Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
18
təmin edildiyini, qanunları doğru-dürüst gözləmək üçün 
heç bir mükafat verilmədiyini danışdıqda, liliputlar bu-
nu bizim idarə üsulumuz üçün ən böyük bir nöqsan 
saydıqlarını söylədilər. Buna görə də buradakı məhkəmə 
müəssisələrində ədalət altı gözlü bir qadın surətində təs-
vir olunur. Bu qadının – ikisi qabaqda, ikisi arxada və 
hər böyründə bir gözü vardır ki, bu da sayıqlıq timsa-
lıdır. Onun sağ  əlində  qızıl ilə dolu ağzı açıq bir kisə, 
sol əlində isə qın içində bir qılınc var; bunun mənası be-
lədir: o, cəzalandırmaqdan artıq mükafatlandırmağa 
hazırdır. 
Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni 
istedadından artıq əxlaqi sifətlərinə fikir verilir. Liliput-
lar belə bir fikirdədirlər ki, orta dərəcədə zehni inkişafa 
malik olan hər bir adam, bu və ya digər vəzifəyə 
qabildir. Axı tale ictimai işləri idarə etməyi hələ heç bir 
zaman elə dərin və mürəkkəb bir sirrə çevirməyi nəzər-
də tutmamışdır ki, bu sirri yalnız bir əsrdə üç nəfərdən 
artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. 
Əksinə, liliputlar bu fikirdədirlər ki, doğruluq, yumşaq-
lıq və başqa bu kimi sadə xoş sifətlər, təcrübə və xeyir-
xahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir 
adam edir. Belə bir adam xüsusi bilik tələb edən 
vəzifələrdən başqa, hər bir vəzifəni tuta bilər. Onların 
rəyincə,  ən yüksək zehni istedad əxlaqi ləyaqəti  əvəz 
edə bilməz. Onlar deyirlər ki: “Mühüm vəzifələri belə 
istedadlı adamlara tapşırmaqdan təhlükəli bir şey yox-
dur. Xeyirxah məqsədlər güdən bir adamın cəhalətindən 
əmələ  gələn səhvi, həmişə asanlıqla düzəltmək olar. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
19
Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza gör-
mədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik 
olan bədniyyət bir adamın fəaliyyəti ictimai mənafe 
üçün çox böyük bir təhlükədir”. 
Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət 
və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi, 
demək olar ki, unudulmuşdur. Bir çox başqa ölkələrdə 
olduğu kimi, indi Liliputustanda da əxlaq kökündən 
pozulmuşdur. Bu da xalqın əslini itirməkdə olmasına bir 
əlamətdir. Məsələn, yüksək dövlət vəzifələrinə mahir 
kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zi-
rəkliklə hoppanan, ya da onun altından sürünüb keçən 
adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk 
dəfə indi hökmranlıq edən imperatorun babası  tərəfin-
dən tətbiq edilmişdir”. (Conatan Svift. Qulliverin səya-
həti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.74-77) Conatan 
Sviftin liliputlar ölkəsində gördüyü qanun-qayda, fırıl-
daq və  oğrular barədə olan qanun və qaydalar 
Liliputustan ölkəsinin özəlliyi kimi tədqim olunur. 
Bəlkə də qanun-qayda, fırıldaq və oğrular barədə digər 
yerlərdə daha maraqlı özəlliklər var. Ancaq bu 
özəllikləri təsvir edə bilən başqa bir Conatan Svift yox-
dur. Eyni zamanda istedadlı adamlarla əxlaqlı adamları 
bir-birindən fərqləndirən Conatan Svift kimi yazıçı 
yoxdur. 
 
10.08.2015 
 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
20
 
Conatan Sviftin  
“Qulliverin səyahəti” əsərindən 
bəzi məqamlar – II yazı 
 
Conatan Svift ailə
uşaq, ata-ana, təhsil məsələ-
lərinə də liliputlar ölkəsinin 
simasında maraqla yanaşır 
və bunlar barədə yazır: 
“Onların ailəyə, uşaqlara, 
ata-ana arasındakı münasi-
bətlərə baxışları da bizim-
kindən xeyli fərqlidir. Lili-
putlar belə hesab edirlər ki, 
uşaqların tərbiyəsini cəmiyyət və hökumət öz üzərinə 
götürməlidir. Odur ki, hər bir şəhərdə xüsusi tərbiyə 
müəssisələri təşkil edilmişdir ki, hamı iyirmi aylığa çat-
mış uşaqlarını ora verməyə məcburdur. 
 Bu  məktəblərdə  şagirdlərin təlim və  tərbiyəsi, 
onların tərkibindən asılı olaraq müxtəlifdir. Oğlan və 
qızlar üçün adlı-sanlı adamların və varlıların, peşəkarla-
rın və yoxsulların uşaqları üçün ayrı-ayrı  məktəblər 
vardır. Məktəbləri təhsil görmüş  təcrübəli müəllimlər 
idarə edirlər. Bunlar uşaqları ata-analarının ictimai və-
ziyyətinə və onların öz qabiliyyət və meyillərinə uyğun 
olan işlərə hazırlayırlar. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
21
Mən əvvəlcə oğlan uşaqları üçün, sonra da qızlar 
üçün olan tərbiyə müəssisələri haqqında bir neçə söz 
deyəcəyəm. 
Nəcabətli və  əyan uşaqlarına məxsus tərbiyə 
müəssisələri nüfuzlu və təhsil görmüş müəllimlərin ida-
rəsi altındadır. Uşaqların geyimləri və yeməkləri sadə, 
adidir. Onlar namuslu, ədalətli və cürətli olmaq ruhunda 
tərbiyə edilməklə, onlarda təvazökarlıq, mehribanlıq, 
dini hisslər, vətənə  məhəbbət də inkişaf etdirilir. Onlar 
həmişə  məşğuldurlar. Yeməyə  və yatmağa çox az vaxt 
verilir. İstirahət və bədən tərbiyəsinə gündə iki saat ayrı-
lır. Qalan vaxt isə təlim və tədrisə sərf olunur. Uşaqları 
dörd yaşına qədər xidmətçilər geyindirib-soyundururlar. 
Ancaq dörd yaşından başlayaraq, bunu onlar özləri 
edirlər. Uşaqlara heç bir vaxt xidmətçilərlə danışmağa 
icazə verilmir. İstirahət zamanı onlar həmişə mürəbbi-
nin və ya köməkçisinin nəzarəti altında olurlar. Beləlik-
lə, onlar hər cür dedi-qodu, axmaq cəfəngiyat və pis 
təsirlərdən qorunmuş olurlar. Ata-analara ildə yalnız iki 
dəfə uşaqları ilə görüşməyə icazə verilir. Hər görüş bir 
saatdan artıq davam etmir. Onlar uşaqlarını bir görüşən-
də, bir də ayrılanda öpə bilərlər. Görüş zamanı mürəbbi 
həmişə onların yanında olur. O, nəzarət edir ki, ata-ana-
lar uşaqlarla pıçıldaşmasınlar, onlara cürbəcür nəvazişli 
sözlər söyləməsinlər, oyuncaq, şirniyyat və sairə bu 
kimi şeylər gətirib verməsinlər. 
Orta mülkədarların, tacirlərin və peşəkarların 
uşaqları üçün olan tərbiyə müəssisələri də belə qurul-
muşdur. Bütün fərq bundan ibarətdir ki, peşəkar olacaq 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə