəmiyyəti)  elə  böyük  enerjidir.  Müəyyən  məkanda  yığılan 
elementlər  sürətlə  hərəkət  edəndə,  böyük  həcmli  qüvvənin 
tətbiqi  sayəsində-  maye  və  qaz  halına  çevrilirlər  ki,  (məsələn, 
Günəş  və  digər  ulduzların  yaranması)  bu  da  güclü  enerjinin 
ə
saslarını  yaradır.  Buna  görə  də  hesab  etmək  olar  ki,  qüvvəni 
yaradan  toplum  (kütlə)  elə  qüvvənin  özüdür  və  daxildəki  və 
xarici  təsirlərdəki  qeyri-tarazlıqlardır.  Qeyri-tarazlıqlar  isə 
müəyyən məkanda olan kəmiyyət nisbəti fərqləridir. Biz enerji 
dərəcələnmələrini,  onların  bərk,  maye  və  qaz  halında 
olmalarını  aktiv  və  passiv  enerji  kimi  təsnif  edə  bilərik. 
Məsələn,  kainat  (kosmik  fəza)  müstəvisi  elə  elementlər 
toplusudur.  Bu  toplu  özündə  enerjini  birləşdirir,  çünki  qaz 
halında  (atmosferə  və  suya  nisbətən  az  seyrəkləşmiş  qaz  halı) 
geniş,  sonsuz  məkanı  əhatə  edir.  Kosmik  müstəvinin  özü  elə 
enerji  məkanıdır.  Lakin  biz  insanlar  kosmik  fəzanı  Günəşdən 
və  ulduzlardan  fərqli  gördüyümüzə  görə,  bu  məkanı  hələlik 
passiv enerji məkanı adlandıraq. Belə təxmin etmək olar ki, 
Süd  Yolu  Qalaktikasında  Günəş  öz  sistemi-Günəş  özü, 
sistemi  əhatə  edən  kosmik  məkanı,  yəni  planetləri  ilə 
birlikdə  hərəkət  edir.  Belə  təsəvvür  edək  ki,  bu  hadisə  “bir 


67 
 
dənizin öz suyu ilə dünya okeanında üzməsinə” bənzəyir. Həm 
də  fərz  edək  ki,  izah  etdiyimiz  kimi  deyil,  Günəş  sistemi 
hərəkət  edir  və  digər  ulduzun  sisteminə  yaxın  gedir.  Bu  anda 
belə  hesab  etmək  olar  ki,  ulduzlar  yaxınlaşır.  Günəş  sistemi 
ulduzlar  sisteminə  özünün  kosmik  məkanı  olmadan  daxil 
olanda  onların  tərkibində  dəyişiklik  ola  bilər.  Günəşdə  bu 
dəyişiklik  yoxdur,  ona  görə  də  belə  qərara  gə


68 
 
ş
eyin  alovu  həm  yandığı  məkana  təsir  edir,  həm  də  ətrafına 
enerji verir, onun strukturunu dağıdır. Uzaqlaşdıqca təsir azalır. 
Eləcə də yanmaya davamlı şeylər ətrafda olanda, təsir və enerji 
kəmiyyəti  azalır.  Deməli,  enerji  kəmiyyəti  mənbədən 
uzaqlaşdıqca  öz  təsirini  azaldır.  Ümumiyyətlə,  enerji 
mənbəyinə  yaxın  olan  materiya  aləmi  (bərk  və  maye  halında 
olan  aləm)  enerjiyə  çevrilir.  Aktiv  enerji  də  maye  (ərinmiş 
forma) və qaz (alov) halında olur. Bu baxımdan da Günəş aktiv 
enerji  mənbəyidir.  Burada  qazın  mayeyə  (kosmik  fəzanın 
eleçentlərinin  Günəş  məkanının  daxilinə  axın  zamanı), 
mayenin isə qaza (mənbənin xaricə çıxması zamanı) çevrilməsi 
prosesləri baş verir.  
Təbiətdə enerji ötürülmələri mövcuddur. Çünki bu olmasa, 
həm də hərəkət olmaz. Hərəkət olmasa, enerji ötürülmələləri də 
olmaz,  qüvvə  və  onun  kəmiyyəti  də  ola  bilməz.  Enerji 
ötürülmələri  insanların  ətraf  aləmlə  -canlı  və  “cansız”  hesab 
etdiyimiz  aləmlərlə  kontaktlarının  əsaslarını  təşkil  edir. 
İ
nsanların  fiziki  və  mənəvi  mövcudluqları  məhz  enerji 
amilindən  asılı  olur.  Enerji  ötürülmələri  əkslikləri  yaradır,  bir 
istiqaməti  artırır,  digər  istiqaməti  (onun  əksi  olan  istiqaməti) 
isə  azaldır.  Deməli,  enerji  həm  də  məsafəni  meydana  gətirir. 
Məsələn,  düşüncənin  məsafəsi  vardır.  Bu,  zamanı  ortaya 
çıxarır.  İnsan düşünür, zamanı uzun çəkir, bu halda məsafə də 
uzanır.  Məsafə  uzandıqca  məkan  da  böyüyür,  məkan 
böyüdükcə  siqnallar  da  çoxalır.  Siqnallar  çoxaldıqca  emal  da 
çoxalır.  Nəticə  etibarilə  səbr,  dözüm  və  gec reaksiya  meydana 
gəlir.  Əsəblərin  sakit  olması  da  enerjinin  çoxluğundan, 
informasiyanın  bolluğundan  və  tarazlaşdırıcı  olmasından 
meydana  gəlir.  Enerji  artdıqca  şüur  genişlənir,  çünki  siqnal 
çoxalır.  Ağıl  (şüur)  düşüncənin  uzunluğudur.  Bu  da  enerjidən 
asılıdır.  Ağılın  dərinliyi  tərkibi  çox  olan  siqnallardan  və 
siqnalları  geniş  şəkildə  emal  etmək  proseslərindən  asılıdır. 
Burada da zaman və məkan (məsafə) amili rol oynayır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə