Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
56
kor olduğu üçün belə düşünür. Bunu Birinci kordoğula-
nın bu sözləri də təsdiq edir: “Sığınacağın divarlarının o 
üzündə baxmalı heç nə yoxdur”. Hətta kordoğulanlar hə-
yatda harada olmalarından asılı olmayaraq həyatı mağa-
raya bənzədirlər. Məsələn, Birinci kordoğulan deyir: “Elə 
səslər gəlir, elə bil, mağaradayıq”. Ancaq gecəni, gündü-
zü, mağaranı... vaxtilə görmüş Ən qoca kor deyir: “Mən-
cə, indi axşam olduğuna görə belə  səslər gəlir”. Vaxtilə 
ulduzu, ayı, günəşi görmüş Gənc kor qadının “Mənə elə 
gəlir ki, əllərimdə ayın işığını hiss edirəm” fikri, Ən qoca 
korun “Deyəsən, ulduzlar çıxdı. Mən onları hiss edirəm” 
fikri bir daha təsdiq edir ki, anadan kor doğulanların his-
siyyatı ilə, sonradan kor olanların hissiyyatı bir-birindən 
fərqlənir. Təsadüfi deyil ki, Birinci kordoğulan deyir: 
“Mən heç vaxt ulduzları hiss etməmişəm”. Yaxud Birinci 
kordoğulan kor hissiyyatlı doğulduğu üçün “Bu nə səsdir, 
başa düşmürəm. Mən geriyə, sığınacağa qayıtmaq istəyi-
rəm” deyir. Kordoğulan üçün dünya başdan-başa kordur, 
həyat kordur, sığınacağın özü kordur. Məsələn, Birinci 
kordoğulan görün nə deyir: “Biz heç sığınacaqdan çıxma-
rıq. Mən heç çıxmamağı üstün tuturam”. Yaxud Üçüncü 
kordoğulan nə deyir: “O, niyə bizi günəşə çıxarır? Bizlər-
dən kim günəşi görür ki? Mən günorta, yaxud gecəyarısı 
gəzdiyimi heç vaxt kəsdirə bilmirəm”. Ancaq kordoğu-
lanlardan fərqli olaraq sonradan kor olanlar görün nə 
deyirlər. Məsələn, Ən qoca kor: “Mən günəşi görmüşəm
lap gənc vaxtlarımda”. Yaxud Ən qoca kor qadın: “Mən 
də uzun illər bundan qabaq, onda lap uşaq idim, güclə xa-
tırlayıram”. Altıncı kor: “Mən günorta gəzməyi xoşla-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
57
yıram. Bu vaxt gözümə parlaq işıq görünür və mənə elə 
gəlir ki, gözlərim indicə açılacaq”. 
Beləliklə, anadan kordoğulanlar heç sığınacaqdan 
çıxmaq istəmirlər. Ancaq sonradan kor olanlar sığına-
caqdan çıxmağı, həyatın vaxtilə gördükləri rəngini yeni-
dən görməyi istəyirlər. Vaxtilə görənlər, yəni sonradan 
kor olanlar hissiyyatlarının köməyi ilə gördükləri 
yerlərdən keçəndə  hər  şeyi yada sala bilirlər. Məsələn, 
Altıncı korun dedikləri fikrimizi təsdiq edir: “Mən hara-
da olduğumuzu anlamağa başlayıram... Sığınacaq böyük 
bir çayın sahilindədir; biz köhnə körpüdən keçdik. Bu 
yol bizi adanın şimal hissəsinə gətirib çıxardı. Biz çayın 
yaxınlığındayıq, diqqətlə qulaq assaq, bəlkə  də, onu 
eşidə bilərik. O gəlib çıxmasa, oraya getmək lazımdır... 
Oradan gecə-gündüz gəmilər keçir, matroslar bizi görər-
lər. Bəlkə  də, biz mayakın olduğu meşədəyik, ancaq 
mən buradan necə çıxmaq lazım olduğunu bilmirəm...” 
“Korlar” pyesindəki fəlsəfi məqamlardan biri də 
korların heç birinin bir-birini görməməsidir. Artıq bu 
cəhətdən anadan kordoğulanlarla sonradan kor olanlar 
arasında heç bir fərq yoxdur. Onların hamısı kordur. 
Onlar bir-birini görə bilmirlər. Bir-birinin gözəlliyinə 
qiymət verə bilmirlər. Axı onlar kordur. Məsələn, 
Altıncı kor qadın Gənc kor qadına deyir: “Deyirlər, sən 
uzaq ölkələrdəki qadınlar kimi çox gözəlsən”. Gənc kor 
qadın isə cavab verir: “Mən özümü heç vaxt 
görməmişəm”. 
 
11.01.2016 


B U L U D X A N   X Ə L İ L O V  
 
58
 
Moris Meterlinkin “Korlar” pyesi: 
İnsan sığınacaqlardan qaçmağa  
tələsir... – II Yazı 
 
Pyesdəki məqamlardan 
biri də “gözlərin  əllərdən çox 
bilməsidir”. Yəni gözlər təkcə 
görmür, həm də bilir. Bu məna-
da  Ən qoca kor deyir: “Bizim 
hamımız bir-birimizi heç vaxt 
görməmişik. Bir-birimizə sual 
verib, cavab alırıq; bir yerdə 
yaşayırıq, həmişə vaxtımızı bir 
yerdə keçiririk, amma kim ol-
duğumuzu bilmirik!.. Boş yerə  əllərimizlə bir-birimizə 
toxunuruq – istənilən halda gözlər əllərdən çox bilir...” 
Pyesdə “Görmək nədir və nəyə lazımdır?” sualına 
da cavab var. Birincisi, görmək olmasa, işıq da lazım 
deyil. Məsələn, Birinci kordoğulan deyir: “Görməyən 
adamlara işıq lazım da deyil”. İkincisi, görmək olmasa, 
insanlar, heyvanlar yolu azarlar, itirərlər. Məsələn, Al-
tıncı kor deyir: “Mən sığınacağın yaxınlığında qoyun 
otararkən qoyunlar qüllədəki işığı görüncə özləri evə 
dönürlər...Onlar bir dəfə  də olsun yolu azmayıblar”. 
Üçüncüsü, görmək olmasa, sevmək olmaz. Məsələn, Ən 
qoca kor deyir: “Biz artıq uzun illərdir bir yerdə yaşayı-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
59
rıq və bir-birimizi heç vaxt görməmişik! Düşünmək olar 
ki, bizim hər birimiz tənha ömür sürürük!.. Sevmək 
üçün görmək lazımdır”. 
Pyesdə “Bəs görəsən korlar nə vaxt görür?” 
sualına da cavab axtarılır. Məsələn, Ən qoca kor deyir: 
“Mən yalnız yatanda görürəm”. Birinci kordoğulan 
deyir: “Mən yuxuları yalnız gecəyarısında görürəm...” 
“Korlar” pyesində düşündürücü suallardan biri də 
korun, karın, yaxud da digər əlillərin hansının daha çox 
bədbəxt olması  məsələsidir. Məsələn, Üçüncü kor-
doğulan ağır eşidən Beşinci kor barədə deyir: “Sözün 
açığı, korlar çox bədbəxtdirlər”. 
“Korlar” pyesində düşündürücü bir məqam da var. 
Bu da odur ki, korlarda qorxu hissi, ümumiyyətlə 
qorxmaq varmı? Məsələn,  Ən qoca kor qadın Dəli kor 
qadın barədə deyir: “O, uşaq doğandan bəri danışmır... 
Elə bil, hər  şeydən qorxur...” Ən qoca kor isə deyir: 
“Bəs siz qorxmursunuzmu?” Bu zaman Birinci kordo-
ğulan soruşur: “Kim?” Ən qoca kor deyir: “Siz hamı-
nız!” Bu söhbət zamanı Ən qoca kor qadın deyir: “Hə, 
hə, biz qorxuruq!” Gənc kor qadın isə  məsələyə belə 
müdaxilə edir: “Biz çoxdan qorxmağa başlamışıq!” 
“Korlar” pyesinin əsas ideyası yenə  də düşündü-
rür. Düşündürür ki, hansı korlar sığınacaqdan qaçmağa 
tələsir, hansı korlar sığınacağa tələsir. Hər halda sığına-
caqdan qaçmağa tələsən korlar vaxtilə görən korlardır. 
Onlar sonra kor olmuşlar. Ancaq sığınacağa tələsən 
korlar isə anadangəlmə korlardır. Onlar anadangəlmə 
kor olduqları üçün sığınacaqda qalmağı  hər  şeydən 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə