Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   42   43   44   45   46   47   48   49   50

138 
 
Atmosfer  və  su.  Burada  iki  mövqe  ortaya  çıxa  bilər: 
birincisi,  kosmik  fəzadan  atmosferin  yaranması  və  ondan  da 
suyun-dünya  okeanının  meydana  gəlməsi;  ikincisi  isə  sudan 
atmosferin  meydana  gəlməsi.  Bu  barədə  əvvəlcə  də  qeyd 
olunub.  Birinci  məsələdə  Günəşin  və  Yerin  əmələ  gəlməsi 
baxışları  üstünlük  təşkil  edir.  Günəşin  və  Yerin  tarixi  var. 
İ
kinci  məsələdə  isə  belə  qəbul  etmək  olar  ki,  əslində,  başqa 
planetlər  kimi  (indiki  vəziyyətləri  kimi)  Yerdə  də  vaxtilə  su 
olmayıb.  Yer  kürəsi  asteroidlərlə  toqquşub,  dağılıb  və  bunun 
sayəsində  daxilində  olan  su  onun  səthinə  çıxıb,  nəticədə 
atmosfer meydana gəlib. Digər tərəfdən də hesab etmək olar ki, 
Günəşlə  Yer  arasında  hansı  bir  məqamda  tarazlıq  pozulub 
(məsələn,  Yer  kürəsi  bir  qədər  Günəşdən  uzaqlaşıb),  nəticədə 
Yerin  daxili  enerjisi  artıb,  Yeri  partladıb  və  suyunu  bayıra 
çıxarıb  və  nəticədə  atmosfer  meydana  gəlib. (Böyük  ehtimalla 
Yer kürəsi Günəşdən uzaqlaşarsa, ilk anda Yer kürəsinn daxili 
nüvəsi  partlayar.  Bu  prinsiplə  insanları  zil  qaranlıq  yerə 
atmaqla, partlatmaq, yaxud da dondurmaq olar).  
Yerin  üzərində  hava  və  su  demək  olar  ki,  eyni 
tərkibdədirlər.  Okean  dalğası  ilə  külək  demək  olar  ki, 
eynidirlər.  Sadəcə  olaraq  fərq  havada  olan  kütlənin  azlığıdır. 
Okean “sıxlaşmış havadan” ibarətdir. Hava axını az sıxlığı olan 
sudur.  Dalğa  həm  də  ona  görə  əmələ  gəlir  ki,  üzərində  olan 
hava  axını  suyun  səthinə  toxunur,  orada  özünə  məkan  axtarır. 
Məkan axtarmaq suyu itələyir, dalğalandırır.  
Qeyd:  havanı  çoxlu  udmaqla  susuzluğun  qarşısını  almaq 
olar.  Suda-quruda  yaşamaq  hava  və  suyun  eyni  tərkibli,  lakin 
müxtəlif sıxlıqlı olmasından irəli gəlir. 
Qeyd:  okean  həm  də  bərk  kütlənin  maye  halıdır, 
toplumudur.  Deməli,  materiya  ilə,  minerallarla  zəngindir. 
Okean havaya nisbətən minerallarla daha zəngindir. Çünki bərk 
materiya  ilə  qarışmış  formadadır.  Məlumdur  ki,  okeanda, 
dənizlərdə  və  istənilən  təbii  su  hövzələrində  (anbarında) 
dərinləşdikcə,  kütlə  artdıqca,  sıxlıq  da  artır  və  Yerin  cazibə 


139 
 
qüvvəsinin  təsiri  ilə  sıxlaşma  artmı  meydana  gəlir.  Cazibə 
udur. Bu baxımdan da okeanda batan istənilən metal və ya bərk 
forma  dərinə  doğru  udulur.  Belə  güman  etmək  olar  ki,  lap 
dərinliklərdə  batma  okeanın  sıxlaşmasının  artmasına  görə  üst 
hissələrinə nisbətən zəif olur. Su çox sıx olduğundan, tutaq ki, 
bir  gəmi  və  ya  da  hissə  aşağıya  doğru  az  sürətlə  batır.  Dayaz 
yerdə  batma  sürəti  sıxlaşdıqca  azala  bilər.  Okean  dibinə 
aparatla enmək getdikcə çətin olar.  
Kütlənin artması çoxluq hesabına baş verir. Su çoxluğunun 
vertikal  əsası  sıxlığı  yaradır.  Okeanın  dibinə  doğru  getdikcə 
sıxlıq  artdıqca,  belə  hesab  etmək  olar  ki,  həmin  hissələrdə 
suyun  hərəkəti  də  zəifləyir.  Lap  materiya  ilə  sərhədlərdə 
“hərəkətsiz”  qalır.  Okean  dibləri  daha  çox  bərk  materiya 
formasına  yaxınlaşır.  Okean  dibindəki  su  üzə  qalxanda  isə 
yüngülləşir, 
seyrəkləşir. 
Suyun 
dibi 
nisbi 
hərəkətsiz 
vəziyyətində  olan  materiyaya  yaxın  olur.  Su  dərinləşdikcə  -
okeanlarda-dənizlərdə  və  s.-oksigen  tərkibi  də  artır.  Günəş 
ş
üasından uzaqlaşır.  Lakin okean dibində suyun,  - sıx olsa da- 
su  maddəsi  kimi  qalması  suyun  üzərində  olan  hərəkətlə 
ə
laqəlidir. Yəni, Yer kürəsi fırlanır, dalğalar əmələ gəlir, sualtı 
axınlar  əmələ  gəlir  və  nəticədə  suyun  ən  dərin  hissəsi  (1000 
metrdən artıq dərində  yerləşən abissal ərazilər) də sıx formada 
olsa da belə, hərəkətdə olur. Okeanlarda sıxlıq dərəcəsinə görə 
hərəkətlər  də  dərinləşdikcə  zəifləyir,  su  sükunət  halını  alır. 
Lakin  daha  çox  hərəkətsiz  olsa,  yəni  hərəkət  çox  zəifləsə,  su 
formasını  dəyişə  bilər.  Su  dərinləşdikcə  sıxlaşır  və  sərinləşir, 
oksigen  artır.  Bu  məntiqlə  hesab  etmək  olar  ki,  suyun 
dərinliyinə enən aparatın çəkisi ümumən sıxlıq sayəsində artır. 
Aparatın  enməsi  və  qalxması  xüsusi  çətinlikləri  tələb  edir. 
Çünki  aparat  üzərində  su  çəkisi  artır  və  daha  sıxlaşmış  yerə 
düşür. Təbii ki, okean dibinə yaxın ərazilərdə hərəkət –aparatın 
hərəkəti  yuxara  hissələrə  nisbətən  zəif  ola  bilər.  Həm  də  çox 
sıxlaşmadan  aparat  dağıla  bilər.  Su  dibində  olan  aparatın 


140 
 
qalxması  təbii  ki,  getdikcə  asanlaşmalıdır.  Yuxarı  qalxdıqca 
aparatın çəkisi də yüngülləşməlidir.  
Okeanın  dibinə  getdikcə  su  əhatəsi  qaranlıqlaşır.  Buradan 
da  qalınlaşma  başlayır.  Günəş  okean  dibini  işıqlandıra  bilmir. 
Bu  baxımdan  da  orada  yaşayan  canlılar  ya kor ola bilərlər,  ya 
da  iti  görmə  qabiliyyətinə  malik  olaraq,  istənilən  işıq 
elementini  tez  görə  bilərlər.  Okeanın  dibinin  hərəkəti  və  su 
forması  halında  qalması  həm  suüstü  məkanın  hərəkəti  ilə 
bağlıdır,  həm  də  Yerin  nüvəsindən  daxil  olan  enerji  də,  belə 
güman  etmək  olar  ki,  suyun  “buzlaşmasının”,  bərkiməsinin 
qarşısını  alır.  Okean  sularında  dərinləşdikcə  duzluluq  və 
ş
irinlilik nisbətləri də dəyişməyə məruz qalır. Ehtimal edək ki, 
dərinləşdikcə  su  soyuyur,  bu  anda  şirin  su  ehtiyatları  artır. 
Güman ki, okeanın dərinliklərində su üzərinə nisbətən şirindir. 
Okean  dibləri  bərk  materiya  ilə  yumşaq  su  (buna  okeanın  üst 
hissəsinin  suyunu  aid  etmək  olar)  arasında  keçid  formasını  da 
ala  bilər.  Okeanda  su  dərinləşsə,  ehtimal  etmək  olar  ki,  bərk 
materiyaya  çevrilə  bilər.  Sıxlıqdan  yuxarıya  doğru-az  sıxılmış 
su  ehtiyatı  toplanır,  ondan  da  yuxarıda  atmosferin  alt 
təbəqələri-troposfer,  stratosfer  və  s.  meydana  gəlir,  ondan 
yuxarı  isə  seyrəkləşmə  baş  verir.  Deməli,  sıxlıqlar  daha  çox 
bərk materiya ətrafında meydana gəlir. Sıxlıq bərk materiyanın 
cazibəsini  yaradır,  cazibə  də  üzərindəkiləri  sıxlaşdırır,  cəzb 
edir.  Kosmik  məkan-planetlərarası  məkan-  Günəş  olduğuna 
görə,  seyrəkləşir.  Bu  baxımdan  da  dünya  okeanı  atmosferin 
ə
sasıdır,  həm  də  Yer  kürəsinin  işıqlanmasına  yardım edir,  Yer 
kürəsini sərinn saxlayır.  
Yer  kürəsində  dünya  okeanı  duzludur.  Səbəbi:  belə  hesab 
etmək  olar  ki,  su  üzə  çıxanda  yerdəki  faydalı  qazıntılarla, 
metallarla  qarışıb.  Ola  da  bilər  ki,  ilkin  su  qaynar  olub  və 
temperaturun  yüksəkliyi  maddələri  qarışdıra  bilib.  Duzluluq 
bərk materiyaya yaxın bir vəziyyətdir, tərkibdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə