Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

96 
 
təkrarən  başlanğıca  çevrilmələri  ola  bilər.  Bu  yalnız  təbiət  və 
fövqəltəbiət qüvvəsinə xas ola bilər.  
Belə  qəbul  edilir  ki,  kainat  bərk  (hissəciklərarası 
birləşmələrin məsafə baxımından çox yaxınlığı, buna görə də 
bəlli  çərçivə  daxilində  çoxlu  sayda  elementlərin  olması)  və 
qeyri-bərk (müəyyən çərçivələr daxilində tərkib hissəciklərinin 
nisbətən  aralı  məsafə  ilə  birləşməsi),  bu  baxımdan  ağır  (çox 
bərkləşmiş)  və  yüngül  (elementlərarası  məsafələr  qeyri-sıx 
formada  olan)  elementlərdən  ibarətdir.  Müəyyən  müstəvidə 
hissəciklər həm sıx, həm də aralı yerləşərkən həmin müstəvidə 
bərk  və  nisbətən  yumşaq  hissələri  meydana  gətirmiş  olur. 
Hissəciklərin 
birləşmə 
xassələrindən 
və 
elementlərin 
xassələrindən  ayrı-ayrı  materiya  vasitələri  yaranır.  Buradan 
belə bir məntiqi nəticəyə gəlmək olar ki, kimyəvi elementlərin 
ə
slində  bir  başlanğıcı,  özəyi  var.  Elementlərin  çoxluğu  həmin 
başlanğıc üzərindəndir. Bu başlanğıc elementə müxtəlif təsirlər 
sayəsində  müxtəlif  elementlər  meydana  gəlib.  Elementlərin 
yaranması prosesləri zamanı ilk elementə təsir edən qüvvələrin 
nisbəti  və  xarakteri  böyük  rol  oynayıb.  Yer  kürəsinin 
yaranması anında bəlkə də bu proseslər baş verib. Bu baxımdan 
da materiya daxilində qüvvənin rəngarəngliyinə görə başlanğıc 
elementlərdən yeni elementlər meydana gəlib. Buradan da belə 
bir nəticə hasil olur ki, Yer kürəsinin (materiyanın) əslində bir 
element  başlanğıcı  olub  və  bu elementə  edilən müxtəlif  qüvvə 
təsiri  digər  elementləri  meydana  gətirib.  Yer  Kürəsinin 
başlanğıcı,  yaranması  prosesi  əslində  bir  elementdən  başlayıb 
(ən çoxu iki element ola bilər). Ona təsir edən qüvvələrin sayı 
isə  böyük  və  çox  (böyük  qüvvənin  tərkibi  olaraq)  olub.  Eyni 
tərkib 
element 
hissəciklərinin 
birləşməsindən 
müxtəlif 
elementləri  olan  Yer  kürəsi  meydana  gəlib.  Onun  daxilində 
çoxlu  sayda  elementlər  yaranıb.  Elementlərin  yaranması 
prosesləri nəticədə bizim materiyanın əsaslarını ortaya çıxarıb.  
Nəticə:  hər  şeyin  başlanğıcı  bir  element  olub; 
hissəciklərə (atomlara -molekullara) edilən böyük qüvvə bu 


97 
 
hissəcikləri  elə  vahid  mərkəzlərdə,  məsələn,  planetlərdə, 
kometalarda,  asteroidlərdə  və  s.  toplayıb.  Bu  element-
başlanğıc  element  ya  Günəşin  içərisindən  yanandır,  ya  da 
fəzadakıdır.  Çox  güman  ki,  Günəşdə  yanan  da  fəzadakı 
elementdir.  Bu  yanan  element  çox  yüngüldür.  Günəşin 
içərisində  yanır  və  bərkləşir.  Günəş  yandıqca  tükənir. 
Tərkibini fəzadan götürür. Günəşə mənbə verən elə əslində 
fəza elementidir. Bu başlanğıc elementi çox yüngül olan bir 
element  olub.  Belə  güman  etmək  olar  ki,  həmin 
elementlərin  əsası  fəzada  toplanıb.  Fəza  elementinə  edilən 
enerji  təsiri  məhz  bərk  materiyanı  meydana  gətirib. 
Günəşdə  qara  ləkələrin  əmələ  gəlməsini  də  bərk 
materiyanın əmələ gəlməsi prosesinə bənzətmək olar.  
Biz  Günəşi,  ulduzları  və  bərk  materiyaları  bir  neçə 
müstəvidə  götürək.  Günəşdən  Yer  kürəsinə  qədər  olan 
məkanda elementlər bərk və qeyri-bərk formalı xassələrə malik 
olmaqla,  müəyyən  bir  müstəvidə  yer  alıblar.  Günəş  sistemi 
bərkdən  yüngülə  qədər  (qayadan-alova  qədər)  olan  bir 
müstəvidən  ibarətdir.  Bu  iki  “ucda”-əks  qütblərdə,  əks-
tərəflərdə dayanan elementlər (elementlər) birləşmələri –qaya –
bərk  element;  Günəş-yanan  enerji  kainatın  quruluş  əsasını 
təşkil  edir.  Elementlərin  bərk  forması  materiyanın  bərk 
formasıdır  (məsələn,  elə  üzdə  olan  və  hamının  gördüyü  daş 
qaya).  Elementlərin  maye  forması  isə  Günəşdir,  yanan 
maddədir. Fəzadakı element yüngüldür və tərkibi materiyadakı 
qədər  zəngin  ola  bilməz.  Burada  elementlərarası  məsafə  çox 
azdır.  Deməli,  əslində  fəzada  güclü  tətbiq  olunan  qüvvə 
(deyək ki, Günəş və onun planetləri arasındakı fəzaya obyekt 
kimi  tətbiq  olunan  qüvvə)  yoxdur.  Bu,  olarsa  materiyalar 
aləmi  tez-tez  meydana  gələr  və  indiki  sistem  və  quruluş  ola 
bilməz.  Deməli,  yaranma  prosesi  ya  tamamilə  özünü 
dayandırıb, ya da heç zaman bu proses olmayıb. Zaman burada 
nisbidir  və  Kainatın,  Günəşin  və  planetlərin  yaranma  tarixi 
yoxdur.  Digər  tərəfdən  yaranma  prosesi  olub,  dayanıb  və  heç 


98 
 
zaman  təkrar  olaraq  baş  verməyəcəkdir.  Sistem  öz  nizamı  ilə 
gedir.  Məsələn,  Günəş  öz  enerji  mənbəyini  fəzadan  götürür, 
elementləri  sorur,  “yandırır”  və  təkrar  olaraq  fəzaya  və 
materiyaya  qaytarır.  Günəşin  planetlərə  gələn  enerjisi  fəzadan 
sorulan  və  formasını  dəyişən  elementlər  axınıdır.  Deməli, 
Günəş  enerjisi  əslində  elementlər  (yanan  nəticə)  axınıdır. 
Onda  belə  bir  nəticə  hasil  olunur  ki,  elementlər  materiya 
aləminə  təsir  edir,  materiya  aləminin  kütləsini  dəyişir  və 
nəticədə  materiya  aləmi  kütlənin  dəyişməsi  ilə  büruzə  verən 
qüvvənin təsiri sayəsində hərəkət edirlər, yerlərini dəyişirlər.  
Hər  iki  halda  kainat əbədidir, Günəşin mövcudluğu və 
planetlərin  mövcudluğu  elə  əbədidir.  Dəyişiklik  baş 
verməyəcəkdir.  Günəş  sistemi  məhv  olmayacaqdır.  (Qeyd: 
qədim  yunan  materialist  filosofu  Demokritin  ardıcılı  və 
atomistik  təlimin  davamçısı  olan  Epikür  (b.e.ə.  342/341-
271/270-ci  illərdə  yaşayıb)  Herodota  yazdığı  məktubda  qeyd 
edirdi ki, kainat həmişə indiki olduğu kimi olmuşdur və həmişə 
də  belə  olacaqdır,  çünki  onda  dəyişiləcəyi  bir  şey  yoxdur:  axı 
Kainatdan  savayı,  ona  daxil  ola  bilən  və  dəyişiklik  edə  bilən 
heç  bir  şey  yoxdur).
1
  Planetlər  Günəşdən  enerji  alırlar, 
kütlələrini  dəyişirlər.  Fırlandıqca  təkrar  olaraq  tarazlanma 
prosesləri  baş  verir.  Həmin  bu  enerji  elə  qüvvədir.  Enerji 
qüvvədirsə, 
deməli, 
qüvvə 
elementlərin 
birləşməsidir. 
Elementlərin  hərəkəti  qüvvəni  yaradır,  qüvvə  də  elementlərə 
təsir edir. Nəticədə yerdəyişmələr həyata keçirilir. Əvəzləmələr 
(artıb-azalmalar)  meydana  gəlir.  Mərkəzlərdən  (element 
birləşmələrinin  çoxluq  təşkil  etdiyi  məkanlardan)  məsələn, 
Günəşdən və planetlərdən qarşılıqlı olaraq element dəyişmələri 
meydana gələ bilir. 
                                                 
1
  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Fəlsəfə  və  Hüquq  İnstitutu. 
Qədim  yunan  fəlsəfəsi  antologiyası.  “Yeni  Nəsil”  AJB, Bakı,  2002,  180 
səh., səh. 68. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə