Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

130 
 
tropiklərdə atmosfer təbəqəsi daha qalın ola bilər. Qütblərdə isə 
Günəş suyu az buxarlandırdığından atmosfer təbəqəsi nazik ola 
bilər və oksigen az ola bilər. Ozon qatı da nazik ola bilər. 
Belə fərz edək ki, Yer kürəsi indikindən bir qədər Günəşə 
yaxınlaşıb.  Bu  anda  okeanın  suyu  buxara  çevrilər.  Quru 
materiya  əriyər  və  bir  müəyyən  məsafədə  isə  suya  çevrilər. 
Buradan da belə nəticəyə gəlmək olur ki, Yer kürəsi Günəşdən 
uzaqlaşma  prosesindən  müəyyən  m
r  v


131 
 
cazibə qüvvəsi atmosferin son sərhəddində (komosla sərhəddə) 
azalır. Buradan o yana Günəş atmosferi yarada bilmir. Boşluq, 
havasızlıq  mövcud  olur.  (Qeyd:  elm  deyir  ki,  Yerdən  100 
km.uzaqlıqda  yaxın  kosmos  başlayır.  Macar-yahudi  mənşəli 
Amerika  alimi  Teodor  Fon  Karmanın  şərəfinə  adlanan 
karman  xətti  dəniz  səviyyəsindən  100  km.  hündürlükdən 
keçir.  Karman  hesab  edib  ki,  bu  məsafədən  hündürlükdə 
məkan o qədər seyrəkdir ki, aerodinamik aparatlar bu ərazidə 
uça  bilməzlər,  bunun  üçün  kosmik  vasitələrdən  istifadə 
olunmalıdır.  400  km-ə  qədər  olan  məsafə  yaxın  kosmik 
məkan  adlanır.  Atmosferin  ionosfer  qatından  sonra 
maqnitosfer  qatı  başlayır.  Bu  qat  artıq  “yaxın  kosmos”-
kosmik  məkan,  yerətrafı  məkan  adlanır.  “Yaxın  kosmos” 
atmosferin  içindən  hesablanır.  “Yaxın  kosmos”  insanlar 
tərəfindən  öyrənilməyə  başlayıb.  Bu  sahədə ilk raketlər  uçuş 
ediblər  və  süni  peyklərin  hərəkət  trayektoriyası  meydana 
gəlib.  Elm  qeyd  edir  ki,  atmosferlə  planetlərarası  məkanın 
sərhəddi ekzosferdən-Yerin səthindən 700 km.hündürlükdən- 
başlayır  və  1300  km.  hündürlüyə  qədər  davam  edir.  Yerin 
xarici  atmosfer  təbəqəsi  olan  ekzosfer  əsasən  10  min  km. 
hündürlüyə  qədər  və  daha  çox  Yerdən  uzanır.  Burada 
hidrogen elementləri daha çoxdur.  
Bununla  yanaşı,  “uzaq  kosmos” anlayışı da işlənilir. Bu 
artıq  xarici  kosmosdur.  Xarici  kosmosa  da  aparatlar 
göndərilir.  NASA  alimləri  hesab  edirlər  ki,  21  milyon  km.də 
isə  tamamilə  Yer  kürəsinin  cazibə  qüvvəsi  itir.    Yer  küd[(e(r)-1( )-170b)-2(. )-1219-209.88 -13.88 a


132 
 
Cazibə qüvvəsindən məlumdur ki, Yerin atmosferinə daxil 
olan  istənilən  cismi  Yer  özünə  cəzb  etməlidir.  Cəzb  etməmək 
üçün  cismin  kütləsi  gərək  Yerinkindən  çox  olsun.  Əgər  Yer 
kürəsinə, onun cəzbetmə sahəsinə onun kütləsindən böyük olan 
digər bir planet  yaxınlaşarsa, həmin planet Yer kürəsini özünə 
cəzb etmiş olar. Deməli, kəmiyyəti çox olan bərk kütlə vahidi –
daxilində  həm  də  nüvə  olan  təqdirdə-ətrafı  özünə  cəzb  edir. 
Cəzbetmə  nüvənin  mövcudluğundan  meydana  gəlir.  Bu 
baxımdan  Yer  kürəsi  ondan  böyük  olan,  lakin  nüvəyə  malik 
olan planetlər və ulduzlar tərəfindən cəzb oluna bilər.  
Belə  hesab  etmək  olar  ki,  atmosferi  olmayan  planetlər  və 
daha çox kainat tozları ilə rastlaşırlar. Yer Kürəsinin atmosferi 
bu tozları az qəbul edə bilər. Ona görə də güman etmək olar ki, 
daha  çox  başqa  planetlərin  çəkiləri  artmaqda  davam  edir. 
Marsın kütləsi hesab  edək ki, Yer kürəsinin kütləsinə nisbətən 
daha çox artır.  
Yer  Kürəsi  həm  də  ona  görə  öz  oxu  ətrafında  fırlanır  ki, 
Yerin nüvəsi  ilə  Günəş arasında əlaqə  mövcuddur və bu əlaqə 
də Yerin nüvəsinə təsir göstərir. Yerin nüvəsinin ətrafa verdiyi 
temperatur  ilə  Günəşdən  qəbul  edilən  temeperatur  birləşir,  bu 
anda  ümumi  temeperatur  yüksəlir.Yüksələn  hissənin  kütləsi 
digərindən  çox  olur.  Bu da  nəticədə fırlanmaya  gətirib çıxarır. 
Belə  qəbul  etmək  olar  ki,  Yer  kürəsinin  Günəş  ətrafında bir il 
ə
rzində dövr etməsi isə Günəş ətrafında mövcud olan burulğan 
zonaları  ilə  əlaqəlidir.  Həmin  zonada  digər  planetlər  kimi  Yer 
kürəsi  də  Günəş  ətrafında  dövr  edir.  Günəşin  qəbul  etdiyi 
elementlər  və  özündən  buraxdığı  elementlər  planetləri 
müəyyən bir məsafədə-taraz vəziyyətində fırlanaraq saxlayır.  
Bir  daha  qeyd  etmək  yerinə  düşər  ki,  çox  böyük  güman 
ə
sasında  qənaətə  gəlmək  olar  ki,  Yer  Kürəsi  toqquşmadan  da 
yarana  bilər.  Yer  kürəsində  ikinci  bir  planetin  tərikibi  də  ola 
bilər. Başqa bir planetlə toqquşma sayəsində Yer kürəsi dağıla 
bilər və içərisindəki maye tökülə bilər. Həmin maye olan sudan 
da  dünya  okeanı  yarana  bilər.  Dünya  okeanı  toqquşmadan 


133 
 
yaranan  çökək  yerlərdə  peydah  ola  bilər.  Paşqa  planet  Yer 
ə


134 
 
çox  güman  ki,  hidrogen  elementlərinin  bir  qismi  çəkilir. 
Oksigenin  ən  bariz  nümunəsi  maddə  halında  buzdur.  Buz 
genişdir  və  suya  nisbətən  daha  çox  məkanı  əhatə  edir.  Belə 
güman  etmək  olar  ki,  dünya  okeanı  donarsa  okeanın  səthində 
çox hündür buz qalıqları (buz dağları, dağ silsilələri) meydana 
gələr. Buza enerji verməklə (hidrogen əlavə etməklə) buz suya 
çevrilir.  Oksigen  və  hidrogenin  məlum  tarazlığında  su  maye 
halda  olur.  Enerji  çox  olduqda  isə  su  buxarlanır.  Suyun 
buxarlanması  sayəsində  atmosferdə  rütubət  artır.  Rütubət 
havada olan oksigen və hidrogendir, bu ikisinin birləşməsi olan 
nəmlikdir.  Rütubətli  havada  oksigen  azdır.  Çünki  enerji  çox 
olduğundan  sıxlıq  da  çoxdur.  Oksigenin  çoxluğu  hidrogen 
elementləri arasında tarazlığı yaradır. 2 hidrogen atom arasında 
bir oksigen atomunun olması hidrogen atomunun birləşməsinin 
qarşısını  alır.  Çox  güman  ki,  suda  hidrogen  lap  çoxalarsa, 
maddə  qaz  halına  çevriləcək  və  müəyyən  qapalı  şəraitdə  su 
buxarı  çox  olarsa,  həddən  artıq  çox  olarsa,  şiddətli  enerji 
yaranar  və  sonda  partlayışa  gətirər.  (Qeyd:  oksigeni 
hidrogendən tam ayrı düşünmək düz olmaz. Belə təxmin etmək 
olar  ki,  hidrogen  parçalanmış  və  hərəkətini  artıran  oksigen 
hissəciklərindən  və  atomlarından  ibarətdir.  Oksigen  atom 
hissəcikləri arasında tarazlıq yaratmaq üçündür. Oksigen enerji 
hissəcikləri arasında boşluğu saxlamaq üçündür. İqlim tarazlığı 
daha  çox  oksigendən  asılıdır.  Oksigen  digər  elementlərin 
tarazlığını meydana gətirir).  
Oksigen  həm  də  yüngül  elementdir.  Demək olar ki, qaz 
topası  halında  “boşluqdur”,  yumşaqlıqdır.  Məsələn,  atmosfer 
təzyiqi yüksək olarsa, oksigen artarsa, bu zaman genişlənmə də 
çox olar. Oksigenin azlığı havada boşluğun olmasının azlığıdır. 
Ona görə də küləksiz havada adam daha çox sıxılır. Çətin nəfəs 
alır. Çünki aktivlik olur, hidrogen çoxalır. Oksigen çatışmazlığı 
ə
mələ  gəlir.  Oksigen  çoxalanda,  boşluq  çoxalanda,  hidrogen 
elementi  azalanda  və  genişlənəndə,  elementlər  arasındakı 
məsafə  böyüyəndə  insanlar  da  rahat  nəfəs  ala  bilirlər. Deməli, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə