Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

23 
 
bilməz.  Bu  baxımdan  da  siqnallar  da  eyni  dərəcədə  səpələnə 
bilməz.  Həm  də  gecə  və  gündüzün  yaranması,  eyni  dərəcədə 
Yer kürəsinin enerji qəbul etməməsi məhz siqnalların müxtəlif 
kəmiyyətlərinin  əsaslarını  təşkil  edir.  Bu  baxımdan  da 
insanların  daxilləri  ilə  xarici  təmaslarının  xüsusiyyətləri  və 
vəhdəti insanların hərəkət etdikləri hər bir məqamda qismən də 
olsa,  dəyişikliyə  məruz  qalır.  Hər  bir  məkanın  öz 
xüsusiyyətləri, hər bir məkanın öz zamanı vardır; çünki hər bir 
elementin  və  zərrəciklər  toplusunun  öz  sürəti  mövcuddur. 
İ
nsanlar  bu  baxımdan  müxtəlif  məkanlarda  dəyişən  (çəki 
baxımından),  xassələrini  dəyişən  məxluqlardır.  İnsan  xarakteri 
məkana,  zamana  münasib  olaraq  dəyişə  bilir.  İnsan  hər  anda 
dəyişən  qüvvə  təsirinə  məruz  qalır;  çünki  hər  məkanda  öz 
payına düşən siqnallarını qəbul edir. Gecə “başqa”, gündüz isə 
“başqa”  (burada  kəmiyyət  baxımından  bir  qədər  fərqli) 
siqnalları  qəbul  edir.  Gecə  və  gündüz  siqnallar  öz  çəkilərinə 
görə  fərqlənir.  Çünki  sürət  başqa  olur,  tətbiq  olunan  qüvvə 
kəmiyyəti  də  başqa  olur.  Gecənin  məkanı  bir  kəmiyyətdə, 
gündüzün  məkanı  isə  başqa  bir  kəmiyyətdə  olur.  Gecə  və 
gündüz zamanı insanlar üçün fərqli təsirləri bağışlayır. Gecə və 
gündüz zamanı insanlar ətrafla fərqli təmasda olurlar. Gecənin 
siqnalı  başqa  gündüzün  isə  bir  başqa  olur.  Burada  fərq  əsasən 
təbiətin  özündən,  həm  də  Günəşdən  meydana  gəlir.  Gecənin 
gündüzlə  əvəzlənməsi,  səhərin  axşamla  əvəzlənməsi  məhz 
siqnalların  və  xarakterlərin  müəyyən  qədər  dəyişmələrinə 
gətirib  çıxarır.  Bu  baxımdan  da insanlar  sutka  ərzində dəyişən 
xarakterlərə malik olurlar. Dəyişmə insanların orqanizmlərinin 
ümumi çəkilərini də sutka ərzində dəyişir.  
Yer  üzərində  canlıların  müxtəlifliyi  də  siqnalların 
müxtəlifliyindən (təbiətin məkanından və fərqli enerjidən) irəli 
gələrək  mövcuddur.  Ulu  Tanrı  məhz  nizamın  əsası  və  özü 
olaraq  kainatın  tərkibində  müxtəlif  canlıları  yaradıbdır. 
Kainatın  tərkibi  müxtəlif  olduğundan  canlıları  da  müxtəlifdir. 
Lakin  başlanğıcları  eynidir.  Bu  baxımdan  da  bütün  canlı  aləm 


24 
 
eyni 
başlanğıcda 
başlayır, 
sonda 
isə 
müxtəlif 
olur. 
Rəngarəngliyin  başlanğıcı  vahiddir,  demək  olar  ki,  sonu  da 
vahiddir.  Yəni  doğulma  və  ölüm  bütün  canlılara  məxsusdur. 
(Qeyd: Ulu  Tanrı  məkansızdır, yəni  bütün məkanların özüdür, 
əbədidir, 
bütün 
nizamın 
özüdür. 
Nizam 
müxtəlif 
bərabərsizliklərin bərabəridir. Deməli, Ulu Tanrı vahiddir. Ulu 
Tanrı  –  nizamdır,  nizam  –  bütövdür,  nizam  –  sistemdir, 
bərabərlik  –  nizamdır,  saflıq  bərabərlikdir,  təmizlik,  paklıq 
bərabərlikdir,  şəffaflıqdır.  Deməli,  Ulu  Tanrı  safdır.  Kainat 
safdır.  Nizamın  pozulması  və  təbiətə,  insanlara  qarşı  getmək 
cəza  ilə  nəticələnir.  Çünki  Allaha  qarşı  getmək,  nizama  qarşı 
getmək deməkdir).  
“Bütöv”  (tam  mənada  sərhədlərsiz  bütöv)  içərisində  “hər 
ş
ey  hər  şey  üçündür”  fikrindən  (prinsipindən)  irəli  gələrək 
hesab etmək olar ki, element (həm də onun tərkib hissəcikləri) 
element üçündür. Element öz varlığını tərkib kimi (komponent 
olaraq) sistemdə, qarşılıqlı vəhdət strukturunda görür. Kainatın 
sonu  olmadığından  (kainat  bu  baxımdan  “məkansızdır”) 
sistemlərin  də  sərhədləri  mütləq  və  nsibidir,  bu  nöqteyi-
nəzərdən də kainat özü elə sonsuzdur. Kainatın kənar sərhədləri 
yoxdur.  Element  məkan  və  zaman  ünsürüdürsə  (elementin 
hərəkəti  zamanın  əlamətidir,  zamanı  meydana  gətirəndir,  özü 
isə məkanın əlamətidir), deməli, məkan-məkan üçün, zaman da 
zaman  üçündür.  (Qeyd:  element,  yəni  varlığın  özü  isə  hər 
ikisinin əsasıdır.  Elementin  sürəti  qüvvənin  əsasıdır. Birləşmiş 
element qüvvənin çoxluğunu meydana gətirir. Məkan qüvvənin 
və bu qüvvəni yaradan elementin hərəkətinin əsasıdır. Hərəkət 
və  sükunət  nisbidirlər.  Daxili  məzmun  və  forma  etibarilə  hər 
şey hərəkətdədir. Lakin hərəkətlərin tərzləri vardır və kəmiyyət 
müxtəliflikləri mövcuddur. Bununla yanaşı, qeyd etmək olar ki, 
kainat  materiyalarının  özləri  də  elementlərin  bir-birilərinə 
çevrilmələrindən  meydana  gəlir.  Bu  çevrilmə  prosesləri  də 
elementlərin  hərəkətləri  ilə  əlaqəlidir.  Təbiətdə  çevrilmə 
halları  vardır:  bərkimə,  ərimə,  qazlara  çevrilmə,  çürümə. 


25 
 
Dadların  və  iyilərin  dəyişməsi  də  bu  proseslərin  nəticələridir. 
Enerji  tətbiqi  və  azalması  sayəsində  elementlər  bərkiyir, 
yumşalır  və  qaz  halına  keçir.  Bu  proseslər  sayəsində 
elementlər bir-birilərinə çevrilirlər. Çevrilmələrdən təkrarların 
əmələ gəlməsi ehtimalı mövcud olur. Bütün təbii keçmə, forma 
dəyişmə,  məzmun  dəyişmə  prosesinin  başında  Günəş  (ulduz) 
enerjisi (nisbətən aktiv) dayanır. Enerjinin tətbiq olunması həm 
bərkidir,  həm  yumşaldır,  maye  halına  çevirir,  həm  də  qaz 
halına  çevirir.  Enerjinin  azalması  da  bərkidir,  sonra  dağıdır. 
Çevrilmələrin  əsasları  Günəş  enerjisinin  artıb-azalması  və 
daimi  tətbiq  olunması  sayəsində  meydana  gəlir.  Məsələn, 
Günəş  enerjisi  həm  tətbiq  olunduqca  maddi-material  aləmin 
sonunu  yaxınlaşdırır.  Məsələn,  elə  Günəş  tətbiqi  sayəsində 
canlı  aləmin  məhv  olunmasını  buna  misal  gətirmək  olar. 
Burada  ardıcıl  enerji  qocalma  və  ölümlə  nəticələnir.  Torpağa 
basdırılan  canlılar  da  enerji  tətbiqi  sayəsində  çürüyürlər. 
Çürümə  öz-özlüyündə  çürüyən  üçün  zamanın  dəyişməsi 
prosesidir.  Çürümə  mövcud  materiyanın  enerjiyə  çevrilməsi 
prosesidir.  Meyvələr  Günəş  enerjisində  müəyyən  müddətdən 
sonra  məhv  olur,  çürüyür.  Bərkimə  prosesi  və  maye  halına 
keçmə  Günəşi  enerjisi  ilə  də  mümkündür.  Günəş  enerjisi  ona 
görə  bərkidir  ki,  tərkibini  dağıdır,  ondan  enerjini  götürür. 
Yaxud  da  enerji  verir  və  əsasını  tükəndirir.  Belə  hesab  etmək 
olar ki, çürümə -maye  və nisbətən maye birləşməsindən ibarət 
olan  bərk-canlı  aləmin  qaz  halına  tədricən  çevrilməsini  əks 
etdirən  bir  prosesdir.  Bu  baxımdan  da  çürüyən  şeylərdən  iyi 
gəlir.  İyi  onu  göstərir  ki,  materiya  aləmi  çürüyür,  forma 
dəyişilir  və  qaz  halına  çevrilir.  Bu  baxımdan  da  hesab  etmək 
olar  ki,  insanlar  və  digər  canlılar  çürüyürlər,  qaz  halına 
keçirlər  və  torpağa  və  atmosferə  qatılırlar.  Deməli,  heç  nə 
makro  aləmdə  itmir,  sadəcə  olaraq  formalar  dəyişir.  Çürümə 
sayəsində  tərkib  elementlər  yüngülləşir,  maddəni tərk edir. Bu 
yüngül elementlər də ətrafa yayılır və qaza çevrilir. Elementlər 
ətraf  atmosferə  yüngül  olaraq  yayılırlar.  Çürümə  həm  Günəş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə