Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.

səhifə9/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

26 
 
enerjisinin  artmasında,  həm  də  azalmasında  meydana  gəlir. 
Belə hesab etmək olar ki, şirin tərkibli maddələr daha da tez öz 
formasını  dəyişirlər.  Bu  maddələrdə  enerji  çox  olur.  Enerji 
artdıqca  çürümə  də  artır.  Şirin  şeylər  turşumağa  başlayır. 
Turşuma  məhz  enerjinin  azalması,  daha  doğrusu  enerjinin 
itməsi  və  formanın  dəyişilməsi  prosesidir.  Çürümə  elə  bir 
prosesdir  ki,  bu  zaman  əsasən  bərk-canlı  aləm  qaz  halına 
çevrilir,  nəticə  etibarilə  əvvəlki  formasını  itirir,  “yoxa  çıxır”. 
Çevrilmiş  maddədən  ətrafa  iyi  yayılır.  İyi  vermək  tərkibini 
itirmək  deməkdir.  Qazların  alınması  üçün  çürüyən  canlı 
aləmdən,  məsələn,  ağaclardan  və  digər  canlılardan  istifadə 
etmək  olar.  Çürümə  bir  prosesdir  və  bu  zaman  bərkləşmiş 
materiyalar  tədricən  öz  məkanlarında  olan  birləşmiş 
quruluşlarını,  formalarını  itirirlər  və  çürümə  başlayır.  Şirin, 
turş, acı kimi tamların meydana gəlməsi –burada bir maddənin 
tamlarının  dəyişməsi-şirinin  turşuması,  qıcqırması  elə  çürümə 
prosesinin  tərkibidir.  Burada  Günəş  enerjisinin  ardıcıl  tətbiqi 
şirin  tamın  formasını  dağıdır.  Onu  çürüdür,  turşuluğu  artırır. 
Bu  çürümə  prosesindən  qaz  alına  bilir.  Tamların  (dadların) 
bir-birini  əvəzləməsi  də  enerjinin  artması  və  azalması  ilə 
əlaqəlidir.  Tamların,  dadların  dəyişməsi  enerjinin  artması  və 
itməsi ilə əlaqəlidir.  
Maddənin  qaz  halı,  məlumdur  ki,  bərk  materiyanın  və 
mayenin  çevrilmiş  formasıdır.  Tərkib  isə  baza  olaraq  eyni 
elementlərdən-çevrilmiş elementlərdən ibarətdir. Bu prinsip və 
qanunauyğunluğa  müvafiq  olaraq,  böyük  ehtimalla  hesab 
etmək  olar  ki,  sudan,  Günəş  enerjisindən,  canlı  və  “canısız” 
aləmdən enerji tətbiqi sayəsində və enerji azaltmağı sayəsində 
yanan qaz (məsələn, məişətdə istifadə olunan qaz) almaq olar. 
Planetin özü- onun atmosferi, suyu və bək hissəsi çevrilmələrlə 
məişət  qazına  keçə  bilər.  Burada  enerjinin  ardıcıl  tətbiqi, 
enerjinin azaldılması və s. rol oynayar. Məsələn, ehtimalla belə 
qərara  gəlmək  olar  ki,  müəyyən  qədər  çəkisi  olan  bərk 
materiyadan 
enerjini 
xüsusi 
laborator 
şəraitdə 


27 
 
uzaqlaşdırmaqla,  soyutmaqla,  çürütməklə  onu  qaz  halına 
çevirmək  olar.  Lakin  böyük  ehtimalla  bu  qazın  temperaturu 
aşağı  olacaqdır.  Enerji  tətbiqinin artmasından alınan qaz isti, 
enerjinin  azaldılmasından  olan  qaz  isə  soyuq  halda  olmalıdır. 
Bu baxımdan da Günəşə yaxın olan qazla, Günəşdən uzaq olan 
qazın  eyni  xassəsləri  ola  bilməz.  Planetlər  və  onların 
atmosferləri də fərqlidir.  
Eləcə  də  suyu  iyiləndirməklə,  qapalı  şəraitdə  saxlamaqla 
uzun  nəticə  etibarilə  qaz  əldə  etmək  olar.  Suyun  da  uzun 
müddətdən  sonra  çürüməsi  prosesi  başlaya  bilər.  Su  iki  halda 
qaz halına çevrilər. Birincisi, məlumdur ki, qaynadaraq buxara 
çevirməklə,  ikincisi  isə  soyutmaqla,  bərk  halına  çevirməklə. 
Böyük  ehtimalla  hesab  edə  bilərik  ki,  dünyada  ən  çox  qaz 
ehtiyatları  meşəli  ərazilərdədir,  ekvatorial  və  subekvatorial 
ərazilərdədir.  Çünki  burada  Günəş  enerjisi,  rütubətlilik 
çoxdur.  Günəş  enerjisinin  planetlərin  həmin  hissəsinə  olan 
şaquli düşməsi ehtimal ki, planetlərin təkində qazın çoxalması 
üçün  şərait  yarada  bilər.  Bununla  yanaşı,  belə  qəbul  etmək 
olar ki, ən çox enerji ehtiyatları Yerin ekvatorial daxilindədir; -
şimal  –qabarıq  hissəsindədir.  Yerin  daxili  nüvəsi  mərkəzdə 
toplandığından  enerji  də  daha  çox  mərkəzdədir.  Enerji  daha 
çox  zəlzələ-vulkanik  ərazilərdədir.  Vulkanları  və  zəlzələləri  də 
elə enerji yaradır. Ekvatorial zonalarda okeanların təkində də 
qaz çox ola bilər. Xüsusilə, dayaz yerlərdə qaz kütləsi daha çox 
ola  bilər.  Yerin  mərkəzində  nüvə  toplanıb.  Nüvə  hansı  tərəfə 
toplanıbsa,  orada  qaz  daha  da  çox  olmalıdır.  Buzlaqların 
altında olan qazla ekvatorial və digər ərazilərdə olan qazın da 
forması  və  tərkibi  müxtəlif  ola  bilər).  Şərti  qaydada  bir 
elementin  zamanı  digər  elementin  zamanını  meydana  gətirir. 
Bu,  hərəkət  sayəsində  qarşılıqlı  təsirlərdə  baş  verir.  Məsələn, 
belə güman etmək olar ki, Günəşdə bir elementin zamanı başa 
çatır, 
digərininki 
isə 
başlayır. 
Zamanlararası 
zəncirli 
trayektoriya  formalaşır.  Hərəkət  zənciri  (hərəkət  müstəvisi), 
məkan  zənciri  (məkan  müstəvisi)  ümumi  sistemin  məkanını 


28 
 
və  zamanını  meydana  gətirir.  Zamanın  kəmiyyəti  məkanın 
kəmiyyətində  (dəyişən  məkanın  kəmiyyətində)  və  ona  tətbiq 
olunan qüvvədə öz əksini tapır. Qüvvə zamanı artırır, elementi 
isə  yeni  formaya  və  tərkibə  çevirir.  Məsələn,  alov  başqa 
materiyaya  təsirdə  həmin  materiyanın  formasını  dəyişir, 
tərkibini  dəyişir.  Tərkib  və  forma  dəyişmələri  əslində  elə 
məzmun dəyişmələridir. Deməli, enerji əslində yeni tərkiblərin 
və  formanın  meydana  gəlməsi  üçündür.  Bu  enerjinin  əsası  da 
elə  element  və  hərəkətdir.  Deməli,  hər  şeyin  başlanğıcı  elə 
element  və  hərəkətlə  müəyyən  olunur.  (Qeyd:  kainat  sonsuz 
məkan  olduğundan  və  bitişik  və  sistem  olduğundan  nəyinsə 
mütləq başlanğıc olması haqqında qəti fikir bildirmək mümkün 
deyil.  İnsanlar  yalnız  öz  imkanları  daxilində  kainat 
müstəvisinin  siqnallarının  dəyişməsi  koordinatlarını  başlanğıc 
hesab edə bilərlər. Deməli, mütləq başlanğıc yoxdur. Bu haqda 
fikir  bildirmək  çox  çətindir,  hər  kəsə  müyəssər  ola  bilməz. 
Ancaq  müqəddəs  dinlərdə  yaranışın  başlanğıcı  haqqında 
fikirlər  vardır).  Hərəkətin  özü  də  elementlərin  meydana 
gəlməsinin  əsasında  dayanır.  Bu  baxımdan  da  tam  şəkildə 
mütləq kainat başlanğıcının nədə (hansı elementlərdə) olmasını 
demək  çox  çətindir.  Hər  halda  bunu  elementlərdə  və 
elementlər  toplusu  müstəvisinin  nahamar  səthində  (bu səth 
hərəkəti  yaradır,  nahamar  səthdə  –  “boşluqdan”  yaranan 
axınların  qarşılaşdığı  məkanda  elementlər  tərkibini  dəyişir. 
Burada  enerji  mənbələri,  yəni  ulduzlar  meydana  gəlir) 
axtarmaq düzgün olar.  
Qeyd: 
kainatın 
enerji 
daşıyıcı 
obyektlərini 
baza 
elementlərin eyniliyini özündə əks etdirən üç əsas tipə ayrımaq 
olar:  ulduzlar;  planetlər  və  planetlərə  bənzər  hissələr-
bərkləşmiş materiyalar və kosmik fəzanın özü. Ən böyük enerji 
kütləsi  ümumi  olaraq  kosmik  fəzanın  özündədir.  Kosmik  fəza 
enerji  müstəvisidir.  Belə  təxmin  etmək  olar  ki,  bu  kosmik 
fəzanın  ulduzlarda  qarşılaşan  elementlərinin  sürətindən  enerji 
mənbələrə (axın qarşılaşmalarına) cəlb olunur. Mənbələrə cəlb 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə