Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

90 
 
sistemində,  açıq  kosmosda  hərlənən  kometalar  və  asteroidlər, 
“yetim planetlər” məhz qalaktikaların tərkib hissələridir. 
Qalaktika nədir?-elm yazır ki, Qalaktika qədim yunan sözü 
olub  mənası  “süd”  deməkdir.  Qalaktika  ulduzlardan,  ulduzlar 
toplusundan, ulduzlararası qazdan və küldən və həmçinin qara 
materiyadan ibarət olan əlaqəli-cazibə sistemidir.  
Elm  yazır  ki,  kainat  iki  yüz  milyarddan  çox  qalaktikadan 
ibarətdir.  Hər  qalaktikada  da  yüz  milyardlarla  ulduz  var. 
Qlaktikalar  aralarında  olan  məsafələr,  məsələn,  qalaktikaları 
təşkil  edən  planetlər  və  ulduzlar  arasındakı  məsafələr  çox 
uzundur,  hətta  milyardlarla  işiq  ilinə  bərabərdir.  Qlaktikaların 
qravitasiya  qüvvələri  vardır  və  bu  qravitasiya  qüvvələri 
qalaktikaların  orbitlərini  yaradır  və  mərkəzi  cəzbetmə 
qüvvəsini  meydana  gətirir.  Qalaktikalar  birləşirlər  və  nəticədə 
yeni formalaşma prosesi baş verir və yeni qalaktikalar meydana 
gəlir. Bu qalaktikaların birləşməsi zamanı yeni-yeni ulduzlar və 
planetlər doğulurlar. Müvafiq birləşmə və yenidən formalaşma 
prosesləri  sayəsində  meydana  gələn  ulduzların  bir  çoxları 
təkrar  olaraq  məhv  olurlar.  Qalaktikalar  kosmik  məkanda 
daima  hərəkət  vəziyyətində  olurlar.  Bu  baxımdan  da  Günəş 
sistemi, digər ulduzlar sistemi hərəkət vəziyyətindədir.  
Yer  kürəsinin  yerləşdiyi,  tərkib  olduğu  qalaktika  “Süd 
yolu” 
qalaktikası 
adlanır. 
“Süd 
yolu” 
qalaktikasının 
mərkəzində  “Qara  dəlik”  vardır.  Burada  hədsiz  kəmiyyətdə 
cazibə qüvvəsi mövcuddur. Ulduzlar “Qara dəlik” adlanan yerə 
yaxınlaşırlar,  bəziləri  itələnir,  digərləri  isə  sürətlə,  məsələn, 
saatda 3 milyon km. məsafə ilə ondan uzaqlaşırlar.  
Elm  həmçinin  yazır  ki,  kosmosda  “yetim  planetlər” 
mövcuddur.  Bu  planetlərin  ulduzları  yoxdur.  Onlar  xaotik 
olaraq, yəni ulduzlu planetlərdən fərqli əsaslarla, hərlənirlər.  
Mövzunun  Giriş  hissəsində  qeyd  olunduğu  kimi,  belə 
təxmin etmək olar ki, Günəş “yanan fəzadır”. Günəş fəzadakı 
çox  nəhəng  “boşluğun”,  axınlar  qarşılaşmasından  olan 
“burulğanın”  bir  görünüşüdür.  Qalaktikanın  (“Süd  yolu” 


91 
 
qalaktikasının) 
vahid 
cazibə 
qüvvəsi 
məhz 
Günəşin 
qravitasiyasını  yaradır.  Günəşin  cazibəsi  də  Qalaktikanın 
tərkibidir.  Vahid  Qlaktika  cazibəsi  onun  tərkibində  olan 
ulduzları və planetləri cəzb olunmuş vəziyyətində saxlayır. Bu 
baxımdan da Günəş sisteminin kosmik məkanının elementlərini 
–burada  kosmik  fəzanı  təşkil  edən  elementləri-kütləvi  olaraq, 
müstəvi  ilə  birlikdə  hərəkət  vəziyyətində  saxlayır.  Günəş 
məkanı 
məhz 
Qalaktikanın 
qravitasiyasından 
hərəkət 
vəziyyətində olan elementlər axınından meydana gəlir.  
Ulduzlar  da  fəza  boşluqlarında  “yanan”  elementlərdir. 
(Qeyd: elmdə deyilir ki, kosmik fəzada hidrogen daha çoxdur. 
Belə  güman  etmək  olar  ki,  hidrogen  elementi  –  elmin 
yazıdığına  görə  bu  element  maddə  halında  qazdır  - 
planetlərin  əhatəsində  və  Günəş  yaxınlığında  çoxdur.  Belə 
hesab  etmək  olar  ki,  bu,  planetlərdən  və  Günəşdən  uzaq 
məsafədə  lap  çox  ola  bilməz.  Çünki  planetlərdən  əks  olunan 
işıq  şüaları  planetin  yaxın  ətraf  fəzasında-atmosferin  yaxın 
sərhədlərində-  çox  ola  bilər.  Bu  çoxluq  həm  də  materiyaya 
(planetlərə)  daxil  olan  və  ondan  əks  olunan  hidrogen 
elementi  hesabınadır).  Bu  boşluqlarda  fəza  elementlərinin 
burulğanı  meydana  gəlir.  Burulğan  həmin  boşluqda  müəyyən 
istiqamətlərə  doğru  hərəkət  edir.  Bu  da  Günəş  daxilində  olan 
enerji axınını təzahür etdirir. Günəş “qovulan”-burada itələnən, 
özünə  məkan  axtaran  (boşluq  olduğu  üçün  buranı  tapan)  fəza 
elementlərinin  toplusudur.  Fəza  müstəvisində  elementlərin 
qarşılaşması  və  burulğan  əmələ  gətirməsidir.  Günəş  -fəza 
tarazlığının  (burada  müstəvi  tarazlığının)  bir  qədər 
pozulmasından  yaranandır.  Buna  şərti  “fəza  dəlikləri”  də 
adını  vermək  olar.  Bu  boşluqda  (şərti  boşluqda)  sürətlə  fəza 
elementləri  qarşılaşır,  axın  əmələ  gətirir  və  sıxlaşır.  Sıxlaşma 
sayəsində  elementlərin  toqquşması  və  qovulması  baş  verir. 
Toqquşma  qığılcımı,  yəni  bizim  gördüyümüz  Günəşi 
yaradır.  Ona  görə  işqlı  (parıltılı)  olur  ki,  elementlərin  sürəti 
çoxdur və bizim gözümüzdə bu enerji axını qabarmanı yaradır. 


92 
 
Parıltını yaradan qığılcımlar sürətli olduğundan gözün reseptor 
kanallarını  böyüdür.  Böyümə  sayəsində  biz  parıltı  görürük. 
Qığılcımlar  toqquşmadan,  sürtünmədən  meydana  gələn 
kimyəvi  reaksiyaların  əks  olunmasıdır.  (Deməli,  işıqlanma 
sürətlə hərəkət edən hissəciklər axınının bizim gözümüzə daxil 
olması və gözümüzün strukturunu genişləndirməsidir. Enerjinin 
Yer  kürəsinə  daxil  olması  bizdən  asılı  deyildir.  Biz  onu 
gözümüzü açdıqda müəyyən rəngdə görə bilirik). Günəş selinin 
özü  də  enerji  axınıdır,  bu  baxımdan  gözümüzün  obyektini 
böyüdəndir.  (Qeyd:  element  hissəcikləri  gözümüzə  daxil  olur 
və siqnalların daxil olma kanalını genişləndirir. Enerji axını 
bizim  göz  kanal  –siqnalları  qəbul  edən  kanal-  strukturuna 
daxil  olur.  Nəticədə  biz  daha  çox  enerji  hissəciyini  qəbul 
edirik.  Enerji  hissəciklərinin  çox  qəbul  edilməsi  gözdə 
problemləri,  dağılmanı,  korluğu  əmələ  gətirə  bilir.  Bu 
baxımdan da Günəşə çox baxmaq siqnal qəbul edən kanalları 
dağıda  bilər.  Günəş  altında,  alovda  çox  dayanmaq  qan 
təzyiqini 
artırır, 
nəticədə 
orqanizmdə-qan 
damarlar 
sistemində,  əzələlərdə,  limfalarda,  sinirlərdə  və  s.  ciddi 
problemlər əmələ gələ bilir). 
“Günəşin  sönməsi”  nə  deməkdir.  Günəş  fəza  burulğanı-
boşluğu  və  boşluqda  olan  hissəciklər  axını  və  yığını 
olduğundan,  “öz-özünə”-öz  məkanında  qüvvəni  əmələ  gətirir. 
Qüvvə  hissəciklərin  məkana  sürətli  daxil  olmasından  yaranan 
təbii  bir  amilə  çevrilir.  Deməli,  qüvvənin  yaranmasında  ölçü, 
məkan,  axın  yeri  çox  böyük  rol  oynayır.  Bu  fəza  burulğanına 
daxil  olan  element  hissəcikləri  çıxmağa  özlərinə  yer  axtarır. 
Ə
slində  burulğana  daxil  olan  və  oranı  tərk  edən  və  müəyyən 
qüvvənin 
təsirindən 
(mərkəzdəki 
sıxılmadan 
yaranan 
itələmələr)  tərk  edən,  sıxlaşmadan  (itələmədən)  məkandan 
çıxan və sürəti yaradan və qüvvəni meydana gətirən hissəciklər 
axını  bizim  adlandırdığımız  Günəş  şüalarıdır.  Buradan  belə 
bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  əslində  qüvvə  qeyri-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə