Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
31
ləndirməyə çalışacağam. Tez-tez güzgüdə öz əksimə ba-
xacaq və beləliklə, özümü, mümkün olarsa, tədricən in-
sanların üzünə baxa bilməyə öyrəşdirəcəyəm, vətənim-
dəki quiqnqnmların vəhşi halda qalmalarının dərdini çə-
kib, mənim nəcib ev sahibim, onun ailəsi, dostları və bü-
tün quiqnqnmlar nəslinə hörmət olaraq onlara həmişə 
rəğbət bəsləyəcəyəm; çünki bizim atlar bədənlərinin qu-
ruluşuna görə onlara bənzəmək  şərəfinə nail olmuş, an-
caq təəssüf ki, zehni qabiliyyətləri cəhətdən onlardan 
xeyli geridə qalmışlar. Keçən həftədən arvadıma mənim-
lə bir yerdə, uzun stolun o biri başında süfrəyə oturmağa 
icazə verməyə və mənim suallarıma (mümkün qədər qı-
sa) cavab verməsinə razı olmağa başlamışam. Hərçənd 
yaşlı bir adama öz köhnə vərdişlərindən əl çəkmək çətin-
dir, ancaq mən ümid edirəm ki, bir müddətdən sonra qon-
şularım olan yexularla bir yerdə olmağa razılaşacağam və 
onların dişlərindən və dırnaqlarından çəkinməyəcəyəm. 
Əgər yexular təbiətin onlara verdikləri nöqsan və 
ağılsızlıqlarla kifayətlənmiş olsaydılar, mənim üçün bü-
tün yexu cinsi ilə barışmaq xeyli asan olardı. Məhkəmə 
məmuru, cibgir, təlxək,  əyan, qumarbaz, siyasətçi, ara-
düzəldən, həkim, yalançı  şahid, aldadıcı, xain və sair 
buna bənzər adamları görmək məni əsla əsəbiləşdirmir; 
çünki bunların varlığı tamamilə  təbii bir şeydir. Ancaq 
mən başdan-başa nöqsan və  xəstəliklər içində olan bir 
heyvanın bütün bunlara bir də qürur və lovğalıq  əlavə 
etdiyini gördükdə daha səbrim tükənir. Mən belə bir 
heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyünü 
heç bir zaman anlaya bilməyəcəyəm.  Şüurlu bir məx-


B U L U D X A N   X Ə L İ L O V  
 
32
luqu ziynətləndirə bilən, bütün xeyirxahlıqlara malik 
olan ağıllı  və xeyirxah quiqnqnmların dilində  hətta bu 
nöqsanları ifadə edən sözlər də yoxdur. Amma mən öz 
təcrübəmin çoxluğu sayəsində  vəhşi yexuların arasında 
qürur və lovğalığın bəzi əlamətlərini seçə bilmişdim. 
Lakin mən iki əlim olduğu ilə nə qədər öyünürəm-
sə, ağlın hakimiyyəti altında yaşayan quiqnqnmlar da öz 
yaxşı sifətləri ilə o qədər öyünürlər. Heç bir ağıllı adam 
heç bir zaman bununla lovğalanmaz, doğrudur, bunlar-
dan biri olmasa, o, çox bədbəxt ola bilər. Mən bu məsə-
lə üzərində ona görə çox durdum ki, gücüm çatdığı qə-
dər ingilis yexuları cəmiyyətini özüm üçün dözümlü bir 
hala gətirmək istəyirəm. Buna görə də qürur və lovğalıq 
nöqsanları ilə azacıq da olsa ləkələnmiş  şəxslərdən 
xahiş edirəm ki, gözümə görünməyə cürət etməsinlər”. 
(Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər 
nəşriyyat”, 2004, s.329-330) 
Conatan Svift “Qulliverin səyahəti”  əsəri ilə 
XVIII əsr burjua-dvoryan İngiltərəsini, onun dövlət qu-
ruluşunu, qayda-qanunlarını, adət-ənənələrini tənqid 
edir. Eyni zamanda hakim siniflərin riyakarlığını, müf-
təxorluğunu, amansız olmalarını, öz mənafelərini və 
mənfəətlərini güdmələrini ifşa edir. O, Qulliverin səya-
həti əsasında onun başına gələnləri, acınacaqlı vəziyyət-
ləri verir. İmkan tapan kimi yazıçının özünün, yəni 
Sviftin istehzalı, kinayəli, səlis, mövqeyi hiss olunur. O, 
müftəxorlara, parazitlərə, rüşvətxorlara öz nifrət və 
qəzəbini gizlətməmişdir. Müəllif bu əsəri yazarkən ma-
cəra-xatirat ədəbiyyatdan, uydurma səyahətnamələrdən, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
33
nağıllardakı  cırtdanlardan, nəhənglərdən istifadə etmiş-
dir. Conatan Svift bu romanın üzərində altı ildən artıq 
işləmişdir. Svift Liliputustanı təsvir edərkən liliputların 
boyunun Qulliverin boyundan on iki dəfə kiçik olduğu-
nu nəql edir. Ona görə də liliput dərziləri üçün Qulliverə 
kostyum hazırlamaq və ona ev tapmaq çətin, böyük bir 
zəhmət hesabına başa gəlir. Beləliklə, Svift eyham və 
işarələrlə liliputlar ölkəsi ilə  İngiltərə arasındakı oxşar 
cəhətlərin olduğunu qeyd edir. Hətta hər iki ölkədəki 
adət və ənənələr də eynidir. Hətta liliputlar ölkəsində də 
xırdaca cırtdanlar böyük iddiaya düşürlər. Onlar şöhrət-
pərəstlik, xudbinlik, sərvət toplamaq iddiasında olurlar. 
Öz balaca krallarını dünyanın  ən böyük hökmdarı 
sayırlar. Liliputlar ölkəsində yaşayanlar bir-biri ilə vuru-
şur, mübarizə aparır, intriqalara qoşulur, hətta daxili 
müharibələrə girişirlər. 
Yazıçı liliputlar ölkəsindəki bənzərliklə  İngiltə-
rədə olan bənzərlik arasında digər yaxınlıqları da göstə-
rir. Məsələn, liliputlar ölkəsində də bir-birinə zidd olan 
siyasi partiyalar var. Liliputlar ölkəsində olan siyasi 
partiyalar bunlardır: hündürdaban tərəfdarları  və alçaq-
daban tərəfdarları. Bunlar ingilislərdəki tori və viqlər 
partiyasına bənzəyir. Çox qəribə məsələlərlə bağlı onla-
rın arasında problemlər yaranır. Hətta yumurtanı iti 
ucundanmı, yoxsa küt ucundanmı  sındırmaq lazımdır? 
Bu barədə razılığa gələ bilmirlər. Bununla da Svift 
ictimai-siyasi hadisələrə işarə edir. 
Romanın ikinci hissəsində Qulliverin nəhənglər 
ölkəsindəki macəraları təsvir edilir. Qulliver özü  lilipu-


B U L U D X A N   X Ə L İ L O V  
 
34
ta dönür və  nəhənglər ölkəsində  əzab və  əziyyət çəkir. 
Bununla da Svift idarə sistemini, dövlət quruluşunu tən-
qid edir. Maraqlıdır ki, liliputların həyatı, məişəti Qul-
liverə miskin görünürdü. Eynilə  nəhənglər ölkəsində 
insanların həyatı krala miskin görünür. 
Svift əsərin ikinci hissəsində İngiltərədə siyasi xadim-
lərin satqınlığını, azad seçkinin olmamasını, məhkəmədə 
olan özbaşınalığı, süründürməçiliyi və s.-ni tənqid edir. 
Romanın üçüncü hissəsində Qulliverin müxtəlif 
uydurma ölkələrə səyahəti təsvir edilir. Məsələn, Lapu-
ta, Balnibarbi, Laqqneqq, Qlabbdobdrib, Yaponiya. 
Qulliver Balnibarbidə olan zaman yerli filosofla görü-
şür. Qulliver belə söyləyir: “Bədbəxtlər elə üsullar 
axtarırlar ki, onların vasitəsilə padşahları inandırsınlar, 
onlar da öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah 
adamların içərisindən seçsinlər, nazirləri ümumi rifahın 
qayğısına qalmağa öyrətsinlər, yalnız cəmiyyətə gör-
kəmli xidmətlər göstərən adamları mükafatlandırsınlar; 
padşahları inandırsınlar ki, onların həqiqi mənfəətləri 
ləyaqətli adamlara tapşırılmalıdır”. 
Svift zəhmətkeşləri hörmətə layiq hesab edir: 
“Eyni tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini bitir-
məyi bacaran hər kəs insanlığa və öz vətəninə bütün 
siyasətçilərin bir yerdə etdiklərindən daha artıq xidmət 
etmiş olur”. Ancaq bu da faktdır ki, Svift şəri, böhtanı, 
ədalətsizliyi, riyakarlığı, ikiüzlülüyü, boşboğazlılığı  və 
digər neqativ halları aradan qaldırmaq sualına cavab 
tapa bilmir. Bəşəriyyət yarandığı gündən belə neqativ 
hallar olub və olacaqdır. Neqativ halları aradan qaldır-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə