Microsoft Word dusguncelerim II hiss?doc


axtarmaq düzgün deyil. Qum-səhra qumları maye ilə lap bərk



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

111 
 
axtarmaq düzgün deyil. Qum-səhra qumları maye ilə lap bərk 
materiya arasında orta bir mövqe tutur. Qaya-torpaq-qum-su 
keçiciliyi  meydana  gəlir.  Bu  baxımdan  da  Günəşin  çox 
düşdüyü yerlərdə-səhra qumları mövcud olur. Yarımsəhralar 
da mövcuddur və burada tədricən çevrilmələr meydana gəlir. 
Bütün  bu  proseslər  Günəş-torpaq-su  vəhdətindən,  təsir  və 
ə
ks-təsirlərdən,  təsirləri  udmadan  meydana  gəlir.  Buradan 
belə  bir  məntiqi  nəticə  ortaya  çıxır  ki,  başqa  planetlərdə  də 
Yerdəki  kimi  oksigen  vardır.  Lakin,  onlarda  su  daxildə 
olduğundan  (böyük  ehtimalla)  və  Günəşlə  olan  məsafələri 
fərqli olduğundan Yer kürəsindəki kimi vəziyyət alına bilmir. 
Uzaq planetlərdə su buza, o da bərkiyib qayaya, sonra soyuq 
qazlara,  yaxın  planetlərdə  isə  buxara  və  isti  qazlara 
çevriləcəkdir). 
Fəza  soyuqdursa,  deməli,  əsasən  oksigendən  ibarətdir. 
Hidrogen  bol  olsaydı  daha  çox  işıqlı  və  isti  olardı.  (Böyük 
ehtimal). Oksigen hidrogenin materiyaya, onun tərklibində olan 
elementlərə  təsirindən  də  yaranır.  Elementlər  (materiya 
elementləri)  varsa,  Günəş  varsa  oksigen  də  ola  bilər.  Fəzada 
həm  də  oksigen  (bərk  materiyaya  nisbətən  çoxlu  miqdarda) 
olmaya  bilər.  Oksigen  Günəşin  materiyaya  təsirində  olur.  Bu, 
bir  ehtimaldır.  Digər  ehtimal  isə  odur  ki,  kosmik  fəza 
oksigendir, əgər çox soyuqdursa və çox boşdursa. 
Günəş  nəyə  görə  kosmik  fəzada  atmosfer  əmələ  gətirmir. 
Çünki,  Günəş  şüaları  bərk  materiyaya  (planetlərə,  onların 
peyklərinə)  dəyəndə  daha  çox  enerjili  olur,  qızdırıcı  olur. 
Günəş  enerjisi  özündə  qızdırıcıdır  və  əks  olunan  zamanda 
qızdırıcıdır.  Məsələn,  dəmirin  və  başqa  bir  metalın  qızması, 
istənilən bir əşyanın və  canlı aləmin Günəş qarşısında qızması 
buna  nümunədir.  Günəş  şüası  materiyaya  dəyəndə  öz  təsirini 
göstərir.  Günəş  şüasını  hidrogen  molekulu  özünə  çəkir.  Bu  o 
deməkdir  ki,  Günəş  şüaları  hər  hansı  bir  materiyaya  dəyir, 
oradakı  elementləri  hərəkətə  gətirir,  materiya  vahidinin 


112 
 
tərkibini  aktivləşdirir.  Nəticədə  hidrogenlərin  vəhdəti  ortaya 
çıxır. Həm də hidrogenin ayrılması prosesləri baş verir.  
Kosmik  fəza  oksigendir,  ona  görə  də  genişlənəndir 
(hidrogenlə  və  digər  fəza  elementləri  ilə  qarşılıqlı  əlaqələrdə). 
Onun genişlənməsini Günəşdən gələn hidrogen elementi təmin 
edir.  Kosmik  fəza  böyük  (burada  seyrək  və  yüngül) 
məsaməlidir.  Ona  görə  də  Yerin  atmosferindən  kənarda  sürət 
çoxdur.  Seyrəkliyə  görə,  hərəkət  edən  cihazın  qarşısını  almaq 
üçün  az  maneə  vardır.  Çəkisizlik  çoxdur.  İstənilən  aparat 
kifayət  qədər  sürətlə  hərəkət  edir.  (Yerin  atmosfer  məkanına 
nisbətən  sürətlə.  Yerin  cazibə  qüvvəsi  və atmosferin sürtünmə 
qüvvəsi, eləcə də atmosfer sıxlığı sürətin qabağını alır, hərəkət 
edən  cismi  yavaşıdır).  Kosmik  fəza  oksigen  olmasaydı, 
tamamilə  (heç  bir  elementsiz)  boş  olsaydı,  onda  kosmik  uçuş 
aparatları, eləcə də süni peyklər kosmosda dayana bilməzdilər. 
Günəşin  və  planetlərin  özləri,  həmçinin  ulduzlar  dayana 
bilməzdilər  və  sistem  mümkün  olmazdı.  Günəşin  və  işığının, 
digər  ulduzların  hərəkətləri,  materiyanın  hərəkətləri  sonzuz 
sürətlə  ola  bilərdi  ki,  bu  da  sistemsizliyə  gətirib  çıxarardı. 
Müstəvinin  mövcudluğu  elə  vaxtilə  sistemin  meydana 
gəlməsinə  səbəb  ola  bilmişdir.  Belə  güman  etmək  olar  ki, 
Günəş  tətbiq  edən  qüvvədir,  bu  qüvvənin  tətbiqindən  sabit 
kəmiyyət  ortaya  çıxır,  eləcə  də  kosmik  fəzanın  oksigen 
müstəvisi  bu  qüvvənin  hədsizliyinin  qarşısını  alır.  Təsir  əks 
təsirə  bərabərdir.  Günəş  materiyalara  qüvvə  tətbiq  edirsə, 
kosmik  fəza  bu  qüvvənin  hədsizliyinin  qarşısını  alır.  Onu 
nizamlayır.  Materiya  aləminə  və  Günəşə,  ulduzlara  qarşılıqlı 
fəaliyyət  məkanını  kosmik  fəza  təmin  edir.  Kosmik  fəza  bir 
növ  tor  rolunu  oynayır.  Kosmoda  çəkizislik,  yumşaqlıq  və  şar 
effektindən  meydana  gəlir  ki,  bu  da  oksigenin  genişlənmə 
xüsusiyyətindən,  məsamələr  yaratmaq  xüsusiyyətindən  ortaya 
çıxır.  Oksigenin  genişlənməsini  isə  hidrogen  daha  çox  təmin 
edir.  Oksigen  tərkib  atomlarını  parçalayanda  hidrogenə  və 
digər qazlara çevrilir. Digər   qazların  da  təkrarən  oksigenə 


113 
 
çevrilməsi mümkün ola bilər. Bu baxımdan da kainatda heç nə 
itmir.  
Kosmik məkan heç bir elementsiz olsaydı, kosmik məkana 
çıxmaq  qeyri-mümkün  olardı.  Günəş  istənilən  cismi  yandırıb 
məhv  edərdi.  Məsələn,  peykləri  tamamilə  məhv  edərdi.  Bu 
məhvin qarşısını alan, Günəş şüalarının qarşısını alan (sındıran) 
kosmik  fəzanın  oksigenidir.  Sürəti  sabit  və  hərəkəti  keçici 
saxlayır.  Çəkisizlik  yüngüllükdür  ki,  bu  da  elə  oksigenin 
özüdür.  Oksigenin  sahələr  üzrə  yayılmasıdır.  Bu  baxımdan  da 
kosmik  məkan  yüngül  məkandır  ki,  hərəkət  sürəti  çoxdur  və 
yaylıdır.  Kosmik  məkan  sıx  olsaydı  hərəkət  də  zəif  olardı  və 
sürət  çox  zəif  olardı.  Yer  kürəsi  və  digər  planetlər  Günəş 
ə
trafında  indiki  kimi  hərəkət  edə  bilməzdilər.  Ümumiyyətlə, 
indiki forma və məzmun ola bilməzdi.  
Kosmik  məkanı  əhatə  edən  element  (oksigen)  olmasaydı 
Günəş  özü  də  nizamlı  şəkildə  yana  biməzdi.  (Qeyd:  istənilən 
bir  varlığın  hərəkəti  mütləq  qaydada  digər  varlığa  nisbətən 
mümkün  olur.  Çünki  hərəkətdə  olarkən  enerji  ötürülmələri 
prosesləri  baş  verir).  Günəşi  öz  məkanında  saxlayan  və 
nizamla  hərəkət  etdirən  məhz  kosmik  fəzanın  müstəvisidir. 
Kosmik  fəzada  asteroidlər,  kametalar,  meteoritlər  hərəkət 
edirlər. Bunlar kosmik fəzada nəzarətsiz qalırlar və belə güman 
etmək  olar  ki,  onların  tərkibində  nüvə  yoxdur.  Nüvə  olsayda 
onlar planet, ya da peyk olardılar və konkret orbitlər üzrə dövr 
edərdilər. Materiya aləmi fəzadakı quru parçalarını özünə cəlb 
edə  bilər.  Günəş  şüaları  materiya  aləminə  təsir  göstərir. 
Materiya aləmi Günəş enerjisini özünə cəlb edir. 
Kosmik  məkanın  özü  soyuq  olmalıdır.  Çünki  oksigendir. 
Kosmik  məkan  daima  işıqlı  olmalıdır.  Lakin  bu  işıqlar 
materiya  ətrafında  çox,  lap  kənarlarda  isə  az  olmalıdır. 
Materiya  aləmi  Günəş  işığını  əks  etdirir.  (Qeyd:  belə  güman 
etmək olar ki, Günəş şüaları Yerə düşür, Yerin fırlanması ilə 
ə
laqədar  bu  şüalar  paylanır.  Günəş  özü  də  hərəkətdə 
olduğundan,  eləcə  də  Yer  Günəş  ətrafında  fırlandığından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə