Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
35
maq sualına cavab axtarılıb və axtarılacaqdır. Ancaq 
bunlar hələ  də öz həllini tapmayıbdır. Svift Qulliverin 
dili ilə deyir: “Hər varlının müqabilində mindən artıq 
yoxsul var. Açıq-aşkar söyləmək olar ki, bizim xalqın 
çox böyük əksəriyyəti miskin həyat keçirir”. Beləliklə, 
Svift Qulliverin dili ilə məsləhət görür ki: “Padşahların 
və nazirlərin köməyi olmadan da keçinmək mümkün 
ikən onlara etibar edilməməlidir”. 
Svift istehza ilə Laqudodakı Böyük akademiyanın 
alimlərinin mənasız layihələr hazırladığını, boş  xəyal-
larla məşğul olduqlarını istehza ilə təsvir edir. Svift el-
mə fayda verməyənləri, zamanla, dövrlə ayaqlaşmayan 
elmi tənqid edir. Belələri həmişə olub, indi də var. 
Romanın dördüncü hissəsində  qəhrəman xəyali 
olaraq quiqnqnmlar ölkəsinə düşür. Həmvətənlərinə 
sübut etmək istəyir ki, onlar çox pis, miskin yaşayırlar. 
Qulliverin yadına “mədəni” həmvətənləri düşür.  İki-
ayaqlı  vəhşilər olan yexular bunu onun yadına salırlar. 
Yexuları gördükdə o, “mədəni” həmvətənləri ilə onların 
arasında müqayisə aparır. Atlar ona daha mehriban 
görünür, nəinki “insani” adamlar. Onların dilində yalan 
anlayışı yoxdur. İnsanlıq isə kökündən xarab olub
insanlıq simasını itirib, insanlar yexulara çevrilibdir. 
 Svift bu əsəri ilə bir məsələni də təsdiq edir. O da 
mövcud həyatdır. Həyat var və ona ümidi itirmək ol-
maz. Sviftə görə, “Nəhayət, ağıl kobud qüvvəyə qalib 
gələcəkdir”. 
 
30.08.2015 


B U L U D X A N   X Ə L İ L O V  
 
36
 
 
Nobel mükafatçısı  
Moris Meterlink və “Arıların həyatı” 
əsəri – I yazı 
 
Belçikalı Moris Meterlink 
(1862-1949)  şair-dramaturq, esseçi, 
filosof, Nobel mükafatı laureatı kimi 
dünya  ədəbiyyatının  ən görkəmli 
nümayəndələrindən biridir. Moris 
Meterlink 1862-ci il avqustun 29-da 
Belçikada imkanlı ailədə anadan 
olmuşdur. Onun dünyaya gəldiyi 
ailədə peşə seçimi baxımından bir ənənə olmuşdur. 
Ənənəyə görə ailə üzvləri hüquqşünas ixtisasına yiyələn-
mişdir. Meterlink də hüquqşünas olmağı qərarlaşdırmışdı. 
O, Sent Universitetinin hüquq fakültəsində  təhsil almış, 
buranı bitirdikdən sonra təcrübə keçmək üçün Parisə get-
mişdir. Burada Stefan Mal və Vilye de Lil-Adanla tanış 
olmuşdur. Bu tanışlıq onun gələcək həyatını dəyişmişdir. 
O, Parisdən Sentə qayıtdıqdan sonra atasının notariat kon-
torunda işləsə də, ancaq gələcək taleyini ədəbiyyata bağla-
mağa üstünlük vermişdir. Beləliklə, Moris Meterlink gələ-
cək həyatını ədəbiyyata bağlamaqla heç nə itirmədi, əksinə 
qazandı. Bir çox yaradıcı insanlara nəsib olmayan xoş-
bəxtlik ona nəsib oldu. O, 27 yaşında fransız ədəbi mühi-
tində “böyük istedad” kimi qəbul olundu. “Şahzadə 
Malen” əsəri dram əsəri kimi onu 27 yaşında məşhurlaş-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
37
dırdı. Təsadüfi deyil ki, öz dövrünün tanınmış yazıçısı 
Oktav Mirbon 1889-cu ildə  “Şahzadə Malen” əsəri ilə 
bağlı “Fiqaro”da çap etdirdiyi məqalədə yazırdı: “Mən 
bilmirəm Meterlink kimdir və hardandır; bilmirəm 
qocadır, yoxsa cavan, kasıbdır yoxsa varlı. Bir onu bilirəm 
ki, onun qədər tanınmayan, haqqında eşidilməyən ikinci 
şəxs yoxdur. Bir də onu bilirəm ki, o, şedevr yaradıb... 
Meterlink günümüzün ən möhtəşəm  əsərini bizə  bəxş 
edib”. (Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013, s.5-6) Bu məqalədən sonra 
Moris Meterlink “Belçikalı  Şekspir” adı ilə  məşhurlaşır. 
Onun barəsində yazılmış məqalədə o, Şekspirlə müqayisə 
olunur. Bu cür müqayisə də onun şöhrətlənməsində az rol 
oynamır. Gənc dramaturqun bu cür məşhurlaşması onu 
notariat kontorundan uzaqlaşdırır. Və o özünün gələcək 
həyatını  bədii yaradıcılığa həsr edir. Moris Meterlink 
məşhur olduğu dövrdə Sentdə yaşayırdı. Ancaq əsərləri 
Parisdə çap olunurdu. O, 1895-ci ilə  qədər, yəni Parisə 
köçənə  qədər “Çağırılmamış qonaq” (1890), “Korlar” 
(1890), “Yeddi şahzadə” (1891) və s. pyeslərini yazır. 
Moris Meterlink Parisə köçəndən sonra bir müddət esselər 
və traktatlar yazmaqla məşğul olur. 
Moris Meterlink 1905-ci ildə “Göy quş” pyesini 
yazır. Və bununla da o, yaradıcılığının yeni bir zirvəsinə 
ucalır. O, yaradıcılığı ilə əbədi şöhrət qazanmaq zirvəsini 
fəth edir. Moris Meterlink 1911-ci ildə Nobel Mükafatına 
layiq görülür. O, “Təxəyyül zənginliyi və poetik fantazi-
yanın qüdrəti ilə diqqətçəkən pyeslərinə görə” Nobel 
mükafatı alır. Nobel mükafatı alarkən onun “çoxcəhətli 


B U L U D X A N   X Ə L İ L O V  
 
38
ədəbi fəaliyyətini” də  əsas götürmüşlər. Yəqin ki, şair-
dramaturq kimi fəaliyyətinə də önəm verilmişdir. 
Moris Meterlink müharibənin  əleyhinə olmuşdur. 
O, müharibə əleyhinə mühazirələr aparmış, bununla da
bəşəriyyətdə sülh carçısı kimi diqqəti cəlb etmişdir. 
Onun I Dünya müharibəsindəki bu mövqeyi onu bir in-
san kimi xarakterizə edən cəhətlərindən biridir. 
Moris Meterlinki Fransa Akademiyasına üzv qə-
bul etmək istəmişlər. Ancaq şərt ondan ibarət olmuşdur 
ki, o, Fransa vətəndaşlığını  qəbul etsin. Ancaq Moris 
Meterlink bundan imtina etmişdir. Moris Meterlink 
bütün ömrü boyu müharibənin əleyhinə olmuşdur. O, II 
Dünya müharibəsi  ərəfəsində Lissabona köçmüş, sonra 
alman faşizminə etiraz əlaməti olaraq, daha doğrusu, 
almanların Portuqaliya sərhədinə yaxınlaşmasını hiss 
edərək ABŞ-a mühacirət etmişdir. Moris Meterlink 
1945-ci ildə “Janna Dark” faciəsini yazmış, 1947-ci ildə 
müharibədən sonra Fransaya qayıtmışdır. 
Moris Meterlink ədəbi mühitdə “Xoşbəxt Meter-
link” adlanır. Onun “Xoşbəxt” olmasını  şərtləndirən bir 
sıra amillər içərisində  təfəkkür  şairi, böyük fikir sahibi, 
ədəbiyyatın ən işıqlı adamı olması da diqqəti cəlb edir. O, 
yaradıcılığında insanlara xoşbəxt olmağı  aşılayır, təbliğ 
edir. Hətta yaradıcılığında bədbinlikdən nikbinliyə doğru 
dəyişdiyini sübut edir. Məsələn, “Çağırılmamış qonaq”, 
“Korlar”, “Tentajilin ölümü” pyesləri ümidsizliklə 
yazılsa da, “Göy quş”, “Monna Vanna”, “Beatris bacı” 
əsərləri nikbin ruhda yazılmışdır. Nikbin ruhda yazdığı 
əsərlərində inam, həyata bağlılıq, sevgi, həyatsevərlik 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə