Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

78 
 
Rənglər 
tərkiblərinə 
görə 
dərəcələnirlər. 
Keçidlər-
tündləşmənin  və  açılmanın  trayektorik  keçidləri  (rəngdən-
rəngə  keçməni)  meydana  gətirir.  Bu  keçmə  də  enerji  tətbiqi 
sayəsində  baş  verir.  Enerji  azaldqca  da  rənglər  dəyişir.  Qeyd 
olunduğu  kimi  onların  fərqləri  tərkib  elementlərindən  və 
qarışmış  elementlərin  miqdarından  asılıdır.  Təbiətdə  nə  qədər 
element 
varsa, 
onları 
müxtəlif 
tərkiblər 
nisbətində 
qarışdırmaqla,  sonsuz  rəng  çeşidini  əldə  etmək  olar.  İstənilən 
iki  elementi  qarışdırıb  bir  rəng,  başqa  elementləri  əlvə  edib 
digər  rəngləri  əldə  etmək  olar.  Sonsuz  çeşidli  rənglərin  əldə 
olunmasını 
həm 
element 
sayından, 
həm 
qarışdırılan 
elementlərin  özündən,  həm  də  qarışdırılma  üsulundan  əldə 
etmək  mümkündür.  Məsələn,  a,  b,  c,  ç,  d,  e,  ə,  f  və  s. 
sistemində a-b; a-f, a-ə, b-f, ç-d, b-f, a-b-f, f-ə-e, a-d-c, a-b-c-ç, 
a-b-f-e-ə və s. sonsuz rəng çeşidini əldə etmək olar. İki rəngin 
qarışmasına  daha  iki  başqa  rəngin  qarışmasından da  yeni rəng 
ə
mələ  gəlir.  Istənilən  məhlul  qarışmasında  (bərk  və  maye 
halında  olan  maddələrin  qarışması,  qaz  halında  olan 
maddələrin qarışması nəticəsində) rənglər meydana gəlir. Buna 
görə  də  rənglər  sonsuzdur.  Rənglərin  çeşidlərinin  sonsuzluğu 
rənglərdən  alınan  nəticələrdən  formalaşır.  Nəticələr  almaq 
prosesləri sonsuzdur, rənglərin çeşidləri də sonsuz olmalıdır. 
Rənglərin əks olunması enerji ilə bağlıdır. Birinci növbədə 
qəbul  edilməlidir  ki,  rənglərin  tərkibini  təşkil  edən  elementlər 
enerji  ünsürləridir,  vasitələridir.  Hər  bir  rəng  enerji  tətbiqi 
sayəsində məhlullarda əldə olunur. Enerjisiz məhlul ola bilməz. 
Su da enerjidir. Enerjinin artıb-azalması rənglərin dəyişməsinə 
təsir  edə  bilər.  Məhluldakı  enerjinin  (burada  temperaturun) 
artıb  -azalması  qarışan  məhlulda  rənglərin  dəyişməsinə  səbəb 
olur.  Müxtəlif  çeşidli  rənglərin  əldə  olunması,  onların 
çeşidlərinin  çox  olması  enerjidən,  miqdardan  və  elementlərin 
xassələrindən asılıdır. 
Qaranlıqda  bütün  rənglər  eyni,  yəni  qara  rəngdə 
görünür.  Deməli,  enerjinin  azlığı  ayrıd  etmək  məsələsində 


79 
 
rənglərin  qaralmasına  gətirıb  çıxarır.  Günəş  işığında  eyni 
zamanda,  elektrik  işığında,  alov  işığında  rənglər  ayırd  edilir. 
(Hətta  belə  də  qəbul  etmək  olar  ki,  rəng  ancaq  işıqda  çeşidli 
çalara  malik  olur.  Məsələn,  qırmızı  rəng  ancaq  işıq  üzərinə 
düşəndə qırmızılaşır, öz rəngini alır. İşıqsız isə qara rəngdədir. 
Çünki  göz  onu  elə  qara  görür).  Əks  halda  bütün  rənglər 
eynidir.  Burada  işıq  enerjisi  rəngləri  ayırd  etmək  üçündür. 
Rənglər  işıq  enerjisi  ilə  qarşılıqlı  əlaqədə  olarkən,  qarşılıqlı 
reaksiyadan öz rəngini büruzə verdirir. İşığı çox artırdıqca rəng 
bir  o  qədər  ayırd  edilməyə  başlayır.  Bu  ona  görə  baş  verir  ki, 
enerji  onun  tərkib  strukturunu  əks  etdirən  siqnal  formalarını 
gözə  ötürür.  Qarışmış  üsulla  əldə  olunmuş  rəng  gecə-gündüz 
öz rəngində qalır. Lakin parıltı olanda, işıqla təmas zamanı əks 
olunma  sayəsində  rəng  özünü  büruzə  verir.  Bu  baxımdan  da 
işıqsız rəng yoxdur.  
İş
ıq  rəngi  dəyişən,  solduran,  onun  strukturunu  dağıdan 
faktordur.  Məsələn,  insan  dərisi  Günəş  altında  öz  rəngini 
dəyişir.  Məsələn,  tündləşir.  Deməli,  reaksiya  baş  verir.  İşıqsız 
rəng  görünə bilməz. Həm də belə qəbul etmək olar ki, işıqdan 
rəngi uzaqlaşdırdıqca da rəng öz formasını dəyişəcək. Məsələn, 
qaranlığı artırdıqca, belə hesab etmək olar ki, rəng tündləşəcək. 
İş
ığa  yaxınlaşdırdıqca  isə  rəng  daha  da  açılacaq,  nəticədə 
solacaq, sonda başqa bir rəngə keçəcək. Deməli, rənglər işıqla, 
ə
traf  aləmlə  daima  reaksiya  şəraitində  olur.  Enerjinin  artması 
rəngin tərkibinin parçalanmasına səbəb olur. Stabil enerji rəng 
tərkibini tədricən ondan götürür, azaldır. Təxmin edək ki, gecə 
olmur,  Günəş  daimi  olaraq  bir  rəngli  əşyanın  üzərinə  düşür, 
onda  rəng  öz  tərkibini  tez  bir  zamanda  itirməyə  məruz 
qalacaqdır. 
Rənglər  müəyyən  enerji  sayəsində  bir  müddət  açıla 
bilərlər, sonra yenidən tündləşə bilərlər. Sonra isə yenidən açıla 
bilərlər.  Enerjinin  ardıcıl  tətbiqi  rəngləri  tündlülükdən 
açıqlılığa doğru apara bilər. Bu anda enerji dəyişmələri (tətbiqi 
kəmiyyəti)  də  baş  verəcək.  Rənglər  həm  də  ona  görə 


80 
 
formalarını dəyişəcək ki, özlərindən enerjini buraxacaqlar. Hər 
an rəng öz tərkibini dəyişir. Nələrisə artırır, nələrisə azaldır. Bu 
artırıb-azaltma  gecə-gündüz  vəhdətində,  enerji  kəmiyyətinin 
müxtəlifliyində baş verir.  
 
İ
yilərin və dadların enerji kriteriyası ilə izah olunması 
 
İ
yi və dad siqnaldır, enerji axınıdır. Burada fərqlilik (fərqli 
iyilər  və  dadlar)  enerjidən,  sürətdən,  qüvvədən  (məsələn, 
sürtünmə  qüvvəsindən)  və  təsirlərdən  meydana  gəlir.  İyili  və 
dadlı  olan,  həmçinin  müəyyən  görünüşə  malik  olan  bir  şey 
digər bir maddə ilə qarışdıqda, qarşılıqlı əlaqələrdə reaksiyaya 
daxil  olur.  Reaksiyalar  sayəsində  iyili  və  dadlı  olan  şeylər  öz 
strukturlarını  itirməyə,  tərkib  kəmiyyətlərini  dəyişməyə 
başlayırlar.  İyili  olan  bir  şey  öz  iyisini  ətrafla  əlaqələrdən 
itirməyə başlayır. Gül, çiçək və digər iyili olan bir şey ətrafa iyi 
buraxır  və  iyini  tədricən  azaldır,  tərkibini  azaldır.  Enerji 
reaksiyaları  məhz  iyilərin  və  dadların  azalmasına  səbəb  olur. 
İ
stənilən  bir  şey  öz  dadını  vəhdətdən,  yəni  digər  elementlərlə 
qarşılıqlı  birləşmələrdən  götürür.  Eyni  zamanda  öz  iyisini  də 
vəhdətdən  buraxır.  Təsirlər  sayəsində  azalma  baş  verir. 
Həmçinin  tərkiblər  meydana  gəlir.  Dadlar,  iyilər,  görünüşlər, 
səslər-hər  bir  əlamət  məhz  digəri  ilə  əlaqədə  və  təsirdə 
formalaşır.  
Hər  bir  element  varlıqdır.  Görünüş,  iyi  və  dad,  eşitmə 
varlığın  əsasıdır.  Element  varsa,  onun  hərəkətlər  məkanında 
səsi, iyisi, dadı və görünüşü də vardır. Bu baxımdan da təbiətdə 
iyisiz və dadsız nə isə ola bilməz. Ən kiçik zərrəcik də iyiyə və 
dada malik olmalıdır. Lakin ən kiçik həcmli iyi və dadı özündə 
birləşdirir. Biz insanların iyi kimi hiss edə bilmədikləri və dada 
bilmədikləri  şeylər  ümumiyyətlə,  iyisiz  və  dadsız  ola  bilməz. 
İ
yi  və  dad  enerinin,  aktivliyin  və  varlığın  əsasıdır.  (Qeyd: 
təbiətdə  rəngsiz,  iyisiz, tamsız  heç nə  ola bilməz; çünki varlıq 
onlar  vasitəsilə  əks  olunur).  Ən  kiçik  hissəcikləri  biz  iyi  kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə