Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
10
kizdə bir hissəsidir, səkkizdən yeddisi isə suyun altın-
dadır və hamısını da saxlayan odur...” 
Ernest Heminqueyin “Kilimancaro qarları” heka-
yəsində Harri obrazı, onun aqibəti bir növ Heminqueyin 
öz aqibətidir. Ona görə  də ömrünün son illərini ruh 
düşkünlüyü ilə yaşayan Heminquey barədə bəzən deyilir 
ki, onun aqibəti yaratdığı Harri obrazının aqibətidir. 
“Kilimancaro qarları” hekayətində deyilir: “...Ora-
da, irəlidə o, göz önünə pərdə çəkib bütün dünyanı gö-
rünməz edən, günəşin  şəfəqləri altında bəyazlığı göz 
deşən ağlasığmaz dərəcədə parlaq, başı göylərə qalxıb 
dirənmiş kvadrat şəkilli nəhəng Kilimancaro zirvəsini 
gördü. Onda başa düşdü ki, bu yer elə onun üz tutub 
getdiyi həmin yerdir...” Harrinin də, Heminqueyin də üz 
tutub getdiyi yer elə həmin yerdir. 
Ernest Heminqueyin 1954-cü ildə  ədəbiyyat üzrə 
Nobel mükafatı alması yazıçının sənətinə olan diqqət və 
ehtiram olmuşdur. Onun Nobel mükafatı ilə bağlı Nobel 
nitqi maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, Hemin-
quey səhhəti ilə bağlı olaraq Nobel nitqini oxumağı 
ABŞ-ın İsveçdəki səfiri Con Kebota tapşırmışdır. Nobel 
medalını isə Kubanın tarixi müqəddəs yerlərindən olan 
El Kobre kilsəsindəki Müqəddəs Karidada bağışlamış-
dır.  
Ernest Heminqueyin Nobel nitqi: 
“İsveç Akademiyasının üzvləri, xanımlar və  cə-
nablar! 
Nitq söyləmək ustası olmasam da, öyüd-nəsihət 
verməyi və natiqlik sənətini bacarmasam da, bu müka-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
11
fata görə Alfred Nobelin səxavətli bəxşişini idarə 
edənlərə təşəkkürümü bildirmək istəyirəm. 
Əvvəllər bu mükafatı necə böyük yazıçıların al-
madığını bilən hər bir yazıçı onu təvazökarlıq hissiylə 
qəbul edir. Həmin böyük yazıçıları sadalamağa ehtiyac 
yoxdur – burada olanların hər biri öz biliklərindən və öz 
vicdanından çıxış eləyib  şəxsi siyahısını  tərtib eləyə 
bilər. 
Vətənimin səfirindən yazıçının bütün qəlbində-
kiləri tökdüyü nitqini oxumaq üçün xahiş eləməyi müm-
kün saymıram.  İnsanın yazdıqlarında ilk qavrayışda 
nəzərdən qaçan fikirlər ola bilər, bəzən də bu, yazıçının 
xeyrinə  işləyir; amma gec-tez həmin fikirlər tamam 
açıq-aydın üzə  çıxır. O fikirlərdən də, eyni zamanda, 
yazıçının qismətinə düşən istedaddan da onun adının 
əbədiyyətə qovuşacağı, yaxud unudulacağı asılıdır. 
Ucalıqda olanda yazıçının həyatı  tənhalıq içində 
keçir. Yazıçı təşkilatları onun tənhalığını bəzəyib-düzə-
yə bilər, amma çətin ki, işinin keyfiyyətini yaxşılaşdır-
sın. O, tənhalıqdan canını qurtarıb ictimai fiqur kimi 
ucalır, çox vaxt da bu, onun yaradıcılığına ziyan vurur. 
Çünki tək yazıb-yaradır, əgər kifayət qədər yaxşı yazıçı-
dırsa, onun işi günlər keçdikcə irəlidə  əbədiyyətin, 
yaxud boşluğun olduğunu görməkdir. 
Əsl yazıçı üçün hər kitab başlanğıc,  əlçatmaz bir 
şeyə yetməyə yeni cəhddir. O, həmişə hələ heç kəsin ger-
çəkləşdirmədiyinə, yaxud başqalarının gerçəkləşdirməyə 
səy göstərib, amma bacarmadıqlarına can atmalıdır. Bu 
zaman əgər bəxti çox gətirərsə, uğur qazana bilər. 


B U L U D X A N   X Ə L İ L O V  
 
12
Əgər bundan ötrü yalnız qələmə alınanlar, həm də 
yaxşı yazılanlar barədə yeni tərzdə yazmaq tələb edil-
səydi,  ədəbiyyat yaratmaq çox asan olardı. Məhz ona 
görə ki, əvvəllər çox böyük yazıçılar olublar, müasir 
yazıçılar çox uzağa,  əlçatmazlıq hüdudundan o tərəfə, 
kimsədən yardım ala bilməyəcəyi yerə getməyə  məc-
burdur. 
Hə, budur, mən artıq həddən çox danışdım. Yazıçı 
adamlara söyləmək istədiyi hər şeyi danışmamalıdır. Bir 
daha təşəkkür edirəm”. (Ernest Heminquey. Seçilmiş 
əsərləri. “Şərq-Qərb”, Bakı, 2010, s.14-15) 
Ernest Heminqueyin Nobel nitqindəki məqamlar 
bunlardır: hər bir Nobel mükafatçısı bilməlidir ki, bu 
mükafatı almayan böyük yazıçılar da vardır. Bundan 
başqa,  ədəbiyyat üzrə Nobel mükafatını alanlar yaxşı 
bilir ki, bu ada layiq olan digər yazıçılar kimlərdir. Eyni 
zamanda yaradıcılıq tənhalıq içərisində keçən bir pro-
sesdir. Ancaq yaxşı yazıçının işi irəlidə bir əbədiyyətin 
olduğunu təsdiq edir. Ernest Heminqueyə görə, əsl yazı-
çının bir kitabı yazmağa başlaması əlçatmaz bir işə cəhd 
etməsidir. Bu cəhddə onun bəxti gətirirsə, təbii ki, uğur 
qazana bilir. Onun fikrincə,  ədəbiyyat yaratmaq asan 
deyildir. Ona görə ki, hər bir yazıçının yazdıqlarından 
çox-çox qabaq böyük yazıçılar ədəbiyyatı yaradıblar. 
Ernest Heminqueyin Nobel nitqindəki bu 
məqamların hər biri yazıçılar üçün, eləcə də ədəbi mühit 
üçün gərəkli və dəyərli fikirlərdir. 
 
13.04.2015
 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
13
 
 
Conatan Sviftin  
“Qulliverin səyahəti” əsərindən 
bəzi məqamlar – I yazı 
 
XVIII  əsrin gör-
kəmli ingilis yazıçısı 
Conatan Svift “Qullive-
rin səyahəti” (1726) sa-
tirik-fantastik romanıy-
la dünyada şöhrət qaza-
nıbdır. “Qulliverin sə-
yahəti” dünya ədəbiy-
yatında sevilə-sevilə 
oxunan  əsərlərdəndir. 
Əsərdə elə bədii detallar vardır ki, onları oxuyanda dü-
şünməmək olmur. Bir sıra məsələlərə cavab axtarma-
maq olmur. Əslində bu da əsərin satirik fəlsəfi bir 
roman olduğunu bir daha təsdiq edir. Fikrimizi sübut 
etmək üçün bəzi məqamlara diqqət yetirək. Conatan 
Svift “Qulliverin səyahəti” əsərində liliputlar ölkəsi ba-
rədə yazır: “İndi mən xalqın içərisində çoxdan bəri hər 
sahədə inkişaf etməkdə olan elm və fənn haqqında yal-
nız qısaca məlumat verməklə kifayətlənəcəyəm. Ancaq 
diqqəti onların çox orijinal yazı yazmaq tərzinə  cəlb 
edirəm; liliputlar avropalılar kimi bu sayaq soldan sağa 
yazmırlar: ... Ərəblər kimi bu sayaq sağdan sola 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə