Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

99 
 
Günəşdən  materiyaya  (burada  planetlər  nəzərdə  tutulur), 
materiyadan 
da 
Günəşə 
dəyişən 
elementlərin 
kütləsi 
mövcuddur.  Materiyalarda  bərkləşmiş  elementlər,  fəzada  isə 
yüngül  olan  və  ara  məsafələri  çox  olan  element  hissəcikləri 
mövcuddur.  Fəzada  elementlər  sanki  yayılmış  formadadırlar. 
(Qeyd:  belə  hesab  etmək  olar  ki,  fəza  elementlərinin  ara 
məsafələrinin  planetlərdəki  vəziyyətlərə-düzülüşlərə  nisbətən 
çox olması  əslində  burada olan sadə  element birləşmələrinin 
mövcudluğundan  xəbər  verir.  Bir-birini  tutub  saxlayan  və 
müəyyən 
məkanda 
yalnız 
iki 
elementin 
olmasını 
xassələndirən  –burada  fərqli  elementlər-vəziyyət  mövcuddur. 
Ehtimal  etmək  olar  ki,  fəzada  ikixassəli  olan  və  bir-birini 
tutub  saxlayan  və  müstəvi  əmələ  gətirən  element  vardır.  Bu, 
bir  xassəli  elementin  birləşməsi  də  ola  bilər.  Lakin  mütləq 
boşluq  olmadığına  görə  məsafə  də  çox  aralı  ola  bilməz. 
Burada hər hansısa ikinci element var) 
Belə  qəbul  etmək  olar  ki,  (ehtimal  əsasında)  Günəş 
yoxdursa, deməli, hər tərəfdə -bütün fəzada bir materiya-bütöv 
materiya  var.  Bəlkə  də  nə  zamansa  əslində  bütöv  bir  materiya 
olub,  partlayış  baş  verib  və  kainat,  qalaktikalar,  Günəş  və 
planetlər  meydana  gəlib.  (Qeyd:  Günəş  və  onun  sistemi 
haqqında qrafiklər bölməsində xəyali təsvir edən gümanlarla 
da tanış olmaq olar). 
 
Günəş olmasa planetlər hansı formanı ala bilərlər 
 
Məlumdur  ki,  Günəş  və  onun  planetləri  cəm  halda  bir 
sistemdir.  Hər  bir  planetin  Günəşin  kütləsində  (yaranması 
faizində)  öz  payı  vardır.  Yəni,  bu  o  deməkdir  ki,  Günəşin 
yaranmasında,  fəaliyyətində  planetlərlə  qarşılıqlı  olaraq  enerji 
paylanmaları  baş  verir.  Enerji  paylanmaları  sayəsində  Günəş 
sistemində  fərqlilikdən  tarazlıq  meydana  gəlir.  Hər  hansı 
planetin  çatışmaması  indiki  Günəşin  tərkibinə  zərbələr  vura 
bilər.  


100 
 
Eyni zamanda belə təxmin etmək olar ki, Günəşdən uzaqda 
soyuq  qaz  halında  olan  planetlərdə  oksigen  çoxdur,  hidrogen 
də  vardır.  Onların  bərk  materiyaya  çevrilməsi  və  maye  halına 
çevrilməsi üçün Günəş enerjisi çatışmır. Bu planetlərin Günəşə 
çevrilməsi  prosesləri  digərlərinə  nisbətən  (məsələn,  Marsa  və 
Yerə  nisbətən)  daha  tez  həyata  keçirilə  bilər.  Günəşə  yaxın 
planetlərdə  isə  isti  olan  hidrogen  və  karbon  və  digər  qazlar 
daha çoxdur.  Bu  planetlər də  Günəşə  daha tez çevrilə bilərlər. 
Günəşə  yaxın  olan  planetləri  Yer  orbitinə  “gətirsək”  belə 
güman  etmək  olar  ki,  əvvəlcə  qazlar  bərkiyib  buz  halına 
çevriləcək, sonra isə bərk materiyaya,  yəni torpağa çevriləcək. 
Uzaq planetləri Yerin orbitinə “gətirsək”, təxmin etmək olar ki, 
oradakı soyuq qazlar maye halına keçəcək və sonra buz halına 
keçəcək  və  bərk  materiyaya  –torpağa  çevriləcək.  Bərk  maye 
birdən-birə,  buz  halına  keçməmiş  torpaq  halına  keçməz.  İsti 
qazla  soyuq  qaz  arasında  fərq  var.  Onların  eyni  məkana 
gətirilməsinin nəticələri eyni ola bilər. Proses də eyni və oxşar 
olmalıdır.  Lakin  fərq  də  ola  bilər.  Belə  ki,  isti  qaz  enerji 
mənbəyindən 
uzaqlaşanda 
buzlaşmalıdır, 
sonra 
isə 
bərkiməlidir,  bərk  materiyaya  keçməlidir.  Kosmik  fəzada 
soyuq  qaz  isə  istiyə  doğru  gətiriləndə  mayeyə  keçməlidir, 
hidrogenlə  qarışmalıdır,  sonra  buza  çevrilməlidir,  sonra  isə 
bərk  materiyanı  təşkil  etməlidir.  Burada  nəticələr  eyni 
olmaldır, lakin proses fərqi var.  
Bu  baxımdan  qeyd  etmək  olar  ki,  hər  bir  forma  və 
mövcudluğun  əsasında  tarazlı  enerji  qəbulu  və  sərfiyyatı 
dayanır. Hərəkət, enerji, məkan və məsafə enerji tətbiqindən və 
sürətdən çox asılıdır.  
 
Bəs,  Günəş  olmasa  sistemdə  nə  kimi  problemlər  yarana 
bilər:  
 
-lap  yaxın  planetlər  qaz  halından  dərhal  maye  və  bərk 
halına  keçərlər  və  sonra  yenə  də  qaz  halında  olarlar,  lakin  bu 


101 
 
dəfə  dağınıq  formada  -çünki  az  miqdarda  başqa  ulduzlardan 
enerji alırlar; 
-bərk  materiyalı  planetlər-bir  qədər  də  bərkləşib  dərhal 
dağılarlar  və  qaz  halına  keçərlər.  Yerdəki  su  da  bərk  materiya 
kimi  dərhal  bərkləşər  və  qaz  halına  keçər-lakin  dağınıq 
formada; 
-qaz  halında  olan  planetlər  isə  tamamilə  dağılarlar.  Bəzən 
az  qaz  formalarını  özlərində  saxlaya  bilərlər.  Çünki  başqa 
ulduzlardan enerji alırlar. 
Burada  Günəşin  dərhal  sönməsi  bütün  planetlərdə  eyni 
dərəcədə təsirli ola bilməz.  
 
Qeyd:  2012-ci  ilin  21  dekabrında  Günəş  enerjisinin 
qarşısının  kəsilməsi  ilə  əlaqədar  ehtimal  olunmuş  hadisə  ilə 
bağlı onu bildirmək olar ki, əslində Yer kürəsinin mövcudluğu 
(indiki  vəziyyətdə)  sırf  Günəşdən  və  Günəş  sisteminə  yaxın 
olan  ulduzlardan,  həmçinin  Süd  Yolu  qalaktikasının  ümumi 
cazibə  qüvvəsindən  asılıdır.  Günəşin  qabağı  tutularsa-bir  neçə 
saat  və  ya  da  sutka  hesabı  ilə,  Günəşdə  ciddi  problem  baş 
verərsə, Yer kürəsində həyat ola bilməz, Yer kürəsinin bəlkə də 
özü ola bilməz. Səbəbləri (ehtimallar): 
Günəş şüası, Günəş enerjisi olmadan,  
-su ola bilməz
-atmosfer ola bilməz; 
-hava və külək ola bilməz; 
-yağış ola bilməz, çünki su buxarlanmaz
-buludlar ola bilməz; 
-Yer kürəsi öz oxu ətrafında fırlana bilməz; 
-Yer kürəsi olmayan Günəş ətrafında fırlana bilməz; 
-Yer  kürəsi  dağılar  və  hissəciklərə  parçalanar  və  ya  da 
həddən  artıq  bərkləşər,  sonra  isə  soyuq  qaz  halına  çevrilər-
başqa ulduzlardan əldə edilən enerji hesabına; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə