Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

126 
 
proseslərdən)  üzə  çıxıb.  Günəşlə  əlaqədən  də  atmosfer 
meydana  gəlib.  Burada  Yerin  cazibə  qüvvəsi  isə  suyun  tam 
buxarlanmasının və açıq kosmik məkana dağılmasının qarşısını 
alıb.  
Günəşin  sabit  hərəkətini  təmin  edən  ilk  növbədə  onun 
planetlərinin  nüvələridir.  Hər  bir  planetin  nüvəsi  ilə  Günəş 
arasında  olan  bağlılıq  Günəşə  tarazlıq  verir.  Əgər  bu 
planetlərdən  biri  yox  olarsa,  belə  hesab  etmək  olar  ki,  başqa 
planetlərin  də  Günəş  ətrafında  indiki  tarazlığı  pozula  bilər. 
Planetlərsiz  və  onlar  ətraflarında  olan  peyklərsiz  Günəş 


127 
 
vaxtsa  problem  yaşanıb  və  bu  problem  Yer  kürəsinə  təsir 
göstərib  və  yerin  nüvəsində  böyük  bir  partlayış  olub.  Bu 
partlayış  nəticəsində  Yer  kürəsi  (quru  dairəsi)  dağılıb  və 
içərisində  olan  maye  çökək  yerlərə  dolub.  Maye  (su)  ətrafa 
yayılanda, həmin anda Günəşlə müəyyən sintez -təsir prosesləri 
həyata  keçib.  Günəş  şüalarının  suya  olan  təsirindən  (kimyəvi 
ayrılmalardan) atmosfer və onun qatları meydana gəlib. Günəş 
ş
üaları  buxarlanmış  suyu  səthdən  yalnız  müəyyən  məsafəyə 
qədər  buxarlandıra  bilib  və  Yerin cazibə  qvvəsi  bu atmosferin 
müəyyən  qədər,  müəyyən  həcmdə  yaranmasına  səbəb  olub. 
Dünya  okeanları  məhz  quru  parçasının  dağılması  və  Yerin 
nüvəsinin  zəifləməsi  anında  baş  verib.  Yerin  nüvəsi  və  Yerin 
qabığı  –süxurları  suyu  saxlaya  bilməyib  və  su  dağılıb.  Buna 
“Dağılmış  yumurta”  adını  da  vermək  olar.  Əvvəlcə  Yer 
Kürəsi  Ay  peyki  kimi  atmosfersiz  olub  və  ona  görə  də 
çəkisizlik  (cazibə  qüvvəsinin  və  sıxlığın  az  olması)  mövcud 
olub.  O  da  məlumdur  ki,  atmosfer  təbəqəsi  canlıları  (gəzən 
ünsürləri) sıxıb saxlayaraq Yer üzərində saxlayır. Yer yumurta 
kimi  (Yer  Kürəsinin  müəyyən  hissələri)  dağıldıqdan  sonra 
maye  üzə  çıxıb  və  Günəşin  suyu  buxarlandırması  sayəsində 
atmosfer  formalaşıb.  Bu  baxımdan  da  atmosferin  əmələ 
gəlməsini  Dünya  okeanının  əmələ  gəlməsi  ilə  əlaqələndirmək 
olar.  Yerin  ümumi  kütləsinin  yaratdığı  cazibə  qüvvəsi  isə 
atmosferi öz ətrafında saxlayıb.  
Digər  bir  hipoteza  ondan  ibarət  ola  bilər  ki,  Yer  kürəsi 
atmosferdən və dünya okeanından qabaqkı tarixdə indiki digər 
planetlər  kimi  atmosfersiz  və  içərisi  su  ilə  dolu  olan  bir  quru 
parçası  olub.  Günəş  sistemində  baş  verən  qeyri-nizam  (bu 
prosesin  özünü  Günəşin  yaranması  tarixinin  müəyyən 
mərhələsi  ilə  də  əlaqələndirmək  olar.  Yəni,  Günəşin 
nizamlanması  zamanı  ola  bilər  ki,  müəyyən  qeyri-nizamlılıq 
olub və planetlər arasında tarazlıq məsələsinsdə də bu, özünü 
göstərib)  vəziyyətlə  əlaqədar  olaraq  digər  bir  planet  və  ya 
böyük  quru  parçası  Yer  kürəsi  ilə  toqquşub.  Bu  toqquşma 


128 
 
sayəsində Yür kürəsi dağılıb və çökək və parçalanmış yerlərdə 
sular  toplanıb,  dünya  okeanı  formalaşıb.  Dünya  okeanının 
formalaşması  ilə  də  dərhal  Günəşlə  sintez  və  təsir  prosesində 
atmosfer  yaranıb.  Yer  kürəsində  ikinci  bir  palentin  və  ya 
kametanın,  asteroidin  qalıqlarını  tapmaq  olar.  Bu  qalıqları  isə 
dünya okeanının diblərində, toqquşan yerlərdə daha çox axtarıb 
tapmaq  olar.  Başqa  planetin  qalıqları  Yer  kürəsinə  yad  olan 
elementləri gətirə bilər.  
Atmosferin  meydana  gəlməsi  ilə  canlı  aləm  də  meydana 
gəlməyə  başlayıb.  Çünki  hərəkətin  çoxluğunu  təşkil  edən 
atmosfer meydana gəlib.  
Belə  bir  istiqamətdə  də  güman  etmək  olar:  əvvəlcə  dünya 
okeanı  olub.  Vulkanlar  sayəsində  okeanın  dibindən  olan  quru 
hissələr  materikləri  meydana  gətirib.  Bu  anda  artıq  atmosferin 
kəmiyyəti  azalmağa  başlayıb;  çünki  su  azalıb.  Materiklərin 
ə
mələ  gəlməsi  güclü  küləkləri  meydana  gətirib.  Küləklər 
fərqlərdən  də  meydana  gəlib.  (Belə  qəbul  etmək  olar  ki, 
küləklər  Yer  kürəsinin  nizamına  görə  bizim  gördüyümüz 
formadadır.  Əgər  nizam  dəyişik  olubsa,  onda  belə  güman 
etmək  olar  ki,  küləklər  də  indiki  kimi  olmayıb.  Hər  halda 
qəbul etmək olar ki, küləklər elə suyun alternatividirlər, onlar 
az  seyrəkləşmiş  sudur.  Günəşin  buxarlaması  sayəsində 
okeanlardan suyun həcmi azalır və azalan hissə hava küləsini 
formalaşdırır.  Su  ilə  üzərində  olan  havanın  kəmiyyət 
nisbətindən,  eləcə  də  quru  üzərində  olan  atmosfer  fərqindən 
güclü  hava  axınları  -müxtəlif  kəmiyyətli  küləklər  meydana 
gəlir. Küləklər ümumiyyətlə, müəyyən məkanlarda olan hava 
kütləsinin fərqindən ortaya çıxır. Küləklər çox sıx olan hava 
məkanından  az  sıx  olan  hava  məkanına  doğru  hərəkət  edən 
hava  axınından  ibarət  olur.  Günəş  havanı  qızdıranda  həmin 
məkanda yüngülləşmə meydana gəlir. Ağır olan yerdən hava 
kütləsi yüngül olan yerə doğru hərəkət edir. Bu baxımdan da 
sərinləşmə  oksigenləşmə,  yəni  soyuma  prosesinin  özüdür. 
Küləklər 
vahid 
sistemdə 
tarazlaşdırıcı 
funksiyanı, 


129 
 
tarazlaşdırma funksiyasını yerinə yetirir. Məlumdur ki, gecə-
gündüz  dəyişmələrində  atmosfer  təzyiqi  dəyişir  və  küləklər 
meydana gəlir).  
Qeyd  olunduğu  kimi,  atmosferin  yaranmasında  suyun 
buxarlanması  və  Günəşin  təsiri  ilə  suyun  kimyəvi  ayrılmaları 
mühüm rol oynaya bilir. Su olmayan yerdə atmosfer də zəif ola 
bilər. (Qeyd:  zəif  atmisfer  elə  Günəşin  quru materiyaya  olan 
təsirindən  də  meydana  gəlir.  Bu  baxımdan  da  birmənalı 
olaraq demək olmaz ki, qəti olaraq digər planetlərdə atmosfer 
yoxdur).  Atmosfer  Yer  Kürəsində  nisbi  bərabər  əsaslarla 
paylanılır. Atmosfer buxardan əmələ gəlir. 2HO Günəş enerjisi 
ilə  reaksiyaya  girir  və  sudan  da  oksigen  və  ondan  da  azot 
ayrılır.  Ehtimal  etmək  olar  ki,  yağış  suyunun  oksigeni  az  ola 
bilər. Buxarlanma sayəsində yüngülləşmiş isti su yuxarı qalxır, 
ondan oksigen bir az ayrılır, qaz halına çevrilir və hidrogenli və 
azotlu su soyuyur və geri qayıdır.  
Atmosferin  əmələ  gəlməsi  prosesləri  Günəş  enerjisinin 
təsiri  ilə  suyun  buxarlanmasından  baş  verə  bilir.  Yağışdan 
sonra  buxarlanma  baş  verir,  torpaqdan  buxarlanma  getdikdə 
havada  azotun  miqdarı  çox  ola  bilər.  Su  üzərində (okeanlarda, 
göllərdə,  dənizlərdə)  Günəşin  təsiri  ilə  azot  arta  bilər.  Günəş 
olmayan  zaman  (qaranlıq  zaman)  dəniz  kənarında  olan  hava 
daha  çox  oksigenli  və  təmiz  olar.  Rütubətli  (nəmli)  hava  isə 
ağır  olur.  Məlumdur  ki,  Günəş  suyu  qızdıranda  onu  buxara 
çevirir. Tərkibində hidrogeni artırır. Suyu parçalayır, hərəkətlər 
sayəsində  su  parçalanır.  Oksigen  daha  çox  hidrogenləşir  və 
digər elementlərlə birləşir. Birləşmədə hidrogenin sayı çoxalır. 
Hərəkət  çoxalır.  Buna  görə  də  belə  təxmin  etmək  olar  ki, 
Günəş batanda hava soyuyur və hidrogeni çox olan hava (buxar 
halı-rütubət  halı,  nəm  və  sıx  hava  halı)  təkrar  olaraq  suya 
çevrilir,  oksigenini  artırır.  Bu  baxımdan  axşamlar  dəniz 
kənarının havasında bir qədər yumşalma meydana gəlir.  
Günəşin  dünya  okeanına  çox  təsir  göstərdiyi  ərazilərdə 
atmosfer  qatı  daha  möhkəm  ola  bilər.  Məsələn,  ekvatorda  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə