Microsoft Word ei generalresponse az doc



Yüklə 18,61 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü18,61 Kb.
#49017


 

QHT Audit proqramı: Məşğulluq  və Infrastruktur Đşçi qrupun hesabatı 



BP şirkətinin ümumi cavabı

 

 



BP  şirkəti  məmnunluq  hissi  ilə  fürsətdən  istifadə  edərək  Đşlə  Təminetmə  və  Infrastruktur 

qrupuna  BP/BTC/CQBK  –  ACĐ  QHT  Audit  proqramında  iştirakına  görə  təşəkkür  edir.  BP 

şirkəti  və  (ümid  edirik  ki)  QHT  iştirakçıları  üçün  dəyərli  nəticələri  olan  yüksək  keyfiyyətli 

hesabata görə biz qrupu təbrik edirik. Biz nəticələr cədvəlində daha spesifik, texniki və audit 

yönümlü cavablar verdiyimizə görə, bu ümumi cavab hesabatda çıxarılmış ümumi nəticələrə 

və  qaldırılmış  əsas  məsələlərə  BP  və  CQBK  şirkətlərinin  reaksiyasını  bildirmək  məqsədi 

daşıyır. 

 

CQBK-nin  tikintisi  ərzində  işlə  təmin  edilmə,  təlim  kursları  və  infrastrukturla  bağlı 



öhdəliklərin  CQBK  və  onun  tərəfdaşları  tərəfindən  necə  yerinə  yetirildiyini  yoxlayan  zaman 

QHT auditorları ictimai maraq kəsb edən bir sıra mövzuları araşdırmışlar. Bizim işlədiyimiz 

yerlərdə BP şirkətinin müsbət irs qoymaq öhdəliyi olduğundan, Azərbaycan xalqının CQBK-

nin  tikintisinin  yerli  infrastruktura  uzunmüddətli  ziyan  vurmadan  imkan  və  iş  yerləri 

yaradacağını  gözləmək  üçün  əsası  vardır.  Beləliklə,  biz  Audit  qrupunun  bizim  ümumi 

işlərimizi uğurlu olaraq xarakterizə etməsindən məmnunuq. Biz etiraf edirik ki, qrup həm də 

bir neçə çatışmazlıq və çətinlikləri dəqiqliklə qeyd etmişdir. Biz qrupun irəli sürdüyü səmərəli 

təklifləri alqışlayırıq. 

 

Audit  qrupunun  hesabatında  (podratçının)işlə  təminetmə  strategiyasının  işlənib  hazırlanması 



və həyata keçirilməsi və əlaqədar idarəetmə izləmə sistemi, təlim planları və onların əlaqədar 

tətbiqi,  layihə  informasiya  mərkəzləri  haqqında  xoş  sözlərin  öz  əksini  tapması  bizi  məmnun 

etmişdir.  Qrupa  da  yaxşı  məlum  olduğu  kimi,  BTC/CQBK  və  CCIC  şirkətləri  böyük  işçi 

qüvvəsinin  ədalətli  və  şəffaf  şəkildə  işə  götürülməsi,  təlim  kursuna  cəlb  olunması  və  işlə 

təmin  olunması  üçün  böyük  işlər  görmüşlər.  Bunu  qeyd  edən  qrup  etiraf  edir  ki,  biz  yerli 

işçilərin işə götürülməsi planlarına artıqlaması ilə əməl etmişik. 

 

Audit  qrupu  əsas  diqqətini  BTC/CQBK  şirkətinin  “boru  kəməri  marşrutu  boyunca  layihənin 



təsirinə məruz qalan icmalar arasında iş yerlərinin ədalətli və şəffaf şəkildə bölüşdürülməsini 

təmin  etmək  və  tikinti  işləri  və  boru  kəmərinin  istismarı  ərzində  təcrübəli,  az  təcrübəli  və 

təcrübəsiz  işçilərin  işlə  təmin  olunma  imkanlarını  maksimuma  çatdırmaq”  öhdəliyinə 

yönəldir.  Qrup  hesab  edir  ki,  biz  yerli  işçilərin  işlə  təmin  olunmasını  maksimuma  çatdıra 

bilməmişik ki, bu da öhdəliyə əməl edilməməsi deməkdir. 

 

Əslində, Audit qrupu əsaslı və əhəmiyyətli bir fakt aşkar etmişdir. Đşəgötürmə prosesindən iş 



düşərgələrinin  və  işəgötürmə  mərkəzlərinin  yaxınlığında  yaşayan  işlə  təmin  olunan  şəxslər 

faydalanmışlar.  Biz  işə  götürülən  şəxslərin  coğrafi  məkan  baxımından  sərbəst  paylanmasını 

nəzərdə tutan işəgötürmə kampaniyası həyata keçirməmişik.  Bu “paylanma” meyyarına görə 

işə  götürülən  yerli  işçilərin  sayı  maksimuma  çatdırılmamışdır.  Bizim  uyğunsuzluq  hesab 

etmədiyimiz  BTC-CQBK  işçi  qüvvəsindən  birgə  istifadə  olunması  bu  şəxslər  tərəfindən 

əhəmiyyətli  təcrübənin,  təlimin  və  əldə  olunmuş  səriştənin  kapitallaşdırılması  istiqamətində 

edilmiş  məntiqi  bir  cəhd  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,    bu  işçilərin,  Audit  qrupunun 

qeyd  etdiyi kimi,  təxminən 74%-i  yerli  icmaları təmsil  edən Azərbaycan  vətəndaşları olması 

mühüm  nailiyyətdir.  Buna  baxmayaraq,  qrup  bir  əhəmiyyətli  sahə  müəyyənləşdirmişdir  ki, 

onu gələcək layihələrdə inkişaf etdirəcəyimizi ümid edirik. 

 



 

Audit  qrupunun  öhdəliklər  müqabilində  uyğunsuz  hesab  etdiyi  ikinci  mühüm  iş  sahəsi 



infrastrukturla  bağlıdır.  Qrup  qeyd  etmişdir  ki,  yolların  vəziyyətinin  monitorinqinə  dair 

dəlillər  yetərli  deyil  və  bu  öhdəlik  layihənin  idarə  olunması  sisteminə  daxil  edilmiş  bir 

öhdəlikdir. Əslində, Audit qrupunu öhdəliyə riayət edilməsi və işlərin icra edilməsinin təmin 

olunması vasitəsi olan monitorinq işlərinə diqqət yetirdiyinə görə təqdir etmək lazımdır. 

 

Əsasən,  monitorinq  fəaliyyətinə  və  BTC/CQBK  və  podratçı  arasında  əlaqəyə,  işlərin  icra 



göstəriciləri  əksini  tapmış  hesabatların  hazırlanması  və  təqdim  edilməsi  daxil  olmuşdur. 

Amma tam bərpa işlərindən öncə, yollara vurulan ziyanın qiymətləndirilməsi məsələsinə dair, 

müvafiq  idarəetmə  qaydalarında  uyğun  icra  göstəriciləri  nəzərə  alınmamışdır.  Bu  isə  onunla 

bağlıdır  ki,  texniki  təhlükəsizlik  üzrə  məsul  işçilər  tərəfindən  müntəzəm  şəkildə  həyata 

keçirilmiş yolun vəziyyətinin qiymətləndirilməsi subyektiv və təhlükəsizliyin təmin olunması 

məqsədini  daşıyan  davamlı  bir  prosesdir.  Bu  isə  tikinti  (və  gərgin  istifadə)  müddətindən 

sonrakı zaman üçün planlaşdırılmış daha müfəssəl təmir proqramından öncə üstünlük verilən 

yanaşma  olmuşdur.  Biz  qrupun  belə  bir  qiymətləndirməsi  ilə  razıyıq  ki,  bu  praktika  gələcək 

layihələrdə təkmilləşdirilməlidir.  

 

Nəhayət,  biz  Đşlə  Təminetmə  və  Đnfrastruktur  Qrupuna  göstərdiyi  səylərə,  təhlili  fikirlərə  və 



verdiyi  tövsiyələrə  görə  bir  daha  təşəkkür  edirik.  Biz  qrupu  əla  hesabata  görə  təbrik  edir  və 

ümidvar  olduğumuzu  bildiririk  ki,  onların  Audit  proqramında  iştirakı  səmərəli  və  faydalı 



olmuşdur. 

 

Yüklə 18,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə