Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

120 
 
buraxacaq,  oksigen  sürətli  hərəkət  edəcək  və  hidrogenə 
çevriləcək. Qaya üzərinə Günəş şüası altında su tökülən zaman 
“Günəş-su-qaya”  vəhdətindən  elementlər bolluğu  yarana bilər. 
Bu baxımdan da heasb etmək olar ki, Günəş və qaya üzərindən 
tökülən  suyun  vəhdətində  (ətrafda)  bol  oksigen  və  hidrogen 
mövcuddur.  Qayalıq  yerlərdə  bol  yağış  enerjinin  zənginliyinə 
səbəb ola bilər.  
Deyək  ki,  başqa  planetlərdə  su  yoxdur.  Bir  maddə  kimi 
qəbul  etmək  olar  ki,  su  yoxdur.  Lakin  demək  olmaz  ki,  su 
ümumiyyətlə  yoxdur.  Suyun  tərkib  maddələri  var.  Planetlərin 
tərkibi  elə  suyu  təşkil  edən  maddələrin  özüdür.  Yerdəki  kimi 
element birləşməsi və su maddəsi yoxdur. Lakin güman etmək 
olar ki, planetlərin daxillərində su ehtiyatı toplanıb. Su həm də 
səthdə  ona  görə  olmaya  bilər  ki,  Yer  kürəsi  ilə  eyni  orbitdə 
dövr edən başqa bir planet yoxdur. Ayda suyun olması ehtimalı 
daha  çoxdur.  Lakin  suyu  Ayın  daxilində  axtarmaq  olar.  Suyu 
həm  də  Mars  planetində  axtarmaq  olar.  Çünki  materiya 
(planetin  özü)  bərkdir.  (Bir  də  onu  nəzərə  almaq  lazımdır  ki, 
hər  bir  planetin  özünəxas  təbii  nizamı  var.  Buna  Günəş 
sistemindəki  yeri,  planetin  kütləsi  və  fırlanma  sürəti  də  təsir 
edir.  Hər  bir  planet  özünəxasdır.  Burada  riyazi  bərabərlik 
axtarmaq  da  düzgün  deyil.  İnsanın  məntiqi  də  düz  olmaya 
bilər.  Bir  planetdə  elementlər  çox  qarışa  bilər,  digərində  isə 
zəif. Bu, bir qanunauyğunluqdur, təbii nizamdır. Təbii nizam 
isə  biz  insanların  şüurları  ilə  tənzim  olunmur.  Biz  insanlar 
yalnız  təbii  nizam  haqqında  bəzi  məlumatları  əldə  etmək 
imkanına  malikik.  Ətrafın  təbii  nizamı  bizim  nizamımızı 
formalaşdırır.  Məlumatlar  da  onu  qəbul  edənlər  tərəfindən 
dərəcələnə  bilir.  Kimisi  az,  kimisi  isə  nibətən  bir  qədər  çox 
məlumata malik ola bilir).  
Su  iki  hidrogen  və  bir  oksigen  atomundan  ibarət  olan  bir 
maddədir.  Lakin  başqa  planetlərdə  bu  birləşmə  alına  bilmir. 
Çünki  hər  bir  planetin  kainatda  özünəxas  yeri  var.  Bu 
baxımdan  da  eynilik  yox,  oxşarlıqlar  ola  bilər.  Suyun 


121 
 
tərkibində elementləri nisbəti dəyişəndə forma və məzmunu da 
dəyişir. 
 
 
Günəşin daxili seli və planetlərin dövr etməsi 
 
Belə güman etmək olar ki, Günəşin tərkibində enerji axını 
(enerji  seli)  mövcuddur  ki,  bu  enerji  seli  də  planetləri  öz 
ə
trafında  hərəkət  etdirir.  Bu  enerji  axını  eləcə  də  Günəşdən 
vaxtilə  ayrılmış  (elmi  qənaətlər  belədir)  planetlərin  öz  oxları 
ə
traflarında  fırlanmalarına  səbəb  olur.  Günəşin  daxilində  olan 
elementlər  axını  maye  və  qaz  halında  olur  və  mənbəni  əsasən 
kosmik  fəzanın  özündən  götürür.  “Boşluğa”  düşən  axın 
burulğanı əmlə gətirir və bu burulğan da öz sisteminin (Günəş 
sisteminin)  həm  kosmik  fəzasını,  həm  də  obyektləri,  məsələn, 
planetləri  hərəkət  etdirir.  Günəşin  daxilində  olan  burulğan 
cəzbetməni,  yəni  planetləri  öz  ətrafında  saxlamanı,  eləcə  də 
itələməni,  yəni  müəyyən  məsafəni,  planetlərin  Günəşətrafı 
orbitini  meydana  gətirir.  Belə  qəbul  etmək  olar  ki,  burulğan 
məkanına  (Günəş  məkanına)  doğru  hərəkət  edən  kosmik  fəza 
və  onun  planetləri  (Günəş  planetləri)  cəzb  olunur,  bu 
cəzbolunma 
kosmik 
fəzanın 
özünün 
Günəşə 
doğru 
hərəkətindən-axından  meydana  gəlir.  Günəşdən  çıxan  sel 
(planetlərə  və  kosmik  fəzaya  yayılan  enerji)  isə  planetləri 
itələyir.  Bu  iki  axının  nisbəti  təqribən  eyni  olduğundan  Günəş 
və  planetlər  arasında,  həm  də  planetlərin  özləri  arasında 
məsafəli, tarazlı sistem və mexanizm meydana gəlir.  
Qeyd:  hesab  etmək  olar  ki,  kəmiyyət  enerji  kütləsidir. 
Günəşin tərkib kütləsi onun enerjisidir. Günəş enerjini itirəndə 
tərkib kütləsini də itirir. Onda, belə bir sual meydana gəlir. Bəs, 
Günəşin  tərkibi  haradan  bərpa  olunur.  Bu  suala  belə  cavab 
vermək  olar:-Günəşin  tərkibi  kosmik  fəza  elementlərindən 
bərpa  olunur.  Günəş  “sorur”,  burulğan  yaradır,  sel  axını  cəmi 
(Günəş)  planetləri  öz  ətrafında  fırladır.  Belə  qəbul  etmək  olar 
ki,  Günəş  özü  burulğanlardan  ibarətdir.  Günəşin  ətrafı,  yəni 


122 
 
baza  yanan  hissədən  kənar  olan  hissələr,  bütün  sistem  boyu-
burulğanlar  sferasından,  həm  də  kütlələrinə  görə  dərəcələnən 
burulğanlar  sferalarından  ibarətdir.  Günəşin  özündən  kənar 
birinici,  ikinci,  üçüncü,  dördüncü....doqquzuncu  burulğan 
sahəsi  mövcuddur.  (Əlavə  üçün  beş  saylı  qrafikə  baxmaq 
olar). Planetlər məhz bu burulğan sahələrində qərarlaşıblar. Bu 
burulğan sahələri mərkəzi Günəş burulğanının təsirindədir. Bu 
da  o  deməkdir  ki,  Günəş  əslində  tək  yanan  hissədən  ibarət 
deyil.  Günəş  bütün  sistemi  boyu-təsir  sahəsi  boyu  –müxtəlif 
enerji dərəcəsinə  və  aktivlik  kəmiyyətinə görə burulğan  əmələ 
gətirir. Günəşə yaxın hissələrdə-burulğan sahəsində enerji çox, 
uzaqlaşdıqca  isə  enerji  azdır.  Bu  da  o  nəticəni  verə  bilər  ki, 
kosmik  məkan  elementlər  küləsi  baxımından  eyni  ola  bilməz. 
Günəş  və  planetlər  arasında  kosmik  fəza  da  fərqlidir.  Bu 
fərqlərdən  əmələ  gəlir:  sürət,  kəmiyyət,  qüvvə  fərqi.  Bütün 
burulğan  sahələrində  qüvvə  eyni  ola  bilməz.  Günəşə  yaxın 
burulğan  sahəsinin  qüvvəsi  çoxdur.  Lakin  sahəsi  (Günəş 
boyunca)  azdır.  Qüvvə  çox  olduğundan  hərəkət  də  sürətlidir. 
Deməli,  Günəşə  yaxınlaşdıqca  hərəkət  də  sürətlənir.  Seyrəklik 
isə az ola bilər. Aktivlik çoxdur. İkinci şərti burulğanda isə bir 
qədər zəif ola bilər. Çünki uzaqlıq var. Aktivlik nisbətən azdır. 
Burulğanın sahəsi (burada Günəş boyunca radiusu) isə çoxdur. 
Uzaq  sferalarda  sahə  çox  olur,  sıxlıq  artır.  Enerji  artıq  burada 
nisbətən  az  aktiv  mənbə  rolunu  oynayır.  Bu  məntiqlə  hesab 
etmək  olar  ki,  ən  uzaq  planetlərə  getmək  üçün  sıxlıq  –kosmik 
fəza  sıxlığı  -  çox  olduğundan  zaman  da  uzundur.  Sürət  fərqi 
vardır. Məsələn, kosmik aparatda enerjini artırmaq lazımdır ki, 
sıxlığı  çox  olan  planetətrafı  fəzaya  daxil  ola  bilsin.  Uzaq 
planetlərdə  qaz  ehtimal  etmək  olar  ki,  soyuq  haldadır.  Bu 
baxımdan da kütlə bir qədər soyuq qaz halıdır.  
Günəşin  daxilində  olan  enerji  axınlarının  böyük  kütləsi 
mövcuddur  ki,  bu  böyük  kütlə  də  ətraf  cisimləri  öz  təsiri  ilə 
fırlada bilir. (Məlumdur ki, hər bir planetin Günəş ətrafında öz 
fırlanma  sürəti  vardır.  Bu  sürət  planetlərin  Günəşlə  olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə