Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

108 
 
mənbələrdən  (lakin  başlanğıcları,  yəni  ilk  tərkibləri  eyni  olan 
mənbələrdən)  əmələ  gəliblər.  Hissəciklərin  xassələri  də 
fərqlidir.  Bundan  çıxış  edərək  belə  qəbul  etmək  olar  ki,  Yer 
kürəsi  Günəşdən  (alovdan)  və  fəzadan  (sıxılmış  hava 
hissəciklərindən) əmələ gəlib. Onda, belə güman da etmək olar 
ki,  bu  ikisini  bir-birindən  həm  qovan,  həm  də  vahid  materiya 
üzərində  saxlayan  digər  bir  qüvvə  var  və  onların  tam 
qarşılaşmasına  imkan  vermir.  Belə  qəbul  etmək  olar  ki,  bu, 
fəzadakı az sıxlığı olan hissəciklərdir və atmosferdəki nisbətən 
sıxılmış  hissəciklərdir.  Bu  hissəciklər  alovun  və  suyun 
qarşılaşmasına  imkan  vermir.  Bu  elə  Yer  kürəsində  olan 
sıxılmış  (bərkləşmiş)  enerjidir-qurudur,  qayalardır,  qum  və 
torpaqlardır.  
Su,  od  (alov),  hava  bir-birilə  təsiretmə  qüvvəsinə 
malikdirlər.  Hərəkət  elə  bunların  qarşılıqlı təsirindən meydana 
gəlir. Qüvvələr və enerji yaranır. Bu qüvvələr sayəsində tərkib 
hissələrin  forma  və  məzmunu  dəyişir.  Təbiət  daxilən  bu 
qüvvələrin  qarşılıqlı  təsiri  sayəsində  tarazlaşır.  Təbiətin  daxili 
qüvvəsi  bu  ünsürlərin  qarşılıqlı  təsirindən  meydana  gəlir. 
Təbiətin  rəngarəng  tərkibi  məhz  rəngarəng  hissələrdən  ibarət 
olur.  
 
Fəza-Günəş-Yer  (planet-bərk  materiya)  vəhdəti  və 
elementlər 
 
Necə  qədimdə  yaranışın  səbəblərini  axtarıblar,  düşünüblər 
mən  də  bu  istiqamətdə  fikir  bildirməyə  cəhd  edirəm.  Mənim 
fikirlərim  ola  bilər  ki,  dəfələrlə  deyilsin,  ola  da  bilər  ki, 
müəyyən  fikirlər  tamamilə  yeni  olsun  və  yeni  subyektiv  kəşf 
kimi  qəbul  edilsin.  Mənim  məqsədim  bəzi  fikirlərin 
orijinallığını  subyektivcəsinə  yaratmaqdan  ibarətdir.  Bu 
orijinallıq  içərisində  nələrisə  yeni  fikir  kimi  hesab  etmək  olar. 
Ancaq  fikirlərin  subyektiv  və  fərdi-məntiqi  olması  da  qəbul 
edilməlidir.  Fikirlərimin  elmə  zidd  olması  da  mümkün  ola 


109 
 
bilər. Onu da nəzərə almaq lazımdır ki, elm də səhv edə bilər. 
Çünki 
araşdırma, 
mülahizələr, 
gəlinmiş 
nəticələr 
istiqamətlərdən,  koordinatlardan  və  nəyin  başlanğıc  olmasını 
hesab  etməkdən  çox  asılıdır.  Buna  görə  də  elmi  araşdırmalar 
həm  də  subyektiv  əsaslara  malik  olur.  Eyni  zamanda  yolların 
uzun  və  qısa  gedilməsi  məsələsi  var.  Elm  var  ki,  yolları  qısa, 
elm də var ki, yolları uzun qət edir. Lakin elmin əsas funksiyası 
yolları qısa şəkildə fəth etməkdən ibarətdir.  
Fəza,  Günəş,  Yer  (digər  planetlərlə  birlikdə)  vəhdətini  və 
onun  mahiyyətini  Yerdəki  elə  od,  torpaq,  su  (onların  tərkib 
elementlərinin,  tərkib  hissəciklərinin,  kiçik  elementlərinin) 
vəhdətində  görmək  olar.  Su,  torpaq  və  od  əslində  bir-birindən 
kəskin dərəcədə fərqlənməyən mövcudluqlardır. Əvvəlcə də bu 
fikir  bildirilib.  Onların  tərkib  oxşarlıqları  vardır  və  onların 
zahirini  elə  vəziyyətlərə  salan  elə  hansısa  qüvvədir, 
çevrilmələrdir. 
Vahid 
elementlərin 
çevrilmələri 
və 
mərkəzləşmələri  vardır.  Alovda,  torpaqda  və  suda  sadəcə 
olaraq eyni elementlər qüvvə sayəsində (təsirlə) müxtəlif forma 
alırlar.  Bunlar  kəskin  dərəcədə  fərqli  olsaydılar,  onda,  kainat, 
Günəş  sistemi  yox,  heçlik  ola  bilərdi.  Buradan  da  belə  bir 
məntiqi  nəticəyə  gəlmək  olar  ki,  vəhdətin  tərkibi  qüvvənin  və 
ə
ks-qüvvənin  tətbiqi  ilə  enerjini  yaradır.  Burada  Fəza-Günəş-
Planet  (planet-bərkləşmiş  materiya)  bir-birilə  təsir-əks  təsir, 
udma  və  çevrilmələr  vəhdətindədir.  Bu  çevrilmələr  sayəsində 
elementlərin dövri prosesləri –keçmələr, çevrilmələr yaranır.  
Belə  düşünmək  olar  ki,  torpaqla-Günəş  arasındakı  fəza 
elementləri  bu  iki  materiyanın  tərkibində  olanlardır.  Günəş  ilə 
Materiya  arasında  keçicidir.  Ola  bilər ki, elə sadəcə olaraq bir 
elementdir. Həmin element Günəş enerjisini (selin yayılmasını) 
lazımi  qədər  materiyalara  (planetlərə)  buraxır.  Fəza  olmasa, 
yəni  Günəşlə  planetlər  arasında,  fəza  olmasa,  Günəş  Yer 
Kürəsini məhv edər, ya da enerji heç yerə çatmaz. Fəza olmasa, 
hər  hansısa  bir  quruluşdan  söhbət  gedə  bilməz.  Kosmik  fəza 
həm də kainat məkanının əsasını təşkil edir. (Qeyd: belə qəbul 


110 
 
etmək  olar  ki,  enerjinin,  yəni  bir  formada  olan  enerjinin, 
materiyaya olan təsirindən Günəş meydana gəlir. Yəni, Günəş 
şüası fəzadan keçir, planetlər onu özlərinə çəkirlər və Günəşin 
tərkibinə  fəzadan  yeni  elementlər  (“yanmaq  üçün)  daxil  olur. 
Qarşılıqlı  proseslər  baş  verir.  Planetlər  özləri  də  Günəş  üçün 
mənbə  rolunu  oynayırlar).  Çünki,  bərk  materiya  enerji  selini 
özünə çəkir və mənbəyini, yəni Günəşin özünü “qıcıqlandırır”, 
həm  də  boşaldır  (mənbədən  enerjini  azaldır).  Azalan  enerjinin 
yerinə fəzadan əlavələri daxil olur. Buradan da belə bir məntiqi 
nəticə  ortaya  çıxır  ki,  Günəş  və  planetlər  daimidir,  sistem 
ə
bədidir.  Günəşin  5  milyard  il  bundan  sonra  yanacağı  və 
yox olacağı fikirlərinin həqiqiliyi də şübhə doğurur. Günəşi 
saxlayan  ona  enerji  verən,  planetlər  və  fəzanın  qarşılıqlı 
ə
laqəsidir.  Ola  bilər  ki,  Günəş  öz  enerji  mənbəyini  məhz 
Planetlərlə  olan  təsirli  əlaqəsindən,  eləcə  də  fəzadan  götürür. 
Fəzaya  və  planetlərə  geri  qaytarır.  Beləcə  qarşılıqlı  proseslər 
gedir. Buradan bir daha belə bir məntiqi nəticələrə gəlmək olur 
ki,  Günəş  sistemində  elə  bir  nizam  var  ki,  o  nizamdan  biri 
sistemdən  çıxarsa,  Günəşin  tərkibi  (Günəşin  kütləsi)  ya  azala, 
ya  da  arta  bilər.  Bu  halda  planetlərin  qarşılıqlı  münasibəti  və 
ə
laqəsi  də  korlanar  və  planetlərdə  nizam  pozular,  həyat  məhv 
olar.  
Fəza  Günəş  enerjisini  sərbəst  şəkildə,  yəni  nizamla  və 
zamanla  planetlərə  ötürür.  Fəzada  heç  bir  element  olmazsa, 
onda Günəş şüaları planetlərə ötürülə bilməz. Buna görə də tam 
kosmik  boşluq  ola  bilməz.  Boşluq  kəmiyyətdə  azlıq  üçün 
işlədilən  ifadədir.  (Qeyd:  təxmin  etmək  olar  ki,  torpağın 
müəyyən  qüvvə  sayəsində  bərkləşmiş  forması  qayalıqlar,  lap 
yüngül-Günün  təsiri  ilə  yumşalmış  forması  qumsaqlıqlardır. 
Belə hesab etmək olar ki, dənizkənar qumlar əsasən, Günəşin 
su  və  torpaqla  qarşılıqlı  vəhdətindən  yaranır.  Günəşin  və 
suyun torpağa təsirindən –sahilə yaxın yerlərdə-torpaq quma 
çevrilir.  Bərk  formasından  yumşalır.  Suyun  dərinliklərində, 
yəni  Günəşin  çox  düşmədiyi  yerlərdə  qum  formasını  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə