Microsoft Word dusguncelerim II hiss?doc


güzgü  funksiyasını  yerinə  yetirir)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   ...   50

17 
 
güzgü  funksiyasını  yerinə  yetirir).  Müəyyən  obyektin 
ə
lamətləri  siqnallarla  informasiya  şəkilində  (duyğu  orqanları 
vasitəsilə)  beyinə  qəbul  olunur,  düşüncələr  meydana  gəlir. 
Düşüncələr 
bu 
baxımdan 
siqnallardır 
və 
dəyərlərdir. 
Düçüncələr  siqnalların  ardıcıl  qəbulundan  meydana  gələn  bir 
prosesdir.  Siqnallar  emal  edilir,  sintez  olunur  və  nəticələrə 
gəlinir.  
Düşüncələr varlığın əsasını əks etdirəndir. Düşüncə (ardıcıl 
fikirlər  toplusu)  özü  də  bir  varlıqdır,  mücərrəd  varlıqdır. 
Düşüncələr məkan baxımından özünə müxtəlif siqnalları qəbul 
edir.  Uzaq  məkandan  qəbul  edilən  siqnallar  bir  qədər  qeyri-
müəyyən  olmaqla  yanaşı,  həm  də  informasiya  daşıyıcılarıdır. 
Uzaq məkandan qəbul olunan siqnallar özləri ilə uzaq məkanın 
ə
lamətlərini  daşıyırlar.  Məsələn,  kainat  haqqında,  insanların 
özlərindən  uzaq  olan  məkanlardakı  obyektlər  haqqında,  gözlə 
görünə  bilməyən  şeylər  haqqında  beyin  müxtəlif,  həm  də 
müəyyən  həcmdə  (az  və  ya  bir  qədər  ondan  çox)  siqnallar 
qəbul edə bilər.  Bu baxımdan da beyinə qəbul edilən siqnallar 
uzaqda  yerləşən  obyektlər  haqqında  müəyyən  əlamətləri  verə 
bilər.  Həm  də  ona  görə  ki,  insanlar  kainatın  tərkibidirlər  və 
kainat  elementlərini  özlərində  cəmləşdiriblər.  Bütün  siqnallar 
da  kainat  daxilindəki  varlıqları  əks  etdirir.  Buna  görə  də 
insanlar  uzaqda  yerləşən  obyektlər  haqqında  müəyyən  qədər 
məlumatlı  ola  bilərlər.  Uzaq  məkan  olduğu  məkanda  qalır. 
Lakin informasiya qəbul edənlər ondan uzaqda olur. Yaxud da 
məkan  informasiya  qəbul  edəndən  uzaqlaşır.  (Hərəkətlər 
ə
snasında  perisentr  və  aposentr  müəyyən  obyektlərin 
siqnallarının  yaxınlaşmasını  və  uzaqlaşmasını  əks  etdirir). 
Müəyyən  məkanda  olan  şeylərin  siqnalları  var  və  dalğalarla 
səpələnir.  Səpələnmə  arealına  yaxın  getdikcə  beyin  də 
siqnalları  öz  duyğu  orqanları  ilə  qəbul  edir.  Bu  səpələnmə 
arealını  da  ətrafla  əlaqəli  olan  sistemlilik  təşkil  edir.  Deməli, 
sistemin  tərkibində  olan  bütün  material-maddi  aləm  bir-birinə 


18 
 
siqnallar  ötürürlər.  Siqnallardan  da  belə  güman  etmək  olar  ki, 
kainatın makro və mikro yaddaşı meydana gəlir.  
Kainat  həm  də  elementlərin  (tərkib  zərrəciklərin,  insanlar 
üçün  ən  kiçik  bölünənlərin)  axınlarından  meydana  gələn 
siqnallardan  ibarət  olan  sonsuz  “bütövdür”.  Kainatın  tərkibi 
bərk  və  yüngül  elementlərdən  təşkil  olunur.  Belə  qəbul  etmək 
olar  ki,  bərk  elementlər  əslində  yüngül  elementlərin  kəmiyyət 
artımı baxımından çox sıxlaşmış formasıdır. Yüngül elementlər 
çox sıxlaşanda müəyyən məkan çərçivəsində bərkimə meydana 
gəlir.  Həddən  artıq  bərkimə  aralanmağa,  partlayışa  səbəb  ola 
bilər.  Bərkimə  kəmiyyəti-  çəkini,  kütləni  artırır.  Kütlə  artanda 
qüvvə  də  artır.  Qüvvə  artanda  enerji də  artır.  Bu  baxımdan da 
hesab  etmək  olar  ki,  bərk  elementlər,  məsələn,  bərk  planetlər 
daha  da  güclü  qüvvəyə  malikdirlər,  onlar  özlərində  enerji 
cəmləşdiriblər. Cazibə qüvvəsi müəyyən bir mərkəzləşmə üzrə 
elementləri  sıx  şəkildə  özündə  saxlayır.  Cazibə  qüvvəsi 
olmasa,  həmin  elementlər  dağıla  bilər.  Bu  məntiqlə  hesab 
etmək  olar  ki,  Günəşin,  planetlərin  cazibə  qüvvələri  vardır. 
Məsələn,  Yer  kürəsinin  səthi  onun  mərkəzinə  doğru 
sıxlaşmış  formadadır.  Planetin  daxili  və  xarici  materiya 
aləmi  bir-birinə  siqnallar  ötürməklə  məşğuldur.  Bu 
siqnallar  tarazlı  olaraq  həyata  keçir.  Yerin  daxilindən 
səthinə  və  əksinə  doğru  siqnal  mübadilələri,  dövriyyəsi 
prosesləri baş verir. Cazibə qüvvəsi-mərkəzə sıxlaşma həm 
də  itələmə  ilə  əvəzlənir  və  tarazlanır.  Çox  böyük  ehtimalla 
hesab etmək olar ki, Yer kürəsi tam sabit formada qalmır. 
Sıxılır  və  açılır.  Cazibə  sayəsində  məkan  çatışmazlığı  baş 
verir, sonra isə əksinə proseslər davam edir. Ehtimal etmək 
olar  ki,  sıxılma  və  açılma  gecə-gündüz  əvəzləməsində 
meydana  gəlir.  Kütlə  dəyişəndə  həm  də  Yer  kürəsi  öz  oxu 
ə
trafında  fırlanır.  Daxilə  siqnalların  ötürülməsi  Yer  ilə 
Günəşin  və  digər  planetlərin  əlaqəsini  təmin  edir.  Açılma 
isə  daxil  haqqında  məlumatları  səthə  gətirir.  Bu  prinsip 
etibarilə  hesab  etmək  olar  ki,  Yerin  daxilində  baş  verən 


19 
 
geoloji  dəyişikliklər  haqqında  onun  səthində  məlumat  əldə 
etmək  olar.  Zəlzələlər  barəsində  əvvəlcədən  məlumatların 
alınması xarici aləmin dəyişməsinə görə mümkün ola bilər. 
Çox  böyük  ehtimalla  hesab  etmək  olar  ki,  zəlzələlər  daha 
çox  enerjinin  alınıb-buraxılması  anlarında,  həm  də 
istiliklərin  daha  çox  olduğu  yerlərdə  (nüvə  ilə  Günəşin 
təmasda çox olduğu yerlərdə) ola bilər.  
Kainat  daxilən  müqayisəli  bütövlüklərdən  ibarət  olan  şərti 
bütövdür.  Burada  bütöv  sözü  də  mütləq  olmaqla  yanaşı, 
nisbidir.  Çünki  kainatın  tam  mənada  (son  olaraq)  sərhədləri 
olmadığından  (qalaktikalar  bir-birini  əvəzlədiyindən)  kainat 
bütövünü  (vahidini)  də  müəyyən  etmək  çətindir.  “Son 
sərhədlər”  yoxdur.  “Vahidlik”  başqa  bütövə  nisbətən  adlanan 
bir  ifadədir.  (Məsələn,  birləşmədə  1+1=1;  10+1=1  alınır. 
Burada iki ədədin birləşməsindən bir bütöv alınır, 10 ədəd 
vahid  birləşəndə  də  bir  ədəd  vahid  alınır.  Lakin  kəmiyyət 
başqa  olur.  1+1=1=2;  10+1=11=1)  Bu  baxımdan  da  hesab 
etmək  olar  ki,  insanın  beyni  nizamlı  olaraq  elə  bütövlükləri 
(vahidlikləri)  qəbul  etməklə  məşğuldur.  Vahidliklər  azalanda 
və  artanda  məkan  dəyişmələri  meydana  gəlir.  Beynin  özü  də 
bütövlüklərdən  ibarət  olan  bir  bütövdür.  Bu  da  beyinin  ətraf 
aləmlə  təmaslarının  əsaslarını  təşkil  edir.  Beyinin  ətraf  aləmlə 
ayrılmaz  olduğunu  sübuta  yetirir.  Beyinin  daxili  hərəkət 
vəziyyətindədir  və  xarici  ilə  təmasdadır.  Beyin  siqnalları 
özündə  bütövləşdirir,  emal  edir  və  hissə-hissə  buraxır.  Bu 
hissələr  də  əslində  bütövlərdən  ibarətdir. Deməli, hər bir  hissə 
elə  bütövdür,  bütöv  də  hissədir,  tərkibdir.  (Məsələn,  20-
2=18=1;  2=1;  20-20=1  və  s.)  Bütövü  və  tərkibi  əsasən 
sistemlilik  ayrıd  edir.  Hər  bir  sistem  vahiddir,  vahidlər 
toplusundan meydana gələndir. (Məsələn, 100=1=1+20+19+60 
və s.) 
Bütövlüklər  şərtindən  çıxış  edərək  hesab  etmək  olar  ki, 
planetlər  öz-özlüklərində  bütövdürlər,  peyklər  bütövdurlər, 
asteroidlər  və  kometalar  bütövdürlər,  Günəş  sistemi  və  onun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə