Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
6
lərini yalnız həkimin kabinetində açıqlaya bilmək 
ağlında olmağına kifayət edib. Görünür, yanılmışam”. 
Ernest Heminquey “Əcəl zəngi” romanını Con 
Donnun bu sözləri ilə başlayır: “Dünyada elə bir insan 
yoxdur ki, Ada kimi tək-tənha dayanıb dursun: hər insan 
Qitənin bir hissəsi, Qurunun bir parçasıdır; Dalğalar sa-
hildəki qayanı yuyub aparsa – Avropa bir qaya qədərin-
də kiçilər, Tufan sənin, ya dostunun evini yerlə yeksan 
eləsə – dünya bir ev azalar; eləcə də hər insanın ölümü 
mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrıl-
maz bir parçasıyam və elə ona görə  də kilsə  zənginin 
harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan 
köçən; sənsən dünyadan köçən”. 
Ernest Heminqueyin “Əcəl zəngi”  əsəri XVII əsr 
ingilis  şairi Con Donun yuxarıda qeyd olunan şeiri ilə 
başlayır, daha doğrusu, həmin  şeir roman üçün epiqraf 
seçilir. 
Ernest Heminquey “Əcəl zəngi” romanında “Məğ-
lubiyyətə  uğramış  məğlubedilməz insan” obrazının – 
Robert Cordanın simasında həm də öz qələmini süngüyə 
çevirmişdir. O, qələmini faşizmə qarşı süngüyə çevir-
mişdi. Ona görə  də ustalıqla qeyd edirdi: “Yalnız bir 
siyasi sistem var ki, heç vaxt yaxşı yazıçı yetirə bilməz, 
bu – faşizmdir. Faşizm – yalan deməkdir, buna görə də 
o,  əbədi qısırlığa məhkumdur. Keçmişə gömüləndən 
sonra onun qanlı qəlblər tarixindən başqa, heç bir tarixi 
olmayacaqdır”. Ernest Heminquey insanı  məğlubedil-
məz sayır. Hətta “Qoca və  dəniz” povestindəki qoca 
balıqçı Santyaqonun simasında, onun həyat eşqini 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
7
qoruyub saxlayan simasında “İnsan övladı məğlubiyyət 
üçün yaranmayıb; insanı  məhv etmək olar, lakin onu 
məğlub etmək mümkünsüzdür” qənaətinə  gəlir. Onun 
bu qənaətini müasiri, həmyerlisi,  ədəbiyyat üzrə Nobel 
mükafatı laureatı Uilyam Folkner də Nobel kürsüsündən 
bütün dünyaya bəyan etmişdi: “Mən insanın ölümü fik-
rini rədd edir, buna inanmıram; insan nəinki duruş 
gətirəcək, mən qəti əminəm ki, o – qalib gələcək”. 
Ernest Heminquey “Qoca və  dəniz”  əsəri barədə 
jurnalistlərə  qısaca olaraq bunu söyləmişdir: “Mən  əsl 
qocanı və əsl uşağı, əsl dənizi, əsl balığı və əsl akulaları 
göstərmək, onların necə olduğunu vermək istəmişəm. 
Hərgah bunu kifayət qədər yaxşı və düzgün göstərməyə 
nail olmuşamsa, onda onları müxtəlif cür yozmaq da 
mümkündür”. Təsadüfi deyil ki, Folkner Ernest Hemin-
queyin “Qoca və  dəniz”  əsərini yüksək qiymətlən-
dirmişdir: “Bu əsər Heminqueyin ən yaxşı əsəridir, çün-
ki bu əsərdə Heminquey əvvəllər tapa bilmədiyi Allahı 
tapıb. Buna qədər onun qəhrəmanları vakuumda hərəkət 
edirdilər, onların keçmişi yox idi, lakin qəfildən– “Qoca 
və  dəniz”də Heminquey Allahı tapdı. Orada nəhəng 
balıq var; Allah bu nəhəng balığı yaradıb ki, onu 
ovlasınlar. Allah qocanı da yaradıb ki, bu nəhəng balığı 
tutsun. Allah bu balığı yeməli olan akulanı da yaradıb 
və Allah onların hamısını eyni məhəbbətlə sevir”. 
Deməli, Ernest Heminqueyin qənaəti belədir ki, hər şeyi 
Allah yaradıb və Allah yaratdıqlarının hər birini eyni 
məhəbbətlə sevir. 


B U L U D X A N   X Ə L İ L O V  
 
8
Ernest Heminqueyin “Qoca və  dəniz” povesti 
onun Nobel mükafatına layiq namizəd kimi seçilməsin-
də ciddi rol oynayıb və həm də bu mükafatı almaq üçün 
stimullaşdırıcı povest olub. O, “Qoca və  dəniz” poves-
tində təhkiyə ustalığını nümayiş etdirməyi bacarıb. Odur 
ki, Ernest Heminquey Nobel mükafatına “Qoca və 
dəniz” povestində nümayiş etdirdiyi təhkiyə ustalığına, 
həm də müasir nəsrə göstərdiyi təsirə görə layiq görül-
müşdür. 
Bədii əsərlərdə bədii təsvir və ifadə vasitələri güc-
lü olmalıdır. Belə olmasa, bədii  əsər quru və solğun 
olar. Bir sözlə, bədii əsərlərdə bədii təsvir yerində olma-
lıdır. Bu mənada “Qoca və  dəniz” povestində (hətta 
tərcümədə) bədii təsvir və ifadə vasitələri güclü olan 
bədii detallar var. Məs.: Dənizdən ağır, nataraz balıqları 
dartıb çıxarmaqdan kəndir  əllərini kəsib çat-çat, yarıq-
yarıq etmişdi. Bu yarıqların heç biri təzə deyildi; onlar 
susuz səhralardakı köhnə çatlara oxşayırdı. 
Gözlərindən başqa, onun hər  şeyi köhnəlib qartı-
mışdı, təkcə  dəniz kimi mavi gözləri gənclik ehtirasın-
dan alışıb-yanırdı; bu gözlər qocanın nə qədər məğlub-
edilməz olduğunu göstərirdi”. (Qoca və dəniz. – Ernest 
Heminquey. Seçilmiş əsərləri. “Şərq-Qərb” Bakı, 2010, 
s.574) 
İnsan bəzən özündə olan müsbət keyfiyyətləri 
saxlamaqla yanaşı, başqalarında olan müsbət cəhətləri 
də özünə arzulayır. Məsələn, Heminqueyin “Qoca və 
dəniz” povestindəki qoca kimi: “Görəsən o niyə birdən-
birə suyun üzünə  çıxdı? – qoca özündən soruşdu, – 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
9
yəqin, necə nəhəng olduğunu mənə göstərmək istəyirdi. 
Çox yaxşı, gördüm, niyyətini də başa düşdüm.  İndi 
növbə  mənimdir, gərək mən də necəliyimi ona göstə-
rəm. Görəsən, qıc olan əlimi görsəydi, neylərdi? Kaş o, 
mənim barəmdə  əslində olduğundan daha yaxşı 
düşünəydi, mən də onun arzuladığı kimi olmağa çalışar-
dım. Elə mən özüm də belə bir nəhəng balıq olmaq is-
tərdim: bir şərtlə ki, məndəki iradə, ayıqlıq, zəka da 
özümdə qalaydı, balıqdakı güc də məndə olaydı” (Qoca 
və dəniz. – Ernest Heminquey. Seçilmiş əsərləri. “Şərq-
Qərb”, Bakı, 2010, s.612). Deməli, Ernest Heminquey 
insan üçün arzu etdiyini, insanın olmaq istədiyini və 
özündə görmək istədiyini ondan əsirgərmir. “Qoca və 
dəniz” povestində  hər  şeyin insan naminə olduğunu 
bədii bir formada təqdim edir. 
Ernest Heminquey həm də dahiyanə hekayələr 
müəllifidir. Onun “Kilimancaro qarları”, “Frensis Ma-
komberin uzun sürməyən xoşbəxtliyi”, “Təmiz, işıqlı 
yerdə”, “Fırtınadan sonra”, “Hindu qəsəbəsi”, “Qoca ki-
şi körpüdə” hekayələri ədəbi-bədii dəyərləri baxımından 
çox orijinaldır. Təsadüfi deyil ki, Markes “Fırtınadan 
sonra” hekayəsini hekayə janrının ən mükəmməl nümu-
nəsi hesab etmiş  və bu hekayə barədə belə demişdir: 
“İlk baxışda bəsit görünən hekayələrin gücü onların 
görünən tərəfində deyil, bütün bunların arxasında 
gizlənmiş görünməyən hissədədir, yəni qısa bir hekayə 
üçün lazım olan materialın həcmindədir; aysberq də elə 
budur – bütün əzəməti ilə gözümüzə görünən yaşıl buz 
parçası; halbuki bu nəhəng parça ümumi kütlənin sək-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə