Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

102 
 
-Yer  kürəsindəki  su  ümumiyyətlə  tam  bərkləşər  və  bərk 
materiya  olaraq  hissələrə  parçalanar,  sonra  isə  qazlaşar,  sonra 
isə kosmik fəzanın özünə çevrilər
-Yer  kürəsini  bərk  formada  saxlayan  (yəni  bütöv  halda 
saxlayan) elə Günəşdir, buna görə də bərklik dağılar;  
-Yer kürəsi öz əvvəlki yaranış başlanğıcına gələr və s. 
Bütün  planetlər  Günəşdən  enerji  alırlar.  Sonra  həmin 
enerjini təkrar fəzaya qaytarırlar. Məsələn, planetlərin şüanı əks 
etmələrini  belə  adlandırmaq  olar.  Əks  olunan  şüalar  fəzadan 
(materiyanın  özündən  qopan  hissə)  da  Günəşə  daxil  olur, 
Günəş  tərəfindən  sorulur.  Bərk  materiyalar  (planetlər)  Günəş 
enerjisini  sorurlar.  Bu  zaman  onların  kütləsində  (“xalis 
çəkilərində”)  dəyişiklik  yaranır.  Bu  sorma  sayəsində  planetlər 
(məsələn,  Yer  kürəsi,  onun  peyki  olan  ay)  öz  çəkilərini 
dəyişirlər  (Günəş  şüası  düşən  bir  müstəvidə  çəki  artır,  ola  da 
bilər  ki,  azalır,  ancaq  ehtimal  ki,  elementlərin  daxil  olması 
hesabına  artır)  və  nəticə  etibarilə  onların öz oxları ətraflarında 
fırlanmaları baş verir. Bərk materiyanın Günəş enerjisini (buna 
elementlərin  axını  da  demək  olar)  sormaları  onların  daxili 
qatları  və  nüvələri  də  təsir  göstərir.  Nüvə  ilə  Günəş  enerjsi 
arasında əlaqə yaranır. Sistemin vəhdətliyi meydana gəlir. 
Qarşılıqlı  sistem  əlaqələrindən  çıxış  edərək  hesab  etmək 
olar ki, planetlərin hərəkətləri kosmik fəzanı hərəkətə gətirir.  
 
Planetlər və Günəş 
 
Məlumdur  ki,  planetlər  Günəş  ətrafında  dövr  edirlər.  Bu 
dövretmə  sayəsində  planetlər  öz  formalarını  qoruyub  saxlaya 
bilirlər.  Məsələn,  elmdən  məlumdur  ki,  Yer  kürəsi  Günəş 
ə
trafında sürətlə dövr edir. Bir ilə tam dövrəni başa vurur.  
Bu  fırlanma  sayəsində,  eləcə  də  Yerin  öz  oxu  ətrafında 
fırlanmasının nəticəsi olaraq Günəşin şüaları və Günəş enerjisi 
Yer  kürəsinin  materiya  formasını  dağıda  bilmir.  Çünki  Yerin 
bütün hissələri, həm öz oxu ətrafında fırlanma zamanı, həm də 


103 
 
Günəş  ətrafında  fırlanarkən,  özünü  Günəşin  bir  nöqtəyə  olan 
ş
üa  düşməsindən  qoruyur.  Fırlanma  zamanı  sanki  “soyuma” 
prosesləri  də  baş  verir.  Yer  kürəsi  öz  formasını  Günəşdən 
qoruyur  və  hissələrini  əvəzləyə-əvəzləyə  ondan,  onun 
yandırmasından  “qaçırır”.  Belə  güman  etmək  olar  ki,  Yer 
kürəsinin  hərəkəti  zamanı  planet  Günəş  enerjisindən  hərlənə-
hərlənə  “doyur”  və  artıq  enerjini  isə  özündən  uzaqlaşdırır. 
Hərlənmə sayəsində birbaşa enerji bir hissəyə düşmür və qəbul 
edilmir və həmin hissə dağılmır. Fırlanma zamanı planetlər öz 
tərkibini  Günəş  şüasının  axın  seli  ilə  tarazlaşdırırlar.  Planetlər 
hərəkət  etdikcə  özlərini  çox  istiləşmədən  qoruyurlar.  Nəticədə 
ə
rimə, qazlaşma və yoxolma prosesinin qarşısı alınır. Planetlər 
onların  tərkibinə  düşən  Günəş  şüalarını  sanki  öz  səthlərində 
yayırlar.  Buradan  da  birbaşa  iti  düşmənin  və  ardıcıl  düşmənin 
qarşısı qismən alınır və planetlər özlərini qoruya bilirlər. 
Elm  yazır ki,  yerin maqnitosferi  Günəşdən gələn şüaların 
qarşısını alır. Günəşdə partlayış nəticəsində burulğan meydana 
gəlir.  Burulğan  da  Günəşdən  qopur  Yer  kürəsinə  tərəf  gəlir. 
Yerin atmosferində maqnitosferlə qarşılaşır. Bu maqnitosfer də 
Yerin  daxili  nüvəsindən  meydana  gəlir.  Yerin  maqnitosferinin 
yaranmasında onun daxili nüvəedil2 Tfınhadoq6 0 Td4(n)-10( )R8 12 T10(üm)-2(a)4(n )-370(e)4(t)-2Y
ə  ələ


104 
 
verir. Günəş məkanında fəza elementləri sorulur, Günəş əmələ 
gəlir  və  sorulmadan  sürətlə  qarşılaşan  hissəciklər  (yüngül  və 
sıx  hissəciklərin  bərk  birləşməsindən  əmələ  gələn  hissəciklər-
bu  hissəciklər  fəza  müstəvisinin  boşluğuna  düşürlər  və  yanan 
materiyanı-Günəşi  əmələ  gətirirlər.  Günəş  hissəciklərin 
qarşılaşmasından  olan  qığılcımdır.  Bu  da  hissəciklərin 
toqquşmasından  meydana  gələn  yeni  formalı  hissəciklərdir, 
yəni  enerjidir,  enerji  ünsürüdür.  Boşluğa  sürətlə  daxil  olan, 
sorulan  hissəciklər  sonra  mərkəzdən  (sorulma  mərkəzindən) 
kənara  çıxır.  Kənara  çıxan  hissəciklərin  birləşməsi  fəza 
elmentlərinin  köməkliyi  ilə  materiyalara  yayılır.  Enerji  aparır. 
Ə
slində  elə  Günəş  fəza  elementlərinin  məzmun  formasını 
dəyişməsidir.  Buradan  da  Günəşdən  materiyaların-planetlərin 
ə
mələ  gəlməsi  fikri  ortaya  çıxır.  Ola  bilər  ki,  Günəş 
partlayışından  planetlər  yaranıb  və  kənara  çıxıblar,  itələniblər. 
Günəş  hissəsi  partlayış  sayəsində  özündən  enerjini  qoparıb, 
fəza elementləri müstəvisinə aparıb.  
Günəşin planetləri öz ətrafına çəkə bilməməsi isə fəzadakı 
yüngül  elementlərin  hesabına  baş  verir.  Bu  elementlər  (fəza 
müstəvisi)  əslində  planetlərin  Günəşə  doğru  getməsinin 
qarşısını alır. Günəş isə əslində planetləri elə özünə çəkməklə, 
sormaqla məşğul olan bir enerji mənbəyidir.  
Nəticələr:  Fəza,  Günəş,  planetlərdən  ibarət  olan  materiya 
tərkibi eyni elementlərdən (hər birinin tərkibini eyni elementlər 
və  onların  birləşmələri  yaradır)  ibarətdir.  Burada  eynilik  həm 
də  əksliklər  olan  ziddiyyətlərdədir.  Okisgen,  hidrogen 
adlandırdığımız (müqayisədə nisbətən ağır və nisbətən yüngül) 
və  bunların  birləşməsindən  yaranan  digər  elementlər  əslində 
eyni başlanğıc elementidir. Oksigen və hidrogen sadəcə olaraq 
tərkiblərində  hərəkətlərin  fərqləndiyi  və  qüvvənin,  enerjinin 
fərqəndiyi-kəmiyyət 
baxımından 
fərqləndiyi 
eyni 
elementlərdir. Yəni, oksigen və hidrogen bir-birilərinə çevrilən 
eyni elementlərdir.  Bir elementin çevrilməsindən yeni element 
meydana  gəlib.  Bu  çevrilmələr  də  daxili  qüvvələri  –kainatın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə