B U L U D X A N X Ə L İ L O V
2
Elmi redaktor: Ağasən Bədəlzadə,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Rəyçilər: Fikrət Rzayev,
filologiya üzrə elmlər doktoru, professor
Nəcəf Nəcəfov,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Buludxan Xəlilov.
“Əbədiyaşar ədəbiyyat”.
Bakı, “Adiloğlu”, 2016, 202 səhifə.
Kitabda ədəbiyyat üzrə Nobel mükafatçıları Ernest
Heminqueyin, Moris Meterlinkin, Mixail Şoloxovun, İvan
Buninin yaradıcılığının xarakterik məqamlarından bəhs
olunur. İngilis yazıçısı Conatan Sviftin “Qulliverin səyahəti”
əsərindəki bir sıra fəlsəfi məqamlara geniş yer ayrılır.
Qılman İlkinin, Qabilin, Vaqif Səmədoğlunun, Leyla
Əliyevanın, Mahir Qabiloğlunun yaradıcılığının, bədii
düşüncəsinin təhlilinə diqqət yetirilir.
Kitabda bədii ədəbiyyatın rolu, “Kitabi-Dədəd Qorqud”
dastanının dəyəri, “Koroğlu” dastanındakı bəzi təhriflər
barədə də məlumat verilir.
İSBN 978-995-
2930-17-7
©B.Xəlilov, 2016
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
3
Ernest Heminquey:
roman, povest hekayə
müəllifliyindən Nobel mükafatına
Ernest Miller He-
minquey 1899-cu ilin
21 iyulunda Çikaqo ya-
xınlığındakı Ouk – Park
şəhərciyində doğulmuş-
dur. Onun anası opera
müğənnisi, atası isə hə-
kim olmuşdur.
Ailədə
altı uşağın böyüyü Er-
nestin təbiətə böyük marağı və həvəsi vardı. Ona görə
də o, kiçik yaşlarından təbiətdəki bütün ağacları, gülləri,
heyvanları tanıyırdı və adlarını bilirdi. Ernest kiçik
yaşlarından sərrast güllə atmağı da öyrənmişdi. Hətta
balıq ovuna da marağı böyük idi. O, ovçuluq qabiliyyəti
sayəsində bəzən gün ərzində 400 dovşan, 2 minə yaxın
balıq ovlaya bilibdir. O, balıqçılığı özü üçün əyləncə he-
sab edibdir.
Onun fikrincə, “Əgər heyvan öldürmək is-
təyin yoxdursa, onu yemək haqqın da yoxdur”. Bir dəfə
balıq ovu zamanı qarmaqla üzünü yaraladığına görə
atası onun yarasını tikməli olur. Həm də bununla bir növ
Ernesti ağrıya, əzaba dözməyə hazırlayır. Belə ki,
B U L U D X A N X Ə L İ L O V
4
balaca Ernestin üzünü qarmaq yaraladığı üçün ağlayır.
Atası isə onun üstünə qışqırır ki, ağlama. Ernest isə
deyir ki, üzünün yarası onu ağrıdır. Atası deyir:
–
Nə olsun ki, ağrıdır, sən ağlama.
– Bəs nə edim?
– Fit çal, oğlum. Ağrıdan göz yaşlarını saxlaya
bilməyəndə fit çalmağa başla və ağrı yox olacaq, başa
düşdün?
Bu sözlər Ernestin yaddaşına ömürlük həkk olu-
nur. Onun düşüncəsində və yaddaşında həmişə belə qa-
lır: kişilər ağlamırlar, kişilər yalnız məyus olurlar.
Ernest Heminquey bir neçə dəfə özünü intihar
etmək istəmişdir. Verdiyi müsahibələrin birində deyirdi:
“Əsl kişi yataqda ölə bilməz. O ya həlak olmalıdır, ya
da güllə ilə alnına atəş açmalıdır”. 1961-ci ilin iki
iyulunda o, ov silahı ilə öz alnına atəş açır. Bununla da
həyatla vidalaşır.
***
Ədəbiyyat üzrə Nobel mükafatçısı Amerika ədə-
biyyatının şöhrətini
bütün dünyaya yayan Ernest
Heminquey “Qadınlarsız kişilər” (1927), “Əlvida, silah”
(1929), “Kilimancaro qarları” (1938), “Əcəl zəngi”
(1940), “Qoca və dəniz” (1952), “Afrikanın yaşıl təpə-
ləri”, “Fırtınadan sonra”, “Qorxulu yay fəsli”, “Məğlub-
edilməz”, “Qatillər”, “Frensis Makomberin uzun sürmə-
yən xoşbəxtliyi” və s. əsərlərinə görə dünya ədəbiy-
yatında əbədi yaşayacaqdır. Ernest Heminqueyin həyatı
və yaradıcılığı dəfələrlə yüksəliş və tənəzzül dövrünü
yaşayıbdır. Məsələn, onun həyatında dəfələrlə təhlükə,
Ə B Ə D İ Y A Ş A R Ə D Ə B İ Y Y A T
5
ölümlə üzləşməsi, könüllü olaraq Birinci Dünya mü-
haribəsinə yollanması, Amerika Qırmızı Xaçının sürü-
cüsü kimi hərbi əməliyyatlarda iştirak etməsi, ayağından
yaralanması, igidliyinə görə İtaliyanın iki hərbi medalı
ilə təltif olması, müharibə ilə bağlı bir sıra
hadisələri,
personajları öz gözü ilə görüb yazdığı əsərlərə gətirməsi
bir daha təsdiq edir ki, o, təhlükəli, ziddiyyətli bir həyat
yaşamışdır. Onun həyat tərzindəki qəribəliklər, qeyri-
adiliklər yaradıcılığında da görünür, müşahidə olunur.
1929-cu ildə yazdığı “Əlvida, silah” romanında gözü
ilə gördüyü hadisələri, müşahidə etdiyi
hadisələri yaz-
mışdır. Bu, onun ən yaxşı əsəri kimi ədəbi yaradıcılı-
ğının yüksəlişini, yüksəliş mərhələsini təşkil edir. Ancaq
bu əsərdən sonra onun yaradıcılığında tənəzzül dövrü
başlamışdır. 1930-cu illərdə onun yaradıcılığı tənəzzül
dövrünü yaşayan yaradıcılıq kimi xarakterizə olunur.
Ernest Heminqueyin yaradıcılığında belə yüksəliş və
tənəzzül mərhələləri dəfələrlə olmuşdur.
O, 1927-ci ildə çap etdirdiyi “Kişilərsiz qadınlar”
(bəzən bu əsərin adı “Qadınlarsız kişilər” kimi də ve-
rilir) kitabında toplanmış hekayələrindən xeyli qonorar
alır. Bu hekayələr toplusundan ibarət olan kitabını atası-
na göndərir və fikirləşir ki, atası onunla fəxr edəcəkdir.
Ancaq belə olmur. Atası bərk əsəbiləşir.
O vaxtdan
oğlunu danışdırmır. Kitabları isə geri qaytarır. Ona görə
ki, personajların vulqar dili, baş qəhrəmanın qoneraya
xəstəliyindən əziyyət çəkməsi Heminqueyin atasını
əsəbiləşdirir. Atası oğluna belə bir məktub yazır: “Mən
ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəstəlik-