Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   2   3   4   5   6   7   8   9   10   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
26
şahidə etdiyi məsələləri də yazır. Hər halda onun bu 
yazdıqları düşündürücüdür. Düşündürdüyü qədər də 
sətiraltı mənaları var. O yazır: 
“Bundan sonra biz dilşünaslıq məktəbinə getdik. 
Orada üç professor ana dilini təkmilləşdirmək üçün cür-
bəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif 
edilirdi ki, bütün çoxhecalı sözlər birhecalı edilsin. Feil-
ləri və feili sifətləri atmaqla danışıq dili sadələşdirilsin. 
Müəllif göstərirdi ki, yalnız cisimlər, həqiqətən, mövcud 
cisimlərə uyğundur. 
İkinci layihədə tələb olunurdu ki, bütün sözlər ta-
mamilə atılsın. Layihənin müəllifinə görə, bu işin baş-
lıca olaraq sağlamlığa və vaxta qənaət etmək üçün xeyri 
çoxdur. Axı tamamilə aydındır ki, söz söyləmək insanın 
boğazını  və ciyərlərini yorur və beləliklə, bizim ömrü-
müzü qısaldır. Sözlər yalnız cisimlərin adlarından ibarət 
olduğu üçün, öz fikir və arzularımızı ifadə etmək üçün 
lazım gələn cisimləri yanımızda gəzdirmək xeyli əlve-
rişlidir. 
Sağlamlıq üçün çox faydalı bu ixtira yəqin ki, çox 
geniş yayıla bilərdi. Ancaq qadınlar, avam, qara cama-
atla birləşmiş, alimləri üsyan qaldıracaqları ilə  hədələ-
mişdilər. Onlar dillərinin tamamilə azad qalmasını  qəti 
surətdə  tələb etmişdilər. Doğrudan da, qara camaat el-
min barışmaz düşmənidir! Bununla bərabər, bir çox ta-
mamilə alim və ağıllı adamlar öz fikirlərini cisimlər va-
sitəsilə ifadə etməkdən ibarət olan o yeni üsuldan istifa-
də edirlər. Onun yeganə nöqsanı bundan ibarətdir ki, 
bir-birilə danışanlar söhbət zamanı lazım olacaq 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
27
müxtəlif  şeylərlə dolu iri bağlamaları dallarında 
gəzdirməli olurlar. Ağır yükün altında, bizim hamballar 
kimi, ikiqat olmuş belə alimlərə tez-tez rast gəlirdim. 
Bunlar küçədə bir-birini gördükdə, öz kisələrini 
çiyinlərindən yerə qoyub açır və ordan lazım olan 
şeyləri çıxarıb, bu surətlə  də bir-birilə söhbət edirdilər. 
Sonra öz şeylərini yenə kisəyə  yığıb, yükü çiyinlərinə 
qaldırmaq üçün bir-birinə kömək edir və xudahafizləşib 
ayrılırdılar. 
Ancaq qısa və sadə söhbətlər üçün lazım gələn 
şeyləri cibdə və ya qoltuqda gəzdirmək mümkün idi. Ev 
şəraitində söhbət etdikdə isə, bütün bu çətinliklər asan-
lıqla aradan qaldırıla bilərdi. Ancaq bu dilin tərəfdar-
larının yığışdıqları otaqlar ən müxtəlif  şeylərlə dolu 
olmalıydı. 
Bu dilin ən böyük üstünlüyü onun beynəlxalq ma-
hiyyətdə olmasıdır. Bütün mədəni xalqların mebel və ev 
şeyləri təxminən bir-birinə  bənzəyir. Bunun sayəsində 
elçilər xarici krallarla və ya nazirlərlə onların dillərini 
əsla bilmədikləri halda şeylər vasitəsilə asanlıqla danışa 
bilirlər. 
Mən həmçinin riyaziyyat məktəbinə  də getdim. 
Burada dərs bizim Avropada əsla tətbiq oluna bilməyə-
cək bir üsulla aparılır. Hər teorem sübutu ilə birlikdə 
nazik bir təbəqəyə yazılır. Mürəkkəb yerinə başağrısı 
dərmanı işlədilir. Şagird bu həbi acqarına udur və bun-
dan sonra üç gün ərzində çörək və sudan başqa bir şey 
yeyib-içmir. Həb həzm olunduqdan sonra dərman onun 
beyninə yeriyir və özü ilə birlikdə teoremi də ora aparır. 


B U L U D X A N   X Ə L İ L O V  
 
28
Ancaq bu vaxta qədər bu üsulun müvəffəqiyyəti cüzi 
olmuşdur. Bunun bir səbəbi budur ki, dərmanın miqdarı 
və ya tərtibində səhvə yol verilir; ikinci səbəbi isə uşaq-
ların dəcəlliyidir, çünki onlar bu həbləri xoşlamırlar. 
Onlar çox vaxt kənara çəkilir və  həbi tüpürüb atırlar. 
Bundan başqa, dərmanın təsiri üçün zəruri olan üçgün-
lük pəhriz saxlamağı bu vaxta qədər onlara qəbul etdir-
mək mümkün olmamışdır”. (Conatan Svift. Qulliverin 
səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s. 224-225) 
 
22.08.2015 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
29
 
Conatan Sviftin  
“Qulliverin səyahəti” əsərindən 
bəzi məqamlar – III yazı 
 
Conatan Svift adamları 
vəzifəyə seçəndə liliputlar öl-
kəsində hansı keyfiyyətlərə 
üstünlük verilməsi barədə ya-
zır: “Hər bir vəzifəyə namizəd 
seçdikdə adamın zehni iste-
dadından artıq  əxlaqi sifətlə-
rinə fikir verilir. Liliputlar 
belə bir fikirdədirlər ki, orta 
dərəcədə zehni inkişafa malik 
olan hər bir adam, bu və ya digər vəzifəyə qabildir. Axı 
tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə 
dərin və mürəkkəb bir sirrə çevirməyi nəzərdə tutmamış-
dır ki, bu sirri yalnız bir əsrdə üç nəfərdən artıq doğul-
mayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar 
bu fikirdədirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi 
sadə, xoş sifətlər, təcrübə və xeyirxahlıqla birlikdə hər bir 
insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir 
adam xüsusi bilik tələb edən vəzifələrdən başqa, hər bir 
vəzifəni tuta bilər. Onların rəyincə,  ən yüksək zehni 
istedad əxlaqi ləyaqəti əvəz edə bilməz. Onlar deyirlər ki: 
“Mühüm vəzifələri belə istedadlı adamlara tapşırmaqdan 
təhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir 
adamın cəhalətindən əmələ gələn səhvi həmişə asanlıqla 


B U L U D X A N   X Ə L İ L O V  
 
30
düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç 
bir cəza görmədən bunlara uymağı bacarmaq 
qabiliyyətinə malik olan bədniyyət bir adamın fəaliyyəti 
ictimai mənafe üçün çox böyük bir təhlükədir”. 
Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət 
və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi, 
demək olar ki, unudulmuşdur. Bir çox başqa ölkələrdə 
olduğu kimi, indi Liliputustanda da əxlaq kökündən po-
zulmuşdur. Bu da xalqın  əslini itirməkdə olmasına bir 
əlamətdir. Məsələn, yüksək dövlət vəzifələrinə mahir 
kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zi-
rəkliklə hoppanan, ya da onun altından sürünüb keçən 
adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk 
dəfə indi hökmranlıq edən imperatorun babası  tərəfin-
dən tətbiq edilmişdir”. (Conatan Svift. Qulliverin səya-
həti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.76-77) 
 Conatan Svift kəşf etdiyi liliputlar ölkəsində gör-
düklərinin  əsasında yazır: “Kəşf etdiyim ölkələrə öz 
padşahım adından rəsmi surətdə yiyələnmək məsələsinə 
gəlincə, bu fikir heç bir zaman mənim başıma gəlmə-
mişdir. Ancaq mən bu barədə fikirləşmiş olsaydım da, o 
zamankı vəziyyətimi nəzərə aldıqda bu rəsmiyyəti daha 
müvafiq bir zamana təxirə salmaqla yəqin ki, ağıllı bir iş 
görmüşəm. 
Beləliklə, bir səyyah kimi mənə ediləcək yeganə 
töhmətə cavab verməklə, möhtərəm oxucularla axırıncı 
dəfə vidalaşır, öz Redrifdəki bağıma çəkilirəm. Orada 
mən gözəl quiqnqnmlar ölkəsi barədə xatirələrimdən 
ləzzət alacaq və yexuları mümkün olduğu qədər maarif-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə