Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

69 
 
Varlığın 
antonimliyi  enerjinin  artıb  azalmasından 
meydana  gəlir.  Enerjinin  artıb-azalması  baxışlarda  mütləq  və 
nisbi antonimi,  yəni əksləri meydana  gətirir. Antonimlərin boş 
sahəsi  onu  antonimə  çevirən  obyektin  (vasitənin)  tutumuna 
bərabərdir. Məsələn, beşdən beşi çıxanda yer olmur. Burada “-
5”  “5”-in  məkanını  tutur.  Həmin  məkandan  çıxanda  yox  olur. 
Məkanda “5” yerini dəyişəndə əvvəlki “5”-in məkanı üçün yox 
olur.  Burada  mütləq  yoxluq  məkan  üçün  olur,  lakin  qeyri-
müəyyən olunan varlığa çevrilir. Qeyri-müəyyən varlıq isə “5”-
i  əvvəlki  məkanda  görməyən  üçün  olur.  Buradan  da  belə 
nəticələrə  gəlmək  olur  ki,  mütləq  yoxluğun  qeyri-müəyyən 
varlığı  həm  fərdi,  həm  də  kollektiv  şüurda,  eləcə  də  müxtəlif 
koordinatlarda  meydana  gəlir.  Bu  baxımdan  mənfi  beş  elə 
beşin 
antonimidir. 
(Qeyd: 
antonimlər 
və 
sinonimlər 
kəmiyyətcə,  tərkibcə  eynidirlər).  Şərti  olaraq  və  mücərrəd 
kəmyyət olaraq qeyd edək ki, 10-dan 2-ni çıxsaq, çıxılan iki ilə 
10-nun  tərkibi  azalır.  Burada  10  müəyyən  tutumu  olan  enerji 
vahididir. 2-ni çıxanda 8 vahid enerji qalır. Burada çıxılan 2 ilə 
toplanan  iki  antonimlərdir.  İki  əkslik  qarşılaşanda  “heçlik” 
yaranır. Forma dəyişir. Əslində isə bir qədər başqa cürə də izah 
etmək olar. Məsələn, heçlik yaranmır, çünki mənfi olan şey də 
varlıqdır.  Mənfi  olan  şeyin  yerini  eyni  kəmiyyətdə  müsbət 
tutanda  da  varlıq  əmələ  gəlir.  Bu  baxımdan  da  “sıfır”  və 
“mənfi”  anlayışları  daha  çox  nisbidirlər.  Onlar  azalanın 
tərkibini  (sola  doğru  azalma  trayektoriyasını)  əks  etdirirlər. 
Azalan  isə  elə  öz  istiqamətində  bölünə  bilir.  Bu  bölünmə 
trayektoriyasında çıxılma olur. Lakin “0” yoxdur. Yəni, 1-dən -
1-ə  keçid  0-dan  adlamır.  “-1”  də  yoxdur.  Sadəcə  olaraq  öz 
tərkibini  parçalayaraq,  azaldan  şərti  “1”  var.  Bütöv  kəmiyyət 
var.  Mənfi  temperatur  dedikdə,  əslində  mövcud  temperaturun 
azalmış  miqdarı  göstərilir, əvvəlki çoxluğun  azlığı  əks olunur. 
Burada  azalma  varlığın  məkan  dəyişməsini  əks  etdirir.  Məkan 
uzanır,  məkan  uzandıqca  enerji  də  azalır.  Məsələn,  alov 
yanından  uzaqlaşdıqca  istinin  təsiri  də  azalır.  Bu  azalma  elə 


70 
 
varlığın, yəni istinin özünün azalmasıdır. Burada ümumi enerji 
tərkibi uzaqlşadıqca hissələrə bölünür.  
Qeyd:  “0”  məsələsinin  hər  məsələdə  yoxluq  kimi 
mütləqliyi  məndə  (E.N.)  bir  şəxs  kimi  şübhələr  yaradır.  “0” 
mütləq  olaraq  yoxluğun  ifadəsi  kimi  hər  zaman  ola  bilmir. 
Müəyyən  məkanda  olan  mütləq  varlığın  ədədlərlə  ifadə 
olunmasında,  çatışmayan  eyni  şeylərin  həmin  məkana 
gətirilməsində  “0”  anlayışı  itir.  Məsələn,  belə  götürək  ki,  bir 
məkanda  iki  avtomobil  var.  Bu  avtomobilin  hər  ikisini  həmin 
məkandan  çəkdikdə  təbii  ki,  həmin  məkan  üçün  avtomobilin 
ikisi  də  yoxa  çıxır.  Burada  2-2=0  alınır.  Bu  mütləq  riyazi 
hesablamadır.  Buna  real  mütləq  riyaziyyat  deyək.  Lakin 
avtomobilin  həmin  məkana  gəlməsinə,  geri  qayıtmasına 
münasibətdə -2+2=0 olmur. -2 (çatışmayan iki ədəd avtomobil) 
həmin  məkana  geri  gələndə  elə  iki  avtomobil  alınır.  Heçlik 
(“0”)  alınmır.  Onda  belə  çıxır  ki,  -2+2=2.  Burada  “-2”  bizim 
hesab  etdiyimiz  “0”  rolunu  oynayır.  Mütləq  reallıqlarda  riyazi 
hesablama  apararkən  “0”  yalnız  çoxdan  çoxun  özünü  çıxanda 
alınır.  3-3=0;  4-4=0.  Lakin  çatışmayan  varlığın  məkana  geri 
qoyulmasında “0” yoxdur. Bu məsələdə -4+4=4 alınır. Varlığın 
antonimliyi  elə  varlığın  özünün  yoxluğunda  meydana  gəlir.  -
4=4  alına  bilir.  Məsələn,  bir  məkanda  4  element  mövcuddur. 
Onun  4-ü  də  məkanını  dəyişir.  Onda  bu  məkan  üçün  elə 
çatışmayan  “4”  gələcək  “4”-ə  bərabər  olur.  Məsələn,  -4=4;  -
4+4=4.  Çatışmayan  tərkib  çatışana  bərabərdir.  Yəni,  varlıq 
kəmiyyəti  onun  çatışmayan  kəmiyyətinə  bərabərdir.  4=  (-4). 
Bu  məsələdə  4-4=4  də  alınır.  4  varlığının  yoxluğu  elə  4-ə 
bərabərdir.  Onda  “0”  mütləqliyini  itirir.  Bu  halda  “0”  öz 
mütləqliyini məkan  dəyişməsində  reallaşdırır. Çünki 4-dən elə 
4-ün  özünü  götürəndə  mütləq  riyaziyyatda  bu  məkan 
dəyişməsini  verir.  Əvvəlki  məkan  üçün  yox  olursa,  yeni 
məkanda  4  olur.  4-ün  tutduğu  bir  məkan  başqa  məkana 
keçəndə yenə də 4 olur. Yaxud da dörd ədəd 1, iki ədəd 2 olur. 
4-4=2+2  -burada  dördlərin  məkanı  fərqlidir.  Əgər  biz 


71 
 
məkanları  ortaya  gətirsək  və  “0”-la  işarələsək  və  onunla  izah 
etsək,  onda  alınır.  4-4=0.  Burada  “0”  boş  məkan  rolunu 
oynayır.  Boş  məkan,  yəni  “0”  +4=4.  İndi  başqa  məkandan  bir 
dənə  də  dörd  gətirək.  4+0+4=8.  (Ümumi  Qrafikdən  də  bir 
qədər aydın dərk etmək olar). 
 
 
“Hə” və “Yox” anlayışlarının enerji kriteriyası  
(gecə və gündüz) baxımından izah edilməsi 
 
Dəfələrlə  qeyd  edildi  ki,  təbiətin,  kainatın  əsasını  hərəkət 
təşkil  edir.  Hərəkətlər  sayəsində  tənzimləmə  prosesləri  baş 
verir.  Hərəkətlər  məkan  axtarma  prosesləridir.  Hərəkətdə  olan 
obyektlərin  qarşılıqlı  təsirləri  qüvvəni  meydana  gətirir. 
Tənzimləmə  sayəsində  nisbətlər  meydana  gəlir.  Tənzimləmə 
həm sistem daxilində rəngarəngliyi (müxtəlifliyi)  yaradır, həm 
də  oxşarlıqları,  uyğunluqları  formalaşdırır.  Hərəkətlər  məkanı, 
zamanı  formalaşdırır.  Tənizmləmə  müəyyən  məkanlarda 
tarazlıqların  yaranmasına,  o  da  öz  növbəsində  bütövlüyün 
təmin olunmasına xidmət edir. Məkanın və zamanın əlamətləri 
hərəkətlərdə  və  dəyişmələrdə  müşahidə  olunur.  Hərəkətlər 
sistemləri  və  onların  xassələrini  meydana  gətirir.  Hərəkətlər 
sistemdaxili  hadisələri  törədir  və  eləcə  də  hadisələrin  daxili 
mahiyyətini  əks  etdirir.  Hərəkətlər  bir-birini  əvəzləyir.  Bu 
ə
vəzləmə  qarşılıqlı  əlaqəli  tənzimləmədən  meydana  gəlir. 
Hərəkətlər sayəsində əlamətlər dəyişir və müəyyən məkanlarda 
formalar və məzmunlar meydana gəlir. Formalar və məzmunlar 
ümumi  sistemin  tərkib  sistemlərinə  və  tərkib  strukturlarına 
çevrilir.  Sistemlər  və  strukturlar  arasında  olan  fərqlərdə  və 
uyğunluqlarda,  oxşarlıqlarda  kəmiyyət,  kəmiyyətdən  meydana 
gələn  keyfiyyət,  forma  və  məzmun  kriteriyalar  olaraq  mühüm 
rol  oynayır.  Hərəkətlər  dərəcələnir,  qüvvədən  meydana  gəlir, 
qüvvələr 
hərəkətlərin 
dərəcələnmələrini 
təmin 
edir. 
Hərəkətlərin  dərəcələnmələrində  kəmiyyət  kateqoriyası  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə