Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

81 
 
hiss etmiriksə, yaxud da dada bilmiriksə, bu o demək deyil ki, 
onların  iyiləri  və  dadları  (tamları)  yoxdur.  İyi  və  dad  təbii  ki, 
siqnallardan  və  onların bizim  duyğu orqanlarımız ilə qarşılıqlı 
təsirlərindən  meydana  gəlir.  İyi  və  dad  siqnalları  da  enerji 
axınıdır,  ona  görə  iyili  və  dadlı  olurlar  ki,  onların  enerji 
axınlarında  elementlər  arasında  fərqlər  mövcud  olur.  Siqnallar 
duyğu 
orqanlarımıza 
qəbul 
olur, 
duyğu 
orqanlarının 
strukturlarını dəyişməyə çalışır və burada qıcıqlar iyini də dadı 
müəyyən  edir.  İyi  və  dadın  həddən  artıq  çox  olması  duyğu 
orqanlarında köklü dəyişiklikləri əmələ gətirə bilər. Belə hesab 
etmək  olar  ki, xoş iyi  pis  iyinin ən  sadə və  yüngül formasıdır. 
Elementlər  qarışığının  iyisi  həmin  elementlər  birləşmələrinin 
formalarından asılıdır.  
İ
yilərin  fərqli  əsasları  elementlərin  tərkibindən,  onların 
birləşmə  strukturundan,  eləcə  də  ətraf  enerji  mühiti  ilə 
təmaslarından  asılıdır.  Element  Günəşdən  nə  qədər  enerji 
alarsa,  bir  o  qədər  iyisini,  tamını  dəyişəcəkdir.  İyilərin  və 
dadların əldə olunması, qarışması və s. kimi proseslər qarşılıqlı 
enerji  ötürmələri  və  təsirləri  sayəsində  baş  verir.  İyi  və  dadlar 
duyğu  orqanlarında  ona  görə  ayırd  edilir  ki,  burada  orqanlara 
siqnallar  daxil  olur,  duyğu  orqanlarının  strukturları  ilə  onlar 
arasında  müəyyən  qarşılaşma  və  formaları  dağıtma  prosesləri 
yaşanır.  İyilər və dadların duyğu orqanlarında xoş (yüngül) və 
xoş  olmayan  (ağır)  strukturları  məkan  əldə  etməyə  çalışır. 
Burada  məkan  uğrunda  mübarizə  gedir.  İyilər  də  enerji  ilə 
ə
laqəlidir.  Günəş  enerjisi  və  Günəş  işığı  iyilərin  fərqli 
ə
saslarını meydana gətirir.  
İ
yilər  xoş  olur.  Həm  də  xoş  olmur.  Xoş  olan  iyilər,  belə 
ehtimal  etmək  olar  ki,  iyi  verən  elementlərin  siqnallarının 
insanların  iyi  qəbul  edən  mərkəzlərlə  təmaslarının  düz 
mütənasibliyindən  formalaşır.  (Yəni,  xoş  ətir  kimi  qəbul 
olunur).  Yüngül  iyilər  (siqnallar)  xoşagələn  olur.  Beyin 
mərkəzi  asan  qəbul  edir  və  yüngül  olduğundan  mərkəzin 
strukturu  dağılmır.  Lakin  ardıcıl  olaraq  qəbul  edilən  yüngül 


82 
 
iyilər  də  ziyanlı  ola  bilər.  İyiləri  beyin  öz  mərkəzində  ayırd 
edir.  Bu  yüngüllük  də  enerji  azlığından  meydana  gələ  bilər. 
Xoş  olan  iyinin  də  miqdarı  çox  olanda,  tündlük  artanda  qəbul 
edilməyən, tünd iyiyə çevrilir. Deməli, miqdar və enerji nisbəti 
iyiləri  xoş  olan  və  xoş  olmayana  çevirir.  Çox  ağırlıq  iyidə, 
ehtimal  ki,  ağır  elementlərin  tərkibini  artırır  və  zəhərlənmə 
yarada bilir.  
Xoş  olan  və  xoş  olmayan  dadlar.  Hər bir elementin dadı 
var. Dad da iyi kimi siqnallardan ibarətdir. Dadın və iyinin eyni 
olması  elə  onun  siqnallarının  eyni  olması  ilə  xarakterizə 
olunmalıdır.  Dadın  da  əsası  dad  verən  əşyanın  tərkibində  olan 
elementlərin quruluşu ilə əlaqəlidir.  
Dadlar,  məlumdur  ki,  əsasən,  şirin,  acı,  turş,  duzlu  olur. 
Dadsız  şeylər  də  dadlı  olur.  Lakin  onlarda  az  dad  olduğundan 
bəzən  insanlar  dadı  hiss  edıə  bilmirlər.  Dadsız  element 
birləşməsi  ola  bilməz.  Onların  tərkibində  çox  güman  ki, 
strukturlar dəyişəndə, elementlərarası əlaqələr dəyişəndə dadlar 
meydana  gəlir.  Ümumiyyətlə,  dadlar  arasında  keçid  mövcud 
olur.  Belə  ki,  turş  şirinə,  şirin  də  təkrar  olaraq  turşa  çevrilə 
bilir. Acı dadların tərkibində belə hesab etmək olar ki, aktivlik 
çoxdur. Burada enerjiverici elementlər üstünlük təşkil edir. Bu 
elementlər  dağıdıcı,  parçalayıcı  funksiyanı  yerinə  yetirir.  Şirin 
yeməklər  insanlara  daha  çox  xoş  olur.  Hesab  etmək  olar  ki, 
ş
irin acılıqdan  sonrakı  mərhələni  əhatə  edir. Enerji  mübadiləsi 
sayəsində  acı  olan  şeylər  bir  müddətdən  sonra  şirin  ola  bilər. 
Eləcə  də  daha  çox  şirinlik  qəbul  edə  bilər.  Acı  dadların 
tərkibində  dağıdıcı  elementlər  üstünlük  təşkil  edir.  Onlarda 
aktiv  olan  elementlərin  quruluşları  vardır.  Bu  quruluşlar  hər 
zaman  dağılmağa  meyilli  ola  bilir.  Buna  görə  də  acı  olan 
tamlar bir müddətdən sonra strukturlarını dəyişə bilirlər. 
Çürümə  sayəsində  qaza  çevrilmə  başlayır.  Dadlar  dəyişir. 
Qaza  çevrilmə  ilə  elementlər  arasında  əlaqələr  öz  strukturunu 
dəyişir.  
 


83 
 
Alovlar haqqında 
 
Alov  bir  proses  kimi  öz-ölüyündə  müəyyən  materiyanı 
sürətli  parçalama,  tərkibi  qaza  çevirmə  reaksiyasıdır.  Bu 
parçalama əslində sürətli toqquşmadan, sıxlıqdan meydana 
gəlir.  Sürətli  toqquşmada  məkan  çatışmazlığı  baş  verir.  Bu 
məkan  çatışmazlığı  da  mövcud  kütləni  parçalayır  və  dağıdır. 
Bu  sürətli  proses  alovu  yaradır.  Alov  sürətlə  tərkibi  dağıtma 
prosesidir.  Bərk  və  maye  halında  olan  maddələr  (sıxlaşmış 
elementlər toplusu) sürətlə dağılanda qaza çevrilirlər. Enerjinin 
ardıcıl  tətbiqi  mayeni  qaza  çevirir.  Alov  dağılmanın  ən  sürətli 
formasıdır,  dərəcəsidir.  Alov  həm  də  birləşmədən-sintezdən 
meydana  gələn  və  sürətlə  parçalanma  ilə  nəticələnən  bir 
prosesdir.  Alov  əslində  bərk  sintezləşmədən  meydana  gələn 
parçalanma prosesidir. Əgər uçurulmaq, sökülmək dağılmaq 
formasıdırsa,  alov  da  bu  dağılma  formasının  yüksək 
dərəcəsidir.  Alov  tərkib  dəyişmədir.  Tərkib  də  enerji 
itkisindən  dəyişir.  Alov  aktivlikdir  ki,  tərkibi  dəyişir,  yanan 
maddə  (material)  enerjini  itirir.  Alov  o  halda  yaranır  ki, 
struktur  sürətlə  dağılır,  elementlər  mövcud  tərkibi  sürətlə  tərk 
edirlər.  Tərk  etmə  də  enerjinin  ardıcıl  olaraq  tətbiqindən 
meydana  gəlir.  Alov  sıxlaşmadan  da  meydana  gələ bilər.  Belə 
ki,  sıxlaşma  sayəsində  müəyyən  məkan  çatışmır,  strukturu 
təşkil  edən  elementlər  arasında  sıx  toqquşma,  bundan  da 
parçalanma  baş  verir.  Parçalanma  özü  elə  atomaların  sürətlə 
toqquşmasıdır. Bu  toqquşma  qığılcımdırAlov  görünüşü isə 
elementlərin sürətli parçalanmasından  yaranan işıq saçmasıdır. 
Deməli,  işıq-parıltı  görünüşdür.  Bu  parıltılıq  əslində  elə 
atomların  (elementin  tərkib  hissəciklərinin)  toqquşmasından 
meydana gələn bir görünüşdür.  
Hər  bir  alov  mövcud  materiya  aləminin-qazın,  mayenin, 
bərk  materiyanın  təkrar  qaz  halına  çevrilməsi,  formanın 
strukturunun dağılması prosesidir. Yanan bir material yox olur, 
qaza  çevrilir.  Kül  hissəsi  isə  qaza  çevrilə  bilməyən  hissədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə