Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   42   43   44   45   46   47   48   49   50

141 
 
Su  materiyada  olan  hidrogen  və  oksigendir.  Suyun 
tərkibində olan komponentlər da ona yumşaqlıq verə bilər. Ona 
görə də maye haldadır. 
Antarktida üzərində hava çox boş ola bilər. Burada oksigen 
aşağıda  çox  ola  bilər.  Ona  görə  də  quruya  nisbətən  buz 
üzərində  yerimə  yüngül  olar. Buz oksigendir. Hava ilə (Günəş 
ş
üası ilə qarışanda) suya çevrilir. 
  
Yer kürəsinin öz oxu ətrafında fırlanması  
 
Yer kürəsinin öz oxu ətrafında fırlanması Günəş şüalarının 
Yer  kürəsinin  kütləsinə  olan  təsirləri  ilə  yanaşı,  həm  də  Yerin 
Günəş  ətrafında  dövr  etməsindən  meydana  gəlir.  Belə  ki,  Yer 
kürəsi  Günəş  ətrafında  dövr  etdikcə  dövretmə  sayəsində  Yer 
kürəsinin sürəti və sürət istiqaməti Yür kürəsini əks istiqamətdə 
öz oxu ətrafında dövr etdirir. Sürətlə Günəş ətrafında dövr edən 
Yer kürəsi  kosmik  fəzaya  sürtünür,  sürtünmə sayəsində qüvvə 
meydana  gəlir,  bu  qüvvə  əks  olaraq  Yer  kürəsinin  öz  oxu 
ə
trafında  fırlanmasına  səbəb  olur.  Yer  kürəsinin  öz  oxu 
ə
trafında  dövr  etməsi  Yer  kürəsinin  Günəş  ətrafında 
sürütnməsindən  meydana  gələn  itələmə  qüvvəsindən  yaranır. 
Burada sürtünmələr bir-birini əksə doğru itələyir.  
Yer  kürəsinin  öz  oxu  ətrafında  fırlanması  atmosferi 
saxlayır. Atmosferə okeanlardan qida verir. Okeanları hərəkətə 
gətirir, küləklər yaranır. Gecələr soyuma proseslərinə təsir edir. 
Belə  qəbul  etmək  olar  ki,  okeanlar  və  atmosfer  Yer  kürəsinin 
cazibə  qüvvəsinin  tarazlı  əsaslarla  paylanmasında  mühüm  rol 
oynayır.  Burada  vahidlik  elə  cazibə  qüvvəsinin  ümumi 
sistemliliyini  saxlayır.  Yer  kürəsinin  öz  oxu  ətrafında 
fırlanması  istiliyi  soyuqla,  soyuğu  da  istiliklə  əvəzləyir.  Belə 
ki,  gecə  ilə  gündüzün  meydana  gəlməsi  ümumi  atmosfer 
tarazlığını təmin edir.  
Yer öz oxu ətrafında fırlanmazsa, Yerin kürə şəkilli olması 
nəticəsində  bir  tərəfdə  daima  qaranlıq,  digər  tərəfdə  isə  daima 


142 
 
işıqlıq  olardı.  Bu  halda  atmosfer  indiki  kimi  olmazdı.  İşıqlı 
yerlərdə  həddən  artıq  istilik  və  quraqlıq,  qaranlıq  yerlərdə  isə 
çox  güman  ki,  buzluluq  (buzlaqlıq),  ya  da  buzlaqsız  lap  aşağı 
temeperatur  olardı.  Yer  kürəsinin  isə  bütövlüyündən  söhbət 
gedə  bilməzdi.  Planet  yalnız  qaz  halında  ola  bilərdi.  Yerin  öz 
oxu ətrafında fırlanması, eləcə də fəsillərin əməl gəlməsi sanki, 
Yer  kürəsi  üçün  ümumi  bir  termostat  (termostat  havanı  eyni 
temperaturda saxlayan cihaza deyilir) rolunu oynayır, atmosfer 
həm qızır, həm də soyuyur. (Qeyd: qızma və soyuma enerjinin 
aktivliyi  və  deaktivliyidir.  Aktivliyin  yüksək  həddi  alovun 
yüksəlməsidir.  Onun  da  ən  son  həddi  alovsuzluqdur.  Bu 
baxımdan  da  Yer  kürəsinin  yanmasının  ən  yüksək  həddi 
alovsuzluğa,  tükənməyə  aparıb  çıxara  bilər.  Bu  məsələdə 
Günəşin “sönməsi” fikirinə gəlib çata bilirik. Günəşdən gələn 
işıq  enerjisi  istilik  enerjisinə  çevrilir.  Yəni,  sürəti  azalır. 
Günəşdən  çıxan  enerji  axını  daha  parıltılı  olur;  çünki 
sürətlidir.  Kosmik  fəzada  isə  parıltı  azalır.  Bu  baxımdan  da 
işıq  enerjisi  istilik  enerjisinin  müəyyən  sürətli  həddidir). 
Qarşılıqlı  vəziyyətlərdə  isə  tarazlıq  əmələ  gəlir.  Yer  kürəsi 
fırlandıqca  hesab  etmək  olar  ki,  atmosferdə  cərəyanları  da 
meydana  gətirir.  Yerin  fırlanması  onun  maqnit  axınına  (Yer 
kürəsinin  maqnitosferi  təbii  ki,  ümumi  kütlədən  və  onun 
fırlanması  sayəsində  meydana  gələn  təsir  qüvvəsindən 
formalaşan bir sistemli hərəkət sferası rolunu oynayır. Maqnit 
təbəqəsini  həm  də  Yerin  nüvəsi  və  onun  digər  planetlərlə  və 
Günəşlə qarşılıqlı əlaqələri də təmin edir) səbəb olur ki, bu da 
nəticədə  atmofer  təzyiqində  dəyişikliyi  yaradır.  Maqnitosfer  – 
elm  yazır  ki,  atmosferin  xarici  qatındadır  və  Yer  kürəsini 
Günəş  şüalarının  təsirindən  qoruyur-  əks  təsir,  yəni,  Yer 
kürəsinin  ətrafa  olan  əks  təsiri  sahəsidir.  Maqnitosfer 
cazibədən, 
ümumi 
kütlənin 
hərəkətindən 
və 
daxili 
elementlərdən meydana gələn bir özünümüdafiə sahəsidir. Belə 
hesab  etmək  olar  ki,  Yer  kürəsinin  atmosferinin  maqnitosfer 
sahəsi  onun  həm  də  daxili  bütövünün  ümumi  qoruyucu 


143 
 
qüvvəsindən  meydana  gəlir.  Maqnitosfer  Günəş  enerjisindən 
də  qidalanır  və  Günəşin  cazibə  və  itələmə  qüvvəsi  sahələri 
arasında aralıq bir yer tutur.  
 Yer  kürəsinin  öz  oxu  ətrafında  fırlanması  və  onun 
nəticələri.  Günəş  şüası  elementlər zərrəciklərinin axınlarından 
ibarətdir.  Günəş  şüası  həm  kosmik  fəzadan,  həm  də  Yerin 
atmosferindən  (onun  təbəqələrindən)  keçir  və  Yer  kürəsinin 
materiyn 


144 
 
tərəfindən hiss oluna bilmir. Dəyişmə olur; çünki Yer kürəsi bir 
tərəfdən  Günəşdən  enerji  alır,  Günəşə  enerji  ötürür,  digər 
tərəfdən  başqa  planetlərlə  paralel  enerji  mübadiləsini  həyata 
keçirir.  Belə  hesab  etmək  olar  ki,  Yer  kürəsinin  Günəşdən 
qaranlıqlaşan hissəsinin çəkisi işıqlı hissəsinin çəkisindən fərqli 
olur. Yer kürəsi sutka ərzində öz çəkisini artırıb-azaldır. Lakin 
bu  ümumi  çəkisinə  təsir  etmir.  Onun  hissələri-qaranlıq  və 
gündüz  hissələri-arasında  nisbət  dəyişir,  hissələrdə  kütlə  fərqi 
yaranır.  Yer  kürəsinin  öz  oxu  ətrafında  fırlanmasına  Günəşin 
ş
aquli  və  üfüqi  düşən  şüaları  təsir  göstərir.  Günəş  düşən 
hissələrlər  qaranlqılaşan  hissələr  arasında  (meridianlar  üzrə) 
kütlə  fərqi  yaranır.  Fəzada  hərəkət  Yer  kürəsinin  gecə-gündüz 
çəki nisbətindən meydana gəlir. Yer kürəsinin öz oxu ətrafında 
fırlanması  sayəsində  okeanların,  dənizlərin  atmosferlə  nisbəti 
tarazlanır.  Atmosferin  Yer  kürəsi  üzrə  nisbətən  taraz  qaydada 
paylanılması  prosesləri  baş  verir.  Gecə-gündüz  əsasən 
atmosferin  nisbətən  tarazlı  formalaşmasına  təsirlərini  edir. 
Gecə-gündüz hadisələri  Yerin  cazibə  qüvvəsini tarazlayır. Yer 
kürəsinin  fırlanması  dünya  okeanının  dağılmasının  qarşısını 
alır.  Eyni  zamanda  atmosferin  (hava  axınının)  tarazlı  axın 
etməsinin əsaslarını yaradır.  
Yer  kürəsi  əgər  öz  oxu  ətrafında  fırlanmazsa,  onda 
ümumiyyətlə  Yer  kürəsinin  mövcudluğundan  söhbət  gedə 
bilməz.  Təsəvvür  edək  ki,  Yer  kürəsi  öz  oxu  ətrafında 
fırlanmır. İndiki kimi bir forması mövcuddur. Günəş şüasını da 
qəbul edir. Nəticələri necə ola bilər: 
-Yer  kürəsi  Günəş  şüasının  ardıcıl  düşməsindən  öz 
kütləsinin  tamamilə  dəyişər,  Yer  kürəsi  şişər  və  partlayar, 
yalnız zəif əlaqədə olan qaz halında olar; 
-Yer  kürəsinə  ardıcıl  düşən  Günəş  şüası  dünya  okeanını 
buxara çevirər, planetin atmosferini məhv edər
-Yerin bərk materiyası isə tamamilə əriyər; 
-Yerin daxili nüvəsi üzünə çıxar və partlayar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə